Redaksiya heyəTİ: Baş redaktor


Tarixdə bu gün  BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə93/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   89   90   91   92   93   94   95   96   ...   138

214
Tarixdə bu gün 
BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ
1996
OKTY
ABR
5 oktyabr - Bu tarixin qeyd edilməsinə dair qərarı 
ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO ve-
rib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun 
artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul 
edilib. İndi dünyanın 100-dən çox ölkəsində okt-
yabrın 5-də müəllimlər peşə bayramını qeyd edir. 
Hər il oktyabrın 5-i bütün dünyada Müəllim Günü 
kimi qeyd olunur. Bu gün müəllimlər öz peşə bay-
ramlarını keçirirlər.
Məhz  Azərbaycan  müstəqillik  əldə  etdikdən 
sonra da bu peşə bayramı hər il oktyabr ayının birin-
ci bazar günündə ölkə ictimaiyyəti tərəfindən qeyd 
olunur. Xüsusilə, həmin bayram günü şagirdlər və 
tələbələr öz sevimli müəllimlərini təbrik edirlər.
  Hər  kəs  özünün  ibtidai  məktəbdə,  birinci 
sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu 
xatirələrdə  ən  əziz  yeri,  əlbəttə  ki,  ona  sevgi  və 
qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxu-
mağı öyrədən müəllim tutur. 
Müəllimlik dünyada ən çətin, eyni zamanda ən 
şərəfli və ən ğözəl peşədir. 
Bu  gözəl  və  şərəfli  işin  dəyərini  bilən 
əcdadlarımız  həmişə  müəllimə  hörmətlə  yanaş-
mışlar. 
Müəllimlər  şagirdlərin  dərin  və  hər  tərəfli  bi-
lik  almaları,  yaşadıqları  dövrün  problemlərindən 
baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını 
sərf  edirlər.  Valideynlə  bərabər,  bəlkə  də,  ondan 
daha  çox,  uşağın  hər  cür  şıltaqlığına,  əziyyətinə 
dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək 
müəllimlərin üzərinə düşən ağır yükdür. 
Müəllim  əməyinin  nəticəsində  cəmiyyət  for-
malaşır,  savadlı,  bilikli,  geniş  dünyagörüşlü, 
nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insan-
lar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda 
dövlətimizin  müstəqilliyinin  möhkəmlənməsində 
fəal iştirak edən insanlar məhz müəllim əməyinin 
yetirmələridir. 
Müəllimlər yeni cəmiyyət quruculuğunun me-
marlarıdır.  Hər  birimizin  layiqli  vətəndaş  kimi 
yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri 
olmuşdur. 
Ümummilli  liderimiz  Heydər  Əliyev  həmişə 
müəllim  əməyini  yüksək  qiymətləndirmiş, 
müəllim  haqqında  xoş  sözlər  söyləmişdir.  O,  öz 
müəllimlərini  minnətdarlıqla  xatırlayar,  onların 
xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər 
Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə 
həmişə  müəllimə  hörmət  və  ehtiramla  yanaşmış, 
onların  maddi  vəziyyətinin,  rifah  halının  yax-
şılaşdırılması  qayğısına  qalmışdır.  O,  deyirdi: 
“Hər  birimizdə  müəllimin  hərarətli  qəlbinin  bir 
zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu 
sevməyi, hamının rifahı namınə vicdanla işləməyi 
müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir”. 
5


215
Tarixdə bu gün 
DÖVLƏT MÜSTƏQİLLIYİ GÜNÜ 
1991
OKTY
ABR
XX yüzilliyin sonlarında Sovetlər Birliyinin sü-
quta uğraması ilə yaranan əlverişli tarixi şərait və 
taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan 
xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayra-
ğını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX 
əsrdəki ikinci parlaq qələbəsi idi. 
Rusiyada  demokratik  qüvvələrin  fəaliyyəti 
nəticəsində  respublikalarda  da  mərkəzdən  qaç-
ma,  öz  suverenliyinə  qovuşmaq  istəkləri  qarşı-
sıalınmaz  həddə  çatdı.  Belə  şəraitdə Azərbaycan 
Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağı-
rılmış növbədənkənar sessiyasında 1991-ci il av-
qustun 30-da Azərbaycan Respublikasının dövlət 
müstəqilliyini  bərpa  etmək  haqqında  bəyannamə 
qəbul edildi. 
Azərbaycan  Respublikasının  Ali  Soveti-
nin  həmin  ilin  18  oktyabr  tarixli  sessiyasında 
“Azərbaycan Respublikasının Dövlət müstəqilliyi 
haqqında”  Konstitusiya  Aktı  yekdilliklə  qəbul 
edildi. Beləliklə, 1991-ci ilin bu günü Azərbaycan 
respublikası  1918-1920-ci  illər Azərbaycan  Xalq 
Cümhuriyyətinin  davamçısı,  varisi  elan  olundu. 
Ötən əsrin əvvəllərində cəmi 23 ay müstəqil olan 
Azərbaycan yenidən azadlığa qovuşdu.
1991-ci  il  dekabr  ayının  29-da  Azərbaycan 
Respublikasında ümumxalq səsverməsi - referen-
dum keçirildi. Referendum bülletenlərində yalnız 
bir sual vardı: “Siz “Azərbaycan Respublikasının 
dövlət müstəqilliyi haqqında” Konstitusiya aktına 
tərəfdarsınızmı?”
Azərbaycan xalqı dövlət müstəqilliyinin lehinə 
səs verdi.
1992-ci ilin mayında Milli Məclis (parlament) 
Azərbaycan Respublikasının Dövlət himnini (mu-
siqisi Üzeyir Hacıbəylinin, sözləri Əhməd Cava-
dındır),  bir  müddət  sonra  isə  Dövlət  bayrağı  və 
üzərində alov dilləri olan səkkizguşəli ulduz təsvir 
edilmiş Dövlət gerbini təsdiq etdi.
Bütün təbii sərvətlərin xalqa mənsubluğu haq-
qında  qərar  qəbul  edildi.  Elə  həmin  aktdan  bəri 
Azərbaycan bütün sahələrdə beynəlxalq sazişlərə 
imza  atmağa  başladı,  müstəqil  inkişaf  yoluna 
qədəm  qoydü.  Konstitusiya  aktı  həm  də  siya-
si  və  iqtisadi  münasibətlərin  yeni  fundamental 
prinsiplərini müəyyən etdi.
Müstəqil  Azərbaycan  dövlətinin  qarşısında 
duran  ən  mühüm  vəzifə  Ermənistan-Azərbaycan 
münaqişəsinin və Dağlıq Qarabağ probleminin həll 
edilməsi, işğal olunmuş torpaqlarımızın azad olun-
ması, ərazi bütövlüyümüzün bərpası, didərgin düş-
müş vətəndaşlarımızın öz yurdlarına qaytarılması, 
respublikamızın iqtisadi tərəqqisinə nail olunması, 
əhalinin həyat səviyyəsinin yüksəldilməsi, iqtisa-
di islahatların və demokratik proseslərin daha da 
dərinləşdirilməsidir. 
Azərbaycanın  dövlət  müstəqilliyi  xalqımızın 
tarixi  nailiyyətidir  və  hər  birimizin  borcu  onu 
qorumaq,  yaşatmaq,  inkişaf  etdirmək  və  dünya-
nın qabaqcıl dövlətləri səviyyəsinə qaldırmaqdan 
ibarətdir.
18


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə