Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə86/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   82   83   84   85   86   87   88   89   ...   138

199
Milli Qəhrəmanlar
60 
illiyi
MƏHƏRRƏM SEYİDOV 
1952-1990
SENTY
ABR
Məhərrəm  Seyidov  Mirəziz  oğlu  
1952-ci il sentyabr ayının 7-də Şərur 
rayonunda anadan olmuşdur. 1969-cu 
ildə  burada  N.Nərimanov  adına  orta 
məktəbi  bitirmişdir.  Məhərrəm  Bakı 
Xüsusi Milis Məktəbibini də bitirmiş-
di. Milis kapitanı Məhərrəm Şərur ra-
yonunda baş inspektor işləyirdi.
1990-cı ildə Sədərək rayonu da baş-
qa rayonlar kimi erməni yaraqlılarının 
hücumlarına məruz qalırdı. 18 yanvar 
1990-cı il ermənilər Kərki kəndinə hü-
cum  edərək  evləri  yandırır,  silahsız, 
günahı olmayan dinc sakinləri min bir 
vəhşiliklərlə  qətlə  yetirirdilər.  Şərur 
rayon  Daxili  İşlər  şöbəsi  məlumatı 
alan kimi polis işçilərini hadisə yerinə 
göndərir,  qanlı  döyüşlərdə  hər  iki 
tərəfdən  xeyi  ölən  və  yaralananlar 
var idi. 19 yanvar polis kapitanı Azər 
mühasirəyə  düşmüşdü…  Məhərrəm 
onu xilas etmək tapşırığını öz üzərinə 
götürdü,  o,  vuruşaraq  polis  kapitanı-
nın  yanına  çata  bildi,  ama  o  özü  də 
mühasirəyə  düşdü,  son  nəfəsinəcən 
vuruşaraq  döyüşçü  dostlarını  xilas 
edən Məhərrəm qəhrəmancasına həlak 
oldu.
Ailəli idi, dörd övladı qalıb.
Azərbaycan  Respublikası  Prezi-
dentinin 6 iyun 1992-ci il tarixli 831 
saylı  Fərmanı  ilə  kapitan  Seyidov 
Məhərrəm  Mirəziz  oğlu  ölümündən 
sonra “Azərbaycanın Milli Qəhrəmanı” 
fəxri adına layiq görülmüşdür.
Şərur rayonunun Şəhidlər Xiyaba-
nında dəfn edilib.
Şərur  şəhərində  qəhrəmanımızın 
adına  küçə  var,  tuncdan  büstü  qo-
yulub.  Buradakı  2  saylı  orta  məktəb 
Məhərrəm Seyidovun adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına 
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında : [Seyidov Məhərrəm 
Mirəziz oğlu Naxçıvan MR Şərur RDİŞ nəzdində mühafizə şöbəsinin baş inspekto-
ru, milis kapitanı – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün 
qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi 
igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 6 iyun 
1992-ci il [Mətn] //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- 
№13.- S. 24.- (ölümündən sonra).
Cəmilzadə, H. Mənim qəhrəmanlığımı el biləcək [Mətn] //Cəmilzadə, H. 
Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1993.- S. 12-26.
Əsgərov, V. Seyidov Məhərrəm Mirəziz oğlu [Mətn] //Əsgərov, V. Azərbaycanın 
Milli Qəhrəmanları.- Bakı, 2005.- S. 198.
Seyidzadə, M. Seyidov Məhərrəm Mirəziz oğlu [Mətn] //Seyidzadə, M. Milli 
qəhrəmanlar zirvəsi.- Bakı, 2010. - S. 205.
Yusifoğlu. İ. Kapitan Seyidov küçəsində [Mətn] //Yusifoğlu, İ. Ölümü tanrıdan 
gələnlər.- Bakı, 1999.- S. 8-9.
Zeynalov, R. Seyidov Məhərrəm Mirəziz oğlu: (1952-1990) [Mətn] //Zeynalov, R. 
Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S. 60.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.milliqahraman.az
www.adam.az
www.zengilan.com
7
Milli Qəhrəman


200
Milli Qəhrəmanlar
55 
illiyi
SENYUŞKİN SERGEY 
ALEKSANDROVİÇ 
1957-1992
SENTY
ABR
Senyuşkin  Sergey  Aleksandroviç 
1957-ci il sentyabr ayının 15-də Sama-
ra vilayətinin Sızran şəhərində doğul-
muşdur. 1974-cü ildə 21 saylı Sızran 
şəhər orta məktəbini bitirdikdən sonra, 
Sızran Politexnik İnstitutuna daxil ol-
muşdur. 1975-ci ildə təhsilini Ali Hərbi 
Təyyarəçilər Məktəbində davam etdir-
mişdir,  1979-cu  ildə  həmin  məktəbi 
bitirərək,  Belorusiya  Hərbi  Dairəsinə 
göndərilir.  1989-cu  ildə  Zaqafqaziya 
Hərbi  Dairəsindəki  hərbi  hissələrdən 
birinə  komandir  müavini  vəzifəsinə 
təyin edilir. 1992-ci ildən isə xidmətini 
Azərbaycanda davam etdirir. 
843  saylı  hərbi  hissənin  Təlim 
məşq mərkəzinin təyyarəçi təlimatçısı 
vəzifəsinə təyin olunmuşdur. Qarabağ-
da aparılan döyüş əməliyyatlarında fəal 
iştirak  etmişdir.  Əhalinin  təhlükəsiz 
yerlərə 
daşınmasında 
müstəsna 
xidmətləri olmuşdur. 
Senyuşkin  Sergey  Aleksandroviç 
1992-ci il ayının 29-da qəhrəmancasına 
həlak olur.
Ailəli idi. İki qızı var.
Azərbaycan  Respublikası  Prezi-
dentinin 14 sentyabr 1992-ci il tarixli 
204 saylı Fərmanı ilə Senyuşkin Ser-
gey Aleksandroviçə ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adı verilmişdir.
Öz vətənində - Samara Vilayətinin 
Sızran şəhərində dəfn edilmişdir. Ba-
kının Xətai rayonunda adına küçə var.
Ə d ə b i y y a t
Ənsər, B. Səma qartalların-
dan biri [Mətn] /B.Ənsər //
Azərbaycan ordusu.- 1993.- 
24 iyul.- S.2.
Əsgərov, V. Senyuşkin Sergey 
Aleksandroviç [Mətn] // 
Əsgərov, V. Azərbaycanın 
Milli Qəhrəmanları.- Bakı , 
2005.- S.196.
Faxralı, R. Sergey Senyuşkin 
[Mətn] // Faxralı, R. Ömrün 
üfüqləri.- Bakı , 1996.- 
S.128.
Zeynalov, R. Senyuşkin 
Sergey Aleksandroviç (1957-
1992) [Mətn] // Zeynalov, 
R. Azərbaycanın Milli 
Qəhrəmanları.- Bakı , 1996.- 
S.13.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
15
Milli Qəhrəman


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə