224
Teatr.Kino.Estrada.Sirk
100
illiyi
BƏDURƏ ƏFQANLI
1912-2002
OKTY
ABR
Bədurə Məlik qızı Əfqanlı 1912-ci il
oktyabr ayının 25-də Bakı şəhərində dün-
yaya göz açmışdır. Atası Məlik Ağamalov
dövlət qulluğunda çalışıb, geniş dünyagö-
rüşlü və tanınmış ziyalılardan olub. Rəsm
çəkməyi sevib, boş vaxtlarında övladla-
rına ədəbiyyatdan, incəsənətdən danışar
və onlarda bu sahəyə maraq oyadarmış.
Təsadüfü deyil ki, sonralar böyük qızı
Səyyarə memar-heykəltəraş, kiçik qızı
Bədurə isə rəssam olub.
O, əvvəlcə 1929-cu ildə Bakı Pe-
daqoji Texnikumuna daxil olur, lakin
rəssam olmaq həvəsi 1931-ci ildə onu
Bakı Rəssamlıq məktəbinə gətirir, qrafi-
ka şöbəsində oxuyur. Teatr rəssamı olmaq
qərarına gələn Bədurə xanımın diplom işi-
nin mövzusu V.Şekspirin “Otello” faciəsi
olur. Çəkdiyi eskizlər, qurduğu kompozi-
siyalar, tapdığı yeni rəng çalarları onun
özünəməxsus sənət duyumunu göstərir.
Diplom işini uğurla başa vurur.
İlk tərtibat verdiyi səhnə əsəri Rza
Əfqanlının (Bədurə Əfqanlının həyat yol-
daşı) quruluşçu rejissor olduğu “Qaçaq
Kərəm” tamaşası olub . Onlar uzun illər
birgə çalışıb, bir çox tamaşalara uğurlu
səhnə həyatı veriblər. Birgə hazırladıqla-
rı tamaşalardan “Şeyx Sənan” faciəsini,
“Aşıq Qərib” operasını, “1905-ci il”, “Se-
vil” pyeslərini qeyd etmək olar.
Hər iki sənətkar bir müddət Türk-
mənistanda, Aşqabad Dram Teatrında ça-
lışırlar. Sonra yenidən Bakıya qayıdırlar,
yaradıcılıq işlərinə doğma şəhərdə davam
edirlər.
Bədurə Əfqanlı 1937-ci ildə Azər
baycan Dövlət Dram Teatrına dəvət alır.
1960-cı ilədək bu kollektivdə tərtibatçı və
geyim üzrə rəssam olaraq çalışır. Həmçinin
Azərbaycan Dövlət Rus Dram Teatırının
bir sıra tamaşalarına geyim eskizləri çəkir.
Mütəxəssis Bədurə Əfqanlının rəssam
kimi fəaliyyətindən danışarkən onun is-
tedadı ilə yanaşı, əməksevərliyini, hər
zaman axtarmaq həvəsini, peşəkarlığını
xüsusi qeyd edirlər. Rejissorlar, drama-
turqlar həmişə onunla həvəslə işləyiblər.
Sənətkar 1960-cı ildən “Azərbay
canfilm” kinostudiyasında geyim üzrə
rəssam işləyib. “Koroğlu”, “Leyli və
Məcnun”, “Dəli Kür”, “Böyük dayaq”,
“Dədə Qorqud”, “O qızı tapın”, “Qatır
Məmməd” kimi ekran əsərlərinə geyim
eskizləri çəkib. Bu gün onun bir çox
əsəri Azərbaycan Dövlət Teatr Muzeyi və
A.A.Baxruşin adına Rusiya Mərkəzi Teatr
Muzeyində (Moskva) saxlanılır.
Görkəmli sənətkarın çeşidli yaradı-
cılığı həmişə diqqət mərkəzində olub,
ölkə rəhbərliyi tərəfindən layiqincə
qiymətləndirilib. 1974-cü ildə Xalq artisti
fəxri adına layiq görülüb. “Şərəf “nişanı
ordeni ilə təltif edilib.
Sənətkar özündən sonra gələcək nəsil-
lər üçün zəngin bir irs qoyub gedib. İlk
azərbaycanlı qadın teatr rəssamımız
Bədurə Əfqanlı 2002-ci il mayın 7-də
dünyasını dəyişib.
Ə d ə b i y y a t
Fərəcov, S. İlk azərbaycanlı
qadın teatr rəssamı: Bədurə
Əfqanlı [Mətn]/S.Fərəcov
// Azərbaycan.- 2010.- 14
mart.- S.6.
Xəlilzadə, F. Rənglərlə
süslənmiş ömur yolu [Mətn]
/F.Xəlilzadə //Mədəniyyət.-
2011.- 11 mart.-S.12.
Səfərəliyeva, D.
Əfqanlı Bədurə [Mətn]
/D.Səfərəliyeva.- Bakı: İşıq,
1986.- 80 s.
25
Rəssam
225
Rəssamlıq.Heykəltəraşlıq.Arxitektura
100
illiyi
HƏYAT ABDULLAYEVA
1912-2007
OKTY
ABR
Həyat Həmdulla qızı Abdullayeva
1912-ci il oktyabr ayının 14-də Dərbənd
şəhərində anadan olmuşdur. O, məşhur
balıq sənayeçisi Həmdulla Abdullayevin
qızıdır.
Atasının güllələnməsindən sonra 1930-
cu ildə anası ilə birlikdə Qazaxıstana sür-
gün edilmişdir. 1942-ci ildə Repin adına
Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və
Memarlıq İnstitutuna daxil olmuşdur.
Həmin illərdə Həyat xanım “Tutu xanım”,
“Həsən bəy Zərdabi” kimi əsərlərini ya-
ratmışdır.
Həyat
Abdullayeva
dəzgah
heykəltəraşlığı sahəsində ilk ali təhsilli
heykəltəraş qadın olmuşdur.
Təhsilini başa vurduqdan sonra o, Ba-
kıya qayıdır və Bakı Rəssamlıq Texni-
kumunda dərs deyir. O, Əzim Əzimzadə
adına Rəssamlıq Texnikumunda sənətin
sirlərini P.Sapsayın emalatxanasında alır.
Həyat xanımın yaratdığı ilk işi “Gənc
oğlan“ın portretidir.
1950-ci ildən heykəl portretlərin,
monumentlərin və kiçik formalı plas-
tik əsərlərin – “Ana” (1955), “Yeddi
gözəl” (1957) heykəlcikləri, “Həcər”
(1959), “Gənclik” (1960), “Lay-lay”
(1963) heykəl-kompozisiyaları, Molla
Pənah Vaqifin abidəsi (1957), “İki qız”
(1967), “Vəcihə Səmədovanın portreti”
(1970), “Sənsiz” (1972) , “Şah İsmayıl”,
“Natəvan” və s. kimi yaddaqalan əsərlərin
müəllifidir. “Lay-lay” kompozisiyasında
körpəsinə ayaqları üstündə lay-lay çalan
gənc qadın – ana təsvir olunub. Bu əsər
naturadan işlənib. Böyük uğur qazanan bu
əsər incəsənətimizin qızıl fonduna daxil
olub.
H.Abdullayeva heykəltəraşlıq sənə
-tinin inkişafında öz-dəsti xətti olan
təkrarolunmaz sənətkardır. 1950-ci ilin
ortalarında kiçik formada kompazisiyalı
Nizami Gəncəvinin “7 gözəl“ əsəri (for-
forda) tətbiqi sənət sahəsində ən baxımlı
işdi: Nizaminin 7 gözəl və Bəhram po-
emasının motivləri əsasında yaranmış
heykəllər silsiləsi. Bu işlər müəllifin qadın
portretində rəgarəngliyə, psixoloji tamlı-
ğa cəhd etməsindən xəbər verir. hər bir
millətin özünün müsbət, kəskin xarakte-
rini, geyimini, düşüncə tərzini, incəliyini
böyek ustalıqla verə bilmişdi. “7 gözəl“
əsərində olduğu kimi heykəltəraş da
müsbət surətlərin aydınlığı ilə təsvir et-
mişdi.
Həyat xanımın uşaqlara həsr olunmuş
məzmunlu kompazisiyaları yaradıcılığın-
da xüsusi yer tutur. Uşaqların sadə təmiz
mənəviyyatının təsvirinə, xarakteristika-
sına tamaşaçıların diqqətini cəlb etmişdi.
Sovet ədəbiyyatının banisi “Maksim
Qorki“nin heykəlini yaratmışdır. Heykəl
M..F.Axundov adına Milli Kitabxananın
fasadında qoyulub.
Həyat
Abdullayeva
Azərbaycan
rəssamlıq sənətində xüsusi yer tutur.Onu
başqalarından fərqləndirən cəhətlərindən
biri də bir şəxsiyyət kimi əsərləri ilə
özü arasındakı yaxınlıq, böyüklük və
səmimilikdir.
Azərbaycanın görkəmli heykəltəraşına
1964-cü ildə Əməkdar incəsənət xadimi
adı verilmişdir.
2007-ci ildə Bakıda vəfat edib.
Ə d ə b i y y a t
Həyat Abdullayeva [Mətn]
//Azərbaycan Qadını ensik-
lopediyası.- Bakı, 2002.-
S.16-17.
Məsimli E. Sənətdə və
ürəklərdə əbədiləşən
sə¬nət¬¬kar: [Mərhum
heykəltəraş Həyat Ab-
dullayeva haqqında] //
Mə¬¬dəniyyət.- 2007.- 20
aprel.- S. 8.
Nəsimli E. Əbədiyaşar
sənətkar: [Azərbaycan
Respublikasının İncəsənət
xadimi, heykəltəraş Həyat
Abdullayevanın söhbəti] //
Mədəni-maarif- 2007.- №
7.- S. 21-26.
Гусейнов , Г.
Энциклопедия города
Дербента [Текст]
/Г.Гусейнов.- Москва,
2002.-С.12-13.
14
Heykəltəraş