Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə76/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   72   73   74   75   76   77   78   79   ...   138

175
Milli ədəbiyyat
Tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Hacıyev Aqil 
Cəfər Xəndan oğlunun (10.09.1947) аnаdаn оlmаsının 65 illiyi
Şairə Natəvan Xurşidbanu Mehdiquluxan qızının (15.08.1832-02.10.1897) 
аnаdаn оlmаsının 180 illiyi
Аzərbаycаnın Хаlq şаiri, Əməkdаr mədəniyyət işçisi Dilbаzi Mirvаrid Paşa 
qızının (19.08.1912-12.07.2001) аnаdаn оlmаsının 100 illiyi
Ədəbiyyatşünas, tənqidçi, nasir, filologiya elmləri doktoru Ağayev İslam 
Məmməd oğlunun (20.08.1932) аnаdаn оlmаsının 80 illiyi
Şair, publisist Nəsibov Davud Məcid oğlunun (Davud Nəsib) (25.08.1942-
26.03.2003) аnаdаn оlmаsının 70 illiyi
Filologiya elmləri doktoru, professor, ədəbiyyаtşünаs Pаşаyеv Qəzənfər 
Məmməd oğlunun (27.08.1937) аnаdаn оlmаsının 75 illiyi
Tarixdə bu gün
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü (01.08.2001)
Azərbaycan Kinosu Günü (02.08.1898)
Hərbi Dоnanma Günü (05.08.1992)
Bеynəlxalq Gənclər Günü (12.08.1999)
Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu yaradılıb 
(17.08.1942) 
Azərbaycan milli manatının dövriyyəyə buraxıldığı gün (15.08.1992)
Azərbaycan Sərhəd Qoşunlarının Yaranması Günü (18.08.1994)
Beynəlxalq Humanitar Yardım Günü (19.08.2003)
Ramazan bayramı günü (20.08.2012)
Xüsusi Dövlət Mühafizə Xidməti Əməkdaşlarının Peşə Bayramı Günü 
(23.08.2008)
Cəbrayıl rayonunun işğalı günü (23.08. 1993) 
Füzuli rayonunun işğalı günü (23.08. 1993) 
Azərbaycan Demokratik Firqəsi müstəqil fəaliyyətə başlamışdır 
(24.08.1917)
Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib 
(24.08.2002)
Beynəlxalq Azərbaycan Muğamı Günü (26.08.2010)
Türkiyə Cümhuriyyətinin Zəfər Bayramı Günü (30.08.1922)
Qubadlı rayonunun işğalı günü (31.08.1993) 
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Əliyev Ehtiram İsrayıl oğlunun (01.08.1972-
2012
AVQUST


176
23.08.1993) аnаdаn оlmаsının 40 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Əliyev Rövşən Nəriman oğlunun 
(30.08.1972-13.05.1992) аnаdаn оlmаsının 40 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Nəcəfov Yunis İsa oğlunun (31.08.1967-
24.08.1992) аnаdаn оlmаsının 45 illiyi
Siyasət. Hərbi iş
Cənubi Аzərbаycаn dеmоkrаtik hərаkаtının rəhbəri Səttаrхаn Hаcı Həsən 
оğlunun (15.08.1867-09.11.1914) аnаdаn оlmаsının 145 illiyi
Mühəndis işi. Texnika
Əməkdar mühəndis, dövlət xadimi Seyidov Həsən Nemət oğlunun 
(16.08.1932) аnаdаn оlmаsının 80 illiyi
Kimya. Biologiya.Tibb
Azərbaycanın Əməkdar həkimi və Əməkdar elm xadimi Mirsəlimov 
Mirmehdi Mirmövsüm oğlunun (11.08.1897-05.03.1957) аnаdаn оlmаsının 
115 illiyi
Tarix. Din 
Tarixçi jurnalist və publisist Nəzərli Şəmistan Əmiraslan oğlunun 
(12.08.1942) anadan olmasının 70 illiyi
Tarixçi, tarix elmləri doktoru, professor Quliyev Əlövsət Nəcəfqulu oğlunun 
(23.08.1922-06.11.1969) аnаdаn оlmаsının 90 illiyi
 Akademik, şərqşünas-alim Məmmədəliyev Vasim Məmmədəli oğlunun 
(27.08.1942) аnаdаn оlmаsının 70 illiyi
Teatr. Kino.Estrada.Sirk
 Əməkdar incəsənət xadimi, Azərbaycanın xalq artisti, Teatr Xadimləri 
İttifaqının İdarə Heyətinin sədri, teatr rejissoru Nemətov Azərpaşa Zəfər 
oğlunun (13.08.1947) аnаdаn оlmаsının 65 illiyi
Musiqi. Opera. Balet
Azərbaycanın Xalq artisti, xanəndə Quliyeva Qəndab Nəbi qızının 
(10.08.1947) аnаdаn оlmаsının 65 illiyi
Xalq artisti, xanəndə Qasımov Alim Həmzə oğlunun (14.08.1957) аnаdаn 
оlmаsının 55 illiyi
SSRİ Хаlq аrtisti, Mаqоmаyеv Müslüm Məhəmməd oğlunun (17.08.1942-
25.10.2008) аnаdаn оlmаsının 70 illiyi
SSRİ Хаlq аrtisti, SSRİ Dövlət Mükаfаtı lаurеаtı, dirijоr Hаcıbəyоv-
Tаğızаdə Niyazi Zülfüqar oğlunun (Niyаzi) (20.08.1912-1984) аnаdаn 
оlmаsının 100 illiyi


177
Milli ədəbiyyat 
65 
illiyi
AQİL HACIYEV 
1947
AVQUST
Aqil Cəfər Xəndan oğlu Hacıyev 
1947-ci il avqust  ayının 10-da  Azər-
baycanın  Şuşa  şəhərində Azərbaycan 
ədəbiyyatşünası,  tənqidçisi,  şair  və 
tərcüməçi, filologiya elmləri doktoru, 
professor  Cəfər  Xəndanın  ailəsində 
anadan olmuşdur. 
Bakıda  6  saylı  orta  məktəbi 
bitirdikdən  sonra  ADU-nun  (indiki 
BDU-nun)  Filologiya  fakültəsində 
təhsilini  davam  etdirmişdir.  (1965-
1970).  Sonra  M.V.Lomonosov  adına 
Moskva  Dövlət  Universitetinin  Rus 
ədəbiyyatı tarixi kafedrasına məqsədli 
aspiranturaya göndərilmiş və 1973-cü 
ildə “A.S.Puşkinin “Ərzuruma səyahət 
əsəri” və “XIX əsrin 20-30-cu illərinin 
rus oçerki” namizədlik dissertasiyası-
nı müdafiə etmişdir. 
1973-cü ilin dekabrında Azərbaycan 
Dövlət Universitetinin Rus ədəbiyyatı 
kafedrasında  işə  götürülür.  Burada 
müəllim  (1974-1976),  baş  müəllim 
(1976-1981),  dosent  (1981-1983) 
vəzifələrində çalışır. Hələ 35 yaşı ta-
mam  olmayan  Aqil  Hacıyev  1982-ci 
ildə Tbilisi Dövlət Universitetində fi-
lologiya elmləri doktoru elmi dərəcəsi 
almaq  üçün  “XIX  əsrin  I  yarısı  rus 
ədəbiyyatında  şərq  motivləri,  rus-
Qafqaz  ədəbi  əlaqələri”  mövzusun-
da  doktorluq  dissertasiyası  müdafiə 
edir.  1983-cü  ildə  Rus  ədəbiyyatı  ta-
rixi  kafedrasının  professoru,  1984-cü 
ildə  həmin  kafedranın  müdiri  seçilir. 
1982-1984-cü illərdə o, təbiət elmləri 
fakültələri üçün Rus dili kafedrasının 
müdiri, 1990-1992-ci illərdə isə filolo-
giya fakültəsinin dekanı olub.
Aqil Hacıyev 1987-ci ildən Yazıçı-
lar  İttifaqının  üzvü  seçilmişdir.  Türk 
folkloruna dair silsilə araşdırmalarına 
görə 1993-cü ilin sentyabrında Ankara-
dakı Türkiyə folklor qurumunun fəxri, 
rus-Qafqaz  qarşılıqlı  münasibətləri 
problemlərinin  tədqiqinə  görə  2003-
cü ildə Tbilisidəki Beynəlxalq sosial-
iqtisadi Elmlər Akademiyasının həqiqi, 
rus ədəbiyyatı tarixi problemlərinə həsr 
olunmuş  əsərlərinə  görə  isə  2003-cü 
ildə Sankt-Peterburq Elm və İncəsənət 
Akademiyasının müxbir üzvü seçilib. 
Müxtəlif  illərdə  Azərbaycan  At-
testasiya  Komissiyasının  eksperti  və 
humanitar-ictimai  elmlər  şöbəsinin 
müdiri,  Tələbə  Qəbulu  üzrə  Dövlət 
Komissiyasının ekspert şurasının sədri 
və  rus  ədəbiyyatı  müəllimləri  semi-
narının  rəhbəri,  Azərbaycan  dili  və 
ədəbiyyatı ixtisası üzrə müdafiə şura-
sının sədri, rus dili və ədəbiyyatı ixti-
sası üzrə müdafiə şurasının sədr müa-
vini olub. 
Ə d ə b i y y a t
Hacıyev Aqil Cəfər Xəndan 
oğlu [Mətn] //Dədə Qorqud 
Ensiklopediyası: 2 cilddə.- 
Bakı, 2002.- II cild .- S. 139
Hacıyev Aqil Cəfər Xəndan 
oğlu [Mətn] //XX əsr 
Azərbaycan yazıçıları: en-
siklopedik məlumat kitabı.- 
Bakı, 2004.-S. 51
Hacıyev Aqil Cəfər Xəndan 
oğlu [Mətn]: biblioqrafiya.- 
Bakı: Çaşıoğlu, 2007.- 64 s. 
10
Ədəbiyyatşünas


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə