Redaksiya heyəTİ: Baş redaktor


Teatr.Kino.Estrada.Sirk ELDƏNİZ ZEYNALOV



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə9/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   5   6   7   8   9   10   11   12   ...   138

23
Teatr.Kino.Estrada.Sirk
ELDƏNİZ ZEYNALOV  
1937-2002
YANV
AR
Eldəniz  Məmməd  oğlu  Zeynalov 
1937-ci il yanvar ayının 1-də Bakıda 
anadan olub. E.Zeynalovun həyatında 
dayısı,  respublikanın  Xalq  artisti 
Həsənağa  Salayevin  böyük  rolu  ol-
muşdur.  Hələ  uşaqkən  dayısı  ilə  te-
atrlara  ayaq  açan  balaca  Eldəniz  özü 
də  bilmədən  səhnənin  sehrinə  düşdü. 
Məktəbli  ikən  dayısının  tövsiyəsi  ilə 
Azərbaycan  Dövlət  Dram  Tеatrında 
uşaq  rоllarında  çıхış  еtmişdir.  O, 
1956-1962-ci  illərdə Teatr  İnstitutun-
da  dövrünün  ən  məşhur  rejissoru  və 
pedaqoqu Adil İsgəndərovun sinfində 
aktyorluq sənətinə yiyələnmişdir.
Tələbə ikən Eldar Quliyev onu özü-
nün  çəkdiyi  “Bir  Cənub  şəhərin”də 
filminə baş rola dəvət edir. Bu filmlə 
də  Eldəniz  Zeynalovun  sənət  yolu 
başlanır.  İnstitutu  bitirib  Akademik 
Dram Teatrına təyinat alan aktyor həm 
Akademik  Dram  Teatrında,  həm  də 
“Azərbaycanfilm”  kinostudiyasında 
paralel çalışır.
İlk dəfə “Sevil” tamaşasında Gün-
düz rolunu oynayan sənətkar sоnralar, 
tеatr və kinоda, tеlеviziya və radiо ta-
maşalarında,  “Mоzalan”  satirik  kino-
jurnalının  bir  çох  süjеtlərində  yadda 
qalan оbrazlar yaradıb.
Eldəniz  Zeynalovun  aktyorluq 
sənəti  xarici  film  istehsalçılarının 
marağına  səbəb  olmuş  və  onu  bir 
çox  filmlərə  dəvət  etmişlər.  Aktyor 
“Dulsineya  Tobosskaya”  (Mosfilm), 
“Təyyarələr  enmədi”  (Özbəkfilm) 
filmlərində    yaddaqalan  obrazlar  ya-
ratmışdır. 
Lakin  müəyyən  səbəblərdən  “Az-
drama”dan  çıxmaq  məcburiyyətində 
qalıb kinostudiyaya keçir. Orada 2-3 il 
işlədikdən sonra isə yenə doğma dram 
teatrına qayıdır. 
Ömrünün  sonunadək  Akademik 
Dram Teatrında işləyir.
Eldəniz  Zeynalov  1974-cü  ildə 
Əməkdar artist, 2000-ci ildə Xalq ar-
tisti , 1999-cu ildə isə “Humay” mü-
kafatı laureatı fəxri adlarına layiq gö-
rülmüşdür. 
Görkəmli  aktyor,  Azərbaycanın 
Xalq  artisti  Eldəniz  Məmməd  oğlu 
Zeynalov  2002-ci  il  noyabrın  5-də 
Bakı şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
Mükərrəmoğlu, M. Teatr 
kinomuzun unudulmaz 
Eldəniz Zeynalovu [Mətn] 
/M.Mükərrəmoğlu //Xalq 
qəzeti.- 2006.- 7 yanvar.- 
S.6.
Quliyeva, Z. Eldənizin 
səhnəmizə borcu qalmadı 
[Mətn]: [rejissor Ələsgər 
Muradov Eldəniz Zeynalova 
həsr etdiyi “Bir Eldəniz 
yoxdur” filmi haqqında] 
/Z.Quliyeva //Azərbaycan.- 
2002.- 23 yanvar.- S.4.
Telman, M. Obrazlarına 
bənzəməyən aktyor [Mətn]: 
[Xalq artisti Eldəniz Zey-
nalov haqqında] /M.Telman 
//Azərbaycan.-2004.-5 
dekabr.-S.4
İ n t e r n e t d ə
www.az.wikipedia.org
 www.google.az
1
75 
illiyi
Aktyor


24
Teatr.Kino.Estrada.Sirk
İSMAYIL DAĞISTANLI  
1907-1980
YANV
AR
 İsmayıl Yusif oğlu Dağıstanlı (Ha-
cıyev) 1907-ci ildə  yanvar ayının 6-da 
Qax rayonunun Zərnə kəndində doğul-
muşdur. Nuxa (indiki Şəki) rayonuna 
peşə  təhsili  arxasınca  gələn  İsmayıl 
Hacıyev 1925-ci ildə buradakı Mərkəzi 
fəhlə  klubunda  dram  dərnəyinə  üzv 
olmuşdur.  1927-1930-cu  illərdə  Bakı 
Teatr  Məktəbində  təhsil  almışdır. 
Səhnə haqqında müəyyən təcrübəsi ol-
duğuna görə elə birinci kursdan Milli 
Dram Teatrının tamaşalarında kütləvi 
səhnələrdə,  sözsüz  epizodik  rollar-
da  çıxış  etmişdir.  Müəllimi,  böyük 
ədib və teatr xadimi Əbdürrəhim bəy 
Haqverdiyevin təklifi ilə “Dağıstanlı” 
ləqəbini götürmüşdür.
Teatr məktəbində təhsilini başa vur-
duqdan  sonra  Akademik  teatrda  akt-
yor  ştatına  götürülmüşdür.  Müxtəlif 
vaxtlarda  İrəvan  Dövlət  Azərbaycan 
Dram Teatrında (1936-1937), Dərbənd 
Dövlət  Dram  Teatrında  işləmişdir. 
1938-ci  ildən  ömrünün  sonuna  kimi 
Akademik  Milli  Dram  Teatrının  əsas 
aktyorlarından olmuşdur.
Aktyor  “Azərbaycanfilm”in  isteh-
sal etdiyi “Səbuhi”, “T-9 nömrəli sual-
tı qayıq”, “Qara daşlar”, “Kölgələr sü-
rünür”,  “Qatır  Məmməd”  filmlərində 
Səbuhi  (Mirzə  Fətəli  Axundzadə), 
Komissar,  Aslan  Aslanov,  Zahi-
dov,  general  rollarına  çəkilmişdir. 
“Möhsün  Sənani”,  “Böyük  sənətkar 
A.M.Şərifzadə”  “SSRİ  Xalq  artisti 
A.A.Xorava”,  “Cəfər  Cabbarlı  və  te-
atr” kitablarının müəllifidir.
Milli Dram Teatrın səhnəsində Le-
nin rolunun ilk ifaçısı olmuşdur. Cəfər 
Cabbarlının “Od gəlini” (Qorxmaz və 
Aqşin), “1905-ci ildə” (Baxşı və Ey-
vaz), “Yaşar” (Yaşar), “Oqtay Eloğlu” 
(Oqtay), “Solğun çiçəklər” (Bəhram), 
“Almaz” (Barat), Zeynal Xəlilin “Qa-
tır Məmməd” (Qatır Məmməd), Səməd 
Vurğunun “Vaqif” (Əli bəy, Qacar və 
Vaqif),  Mehdi  Hüseynin  “Cavanşir” 
(Bəhram  şah),  Mirzə  İbrahimovun 
“Madrid” (Karlos), İlyas Əfəndiyevin 
“İşıqlı yollar” (Yelmar), “Bahar sula-
rı” (Uğur), “Mənim günahım” (Tahir), 
rollarında çıxış etmişdir.
Sənətdə  qazandığı  uğurlara  görə 
Respublikanın Əməkdar artisti (4 may 
1940),  Xalq  artisti  (21  iyul  1949)  və 
SSRİ Xalq artisti (11 iyul 1974) fəxri 
adlarına  layiq  görülmüşdür.  Ənvər 
Məmmədxanlının  “Şərqin  səhəri”  ta-
maşasındakı Kirov roluna görə 1948-ci 
ildə Stalin mükafatı, İlyas Əfəndiyevin 
“Mahnı  dağlarda  qaldı”  dramında-
kı  Böyük  bəy  rolu  üçün  1972-ci  ildə 
Respublika  Dövlət  Mükafatı  ilə  təltif 
olunmuşdur.
Görkəmli aktyor İsmayıl Dağıstan-
lı 1 aprel 1980-ci ildə Bakı şəhərində 
vəfat etmiş və ikinci Fəxri Xiyabanda 
dəfn edilmişdir.
Ə d ə b i y y a t
Dağıstanlı İsmayıl Yusif 
oğlu [Mətn] //Azərbaycan 
Sovet Ensiklopediyası: 10 
cilddə.- Bakı, 1979.- C.3.- 
S.303-304.
Mirseyid, A. İsmayıl Da-
ğıstanlının gümüş xəncəri 
[Mətn] /A.Mirseyid //
Ekspress.- 2010.- 17-19 
aprel.- S.31.
Rəhimli, İ. İsmayıl Dağıs-
tanlı [Mətn] /İ.Rəhimli //
Azərbaycan teatr tarixi.- 
Bakı, 2005.- S.321-323. 
İ n t e r n e t d ə
www.az.wikipedia.org
6
105 
illiyi
Aktyor


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə