Redaksiya heyəTİ: Baş redaktor


Tarixdə bu gün  HEYDƏR ƏLİYEV ADINA



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə85/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   81   82   83   84   85   86   87   88   ...   138

197
Tarixdə bu gün 
HEYDƏR ƏLİYEV ADINA 
BAKI-TBİLİSİ-CEYHAN NEFT KƏMƏRİ 
2002
SENTY
ABR
Heydər  Əliyev  adına  Bakı-Tbilisi-
Ceyhan  Əsas  İxrac  Boru  Kəməri  “Əsrin 
müqaviləsi” çərçivəsində Xəzər dənizinin 
Azərbaycan  sektorunda  hasil  olunacaq 
xam neftin dünya bazarına çıxışını təmin 
etmək  üçün  inşa  edilmiş  boru  nəqliyyat 
vasitəsidir.  Kəmərin  uzunluğu  1767  ki-
lometrdir,  onun  443  km-i Azərbaycanın, 
248  km-i  Gürcüstanın,  1076  km-i  isə 
Türkiyənin  ərazisindən  keçir.  Kəmərin 
istismar  müddəti  40  il,  orta  ötürücülük 
qabiliyyəti  ildə  10  milyon  barel  nəzərdə 
tutulub.
Azərbaycan  Respublikasının  Dövlət 
Neft  Şirkəti  BTC  layihəsində  iştirak 
etmək  məqsədi  ilə  AzBTC  Co.  Törəmə 
şirkətini  yaratmış  və  bu  şirkət  layihənin 
iştirakçıları  olan  neft  şirkətlərinin  kon-
sorsiumu  tərəfindən  yaradılmış  BTC 
Company  şirkətində  25%-lik  paya  ma-
likdir.  AzBTC  Co.  Şirkəti  daxil  olmaq-
la  layihənin  bütün  iştirakçıları  layihənin 
dəyərinin  30%-lik  hissəsini  öz  vəsaitləri 
hesabına,  qalan  70%-lik  hissəni  isə 
beynəlxalq maliyyə institutlarından, ixrac 
kredit  agentliklərindən  və  kommersiya 
banklarından cəlb edilmiş kredit vəsaitləri 
hesabına  maliyyələşdirirlər.  Azərbaycan 
dövləti  adından  Azərbaycan  BTC  Co. 
Şirkətindəki  80%-lik  payın  təmsilçisi 
kimi Azərbaycan Respublikasının İqtisadi 
İnkişaf Nazirliyi (İİN) çıxış edir, bu payın 
maliyyələşdirilməsi isə Dövlət Neft Fondu 
tərəfindən həyata keçirilir. BTC layihəsində 
Azərbaycan  Respublikasının  iştirakı-
nın  təmin  edilməsi  ilə  bağlı  öhdəliklərin 
yerinə yetirilməsi, o cümlədən ölkənin iş-
tirak payının maliyyələşdirilməsi ilə bağlı 
məsələlər “Bakı-Tbilisi-Ceyhan Əsas İx-
rac Boru Kəməri layihəsində Azərbaycan 
Respublikası  Dövlət  Neft  Şirkətinin  işti-
rak  payının  maliyyələşdirilməsi  haqqın-
da” Azərbaycan Respublikası Prezidenti-
nin 30 iyul 2002-ci il tarixli Fərmanı ilə 
tənzimlənir.
2002-ci ildən 1 fevral 2007-cı il tari-
xinədək  olan  dövr  ərzində  ümumilikdə 
298 mln. AZN məbləğində vəsait Heydər 
Əliyev 
adına 
Bakı-Tbilisi-Ceyhan 
Əsas  İxrac  Boru  Kəməri  layihəsində 
Azərbaycan Respublikasının iştirak payı-
nın maliyyələşdirilməsinə yönəldilmişdir.
BTC  Neft  İxrac  Boru  Kəməri  Xəzər 
dənizindəki  neft  yataqlarından  hasil  olu-
nan  xam  nefti  Aralıq  dənizinin  Türkiyə 
sahilinə nəql edir və oradan da tankerlərə 
yüklənərək Avropa bazarlarına yola salı-
nır. 
Boru  kəmərinin diametri  Azərbaycanda 
və  Türkiyədə  əsasən  42  düymdür.  Gür-
cüstan ərazisində boru kəmərinin diamet-
ri 46 düymdür. Boru kəmərinin diametri 
Türkiyədə Ceyhan dəniz terminalına enən 
axırıncı  eniş  boyu  hissədə  34  düymədək 
azalır. Boru kəmərinin ötürmə qabiliyyəti 
gündə bir milyon barel neftdir.BTC boru 
kəmərlərinin obyektlərinə daxildir: 
8  nasos  stansiyası  (Azərbaycanda  2, 
Gürcüstanda  2,  Türkiyədə  4);  2  aralıq 
ərsinburaxma stansiyası; 1 təzyiqazaltma 
stansiyası; 101 kiçik siyirtmə .
Bakı-Tbilisi-Ceyhan  Boru  kəməri 
Kompani  (BTC  Ko)  şirkəti  bütövlüklə 
boru kəmərinin tikintisinə və istismarına 
cavabdehdir.  Bu,  11  səhmdar  tərəfindən 
təşkil  olunaraq  korporasiya  kimi  qeydə 
alınmış birgə müəssisədir, şirkətin ən bö-
yük  səhmdarı  olan  BP  tərəfindən  idarə 
olunur. 
Ə d ə b i y y a t
Heydər Əliyev adına 
Bakı-Tbilisi-Ceyhan neft 
kəməri [Mətn]: biblioqrafik 
göstərici; M.F.Axundov adı-
na Milli Kitabxana..- Bakı, 
2009.- 238 s.
Bakı-Tbilisi-Ceyhan neft 
kəmərinin beynəlxalq və 
regional əhəmiyyəti [Mətn] 
: beynəlxalq konfrans: 6-7 
iyun 2002-ci il. Tezislər.- 
Bakı: Adiloğlu, 2002.- 232 s.
Заславший и Дело труба 
Баку-Тбилиси-Джейхан и 
казахстанский выбор на 
Каспии [Текст].- Москва: 
Европa, 2005.-177 с.
18


198
Tarixdə bu gün 
BEYNƏLXALQ SÜLH GÜNÜ 
1981
SENTY
ABR
Bu  günün  dəyərini  bəlkə  də  hər  biri-
miz  anlamırıq,  lakin  düşünməyə  dəyər. 
Biz  bu  dünyada  yaşayırıq,  onun  bizə 
bəxş etdikləri ilə qidalanır, gözəllikləri ilə 
həyatımızı rəngarəng edirik, lakin təşəkkür 
olaraq  əvəzində  ona  nə  bəxş  edirik?! 
Ümumiyyətlə, necə ki, bir-birimizə qarşı 
münasibət bəsləyiriksə, eynisini də yaşadı-
ğımız planetə qarşı edirik. Boş eqoizmdən 
qurtulmaq və qlobal düşünmək üçün heç 
olmazsa, özünüzə bir gün ayırın. Dəyərmi 
bütün  bunlara,  düşünün?!  Təəssüflər  ol-
sun ki, bəzi insanlara bir dünya azlıq edir. 
Dünya – stabil həyatın əsasıdır. Bu, bütün 
ölkələrə  və  onların  vətəndaşlarına  aid-
dir.  Sülh  olduğu  zamanda  biz  təhsil  ala 
və işləyə bilirik, həm maddi, həm də ki, 
mənəvi cəhətdən inkişaf edə bilirik. Ma-
terial narahatlıq hiss etmədən sağlam ailə 
qura bilirik.
21  Sentyabr  tarixində  bütün  dünyada 
Beynəlxalq Sülh Günü qeyd olunur. Bu gü-
nün əhəmiyyəti çox böyükdür. Beynəlxalq 
Sülh  Günü  BMT-nin  30  noyabr  1981-ci 
ildəki qərarı ilə bütün dünyada qeyd olu-
nur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu 
qərarın lehinə səs vermişdir. 1999-cu ildə 
rejissor  Ceremi  Cilli  insan  cəmiyyətinin 
əsas  problemləri  və  nisbətən  təcili  həll 
olunmalı  olan  məsələlər  barəsində  “Pe-
ace  one  day”i  yaratdı.  Onun  əsas  cəhd 
etdiyi o idi ki, heç olmasa ildə bircə gün 
bütün  dünyada  insan  zorakılığının  baş 
verməsinin qarşısını alsın, atəşkəs olsun.
21 Sentyabr nəinki yalnız xalqlar ara-
sında,  həmçinin,  ailələrdə,  məktəblərdə 
köklü  zorakılığa  qarşı  mübarizənin  əldə 
olunmasına  nail  olmaq  üçün  bir  gündür. 
Bu səbəbdən də 21 Sentyabr bütün planet 
insanları üçün çox vacibdir.
Bugünki gün üçün əsas məqsədlərdən 
biri 2012-ci ilə kimi 3 milyard insanı bu 
günə  cəlb  etməkdir,  bu  səbəbdən  də  ya-
şından,  irqindən,  milliyətindən,  dinindən 
və  cinsindən  asılı  olmayaraq,  sülhə  nail 
olmaq  istəyən  hər  kəsin  yardımına  ehti-
yac var.
“Peace  one  day”  çalışır  ki,  praktiki 
olaraq,  21  Sentyabrı  qeyd  edən,  zorakı-
lığa  etiraz  edən,  bütün  dünyada  sülhün 
lehinə  olan  cəmiyyətin  bütün  sektorları-
nı, rəhbərlik də daxil olmaqla, Birləşmiş 
Millətlər  Təşkilatına  daxil  olan  bütün 
idarəedici  təşkilatları,  regional  və  qeyri-
hökumət təşkilatlarını bu işə cəlb etsinlər.
İçimizdə olan İnsanlıq və Bəşəri Sev-
gini  əməllərimizlə  üzə  çıxaraq,  o  zaman 
dünya həqiqətən yaşanmalı və gözəl ola-
caq, inanın mənə…
21


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə