Redaksiya heyəTİ: Baş redaktor


Kimya.Biologiya.Tibb ƏZİZ ƏLİYEV



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə8/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   4   5   6   7   8   9   10   11   ...   138

21
Kimya.Biologiya.Tibb
ƏZİZ ƏLİYEV 
1897-1962
YANV
AR
  Əziz  Məmmədkərim  oğlu  Əliyev 
1897-ci  il  yanvar  ayının  1-də  İrəvan 
xanlığının Hamamlı kəndində anadan 
olmuşdur. 
Əziz  Əliyev  1908-1917-ci  illərdə 
İrəvan gimnaziyasını qızıl medalla bi-
tirmişdir.  Lakin  burada  verilən  təhsil 
Əziz Əliyevi qane etməmişdir. Maddi 
cəhətdən təhsilini davam etdirmək im-
kanı  olmayan  Əziz  Əliyev  məktubla 
Bakı  milyonçusu,  xeyriyyəçi  Hacı 
Zeynalabdin Tağıyevə müraciət etmiş 
və onun maddi köməyi ilə Petroqrada 
getmiş və Hərbi Tibb Akademiyasına 
daxil olmuşdur. 
1918-ci  il  iyun  ayının  yay  tətilini 
evlərində  keçirmək  üçün  İrəvana 
gələn  Əziz  Əliyev    burada  dəhşətli 
mənzərə ilə üzləşmişdir. Erməni daş-
naklarının amansız  qəddarlıqlarına tab 
gətirməyib ailəsi ilə birlikdə çətinliklə 
Naxçıvanın  Şərur  rayonuna  keçə  bil-
mişdir.
Qanlı qırğından salamat çıxa bilən 
və  didərgin  düşən  Şahtaxtı  əhalisi,  o 
cümlədən Əziz Əliyevin ailəsi erməni 
zülmünə tab gətirməyərək Arazı keç-
miş və Cənubi Azərbaycanın Ərəblər 
kəndində daldalanmışlar.
Ə.Əliyev 1923-cü ilin may ayında 
Bakıya  köçəndən  sonra  Azərbaycan 
Tibb İnstitutunda təhsilini davam etdir-
mişdir. Əziz Əliyev 1927-ci ildə Bakı 
Dövlət Universitetinin Tibb fakültəsini 
bitirmişdir və Daxili xəstəliklər kafed-
rasında əvvəl ordinator, sonra isə aspi-
rant, assistent və dosent kimi fəaliyyət 
göstəmişdir.  1929-1938-ci  illərdə 
Azərbaycan  Dövlət Tibb  İnstitutunun 
rektoru,  sonra  isə  Azərbaycan  SSR 
Xalq Səhiyyə komissarı vəzifələrində 
işləmişdir. 
Əziz  Əliyev  1941-1942-ci  illərdə 
Azərbaycan KP MK-nın katibi, 1942-
1948-ci  illərdə  isə  Dağıstan  MSSR 
Vilayət  Partiya  Komitəsinin  birinci 
katibi  vəzifələrində  çalışaraq  özünü 
bacarıqlı  dövlət  xadimi  kimi  göstərə 
bilmişdi.  O,  1949-1950-ci  illərdə 
Moskvada ÜİK (b) P MK-nın inspek-
toru, 1950-1951-ci illərdə Azərbaycan 
SSR  Nazirlər  Soveti  sədrinin  birin-
ci  müavini  vəzifəsində  çalışmışdır. 
Daha  sonralar,  yəni  1956-cı  ildən 
Azərbaycan  SSR  Elmi-Tədqiqat  Or-
topediya  və  Bərpa  Cərrahlığı  İnstitu-
tunun direktoru, həmçinin Azərbaycan 
Dövlət  Həkimləri  Təkmilləşdirmə 
İnstitutunun rektoru vəzifələrində işlə-
mişdir. 
İki  dəfə  “Lenin”  ordeni,  “Qırmı-
zı  Əmək  bayrağı”  ordeni  və  medal-
larla  təltif  olunmuşdur.  Azərbaycan 
Həkimləri  Təkmilləşdirmə  İnstitutu 
görkəmli  həkim  Əziz  Əliyevin  adını 
daşıyır.
Əziz Əliyev 1962-ci ildə iyulun 27-
də  Bakı  şəhərində  vəfat  etmiş,  Fəxri 
Xiyabanda dəfn edilmişdir.
Ə d ə b i y y a t
Ağayev, X. Əziz Əliyev 
Azərbaycanın xoşbəxtliyini 
düşünən adam idi [Mətn] 
/X.Ağayev //Xalq qəzeti.- 
2002.- 1 dekabr.- S. 3. 
Azərbaycan və Dağıstanın 
böyük oğlu [Mətn] /tərt. 
Səfalı Nəzərli.- Bakı,1998.- 
47 s.
Talıblı, T. Əziz Əliyev: Döv-
rü, həyatı, şəxsiyyəti[Mətn] 
/T.Talıblı.- Bakı: Göytürk, 
1997.- 285 s.
Ибрагимова, Д. 
Азербайджан-Дагестан: 
Эстафета братства 
[Текст]: мост через 
Самур построил Азиз 
Алиев /Д.Ибрагимова //
Известия.- 2002.- 1 
февраля.- С.10.
İ n t e r n e t d ə
www.adam.az
www.idrak.az.orq
1
115 
illiyi
Həkim


22
Teatr.Kino.Estrada.Sirk
MİKAYIL MİRZƏ 
1947-2006
YANV
AR
Mikayıl  Şahvələd  oğlu  Mirzəyev 
(Mikayıl  Mirzə)  1947-ci  il  yanvar 
ayının  1-də  Şamaxı  rayonunun  Talış 
kəndində (indiki Ağsu rayonu) anadan 
olmuşdur.
O,  1969-cu  ildə Azərbaycan  Döv-
lət  İncəsənət  İnstitutunun  (indiki 
Azərbaycan  Dövlət  Mədəniyyət  və 
İncəsənət Universiteti) “Dram və kino” 
aktyorluğu fakültəsini bitirmişdir.
ADİİ-da görkəmli rejissor və peda-
qoq, SSRİ Xalq artisti, professor Meh-
di Məmmədovun kursunu bitirdikdən 
sonra bir müddət Tədris Teatrında ça-
lışmış, 1976-cı ilin yanvarından Aka-
demik Milli Dram Teatrına dəvət edil-
mişdir.
Milli teatr tarixində xüsusi yeri olan 
C. Məmmədquluzadənin “Dəli yığın-
cağı”  (Cinni  Mustafa),  S.  Vurğunun 
“Vaqif” (Kürd Musa), C. Cabbarlının 
“Od gəlini” (Elxan) tamaşalarında akt-
yorun  yaratdığı  surətlər  bu  pyeslərin 
böyük uğurunu təmin etmiş, sənətçiyə 
şöhrət gətirmişdir.
Mikayıl  Mirzənin  Akademik  Mil-
li  Dram Teatrında  quruluş  verdiyi  C. 
Cabbarlının  “Aydın”  tamaşası  teatr 
sənəti  tarixində  layiqli  səhnə  əsəri 
kimi qiymətləndirilir.
O,  “Dədə  Qorqud”,  “Yeddi  oğul 
istərəm”,  “Uzun  ömrün  akkordları”, 
“Babək”,  “Qatır  Məmməd”  və  onlar-
la digər ekran əsərlərində bir-birindən 
fərqli  surətlər  qalereyası  yaratmış-
dır.  “Bir  aktyorun  teatrı”nı  yaradan 
sənətkar  televiziyada  A.  S.  Puşkinin 
“Motsart və Salyeri”, “Qaraçılar”, H. 
Cavidin “Azər”, X. Rzanın “Məhəbbət 
dastanı”, M. İsmayılın “Saz”, R. Rzanın 
“Qızılgül olmayaydı...”, C. Novruzun 
“Qərbi  Berlin”  mono-tamaşalarında 
bir-birinə  bənzəməyən  obrazlar  qa-
lereyasını  tamaşaçı  yaddaşına  əbədi 
həkk etmişdir.
Mikayıl 
Mirzə 
Azərbaycan 
mədəniyyətində  xüsusi  yer  tutan 
sənətkarlardan idi. Təbiətin bəxş etdi-
yi istedadı, unudulmaz səsi və danışıq 
tərzi onu və böyük sənətini yaddaşlar-
da yaşadacaqdır.
Azərbaycan teatr və kino sənətinin 
inkişafındakı xidmətlərinə görə Mika-
yıl  Mirzə  1987-ci  ildə  Respublikanın 
Əməkdar artisti, 1991-ci ildə isə Xalq 
artisti  fəxri  adlarına  layiq  görülmüş-
dür. 
Mikayıl  Mirzə  ictimai  xa-
dim  və  təşkilatçı  kimi  də  fəaliyyət 
göstərmişdir.  Akademik  Milli  Dram 
Teatrında aktyor kimi işləyərək 1992–
1995-ci illərdə həm də Bakı Mədəni-
Maarif  Texnikumunun  direktoru 
vəzifəsində  çalışmış,  1995–2000-ci 
və  2002–2005-ci  illərdə  Azərbaycan 
Respublikası Milli Məclisinin deputa-
tı olmuşdur. Mikayıl Mirzə 2006-cı il 
iyunun 3-də dünyasını dəyişmişdir.
Ə d ə b i y y a t
Elsevər, S. Bu gen dünyada 
başımıza yer qəhət olmaz 
[Mətn]: [yeddi il öncə Mi-
kayıl Mirzə ilə olan söhbət] 
/ Seymur Elsevər //Eks-
press.- 2007.- 7 iyun.- S.6.
 Mikayıl, M. O bir od par-
çasıydı [Mətn]: [qəlbində 
sənət, ruhunda dövlət
başında şöhrət yüklü 
Mikayıl] /Mikayıl Mirzə //
Yeni Azərbaycan.- 2007.- 3 
mart.- S.10.
Rəhimli, İ. Mikayıl Mirzə 
[Mətn] /İ.Rəhimli //
Azərbaycan teatr tarixi.- 
Bakı: Çaşıoğlu, 2005.- S. 
383-384.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
1
65 
illiyi
Aktyor


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə