Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə94/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   90   91   92   93   94   95   96   97   ...   138

216
Tarixdə bu gün 
20 
illiyi
YENİ AZƏRBAYCAN PARTİYASININ 
YARANMASI GÜNÜ
1992
OKTY
ABR
1991-ci  ilin  oktyabr  ayının  18-də 
Azərbaycan SSR Ali Soveti tərəfindən 
Müstəqillik haqqında Konstitusiya Ak-
tının  qəbul  edilməsi  ilə Azərbaycanın 
dövlət  müstəqilliyi  bərpa  edildi.  Yeni 
Azərbaycan  Partiyası  Azərbaycan  ta-
rixinin son dərəcə ağır və keşməkeşli 
günlərində,  ölkənin  ciddi  sınaqlara 
məruz  qaldığı  bir  dövrdə Azərbaycan 
ziyalılarının təşəbbüsü və fəal iştirakı 
ilə yaranmışdır. 
Sovet  rejiminin  və  Kommunist  Par-
tiyasının  süqutundan  sonra  müstəqillik 
əldə  etmiş  respublikalardan  biri  kimi 
Azərbaycanda  da  müxtəlif  siyasi  parti-
yalar  və  digər  qurumlar  təşəkkül  tapma-
ğa  başlamışdı.  Lakin  yaradılan  partiya-
lar  ölkəni  düşdüyü  ağır  iqtisadi,  siyasi, 
mənəvi böhrandan nəinki qurtara bilmədi, 
əksinə,  hakimiyyətdə  olan  və  bir-birini 
əvəz edən siyasi qüvvələr respublikadakı 
vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli 
böhran vəziyyətinə çatdırdılar. Ölkəni bü-
rümüş dərin siyasi, iqtisadi, sosial böhran 
xalqın qabaqcıl hissəsi olan ziyalıları, ta-
nınmış insanları son dərəcə narahat edirdi. 
Bu zaman Azərbaycanın taleyini düşünən 
insanlar ölkəni böhrandan çıxara biləcək 
yeni bir partiya yaratmaq təşəbbüsü ilə çı-
xış etdilər və bu məqsədlə xalqın sınanmış 
lideri  və  müdrik  oğlu  Heydər  Əliyevin 
şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə 
bir  vaxtda  91  nəfər Azərbaycan  ziyalısı-
nın imzası ilə Naxçıvana, Heydər Əliyevə 
müraciət  göndərildi.  Bu  müraciətdə 
Heydər Əliyevdən yeni yaradılacaq siyasi 
partiyaya  rəhbərlik  etmək  xahiş  olunur-
du.
Heydər  Əliyev  xalqın  müraciətini 
qəbul  etsə  də,  onun  Bakıya  gəlməsinə  o 
zamankı hakimiyyətin maneələr yaratma-
sı  ucbatından  partiyanı  yaratmaq  istəyən 
insanların bir hissəsi – 550 nəfərdən ibarət 
təşəbbüs qrupu Naxçıvana gedərək parti-
yanın  təsis  konfransını  orada  keçirməyə 
nail oldular. 
1992-ci  il  noyabrın  21-də  Heydər 
Əliyevin sədrliyi ilə Azərbaycanın bütün 
regionlarından  seçilmiş  nümayəndələrin 
təmsil olunduğu konfrans keçirildi. Təsis 
konfransı  Yeni  Azərbaycan  Partiyasının 
yaradılması  haqqında  qərar,  partiyanın 
Proqram  və  Nizamnaməsini  qəbul  etdi. 
Konfransda  Heydər  Əliyev  yekdilliklə 
partiyanın  sədri  seçildi.  Beləliklə,  müs-
təqil Azərbaycan tarixində öz üzərinə bö-
yük tarixi missiya götürən və xalqımızın 
həyatında mühüm hadisəyə çevrilən Yeni 
Azərbaycan Partiyası yarandı. 
YAP  Azərbaycan  Respublikasının 
Konstitusiyası  və  qanunvericiliyi  çər-
çivəsində, özünün Nizamnaməsi və Proq-
ramı  əsasında  fəaliyyət  göstərən,  öz  sı-
ralarında  Azərbaycanda  hüquqi  dövlət, 
sabit  və  sosialyönümlü  iqtisadiyyat, 
vətəndaş  cəmiyyəti  qurmaq  ideyalarını 
qəbul  edən  vətəndaşları  birləşdirən  sağ 
mərkəzyönümlü siyasi partiyadır.
Yeni Azərbaycan Partiyasının Proqra-
mında irəli sürülmüş əsas vəzifələr dövlət 
müstəqilliyinin 
möhkəmləndirilməsi, 
demokratik,  hüquqi,  dünyəvi  dövlətin 
qurulması,  vətəndaşların  dinc  və  firəvan 
həyatının  təmin  edilməsidir.  Yeni 
Azərbaycan  Partiyası  1992-ci  il  dekabr 
ayının  18-də  Ədliyyə  Nazirliyində  qey-
diyyata  alınmış  və  Azərbaycanın  bü-
tün  rayonlarında  qısa  müddətdə  rayon 
təşkilatları və özəkləri yaradılmışdır. 
21
Ə d ə b i y y a t
Həsənov, Ə. Yeni 
Azərbaycan Partiyası 
[Mətn] : (yaranması, for-
malaşması və əsas fəaliyyət 
istiqamətləri) /Əli Həsənov, 
Əli Mirzəzadə.- Bakı: 
Azərbaycan, 2002.- 200 s.
Hüseynli, N. Yeni 
Azərbaycan Partiyası Milli 
Birliyi təmin edən siyasi 
qüvvədir [Mətn] /N.Hüseynli 
//Azərbaycan.- 2001.- 13 
dekabr.- S.1-2.
Yeni Azərbaycan Partiyası 
[Mətn] : Azərbaycanın 
dünəni, bu günü və gələcəyi 
[Mətn] .- Bakı: Azərbaycan, 
2002.- 467 s.
Yeni Azərbaycan Partiyası 
10 il [Mətn] : (1992-2002).- 
Bakı: Azərbaycan, 2002.- 
215 s.
При организационной 
поддержке ПЕА 
состоялось конференция 
под названием “10 лет ХХI 
века [Mətn]: стратегия 
развития Азербайджана 
//Бакинский рабочий.- 
2010.- 25 декабря.- С.6. 


217
Milli Qəhrəmanlar 
45 
illiyi
NAMİQ ALLAHVERDİYEV
1967-1992
OKTY
ABR
Namiq  Müslüm  oğlu  Allahverdi-
yev    1967-ci  il  oktyabr  ayının  5-də 
Beyləqan  rayonunda  anadan  olmuş-
dur. 1984-cü ildə 1 saylı orta məktəbi 
bitirmişdir. 
1985-ci  ildə  hərbi  xidmətə  çağı-
rılmış,  1987-ci  ildə  hərbi  xidmətini 
Moskva ətrafında başa vuraraq vətənə 
dönmüşdür.  1988-ci  ildə  ermənilərin 
təcavüzkarlığına  dözməyən  Namiq 
könüllü  olaraq  Vətənin  müdafiəsinə 
qalxmışdır. 
Onun  ilk  döyüş  yolu  1990-cı  ildə 
Qubadlı  rayonundan  başlanmışdır. 
Namiq 1991-ci il avqust ayının 31-də 
DİN-in XTP  dəstələrinə daxil olmuş və 
yenidən  döyüş  meydanına  atılmışdır. 
O, Laçın, Əsgəran, Füzuli, Goranboy 
rayonlarının müdafiəsi uğrunda gedən 
döyüşlərdə  iştirak  etmişdir.  Sonuncu 
döyüşü  Tərtər  rayonunda  olmuşdur. 
Marquşevan,  Kəsənqaya,  Malalan, 
Birinci  və  İkinci  Çaylı  kəndlərinin 
düşməndən  azad  edilməsində  xüsusi 
fəallıq göstərmişdir.
9  iyul  1992-ci  ildə  erməni  yaraq-
lıları  Cəmilli  yüksəkliyinə  hücum 
edərkən, Namiq düşməni qabaqlamaq 
üçün döyüşçü yoldaşları ilə yüksəkliyə 
qalxmış və orada əlverişli mövqe tut-
muşdur. Lakin tanklardan atılan mərmi 
onun həyatına son qoymuşdu. Namiq 
Bakıdakı  Şəhidlər  Xiyabanında  dəfn 
edilmişdir.
 Subay idi.
Azərbaycan  Respublikası  Prezi-
dentinin  8  oktyabr  1992-ci  il  tarixli 
264  saylı  Fərmanı  ilə  Allahverdiyev 
Namiq Müslüm oğlu ölümündən son-
ra  “Azərbaycanın  Milli  Qəhrəmanı” 
fəxri adına layiq görülmüşdür.
Beyləqan şəhər 1 saylı orta məktəb 
onun adını daşıyır. Rayon mərkəzində 
büstü qoyulmuşdur.
Ə d ə b i y y a t
Namiq Müslüm oğlu 
Allahverdiyev [Mətn] //
Əsgərov, V. Azərbaycan 
Milli Qəhrəmanları.- Bakı, 
2005.- S.22
 Namiq Müslüm oğlu 
Allahverdiyev //M.Seyidzadə 
. Milli qəhrəmanlar zirvəsi 
[Mətn] .- Bakı, 2010.- S.26.
5
Milli Qəhrəman
..İnamsız bir qartalın qanadları gərilməz,
Döyüşsüz azadlığın meyvələri dərilməz,
Şəhidsiz bir millətin vətən ruhu dirilməz
Oğullar ola-ola, necə deyim mərdim yox.
Ordum varsa, yurdum var, 
Ordum yoxsa, yurdum yox!


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə