Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə83/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   79   80   81   82   83   84   85   86   ...   138

191
Musiqi.Opera.Balet 
100 
illiyi
NİYAZİ
1912-1984
AVQUST
Niyazi  Zülfüqar  oğlu  Tağızadə-
Hacıbəyov 1912-ci il avqust ayının 20-də 
Tiflisdə dünyaya göz açmışdır. 
Orta təhsilini başa vuran Niyazi 1926-
cı ildə Moskvada Qnesinlər adına Musiqi 
texnikumuna  daxil  olur.  1931-ci  ildə  bu 
texnikumu bitirdikdən sonra o Azərbaycan 
Dövlət  Kovservatoriyasının  aspirantura-
sında oxumuşdur. Niyazinin musiqiçi kimi 
formalaşmasında  Üzeyir  Hacıbəylinin, 
P.B.Ryazanovun, A.M.Rudolfun, M.F.Qne 
sin və başqalarının böyük rolu olmuşdur. 
Niyazi  Azərbaycan  Dövlət  Simfonik 
Orkestrinin  təşkilində  fəal  iştirak  etmiş, 
1938-ci  ildən  fasilələrlə  orkestrin  bədii 
rəhbəri və baş direktoru olmuşdur. O, Ope-
ra və Balet Teatrının dirijoru (1937-1948), 
(1951-1952) direktoru, bədii rəhbəri və baş 
dirijoru (1958-1959); (1961-1965), 1961-
ci ildə Leninqrad Opera və Balet Teatrının 
baş direktoru, 1979-cu ildə isə Azərbaycan 
Dövlət Filarmoniyasının direktoru olmuş-
dur. Niyazinin repertuarında Qərbi Avro-
pa, rus və digər xarici ölkə bəsrəkarlarının 
əsərləri mühüm yer tutur. Azərbaycan ifa-
çılıq sənətinin inkişafında, milli musiqinin 
təbliğində  Niyazinin  xidmətləri  böyük-
dür. Azərbaycan musiqisində ilk simfonik 
əsərlərin müəlliflərindən olan Niyazi milli 
simfoniyamızın  təşəkkülü  və  inkişafında 
əhəmiyyətli rol oynamışdır. Onun “Rast” 
simfonik muğamı (1949) güclü emosional 
təsiri,  zəngin  melodiyası,  xüsusilə  har-
monik  dilinin  əlvanlığı  və  ifadəliliyi  ilə 
fərqlənir.  Nizaminin  “Xosrov  və  Şirin” 
poemasının  motivləri  əsasında  yazdığı 
eyni  adlı  operası  musiqi  dramaturgiyası-
nın çoxplanlı olması, psixoloji gərginliyi, 
xor  səhnələri  və  orkestr  epizodlarının 
ifadəliliyi  ilə  fərqlənir.  R. Taqorun  “Çit-
raqonda” fəlsəfi dramı üzrə yazdığı “Çit-
ra”  baletində  hind  xalq  musiqisinin  ritm 
və  intonasiyasından,  orkestrovkada  hind 
musiqi  alətlərinin  səslənməsini  xatırla-
dan tembr çalarlarından istifadə edilmiş-
dir.  Bundan  başqa  “Zaqatala  süitası”, 
“Konsert  valsı”  əsərlərinin,  “Vətən  haq-
qında  mahnı”,  “Arzu”,  “Dağlar  qızı”, 
“Ləzgi həngi” dram tamaşalarını yazmış, 
“Kəklik”,  “Qaragilə”,  “Xumar  oldum”, 
“Küçələrə su səpmişəm” və s. xalq mah-
nılarını sinif orkestri üçün işləmiş, 1935-
ci ildə”Rast “ və “Şur” muğamlarını nota 
köçürmüşdür. 
Azərbaycan  bəstəkarlarının  bir  çox 
əsərlərinin  ilk  ifaçısı  olmuşdur.  Opera 
və  Balet  Teatrında  tamaşaya  hazırladığı 
“Nərgiz” (Müslüm Maqomayev), “Vətən” 
(Qara Qarayev və Cövdət Hacıyev), “Se-
vil” (Fikrət Əmirov), və s. əsərlər xüsusi 
maraqla qarşılanmışdır. 
Maestro  musiqi  sahəsindəki  xidmət 
lərinə  görə  bir  sıra  fəxri  adlar  almış  və 
medallarla  təltif  olunmuşdur.  Belə  ki, 
1946-cı  ildə  SSRİ  Dirijorlarının  Ümum 
ittifaq  baxışının  laureatı,  1951-ci  ildə 
SSRİ  Dövlət  Mükafatı  laureatı,  1952-ci 
ildə Üzeyir Hacıbəyov adına Azərbaycan 
SSR  Dövlət  Mükafatı  laureatı,  1982-ci 
ildə Sosialist Əməyi Qəhrəmanı, 1974-cü 
ildə  Beynəlxalq  Nehru  mükafatına  layiq 
görülmüşdür. 
Niyazi  Azərbaycan  SSR  Ali  Soveti-
nin deputatı olmuş, 2 dəfə Lenin ordeni, 
Oktyabr inqilabı, Qırmızı Əmək bayrağı, 
“Şərəf  nişanı”  ordenləri,  xarici  ölkələrin 
orden və medalları ilə təltif edilmişdir.
1984-cü  ilavqust  ayının  2-də  Bakı 
şəhərində vəfat etmişdir. 
Ə d ə b i y y a t
Kərimov, S. Niyazi [Mətn]: 
həyat və yaradıcılığı haq-
qında /S.Kərimov.- Bakı : 
Yazıçı, 1982.- 88 s. 
Maestro Niyazi [Mətn]: 
kataloq.- Bakı : Elm, 2000.- 
126 s. 
Şərif, A. Maestro [Mətn]: 
O, dahi idi /A.Şərif //Yeni 
mədəni maarif.- №12.- 
2008.- S.31-33.
Təhmirazqızı, S. Maestro Ni-
yazi [Mətn] /S. Təhmirazqızı 
//Mədəniyyət.- 2010.- 20 
avqust.- S. 4.
20
Dirijor


192
SENTY
ABR
Ş. 
B.
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç.
C.A. 
C. 
Ş. 
B. 









10 
11 
12 
13 
14 
15 
16 
17 
18 
19 
20 
21 
22 
23 
24 
25 
26 
27 
28 
29
30 
®
Bilik Günü (15.09.2004)
• 
Milli Musiqi Günü (18.09.1995)
• 
Hеydər Əliyеv аdınа Bаkı-Tbilisi-Cеyhаn əsаs 
• 
iхrаcаt bоru kəmərinin təməli qоyulmаsının 
(18.09.2002) 10 illiyi
Neftçilər Günü (20.09.1994)
• 
Beynəlxalq Sülh Günü (21.09.1981)
• 
Beynəlxalq Turizm Günü (27.09.1970)
• 
Dövlət Dili hаqqındа Qаnunun (30.09.2002) 10 
• 
illiyi
Tiflisdəki ev-muzeyi
1834-cü ildə görkəmli yazıçı bu binanı satın alıb və ömrünün so-
nuna kimi bu mənzildə yaşayıb-yaratmışdır. M.F.Axundzadənin vaxtilə 
yaşadığı  ev  hazırda  M.F.Axundzadə  adına  Azərbaycan  Mədəniyyəti 
Muzeyidir. Bir vaxtlar Musiqi Alətləri muzeyi olan binada 1983-cü ildə 
M.F.Axundzadənin ev-muzeyi və Azərbaycan Mədəniyyət Mərkəzi açıl-
mışdır. 2007-ci ilin əvvəlindən hər iki ad ləğv olunaraq M.F.Axundzadə 
adına Azərbaycan Mədəniyyəti Muzeyi olmuşdur.
1 sentyabr
Gün çıxır 06:33  
Gün batır 20:14
30 sentyabr 
Gün çıxır 06:06 
Gün batır 19:25
24 avqust- 
 23 sentyabr
Qız bürcü Nişanəsi 
yerdir. Günəşin 
Qızlar bürcünün 
keçdiyi dövrdə 
doğulanlar hər işdə 
aydınlıq, dəqiqliyin 
olmasını istəyirlər. 
200 il
1812-1878
M.F.Axundzadə


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə