Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə87/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   83   84   85   86   87   88   89   90   ...   138

201
Siyasət. Hərbi iş 
190 
illiyi
İBRAHİM BƏY 
ASLANBƏYOV 
1822-1901
SENTY
ABR
İbrahim  bəy  Allahverdi  oğlu 
Aslanbəyov 1822-ci il sentyabr ayının 
10-da Bakı şəhərində zadəgan ailəsində 
doğulmuşdur. Tədqiqatçıların fikrincə, 
onun atası Allahverdi bəy Bakı xanları 
nəslinə mənsub olmuşdur.
Oğlunu hərbçi görmək istəyən Al-
lahverdi bəy onu Peterburqa aparır və 
Hərbi Dəniz Korpusuna qəbul etdirir. 
Bu  məktəbdə  Rusiya  imperiyasının 
ən  mötəbər  ailələrinin  uşaqları  ,  o 
cümlədən imperator nəslindən olanlar 
təhsil alırdı.
 İbrahim bəyin adı 1837-ci ildə kor-
pusun “ Qırmızı lövhə”sinə yazılmaq-
la  oranı  bitirir.  Peterburq  şəraitində 
müsəlman  gəncin  “  Qafqaz  tatarı” 
adlandırılan  azərbaycanlının  kurs 
müdavimlərini  qabaqlayaraq  hərbi 
məktəbi fərqlənmə ilə bitirməsi onun 
istedad və qabiliyyətindən xəbər verir.
 Təyinatını Baltik donanmasına alan 
Aslanbəyov  freqat  yelkənli,  sürətli 
hərbi gəmilərdə zabit kimi xidmət et-
mişdir.
1842-ci ildə o, donanmanın ən yaxşı 
zabitləri sırasında Dənizçilik Məktəbi 
zabit  sinfinə  göndərilir.  Buranı  da 
fərqlənmə ilə bitirən Aslanbəyov Qara 
dəniz hərbi donanmasında  “El-burus” 
hərbi  gəmisinin  kapitanı  vəzifəsinə 
təyin edilir. Bilikli dənizçi Aslanbəyov 
donanmanın  komandanı  məşhur  rus 
admiralı  P.Naximovun  diqqətini  cəlb 
edir. 
1853-cü ildə Krım müharibəsi baş-
layanda Aslanbəyov öz gəmisi ilə va-
cib  və  təhlükəli  tapşırıqları  layiqincə 
yerinə  yetirir.  Müharibədən  sonra 
1856-  cı  ildə Aslanbəyov  Qara  dəniz 
donanmasının Nikolayev limanındakı 
36- cı donanma ekipajının komandiri 
təyin edilir. 
1861-ci  ildə  o,  “Sokol”  kor-
vet  gəmisinin  kapitanı  kimi  Aralıq 
dənizində fəaliyyətə başlayır. 
1872-ci  ildə  Rusiyada  I  Pyot-
run  anadan  olmasının  200  illiyi  ilə 
əlaqədar keçirilən yubiley tədbirlərində 
Aslanbəyov  dəniz  paradında  impera-
torun  avarlı  gəmi  dəstəsinin  kapitanı 
kimi iştirak etmişdir.
1878-ci  ildə  İ.  Aslanbəyov  kontr- 
admiral rütbəsinə layiq görülür və 8- 
ci donanma ekipajına rəis təyin olunur. 
1879-  cu  ildə  isə  o,  beş  kreyserdən 
ibarət eskadranın komandiri təyin edi-
lir. “Minin”, “Knyaz Poyarski”, “Her-
soq Edinburqski”, “Asiya” və “Afrika” 
gəmilərindən ibarət bu eskadra 1879-
1882- ci illərdə dövr- aləm səyahətinə 
çıxır.
Səyahət  zamanı  Aslanbəyov  təc-
rübədən yeni-yeni taktiki fəndlər keçi-
rir və ilk dəfə olaraq “ uçan eskadra” 
ideyasını irəli sürür. Səyahətdən qayı-
dandan sonra Aslanbəyov məşhur rus 
admiralı A.A. Popovun əmri ilə ideya-
sını nəzəri cəhətdən əsaslandırmışdır. 
Sonralar  onun  ideyası  1904-1905- 
ci  illər  Rus-yapon  müharibəsində 
tətbiq  edilmişdir.  Məlumdur  ki,  bu 
müharibədə  ənənəvi  fəndlər  tətbiq 
edən rus hərbi donanması Port- Artur 
və Susima dəniz döyüşlərində məğlub 
edilmişdi. 
Zirehli  eskadranı  Sakit  okeana 
gətirən Aslanbəyov 1882- ci ildə bura-
da bir neçə kəşf etmişdir. Aslanbəyov 
tərəfindən  Saxalin  adasında  kəşf 
10
Siyasi xadim


202
edilən bir yarımada və Oxot dənizində 
bir  körfəz  indiyədək  də  onun  adını 
daşıyır.  Müasir  xəritələrdə  belə  onlar 
“Aslanbəyov  yarımadası”  və          “As 
lanbəyov körfəzi” kimi işarələndirilir. 
Donanmanı  komandanlığı  İbrahim 
bəy Aslanbəyovu 1884-cü ildə Baltik 
donanmasının  kiçik  flaqmanı  təyin 
edir. Ömrünün sonuna yaxın vitse- ad-
miral  Aslanbəyov  Sevastopol  dəmir 
yolunun çəkilməsi işlərinə başçılıq et-
mişdir.
Aslanbəyov  Rusiya  dənizçilərinin 
ən populyar jurnalı olan “ Dəniz top-
lusu” (“Morskoy sbornik”) jurnalında 
silsilə məqalələrlə çıxış edir. 
1889-cu  ildə  Sankt-Peterburqda 
“Vitse-admiral  Aslanbəyovun  ya-
rıməsrlik yubileyi”  adlı əsər çap edil-
mişdir. Fəaliyyətinə görə Aslanbəyov 
Rusiyanın  “  Ağ  qartal”,  “Müqəddəs 
Anna”, 
“Müqəddəs 
Vladimir”, 
“Müqəddəs  Stanislav”  ordenlərinin 
bütün dərəcələri, qızıl qılınc, həmçinin 
Serbiyanın  “Takova”,  Yaponiyanın 
“Günəşin doğması”, Havay dövlətinin 
“Kalakua” ordenləri ilə təltif olunmuş-
dur.
 İbrahim bəy Aslanbəyov 1901- ci 
il dekabrın 7- də Peterburqda vəfat et-
mişdir.  Ölümünə  qədər  müsəlman  və 
azərbaycanlı olması heç kimdə şübhə 
doğurmamışdır. 
Lakin  ölümündən  sonra  maraqlı 
hadisələr baş verməyə başladı. Belə ki, 
məşhur Brokqauz və Efron ensiklope-
diyasında Aslanbəyov soyadı “Aslan-
beqov” formasında göstərildi. 
Daha sonra Sevastopol şəhər muze 
yində  onun  portretini  asıb,  altında  “ 
Aslanbeqov A.B. 1820-1900- cü illər” 
yazıblar.  Tədqiqatçı  Ş.  Nəzirlinin 
araşdırmaları  sübut  etdi  ki,  sənədləri 
Sevastopol şəhər panoram- muzeyinin 
arxivində  saxlanılan  Aslanbəyovun 
tam  adı,  soyadı,  milliyyəti  və  dini 
əqidəsi  göstərilən  sənəddə  rəsmi 
məlumatların  üstündən  xətt  çəkilərək 
mürəkkəb qələmlə “ Aslambeqov Av-
ramiy Boqdanoviç, 1820-1900-cu illər, 
pravoslavnıy” sözləri yazılmışdır.
Bu  o  deməkdir  ki,  ermənilər 
azərbaycanlı  vitse-admiral  İbrahim 
bəy  Aslanbəyovu  erməniləşdirmək 
fikrindədirlər.
 
Ə d ə b i y y a t
Əhmədov, S. Azərbaycan 
tarixindən yüz şəxsiyyət 
[Mətn] /S.Əhmədov.- Bakı: 
Ayna Mətbu evi, 2006.- 267 
s.
 Nəzirli, Ş. Arxivlərin sirri 
açılır [Mətn] / Şəmistan 
Nəzirli .- Bakı, 1999.- S.22-
30.
 Nəzirli, Ş. İlk azərbaycanlı 
admiral [Mətn] / Şəmistan 
Nəzirli // Xalq qəzeti.- 
2008.- 24 iyun.-S.8.
 Sənətə həsr olunmuş ömür 
[Mətn] .- Bakı: Araz, 2003.- 
S.356.
Vəfa, Z. İlk azərbaycanlı 
vitse-admiral [Mətn] / 
Zeynal Vəfa // Azərbaycan.- 
2010.- 31 yanvar.- S.7.


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə