Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə78/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   74   75   76   77   78   79   80   81   ...   138

180
Milli ədəbiyyat 
75 
illiyi
QƏZƏNFƏR PAŞAYEV  
1937
AVQUST
Qəzənfər Məhəmməd oğlu Paşayev 
1937-ci il avqust ayının 27-də Tovuz 
rayonunun Düzdırıxlı kəndində anadan 
olmuşdur. Orta təhsilini 1946-1956-cı 
illərdə doğma kəndində alıb. 
1962-ci ildə Azərbaycan Dillər İns-
titutunun  İngilis-Azərbaycan  dilləri 
fakültəsini bitirmişdir. 
Əmək  fəaliyyətinə  Şirvan  rayonu-
nun  Vladimirovka  kəndində  ingilis 
dili  müəllimi  kimi  başlamış,  sonra 
isə  İraqda  ingilis  və  rus  dilləri  üzrə 
tərcüməçi işləmişdir.
Q.Paşayev  1964-1989-cu  illərdə 
Azərbaycan  Pedaqoji  Dillər  İnstitu-
tunda  fəaliyyət  göstərmiş,  institutun 
ingilis dili fakültəsində dosent, dekan 
müavini, 1972-1989-cu illərdə isə xa-
rici dillər kafedrasının müdiri olmuş-
dur.  O,  1989-1999-cu  illərdə  ADU-
nun Qərbi Avropa dilləri kafedrasında 
çalışmışdır.
Q.Paşayev  1993-cü  ildə  filologiya 
elmləri doktoru, 1995-ci ildən isə pro-
fessor adına layiq görülmüşdür.
Qəzənfər  müəllim  2001-2005-
ci  illərdə  AMEA-nın  Nizami  adına 
Azərbaycan  Ədəbiyyatı  Muzeyində 
“Beynəlxalq  əlaqələr”  şöbəsinin  mü-
diri olmuşdur.
O,  1990-2003-cü  illərdə  Azər-
baycan-İraq  Dostluq  Cəmiyyətinin 
sədr  müavini,  1997-ci  ildən  bu  günə 
kimi Qafqaz Müsəlmanları İdarəsinin 
nəzdində  fəaliyyət  göstərən  Elmi-
Dini Şuranın üzvü, 2004-cü ildən isə 
Azərbaycan Yazıçılar Birliyinin Təftiş 
komissiyasının sədridir.
Qəzənfər  Məhəmməd  oğlu  Paşa-
yev 1976-cı ildə İraq Respublikasının 
“Əməkdə  fərqlənməyə  görə”  medalı 
ilə,  Azərbaycan  Təhsil  Nazirliyinin 
Fəxri  fərmanı  ilə,  eləcə  də  ,  1999-cu 
ildə Kərkük Vəqfinin, 2003-cü ildə isə 
İraq Türkman Cəbhəsinin yüksək dip-
lom və ödüllərinə layiq görülmüşdür.
 
Ə d ə b i y y a t
Çağdaş İraq şeirindən 
seçmələr [Mətn] 
/Q.Paşayev, Ə.Bəndəroğlu.- 
Bakı : Elm, 2001.-108 s. 
Ədəbiyyatşünaslıq elmi-
mizin patriarxı [Mətn] 
/Q.Paşayev .- Bakı : Ozan, 
2010.- 104 s. 
İraq bizə iraq deyil [Mətn] 
/Q.Paşayev .- Bakı , 2002.- 
64 s.
Kərkük folklorunun janrları 
[Mətn] /Q.Paşayev .- Bakı : 
Elm, 2003.- 318 s. 
Nəsimi haqqında araşdır-
malar [Mətn] /Q.Paşayev 
.- Bakı : Qarabağ, 2010.- 
168 s. 
Bu sevda ölüncədi [Mətn] 
: [Q.Paşayevin həyat və 
fəaliyyəti haqqında].- Bakı : 
Oskar, 2001.-50 s.
27
Ədəbiyyatşünas


181
Milli Qəhrəmanlar
40 
 illiyi
EHTİRAM ƏLİYEV 
1972
AVQUST
Ehtiram İsrayıl oğlu Əliyev 1972-
ci il avqust ayının 1-də Ucar rayonu-
nun Qazyan kəndində anadan olmuş-
dur.  1987-ci  ildə  doğma  kəndində 
səkkizinci sinfi bitirdikdən sonra Bakı 
Maşınqayırma Texnikumuna daxil ol-
muşdur. 
1992-ci  ildə  texnikumu  bitirmiş 
və Milli Ordu sıralarına çağırılmışdır. 
Xidmət etdiyi hərbi hissədən Naxçıvan 
Muxtar  Respublikasına  göndərilmiş, 
Sədərək, Batabat yaylalarında, erməni 
silahlı  birləşmələrinə  qarşı  gedən 
döyüşlərdə iştirak etmişdir. 
1993-cü  ildə  E.Əliyevin  xid-
mət  etdiyi  hərbi  hissə  Ağdama 
göndərilmişdir.  O,  Ağdam,  Füzuli, 
Tərtər  və  Cəbrayıl  rayonlarında  apa-
rılan  hərbi  əməliyyatlarda  rəşadət 
göstərmişdir.  1994-cü  ildə  Ehtiram 
Əliyev döyüşlərin birində yaralanmış, 
müalicə olunduqdan sonra yenidən or-
duya  qatılmışdır.  1994-cü  ildə  Tərtər 
bölgəsinə  göndərilmişdir.  1996-cı 
ildə isə o, ordudan tərxis olunmuşdur. 
1997-1998-ci  illərdə  Sabunçu  rayon 
polis  idarəsində  işləmişdir.  2000-ci 
ildə Təfəkkür Universitetinə daxil ol-
muşdur.  Hazırda  Bakı  Beynəlxalq  və 
Şəhərlərarası  Avtovağzalda  sərnişin-
daşıma şöbəsində çalışır. Ailəlidir. 
Azərbaycan Respublikası Preziden-
tinin 4 aprel 1995-ci il tarixli 307 saylı 
Fərmanı ilə Əliyev Ehtiram İsrayıl oğ-
luna “Azərbaycanın Milli Qəhrəmanı” 
adı verilmişdir.
 
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna 
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Əliyev Ehtiram İsrayıl 
oğlu – Müdafiə Nazirliyi, baş çavuş – Azərbaycan Respublikasının Kostitusiya 
dövlət quruluşunun müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və 
dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət 
göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 
1995-ci il //Azərbaycan.- 1995.- 5 aprel.- S.1.
Əsgərov, V. Əliyev Ehtiram İsrayıl oğlu [Mətn] //Əsgərov, V. Azərbaycanın Milli 
Qəhrəmanları.- Bakı, 2005.- S.321-323.
Seyidzadə, M. Əliyev Ehtiram İsrayıl oğlu [Mətn] //Seyidzadə, M. Milli 
qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S. 54.
1
Milli Qəhrəman


182
Milli Qəhrəmanlar
40 
 illiyi
RÖVŞƏN ƏLİYEV 
1972-1992
AVQUST
Rövşən Nəriman oğlu Əliyev 1972-
ci il avqust ayının 30-da Bakı şəhərində 
anadan  olmuşdur.  1989-cu  ildə  Xətai 
rayonundakı  254  saylı  orta  məktəbi 
bitirdikdən sonra Azərbaycan  Dövlət 
Politexnik  İnstitutunun,  Maşınqayır-
ma fakültəsinə daxil olmuşdur. 
1990-cı il yanvarın 20-də baş verən 
faciə  Rövşəndə  düşmənə  qarşı  nifrət 
oyatdı və o 1991-ci ilin mayında kö-
nüllü  olaraq  orduya  yazıldı.  Ağda-
mın  Sırxavənd,  Qazançı  kəndlərinin 
düşməndən  azad  edilməsində  igidlik 
göstərmişdir.
Erməniləri 1992-ci il mayın 13-də 
Dəhraz kəndindən çıxarmaq məqsədilə 
Abdal  kəndinə  hücuma  keçmişdilər. 
Kənd  R.Əliyev  kimi  qəhrəmanların 
mübarizəsi  nəticəsində  düşməndən 
azad  edilmişdi.  1992-ci  ildə  düşmən 
yenidən  böyük  qüvvə  ilə  Dəhraz 
kəndinə  hücum  edir.  Əsgərlərimiz 
mühasirəyə düşür. Rövşən yaralı yol-
daşlarının  düşmən  əlinə  keçməməsi 
üçün  böyük  şücaət  göstərərək,  onları 
döyüş  meydanından  uzaqlaşdırmağa 
müvəffəq olur. Növbəti dəfə komandi-
rini  xilas  edərkən  başından  yaralanır. 
Bir  neçə  dəqiqədən  sonra  gözlərini 
əbədi yumur. 
Azərbaycan  Respublikası  Prezi-
dentinin  7  dekabr  1992-ci  il  tarixli 
350 saylı Fərmanı ilə Əliyev Rövşən 
Nəriman  oğluna  ölümündən  son-
ra  “Azərbaycanın  Milli  Qəhrəmanı” 
fəxri  adı  verilmişdir.  Bakı  şəhərində, 
Şəhidlər Xiyabanında dəfn edilmişdir. 
Vaxtilə  təhsil  aldığı  254  say-
lı  orta  məktəbə  və  Bakı  şəhərindəki 
küçələrdən birinə qəhrəmanın adı ve-
rilmişdir.
 
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” 
adı verilməsi haqqında [Mətn]: [Əliyev Rövşən Nəriman oğlu – sıravi – Azərbaycan Respublikasının 
suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində 
göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 7 dekabr, 
1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin məlumatı.- 1992.- № 24.-S.50
Əsgər, B. Koroğlu ruhlu Rövşən [Mətn] : [həyatı, təhsili və döyüş şücaəti haqqında] //Əsgər, B. Ağrı-
dağlı qəhrəmanlar.- Bakı , 2004.- S.54-56.
Əsgərov, V. Əliyev Rövşən Nəriman oğlu [Mətn] //Əsgərov, V. Azərbaycanın Milli Qəhrəmanları.- Bakı: 
Respublika Xatirə kitabı redaksiyası, 2005.- S.59.
Həsənov, E. Əliyev Rövşən Nəriman oğlu [Mətn] //Həsənov, E. Şəhid tələbələr.- Bakı , 1994.- S. 32.
Seyidzadə, V. Əliyev Rövşən Nəriman oğlu [Mətn] //Seyidzadə, V. Azərbaycanın Milli Qəhrəmanları.- 
Bakı: CBS, 2010.- S.65.
30
Milli Qəhrəman


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə