Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə95/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   91   92   93   94   95   96   97   98   ...   138

218
Milli Qəhrəmanlar 
60 
illiyi
RƏFAEL ƏSƏDOV 
1952-1992
OKTY
ABR
Rəfael Əvəz oğlu Əsədov  1952-ci il 
oktyabr ayının 27-də Gəncə şəhərində 
dünyaya  göz  açmışdır.  1969-cu  ildə 
orta məktəbi bitirdikdən sonra Tbilisi 
Ali Altilleriya Məktəbinə daxil olmuş-
dur.  O,  1973-cü  ildə  hərbi  məktəbi 
bitirərək,  təhsilini  Sankt-Peterburq 
Hərbi Artilleriya Akademiyasında da-
vam etdirmişdir. R.Əsədov ali təhsilini 
başa  çatdırdıqdan  sonra  SSRİ  Silah-
lı  Qüvvələrinin  məhdud  kontingenti 
tərkibində  Macarıstan,  Vyetnam  və 
Əfqanıstanda  qulluq  etmiş,  leytenant 
rütbəsindən  polkovnik  rütbəsinədək 
yüksəlmişdir.
1991-ci  il  Azərbaycanın  başının 
üstünü qara buludlar almışdı, gənc za-
bit qəlbinin hökmü ilə vətənə qayıtdı, 
öz  taleyini  təzəcə  yaranmaqda  olan 
Milli  Ordu  ilə  bağladı. Artilleriyanın 
təkmilləşdirilməsində,  müasir  zenit 
batareyalarının  yaradılmasında  bilik 
və  bacarığını  əsirgəmədi.  Polkovnik 
Rəfael  Əsədov  artilleriya  korpusu-
nun  komandiri  təyin  edildi.  O,  Ağ-
dam,  Goranboy,  Tovuz  və  Gədəbəy 
döyüş  bölgələrində  aparılan  hərbi 
əməliyyatların  təşkilatçısı  və  fəal  iş-
tirakçısı  oldu.  Onun  apardığı  döyüş 
əməliyyatlarının  əksəriyyəti  uğurla 
nəticələnirdi. 
Cəsur  komandir  12  noyabr  1992-
ci  ildə  Ağstafa  bölgəsində  növbəti 
əməliyyata  hazırlıq  zamanı  döyüş 
mövqelərinə  nəzarət  edərkən  yaxın-
lıqda  partlayan  mərmi  qəlpələrindən 
həlak olmuşdur. 
Evli idi, iki övladı var.
Polkovnik  Əsədov  Rəfael  Əvəz 
oğlu Azərbaycan  Respublikasının  su-
verenliyinin  və  ərazi  bütövlüyünün 
qorunmasında,  Vətənimizin  torpaqla-
rının  erməni  işğalçılarından  müdafiə 
edilməsində  gedən  döyüşlərdə  qəh-
rəmanlıqla vuruşaraq göstərdiyi şəxsi 
igidlik və şücaətə, öz müqəddəs əsgəri 
və  xidməti  borcunu  şərəflə  yerinə 
yetirilməsində  göstərdiyi  misilsiz 
xidmətinə  görə  Azərbaycan  Respub-
likası Prezidentinin 16 sentyabr 1994-
cü  il  tarixli  202  saylı  Fərmanı  ilə 
ölümündən  sonra  “Azərbaycan  Milli 
Qəhramanı”  fəxri  adına  layiq  görül-
müşdür. 
Bakı şəhərinin Şəhidlər Xiyabanın-
da dəfn edilmişdir.
Ə d ə b i y y a t
 Əsədov Rəfael Əvəz 
oğlu [Mətn] //Əsgərov, 
V. Azərbaycan Milli 
Qəhrəmanları.- Bakı, 2005.- 
S.68.
Rəfael Əvəz oğlu Əsədov 
//Quliyeva, N. Ölməzliyə 
gedən yol [Mətn] 
/N.Quliyeva.- Bakı, 1996.- 
S.44-48.
Rəfael Əvəz oğlu Əsədov 
//Seyidzadə, M . Milli 
Qəhrəmanlar zirvəsi [Mətn] 
/M.Seyidzadə .- Bakı, 2010.- 
S.69.
27
Milli Qəhrəman
Vətən üçün yaşamaq, vətənin tərəqqi və gələcəyi üçün çalış-
maq da vətən üçün ölmək qədər şərəflidir. Vətən sevgisi iman-
dan gəlir.
Hz. Məhəmməd


219
Siyasət.Hərbi iş
70 
illiyi
İSMƏT QAYIBOV 
1942-1991
OKTY
ABR
İsmət İsmayıl oğlu Qayıbov 1942-
ci il oktyabr ayının 8-də anadan olmuş-
dur.  Əslən  Qazax  mahalında  məşhur 
olan  Qayıbovlar  nəslindəndir.  1950-
1961-ci  illərdə  Gəncə  şəhərindəki  2 
saylı orta məktəbdə oxumuşdur. 
1961-67-ci  illərdə  Azərbaycan 
Dövlət Universiteti Hüquq fakültəsinin 
axşam şöbəsində təhsil almışdır. 
1963-cü  ildə  Ümumittifaq  Elmi-
Tədqiqat Neft Maşınqayırması Layihə-
Texnologiya İnstitutunda texnik, sonra 
isə baş texnik olmuşdur. 
1966-cı  ildə  Respublika  DİN-
in  xüsusi  xidmət  müfəttişi,  1966-
67-ci  illərdə  Bakı  şəhər  Komsomol 
Komitəsində işləmişdir. 
1975-76-cı illərdə Bakı şəhər Pro-
kurorluğunda  Məhkəmədə  cinayət 
işlərinə  nəzarət  şöbəsində,  1976-78-
ci illərdə Bakı şəhər Prokurorluğunda 
Ümumi nəzarət şöbəsinin rəisi olmuş-
dur. 
1978-1982-ci  illərdə  təyinatla  İs-
mayıllı rayon prokuroru işləyib. 1982-
1984-cü  illərdə  Əli  Bayramlı  şəhər 
prokuroru olub. 1984-cü ildə İstintaq 
İdarəsi  –  Respublika  Prokurorluğun-
da Daxili orqanlara nəzarət şöbəsinin 
rəisi təyin olunur.
1987-1990-cı  illərdə  Sumqayıt 
şəhərinin  prokuroru  kimi  fəaliyyət 
göstərmiş, 
1990-1991-ci 
illərdə 
Azərbaycan Respublikasının Baş pro-
kuroru vəzifəsində çalışmışdır.
Onun xidmətləri bir çox mükafatla-
ra layiq görülüb. “Şərəf nişanı” orde-
ni, “Rəşadətli əməyə görə” medalı ilə 
təltif edilmişdir.
1990-cı  ildə Azərbaycan  KP  MK-
nin üzvü olub. Respublika Prezidenti 
yanında Milli Təhlükəsizlik şurasının, 
SSRİ Hüquqşünaslar İttifaqının üzvü, 
Sumqayıt  şəhərinin  deputatı  olmuş-
dur.
1991-ci ilin 20 noyabrında Dağlıq 
Qarabağın Qarakənd kəndi yaxınlığın-
da  vertolyotun  ermənilər  tərəfindən 
vurulması nəticəsində yüksək vəzifəli 
dövlət xadimləri ilə birlikdə həlak ol-
muşdur.
 I Fəxri Xiyabanda dəfn edilmişdir.
Ə d ə b i y y a t
Fariz , T. Doğma eldən 
başlanır vətən [Mətn] : 
[İsmət Qayıbov haqqında] 
/T.Fariz.- Bakı, 2007.- 
S.132-133.
DQMV-də Ermənistanla 
sərhəd rayonlarda vəziyyətə 
dair [Mətn] //Ədalət.-1991.- 
4 iyul.-S.4.
Qanunun bir üzü olmalıdır 
[Mətn] //Azərbaycan.- 
1991.- 20 iyun.- S.3.
Ağla, Vətən, ağla! [Mətn] 
: [Vertolyotda 23 nəfərin 
həlak olması haqqında] //
İnşaatçı.-1992.- 23 noyabr.- 
S.5.
Гасан гызы, Н. Он был 
прокурором, погибже 
бойцом [Текст]: [к 
4-й годовшине гибели 
генерал-прокурора 
Азербайджанской 
Республики Исмета 
Гаибова в Карабахе] 
/Н.Гасан гызы //Бакинец.- 
1995.- 1-10 декабря.- С.1,2.
8
Siyasi xadim


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə