Redaksiya heyəTİ: Baş redaktor


Riyaziyyat.Fizika.Astranomiya  80



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə74/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   70   71   72   73   74   75   76   77   ...   138

171
Riyaziyyat.Fizika.Astranomiya 
80 
illiyi
MƏHƏMMƏDƏMİN 
ŞAHTAXTİNSKİ 
1932-2011
İYUL
Məhəmmədəmin  Həbibulla  oğlu 
Şahtaxtinski 1932-ci il iyul ayının 10-
da  Bakı  şəhərində  anadan  olmuşdur. 
O,  akademik,  kimya  elmləri  doktoru 
H.B.Şahtaxtinskinin oğludur. 
M.Şahtaxtinski 1956-cı ildə Mosk-
va  Energetika  İnstitutunun  Radiotex-
nika  fakültəsini  bitirmişdir.  O,  1961-
1967-ci  illərdə Azərbaycan  Milli  EA 
Fizika  İnstitutunda  elmi  və  baş  elmi 
işçi,  1968-1987-ci  illərdə  laborato-
riya  müdiri  işləmişdir.  1987-ci  ildən 
institutun  Bərk  cisimlər  elektronikası 
şöbəsinin rəhbəridir. Elmi tədqiqatları 
bərk cisimlər fizikasına aiddir.
1970-ci ildə M.Şahtaxtinski fizika-
riyaziyyat  elmləri  doktoru,  1971-ci 
ildə isə proffessor adı almışdır. 
M.Şahtaxtinskinin  rəhbərliyi  ilə 
yüksək  keyfiyyətli,  iqtisadi  cəhətdən 
sərfəli  poladlar  yaradılmış,  böyük 
sürətlə işləyən etibarlı və sərfəli, sağ-
lamlıq üçün zərərsiz çapetmə metodi-
kası işlənib hazırlanmışdır.
O, 1972-ci ildə Fransada keçirilən 
Kristalların 
yetişdirilməsi 
üzrə 
Beynəlxalq konfransda məruzə ilə çı-
xış etmişdir. Bu məruzə elm aləmində 
çox  yüksək  səviyyədə  qəbul  edilmiş-
dir.
 1989-cu ildə professor Azərbaycan 
Milli  Elmlər  Akademiyasının  akade-
miki seçilmişdir. 
M.  Şahtaxtinski  1991-ci    ildə 
Azərbaycan  Respublikasının  “Əmək-
dar  elm  xadimi”  adına  layiq  görül-
müş, Azərbaycan Fizika Cəmiyyətinin 
prezidenti  və  Avropa-Asiya  Fizika 
Cəmiyyətinin  vitse-prezidenti  seçil-
mişdir.
Akademik,  Əməkdar  elm  xa-
dimi  M.Şahtaxtinski  2004-cü  ildə 
Azərbaycan  Respublikası  Preziden-
tinin  fərmanı  ilə  “Şöhrət”  ordeni  ilə 
təltif edilmişdir.
Şahtaxtinski Məhəmmədəmin Həbi 
bulla oğlu 2011-ci il aprel ayının 23-
də Bakı şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
Şahtaxtinski Məhəmməd 
Həbibulla oğlu [Mətn]: en-
siklopedik məlumat //ASE: 
10 cilddə.- Bakı , 1987.- 
C.X .- S.480.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
10
Akademik


172
Rəssamlıq.Heykəltəraşlıq.Arxitektura 
85 
illiyi
TOKAY MƏMMƏDOV 
1927
İYUL
Tokay Həbib oğlu Məmmədov 1927-ci 
il iyul ayının 18-də Bakıda anadan olmuş-
dur. 1942-ci ildə yeddinci sinfi bitirdikdən 
sonra Tokay Məmmədov Bakı Rəssamlıq 
Məktəbinə  imtahan  verir.  O  zaman 
Bakı  Rəssamlıq  Məktəbinin  nəzdində 
heykəltəraşlıq  şöbəsi  yenicə  təşkil  edil-
mişdi.  P.Sabsay,  F.Əbdürrəhmanov, 
C.Qaryağdı  həmin  heykəltəraşlıq  şö-
bəsində  fəaliyyət  göstərirdilər.  Tokay 
bilavasitə  ilk  milli  heykəltəraşımız 
F.Əbdürrəhmanovdan dərs almağa başla-
yır. Leninqrad Rəssamlıq Akademiyasını 
bitirmiş F.Əbdürrəhmanov öz şagirdlərini 
dünya klassik incəsənətinin ən mütərəqqi 
ənənələri ilə tanış edirdi.
1945-ci  ildə  Tokay  Məmmədov 
Əzim  Əzimzadə  adına  Bakı  Rəssamlıq 
Məktəbinin üçüncü kursunu bitirərək Le-
ninqrad şəhərinə gedir və İ.E.Repin adına 
Rəssamlıq Akademiyasının Heykəltəraşlıq 
fakültəsinə  qəbul  olur.  Ali  təhsil  aldığı 
dövrdə,  yəni  1947-ci  ildə  Azərbaycanın 
xalçaçı  rəssamı  Lətif  Kərimovun  portret 
büstünü  hazırlayır.  Bu  portretin  yaradıl-
ması təsadüfi deyildi. Lətif Kərimovu uşaq 
vaxtlarından tanıyan heykəltəraş müstəqil 
şəkildə ilk dəfə görkəmli alimin portretini 
canlandırır. 
1960-cı  ildə  o,  Üzeyir  Hacıbəyovun 
Bakı  Musiqi  Akademiyasının  önündə 
ucaldılmış heykəlini yaratmışdır.
Tokay  Məmmədov  ali  təhsilini 
bitirdikdən sonra Leninqradda heykəltəraş 
kimi işə başlayır və Leninqrad Rəssamlar 
İttifaqının  üzvü  seçilir.  Heykəltəraş  Ba-
kıya  qayıtdıqdan  sonra  Əzim  Əzimzadə 
adına  Rəssamlıq  Məktəbində  pedaqo-
yi  fəaliyyətə  başlayaraq  burada  yetişən 
gənc  rəssamlara  həm  rəsm,  həm  də 
heykəltəraşlıqdan  dərs  deyərək  onlara 
sənətin sirlərini öyrədir.
Heykəltəraşın  yaratdığı  “Nizami 
Gəncəvi”  portreti  1955-ci  ildə  Varşava-
da  Gənclərin  Beynəlxaq  Ümumdünya 
sərgisində uğurla nümayiş etdirilib. Əsər 
şairin adını daşıyan Ədəbiyyat Muzeyində 
qorunub saxlanılaraq nümayiş olunur.
Heykəltəraş  monumental  sahədə 
həmçinin  Azərbaycan  şairi  “İmaməddin 
Nəsimi” və “XI qızıl ordu” abidələrini ya-
radıb.
Tokay  Məmmədov  yaradıcılığının  ilk 
günlərindən  başlayaraq  heykəltəraşlığın 
qabartma  sahəsində  bir  çox  insanın 
surətlərini canlandırıb. Bu qabartmalardan 
ən dəyərlisi Sovet İttifaqı Qəhrəmanı Meh-
di Hüseynzadənin portretidir. Mərmərdən 
yaradılan  bu  qabartmada  qəhrəman  bir 
əlində qumbara tutmuş vəziyyətdə təsvir 
edilib.  Bu  əsər  heykəltəraşın  gənclik 
illərində  yaratdığı  və  ona  uğur  qazan-
dırdığı  əsərlər  sırasında  durur.  Əsər  bir 
çox  beynəlxaq  sərgidə  uğurla  nümayiş 
etdirilərək yüksək qiymətə layiq görülüb.
Tokay  Məmmədov  1978-ci  ildə 
SSRİ  Dövlət  Mükafatı,  1982-ci  ildə 
Azərbaycan Dövlət Mükafatına layiq gö-
rülüb. O, həmçinin “Şərəf nişanı”, “Xalq-
lar  dostluğu”,  2002-ci  ildə  isə    ümum-
milli  lider  Heydər  Əliyevin  fərmanı  ilə 
“Şöhrət”  ordenləri  ilə  təltif  olunub.  85 
yaşlı  heykəltəraş  Azərbaycan  Dövlət 
Rəssamlıq Akademiyasında  yetişən  gənc 
heykəltəraşlara  sənətin  sirlərini  onlara 
öyrədir.
Ə d ə b i y y a t
T.N.Məmmədovun 
“Şöhrət” ordeni ilə təltif 
edilməsi haqqında [Mətn]: 
Azərbaycan Respublikası 
Prezidentinin Fərmanı //
Azərbaycan.- 2002.- 8 
avqust.- S.1.
Abdullayeva, F. Adi daş 
sənət əsərinə çevriləndə 
[Mətn] /F.Abdullayeva //
Mədəniyyət.- 2011.- 18 
fevral.- S.11. 
 Sadıqov, S. Daşlarda 
canlanan həyatın yaradıcısı 
[Mətn] /S.Sadıqov //Kaspi.- 
2008.- 6 iyun.- S. 12.
Şeyxov, Y. Qranitdə donan 
musiqi [Mətn]:Tokay 
Məmmədov - 80 /Y.Şeyxov 
//Mədəniyyət.-2007.- 13 
iyul.- S.3.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az 
18
Heykəltəraş


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə