Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə84/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   80   81   82   83   84   85   86   87   ...   138

193
Milli ədəbiyyat
Şair, dramaturq Rəsul Rza adına beynəlxalq mükafatın laureatı Nağıyev 
Ramiq Muxtar oğlunun (Ramiq Muxtar) (05.09.1942) аnаdаn оlmаsının 70 
illiyi
Yаzıçı, publisist Mustаfаyеv Mustаfа Şurа оğlunun (Mustаfа Çəmənli) 
(10.09.1947) аnаdаn оlmаsının 65 illiyi
Azərbaycan yаzıçısı Vəzirov Yusif Mirbaba oğlunun (Çəmənzəminli Yusif 
Vəzir) (12.09.1887-03.01.1943) аnаdаn оlmаsının 125 illiyi
Şair, publisist Alməmmədov Rüstəm Hidayət oğlunun (Rüstəm Behrudi) 
(14.09.1957) аnаdаn оlmаsının 55 illiyi
Xarici ədəbiyyat
Rus yazıçısı Tolstoy Aleksey Konstantinoviçin (05.09.1817-10.19.1875) 
аnаdаn оlmаsının 195 illiyi
Tarixdə bu gün
Bilik Günü (15.09.2004)
Milli Musiqi Günü (18.09.1995)
Hеydər Əliyеv аdınа Bаkı-Tbilisi-Cеyhаn əsаs iхrаcаt bоru kəmərinin 
təməli qоyulmаsının (18.09.2002) 10 illiyi
Neftçilər Günü (20.09.1994)
Beynəlxalq Sülh Günü (21.09.1981)
Beynəlxalq Turizm Günü (27.09.1970)
Dövlət Dili hаqqındа Qаnunun (30.09.2002) 10 illiyi
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Seyidov Məhərrəm Mirəziz oğlunun 
(07.09.1952-16.01.1990) аnаdаn оlmаsının 60 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Senyuşkin Sergey Aleksandroviçin 
(15.09.1957-29.02.1992) аnаdаn оlmаsının 55 illiyi
Siyasət. Hərbi iş
Görkəmli sərkərdə, hərb nəzəriyyəçisi Aslanbəyov İbrahim bəy Allahverdi 
oğlunun (10.09.1822-07.12.1901) аnаdаn оlmаsının 190 illiyi
Dövlət xadimi Hacıyev Hüsü Hüseynəli oğlunun (26.09.1897-18.05.1931) 
аnаdаn оlmаsının 115 illiyi
2012
SENTYABR


194
Kimya. Biologiya. Tibb
Azərbaycan kimyaçısı, professor Babayev Əbülfəz İsmayıl oğlunun 
(20.09.1947) аnаdаn оlmаsının 65 illiyi
İlk kimyaçı alim Xanlarov Mövsüm bəy Məhəmməd bəy oğlunun 
(24.09.1857-23.02.1921) аnаdаn оlmаsının 155 illiyi
Riyaziyyat. Fizika.Astranomiya
Nobel Mükafatı laureatı, fransız fiziki Jalio-Küri İrenin (12.09.1897-
17.03.1956) аnаdаn оlmаsının 115 illiyi
Rus alimi Siolkovski Konstantin Eduardoviçin (17.09.1857-19.09.1935) 
аnаdаn оlmаsının 155 illiyi
Azərbaycanın Əməkdar elm xadimi, akademik, riyaziyyatçı Hüseynov Əşrəf 
İsgəndər oğlunun (20.09.1907-26.08.1981) аnаdаn оlmаsının 105 illiyi
Musiqi.Opera.Balet
Аzərbаycаnın Хаlq аrtisti, tarzən Bаkıхаnоv Əhmədxan Məmmədrza 
oğlunun (05.09. 1892-26.03.1973) аnаdаn оlmаsının 120 illiyi
Xalq artisti Əlixanova Firuzə Məmmədqulu qızının (09.09.1917-
23.11.1994) аnаdаn оlmаsının 95 illiyi


195
Milli ədəbiyyat 
70 
illiyi
RAMİQ MUXTAR 
1942
SENTY
ABR
Ramiq Muxtar oğlu Nağıyev  1942-
ci  il  sentyabr  ayının  5-də  Naxçıvan 
şəhərində  ziyalı  ailəsində  anadan  ol-
muşdur.  On  bir  yaşından  bədii  yara-
dıcılıqla  məşğul  olaraq  öz  şeirləri  ilə 
dövri mətbuatda tez-tez çap olunmuş-
dur.  “  Üfüqlər  qızaranda”,  “Müdirin 
aqibəti”, “Əlvida köhnə dünya”, “Əgər 
sevirsənsə”, “Şəhərli kürəkən”, “Doğ-
ma  səmanın  ulduzları”,  “Qıl  körpü” 
pyesləri  Bakı,  İrəvan,  Naxçıvan, Ağ-
dam, Qazax Dövlət Dram Teatrlarında 
uğurla tamaşaya qoyulmuşdur.
Şair-dramaturq  Ramiq  Muxtar 
həmçinin 1992-ci ilin sonlarında Yeni 
Azərbaycan  Partiyasının  ilk  yaradıcı-
larından biri olmuşdur.
Ramiq Muxtar yaradıcılığı həmişə 
ümummilli liderimiz Heydər Əliyev tə 
rəfindən  yüksək  qiymətləndirilmişdir. 
O, prezident təqaudçusüdür.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn] /
Ramiq Muxtar .- Bakı: 
“Azərbaycan” nəşriyyatı , 
2007.- 264 s.
5
65 
illiyi
MUSTAFA ÇƏMƏNLİ 
1947
Mustafa  Şura  oğlu  Mustafayev 
1947-ci il sentyabr ayının 10-da Ağda-
mın Çəmənli kəndində anadan olmuş-
dur. İlk təhsilini kənd məktəbində al-
mışdır. Əmək fəaliyyətinə Mingəçevir 
Maşın  hissələri  təmiri  zavodunda 
qəlibçi kimi başlamışdır (1966-1970).
 Bakıda “Kommunist” nəşriyyatında 
çapçı köməkçisi, “Paris Kommunası” 
adına  Gəmitəmiri  zavodunda  qəlibçi 
olmuşdur (1970-1972).
ADU-nun Jurnalistika fakültəsində 
təhsil  almışdır.  1977-1988-ci  ilədək 
təyinatla göndərildiyi “Yazıçı” nəşriy_
yatında  redaktor,  böyük  redaktor, 
“Klassik ədəbiyyat və folklor” redak-
siyasının müdiri, 1988-1992-ci illərdə 
nəşriyyatın  Nəsr  redaksiyasının  mü-
diri  vəzifəsində  çalışmışdır.  Hazırda 
“Gənclik”  nəşriyyatında  baş  redaktor 
işləyir.
Ə d ə b i y y a t
“Leyli və Məcnun” 100 il səhnədə [Mətn] /Çəmənli Mustafa .- Bakı: E.L , 2008.- 429 s.
Məcnunun Məcnunu [Mətn] /Çəmənli Mustafa.- Bakı: Təhsil, 2010.- 237 s. 
Muğam dünyasının xanı [Mətn]: (xatirələr) /Çəmənli Mustafa .- Bakı : Gənclik.- 2001.-271 s.
Mübariz [Mətn] /Çəmənli Mustafa.- Bakı: Təhsil, 2010.- 79 s.
Səsin ruhu [Mətn] : (xatirələr) /Çəmənli Mustafa .- Bakı: Gənclik, 2003.- 288 s.
10
Publisist
Publisist


196
Milli ədəbiyyat
125 
illiyi
YUSİF VƏZİR 
ÇƏMƏNZƏMİNLİ 
1887-1943
SENTY
ABR
Yusif  Vəzir  Məşədi  Mirbaba  Mi-
rabdulla  oğlu  Vəzirov  (Yusif  Vəzir 
Çəmənzəminli) 1887-ci il sentyabr ayının 
12-də  Şuşa  şəhərində  bəy  ailəsində  ana-
dan olmuşdur. 
Ağdamda  rus  məktəbi  olmadığı  üçün 
Yusif Muradbəylidəki rus məktəbinə get-
miş, bir il bu məktəbdə oxuyandan sonra 
1896-cı  ildə  Şuşa  realnı  məktəbinə  da-
xil  olmuşdur.  Təhsilini  rus  dilində  aldı-
ğı  üçün  1904-cü  ildə  həyatından  şikayət 
tərzində yazılmış “Jaloba” adlı ilk şeirini 
rusca yazmışdı. 
1915-ci  ildə  Kiyev  Universiteti-
nin  hüquq  fakültəsini  bitirmişdir.  Y.V. 
Çəmənzəminli  universiteti  bitirdikdən 
sonra Simferopol, Odessa, Saratov, İstan-
bul və Parisdə yaşamışdır.
On bir dil bilmişdir. 
Yusif  Vəzir  1912-ci  ildə  “Yed-
di  hekayə”,  1913-cü  ildə  isə  “Həyat 
səhifələri”  adlı  kitablarını  Kiyevdə  çap 
etdirmişdir. 
O,  1919-cu  ildə  yeni  yaranmış 
Azərbaycan Demokratik Cümhuriyyətinin 
Türkiyədə ilk səfiri olmuşdur. Yusif Vəzir 
İstanbulda  dövlət  işilə  məşğul  olmaqla 
yanaşı,  öz  ədəbi  fəaliyyətini  də  davam 
etdirmişdir.  Belə  ki,  Azərbaycanı  və 
Azərbaycan  ədəbiyyatını  türk  aləminə 
tanıtmaq üçün elmi müşahidələrlə zəngin 
olan “Azərbaycan ədəbiyyatına bir nəzər”, 
“Tarixi-coğrafi  və  iqtisadi  Azərbaycan” 
adlı kitablarını yazıb, 1921-ci ildə onları 
İstanbulda  çap  etdirmişdir.  “Ağsaqqal”, 
“Qoz  ağacı”,  “Cənnətə  vəsiqə”,  “Şahqu-
lunun xeyriyyə işi” və s. hekayələri “Keç-
mişin səhifələri” adlı topluda sonralar çap 
olunmuşdur.    1926-cı  ilin  aprel  ayında 
həmişəlik  olaraq  mühacirətdən  vətəninə 
qayıtmış Yusif Vəzir ilk əvvəl “Bakı işçi-
si” nəşriyyatında bədii şöbənin redaktoru, 
sonralar Dövlət Plan Komitəsinin ictimai-
mədəni  bölməsində  ixtisası  üzrə  vəkil 
işləmiş və eyni zamanda müəllimliklə də 
məşğul olmağa başlamışdı. Eyni zamanda 
Yusif Vəzir Ruhulla Axundovun redaktəsi 
ilə çıxmış “Rusca-Azərbaycanca lüğət”in 
müəlliflərindən biri olmuşdur. Azərbaycan 
dilində  terminologiyanın  yaradılmasında 
da  Yusif  Vəzir  Çəmənzəminlinin  böyük 
xidməti olmuşdur. 
“Qızlar  bulağı”,  “Studentlər”,  “1917-
ci il” adlı romanlarını çap etdirmişdir.
 O, 1935-ci ildə “Həzrəti-Şəhriyar” adlı 
komik  pyesini  bitirmişdir.  1936-1937-ci 
illərdə “Qan içində” və 1961-ci ildə çap 
olunmuş “İki od arasında” əsərlərini yaz-
mışdır. Onun əsərləri Parisdə, İstanbulda 
nəşr olunmuşdur. Yusif Vəzir tərcümələr 
üzərində  də  işləmişdir.  O,  L.Tolstoyun, 
I.Turgenevin,  A.Neverovun,  N.Qoqolun, 
B.Lavrenevin, L.Seyfulinanın, V.Hüqonun 
və  s.  bir  neçə  əsərlərini  rus  dilindən 
Azərbaycan dilinə tərcümə etmişdi. 
O,  kino-ssenarilərin  tərcüməsi  işində 
də fəal iştirak etmişdi. Azərbaycan dilində 
ilk səsli film olan məşhur “Çapayev” fil-
minin  ssenarisini  də  Azərbaycan  dilinə 
1936-cı  ildə  Y.V.Çəmənzəminli  tərcümə 
etmişdi.
Yusif Mirbaba oğlu Vəzirov Stalin rep-
ressiyasının  qurbanı  olmuş,  1940-cı  ildə 
həbs olunaraq Qorki vilayətinin Suxobez-
vodnoye  həbs  düşərgəsinə  göndərilmiş, 
1943-cü ildə orada vəfat etmişdir. Bakıda 
və  Şuşada  küçə,  məktəb,  kitabxana,  res-
publikada  bir  sıra  başqa  mədəni-maarif 
müəssisələri  onun  adı  ilə  adlandırılmış-
dır. 
Ə d ə b i y y a t
Əsərləri [Mətn]: 3 cilddə. /
Yusif Vəzir Çəmənzəminli
tərt.ed. M.Axundova, red. 
T.Hüseynoğlu.- Bakı: 
Avrasiya Press, 2005.- C.I. 
.- 360 s.; C.II .- 664 s.; C.III 
.- 440 s. 
 Axundlu, Y.İ. Ədəbi 
portretlər [Mətn] 
/İ.Y.Axundlu.- Bakı: Adiloğ-
lu.- 2004.- 240 s.
Məcidqızı, L. Çəmənzəminli 
və rus mədəniyyəti [Mətn] 
/L.Məcidqızı.- Bakı: 
Azərnəşr, 2002.-152 s.
İ n t e r n e t d ə
www.anl.az
www.azerbaijan.az.
www az.wikipedia.org
12
Yazıçı


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə