Redaksiya heyəTİ: Baş redaktor


Riyaziyyat.Fizika.Astranomiya 115



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə88/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   84   85   86   87   88   89   90   91   ...   138

203
Riyaziyyat.Fizika.Astranomiya
115 
illiyi
JOLİO-KÜRİ İREN 
1897-1956
SENTY
ABR
Jolio-Küri İren 1897-ci il sentyabr 
ayının  12-də  Parisdə  anadan  olmuş-
dur. 
O,  iki  Nobel  mükafatçısının  ailə-
sində  dünyaya  göz  açmışdı.  Amma 
tarixə öz adını yazdı. Elmi nailiyyətləri, 
misilsiz kəşfləri ilə...
O, həyat yoldaşı ilə birlikdə elmdə 
inqilab  etdi.  “Süni  radioaktivlik” 
adlanan  mühüm  kəşf  məhz  onlara 
məxsusdur.
Onun  həyat  yoldaşı  ilə  birlikdə 
tədqiqatları  alimlərə  atom  nüvəsini 
parçalayıb atom enerjisi almağın yolu-
nu göstərdi.
O, hələ 1947-ci ildə, əcnəbi olma-
sına  baxmayaraq,  SSRİ  Elmlər  Aka-
demiyasının xarici nümayəndəsi seçil-
mişdi!
Belçika Kral Akademiyasının, Hin-
distan  Elmlər  Akademiyasının  dip-
lomlarına,  Edinburq,  Oslo  və  başqa 
Universitetlərin fəxri doktoru adlarına 
layiq görülmüşdü.
1940-cı  ildə  mühüm  elmi  xid-
mətlərinə görə Kolumbiya Universite-
ti tərəfindən ona Barnard qızıl medalı 
təqdim olunub.
O,  qadınların  hüquqlarının  qorun-
ması  və  onların  layiq  olduqları  yeri 
tutması  işinin  fəal  mübarizlərindən, 
Fransanın  Fəxri  legion  ordenli  kava-
leri idi.
Bu  qadın  Nobel  mükafatı  laureat-
ları,  dünyaca  məşhur  alimlər  Mariya 
Skladovskaya  Küri  və  Pyer  Kürinin 
böyük  qızı,  Nobel  mükafatı  laureatı, 
böyük  alim  Frederik  Jolionun  həyat 
yoldaşı  və  Nobel  mükafatı  laureatı 
İren Jolio Küridir!
Kürilər ailəsi ən çox Nobel müka-
fatı qazanmış ailə kimi adlarını tarixə 
yazıblar.  Nobel  tarixində  bu  qədər 
məşhur ikinci ailə hələlik yoxdur. Nə 
az, nə çox – bu ailənin düz 5 üzvü No-
bel mükafatı laureatıdır!
Həyat  yoldaşı  Frederik  Jolio-Küri 
atom fizikası sahəsində işlərini davam 
etdirdi,  İren  isə  radiokimyaya  sadiq 
qaldı: onun çalışmaları yeni elm sahəsi 
– atom kimyasının problemlərini işıq-
landırırdı.
Radioaktivlik, radiokimya və atom 
fizikası  sahələrinin  görkəmli  alimi, 
50-dən artıq elmi əsərin müəllifi olan 
İren  Jolio-Küri  Fransada  və  başqa 
ölkələrdə kifayət qədər məşhur idi. Bir 
çox xarici akademiyalar, elmi institut-
lar onu üzv seçirdilər.
Anası  kimi,  İren  də  Paris  Elmlər 
Akademiyasına  üzv  seçilmədi.  Ana 
və  qızın  yaşadığı  tarixi  dövrləri  ayı-
ran  onilliklər  Fransanın  yüksək  elm 
təsisatındakı  ənənəni  –  akademik 
dərəcələrə layiq qadın alimlərə yanlış 
münasibəti dəyişdirə bilmədi.
İren  Jolio-Küri  kimi  insan-
lar  əməlləri,  araşdırmaları,  elmə 
gətirdikləri  yeniliklər,  kəşflər,  ixtira-
larla  bütün  sərhədləri  aşaraq  yalnız 
məxsus  olduqları  ailənin,  millətin, 
ölkənin  deyil,  bəşəriyyətin  fəxr 
edəcəyi,  qürur  duyacağı,  heç  zaman 
unutmayacağı şəxsiyyətə çevrilir! 
J.İ.Küri 1956-cı il mart ayının 17-
də Parisdə vəfat etmişdir. 
Ə d ə b i y y a t
Mirzəyev M.A. Nobelçi 
[Mətn] / M.A.Mirzəyev.- 
Bakı, “Nasir” nəşriyyatı, 
2004.- 96 s.
Ирен и Фредерик 
Жолио-Кюри [Текст] .- 
Москва,1963.-12 с.
İ n t e r n e t d ə
www.lent.az
12
Fransız fiziki


204
Riyaziyyat.Fizika.Astranomiya
155 
illiyi
KONSTANTİN EDUARDOVİÇ 
SİOLKOVSKİ 
1857-1935
SENTY
ABR
Konstantin  Eduardoviç  Siolkovs-
ki  1857-ci  il  sentyabr  ayının  17-də 
Ryazan  quberniyası  Spask  qəzasının 
Sjevski  kəndində  meşəçi  ailəsində 
anadan olmuşdur. 
Siolkovskinin  uşaqlıq  illəri  çox 
ağır keçmişdir. 9 yaşında ikən o, skar-
latina  xəstəliyinə  tutulmuş  və  eşitmə 
qabiliyyətini  itirmişdi.  14  yaşından 
başlayaraq  Siolkovski  atasının  kiçik 
kitabxanasından istifadə edərək təbiət 
elmlərini  və  riyaziyyatı  müstəqil 
öyrənməyə  başlayır.  16  yaşında  ikən 
Siolokovski  texniki  biliyini  tamam-
lamaq  sənaye  ilə  tanış  olmaq  üçün 
Moskvaya  gəlir.  3  il  Moskvada  qal-
dıqdan sonra o, kəndlərinə qayıdaraq 
xüsusi  dərs  verməklə  məşğul  olur. 
Siolkovski  1879-cu  ildə  müəllim  adı 
almaq üçün ekstern üsulu ilə imtahan 
verir  və  Moskva  quberniyasının  Bo-
rovski  qəzasında  hesab  və  həndəsə 
müəllimi təyin olunur. 
1881-ci  ildən  K.E.Siolkovski  
müstəqil  olaraq  qazların  ginetik  nə-
zəriyyəsini  işləyir.  Onun  bu  işi  dahi 
rus  kimyaçısı  D.İ.  Mendeleyevin 
rəhbərlik etdiyi Peterburq fizika-kimya 
cəmiyyətində  yaxşı  qiymətləndirilir. 
Siolkovskinin  yazdığı  “Heyvan  or-
qanizminin  mexanikası”  elmi  işi 
məşhur  fizioloq  Seçenov  tərəfindən 
bəyənilir  və  o,  bir  səslə  fizika-kimya 
cəmiyyətinə üzv seçilir. 
  K.E.Siolkovski  1885-ci  ildə  hava 
nəqliyyatı məsələləri ilə ciddi məşğul 
olmağa başlayır. Onun yazmış olduğu 
“Aepostaten nəzəriyyəsi və təcrübəsi” 
əsərində metal örtüklü drijablın quru-
luşu nəzəri olaraq əsaslandırılmışdır. 
1897-ci  ildə  Siolkovski  Kaluqa-
da,  Rusiyada  ilk  olaraq  alrodinamik 
boru  qurur.  O,  borunun  təsviri  və  ilk 
təcrübi  nəticələrini  Rusiya  Elmlər 
Akademiyasına  göndərir.  Akademi-
ya Siolkovskinin təcrübi nəticələrinin 
əhəmiyyətli olduğunu qeyd edir və ha-
vanın müqavimətinə aid təcrübələrini 
davam etdirilməsinini lazım sayır.
 K.E. Siolkovski 1935-ci il sentyabr 
ayının 19-da Kaluqada vəfat etmişdir.
 
Ə d ə b i y y a t
 İsmayılov M. Siolkovski 
və müasir raket texnikası 
[Mətn] /M.Y.İsmayılov.- 
Bakı, 1961.
17
Rus alimi


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə