Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə79/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   75   76   77   78   79   80   81   82   ...   138

183
Milli Qəhrəmanlar
45 
illiyi
YUNİS NƏCƏFOV
1967-1992
AVQUST
Yunis  İsa  oğlu  Nəcəfov  1967-ci  il 
avqust  ayının  31-də  Kəlbəcər  rayo-
nunda anadan olmuşdur. 
1985-ci  ildə  Goranboy  rayonunun 
Qaraqucaq kənd orta məktəbini bitir-
mişdir.  Bakı  Ali  Hərbi  Komandirlər 
məktəbinə  daxil  olmuş,  ikinci  kurs-
dan  sonra  təhsilini  Çelyabinsk  Tank 
məktəbində davam etdirərək, 1989-cu 
ildə leytenant rütbəsini alır və oradakı 
hərbi hissələrin birində qulluq etməyə 
başlayır. 
1990-cı  il  20  yanvar  hadisələri 
ilə  bağlı  siyasi  çıxışlarına  görə  hərbi 
sahədən  uzaqlaşdırılır.  O,  Bakıya  qa-
yıdır  və  Biləcəri  dəmiryol  idarəsində 
çalışmağa başlayır. Burada bir müddət 
mühəndis işləyir. 
1991-ci ildə könüllü olaraq cəbhəyə 
yollanır və 701 saylı hərbi hissədə bö-
lük  komandiri  kimi  xidməti  vəzifəyə 
başlayır. Cəsur döyüşçü Kərckicahan, 
Malıbəyli kəndlərinin, Şuşa şəhərinin 
müdafiəsində iştirak edir. Bir müddət 
sonra onu, döyüşə yeni əsgərlər hazır-
lamaq məqsədilə Bakıya göndərirlər. 
O,  Kəlbəcər  rayonunun  müda-
fiəsində  iştirak  edir,  bir  neçə  kəndin 
geri  qaytarılmasında  igidlik  göstərir. 
Baş  leytnant  Y.Nəcəfovun  son  dö-
yüşü  24  avqust  1992-ci  ildə  olur.  O, 
Vəng kəndinin azad olunması uğrunda 
gedən  döyüşlərdə  rəşadət  göstərərək 
şəhid olur. 
Azərbaycan  Respublikasının  Pre-
zidentinin 7 dekabr, 1992-ci il tarixli 
350  saylı  Fərmanı  ilə  baş  leytenant 
Nəcəfov Yunis İsa oğluna ölümündən 
sonra “Azərbaycanın Milli Qəhrəmanı” 
fəxri adı verilmişdir. Goranboy rayo-
nunun Qaraqucaq kəndində dəfn edil-
miş, Göranboy rayonunda və Biləcəri 
qəsəbəsində büstü qoyulmuşdur.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli 
Qəhrəmanı” adı verilməsi haqqında  : [Nəcəfov Yunis İsa oğlu – süvari – Azərbaycan Respub-
likasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin 
edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin 
Fərmanı, 7 dekabr, 1992-ci il [Mətn]//Azərbaycan Respublikası Ali Sovetinin məlumatı.- 1992.- № 
24.-S.50
Əsgərov, V. Nəcəfov Yunis İsa oğlu [Mətn] //Əsgərov, V. Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 
2005.- S.167.
Seyidzadə, V. Nəcəfov Yunis İsa oğlu [Mətn] //Seyidzadə, V. Azərbaycanın Milli Qəhrəmanları.- 
Bakı, 2010.- S.176.
31
Milli Qəhrəman


184
Siyasət.Hərbi iş
145 
illiyi
SƏTTARXAN 
1867-1914
AVQUST
Səttarxan  1867-ci  il  avqust  ayının 
16-da  Cənubi Azərbaycanın  Qaradağ 
vilayətinin  Məmmədxanlı  mahalında 
dünyaya göz açmışdır. 
1905-1911-ci  illərdə  İran  inqila-
bının  və  Cənubi  Azərbaycanda  de-
mokratik hərəkatın rəhbərlərindən ol-
muşdur.  O,  gənc  yaşlarında  şah  üsul 
idarəsinə  qarşı  vuruşmuş  və  silahlı 
partizan dəstəsi yaratmışdır. Səttarxan 
1905-ci  ildə  İranda,  o  cümlədən 
Cənubi  Azərbaycanda  genişlənən  in-
qilabi  hərəkata  qoşulmuş,  1906-cı 
ildən  Təbrizin  Əmirəgiz  məhəlləsi 
mücahidlərinin  başçısı  və  “Həqiqət” 
əncüməninin üzvü olmuşdur. 
1908-ci il iyunun 23-də Təbriz üs-
yanını boğmağa cəhd edən 40 minlik 
şah qoşunu və irticaçı qüvvələr şəhərə 
daxil  oldu.  Əmirəgiz  məhəlləsində 
küçə  vuruşmaları  zamanı  Səttarxanın 
rəhbərliyi  altında  fədai  dəstələri 
əksinqilabi  qüvvələrə  ağır  zərbə  vu-
raraq  onları  Təbrizdən  qovdular.  On 
bir  ay  davam  edən  vuruşmada  xalq 
müdafiəsini  təşkil  edən  Səttarxan  in-
qilabi  hərəkatın  rəhbərlərindən  birinə 
çevrildi.  Təbriz  üsyanı  zamanı  inqi-
labi  hökumət  –  hərbi  şura  yaradıldı. 
Tərkibinə  Səttarxan,  Bağırxan,  Əli 
Müsyö daxil idi. 1909-cu ilin aprelində 
şah  qoşunu  Təbrizə  girdi.  Üsyan  ya-
tırıldıqdan  sonra  Səttarxan  Təbrizdə 
qaldı. İyulda mülkədar burjua dairələri 
öz hökumətlərini yaratdılar. 
1910-cu ilin aprelində yeni burjua 
hökumətinin dəvəti ilə başda Səttarxan 
və Bağırxan olmaqla 100 nəfərlik fədai 
dəstəsi  Tehrana  getdi.  Tehran  əhalisi 
Səttarxanı böyük təntənə ilə qarşıladı. 
Lakin irtica qüvvələri Təbriz üsyanının 
qəhrəmanlarına qəsd hazırlamışdılar. 
1910-cu il avqustun 7-də hökumətin 
qoşunları və Tehran polisi qəfil hücumla 
Səttarxanın fədai dəstələrini tərkisilah 
etdilər. Atışma zamanı Səttarxan ağır 
yaralanır  və  uzun  sürən  xəstəlikdən 
sonra  1914-cü  il  noyabrın  9-da  vəfat 
edir.  Xalq  və  vətən  qarşısındakı 
xidmətlərinə görə Cənubi Azərbaycan 
əyalət  əncüməni  Səttarxanı  “Sərdari 
milli”  (Millətin  sərkərdəsi)  adlandır-
mış, döyüşdə fərqlənənləri təltif etmək 
üçün  “Səttarxan”  medalı  təsis  etmiş-
dir. 
Səttarxana  dastan,  roman,  şeir, 
nəğmə, hekayə, oçerk və s. həsr edil-
mişdir. Onun xatirəsini əbədiləşdirmək 
üçün  Təbrizdə  heykəli  qoyulmuş  və 
küçələrin birinə adı verilmişdir. 
Ə d ə b i y y a t
Görkəmli inqilabçı 
Səttarxan [Mətn] .- Bakı , 
1972.- 125 s. 
Makulu, A. Səttarxan [Mətn] 
: roman /A.Makulu.- Bakı : 
Azərnəşr, 1983.- 334 s. 
Həsənov, N. Oyanmış 
Təbriz və Səttarxan [Mətn] 
/N.Həsənov.- Bakı: Azərnəşr, 
1986.- 192 s. 
Qabiloğlu, E. Səttarxanın 
ölümündən 95 il ötdü 
[Mətn] /E.Qabiloğlu /Xalq 
cəbhəsi.-2009.- 17 noyabr.- 
S. 14.
16
Siyasi xadim


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə