Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə14/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

41
siniflərdə cəhət üzvdən ayrılmazdır. Məməli olmayan pişik yaxud yarasanın varlığı 
mümkün deyil. Lakin ikinci tip (“qeyri-təbii”) siniflərdə cəhət predmetə sonradan 
verilir yaxud qazanılır. Bioloji varlıq kimi bütün insanlar eyni cəhətləri paylaşır, həyat 
forması kimi eyni təbii fəaliyyəti (eyni formada çoxalır, gəzir, görür, danışır) göstərirlər. 
Bu mənada insanların bioloji sinif fərdi olmaq etibarilə heç bir fərqi yoxdur. Lakin 
tarixə ötəri baxış atmaq kifayətdir ki, müxtəlif zamanlarda və məkanlarda insanların 
“qeyri-təbii” siniflərə ayrıldığını görək. 
Marksın  yuxarıda  sitat  gətirdiyimiz  məktubunda  qeyd  elədiyi,  “siniflərin 
mövcud  olması  ancaq  istehsalın  inkişafındakı  müəyyən  tarixi  mərhələlərlə 
əlaqədardır” fikrinə əsasən, ibtidai istehsal (və şüur) münasibətinin ibtidai sinifləri
daha inkişaf etmiş olanlarsa özünə adekvat sinifləri ortaya çıxardığını deyə bilərik. 
Nə cür adlandırılmağından fərqli olmayaraq, sinif anlayışı əmək bölgüsündən törəyir. 
Məsələn,  təbiətlə  qurulan  məhdud  münasibətin  (və  onun  nəticəsində  yaranmış 
yadlaşmış şüurun) nəticəsi
9
 kimi Hindistanda insanlar 4 əsas sinfə (kasta/varna) 
ayrılırdı
10
. Varna sistemində insanların doğulmamışdan əvvəl onlara verilən müəyyən 
xüsusiyyətlərə sahib olduğuna, həmin xüsusiyyətlərə görə təsnifləndirmənin isə “ali 
iradənin  dəyişməz  təqdiri”  olduğuna  inanılırdı.  Lakin  kastaların  nədən  ibarət 
olduğuna baxsaq, bunun bəsit əmək bölgüsündən savayı bir şey olmadığını görə 
bilərik. Cəmiyyət iyerarxik şəkildə, payına xalis mənəvi əmək (brahmanlar), müəyyən 
miqdar (daha çox) mənəvi (kşatriyalar), müəyyən miqdar (daha çox) maddi  əmək 
(vaişya) və xalis maddi əmək (şudralar) düşmüş siniflərdən ərsəyə gəlirdi. Həyat 
vasitələrinin təmini baxımından məhsuldarlığın aşağıdan yuxarıya doğru azalmağına 
baxmayaraq, həmin vasitələrin mülkiyyəti və təbii ki, məhsulların mənimsənilməsi 
bununla  tərs  mütənasib  idi.  Əlbəttə  ki,  bu  hansısa  uzaq  tarixdə  baş  vermiş  bir 
hadisə deyil – bu hal indi də davam edir. Əmək sahibinin öz əməyinin məhsuluna 
sahib ola bilməməsinin bu dərəcədə kütləvi hal alması müəyyən şüur formasına 
xasdır.  Bu  elə  bir  şüur  formasıdır  ki,  əmək  sahibi  öz  əmək  məhsulu  ilə  sahiblik 
9
S.Ə., s. 29
10
http://en.wikipedia.org/wiki/Caste#Caste_system_of_India – 07.04.2014


42
 №2 İyun 2014
münasibəti qura bilmir, ona yadlaşır
11
. Var olan sinfi ziddiyyət, “olmalı olan”
12
 sinfi 
mübarizə formasına keçə bilmir. Bu şüur formasının ümumiləşmiş halı ideologiyadır. 
Yuxarıdakı  misalda  ideologiyanın  yaradıcısı  rolunda  ən  üst  pillədəki  brahmanlar 
(“bunlar həmin sinfin ümumiləşdirmə qabiliyyətləri olan fəal ideoloqlardır, onların 
başlıca  ruzi  mənbəyi  bu  sinfin  özü  haqqındakı  xəyallarını  hazırlamaqdır”
13
)  çıxış 
edirdilər; yəni ən yalın formada “hakim ideologiya hakim sinfin ideologiyası”
14
 idi.  
İdeologiya,  primitiv  formada,  məhsuldarlığın  artması  və  ailə  münasibətlərindəki 
məzmun dəyişikliyi nəticəsində əmək məhsullarının əksəriyyətinin cəmiyyətdəki bir 
qrupun əlində toplanması və bu qrupun vəziyyəti qorumaq üçün qurduğu dəyərlər 
sistemindən  başqa  bir  şey  deyil
15
  –  bu baxımdan hər  sinif  öz  mənafeyini güdən 
ideologiyanı, “hakim sinif hakim ideologiyanı”
16
 yaradır. Təbiətlə qurulan münasibətin 
11
S.Ə., s. 26
12
http://www.teorivepolitika.net/index.php/okunabilir-yazilar/item/7-tarih-biliminin-
devrimcilestirilmesi-sorunu - 07.04.2014
13
S.Ə., s. 41
14
S.Ə., s. 42
15
http://www.marxists.org/archive/marx/works/1884/origin-family/ch02.htm, 
http://www.marxists.org/archive/marx/works/1884/origin-family/ch03.htm, 
http://www.marxists.org/archive/marx/works/1884/origin-family/ch05.htm (08.04.2014)
16
S.Ə., s. 42


43
və  bunun  nəticəsində  məhsuldarlığın  artması  daha  ali  şüuru  yaradır.  Bu  isə,  öz 
növbəsində, əvvəlki ideologiyanı yeni ideologiya ilə əvəz edir
17
. Aydın məsələdir ki, 
idelogiya,  hakim  sinfin  ideologiyası  olduğu  müddətcə  sinfi  ziddiyyət  həll  oluna 
bilməz.  Elə  isə  bu  ziddiyyətin  “zərərçəkən”  qismindəki  sinfi,  əzilənlər  sinfi  öz 
ideologiyasını yaratmalıdır. Bunun müqəddəm şərti isə əlbəttə ki, əzilənlərin sinif 
formasında özlərini (sinfi mənsubiyyətlərini) dərk etmələridir
18
.
İstehsalın  inkişafındakı  müəyyən  mərhələlər    müəyyən  sinifləri  yaratdığı 
kimi,  müəyyən  sinifləri  də  aradan  qaldırır.  İbtidai  şüur  və  din  anlayışlarına  xas 
olan  çoxsinifli  cəmiyyət  şüur  inkişaf  etməsi,  dinin  rasionallaşması  və  daha 
sonra  böyük  ölçüdə  əhəmiyyətini  itirməsiylə  birlikdə  daha  az  sinifli  cəmiyyətlərə 
transformasiya  olunur.  Bu  isə  əvvəl  bir  neçə  sinif  tərəfindən  paylaşılan  məhdud 
(yaxud azalaraq artan) resursların mülkiyyətini daha az sinfin əlində cəmləşdirir, 
qarşı  tərəfdə  isə  daha  çox  “məhrum  olunmuşlar”
19
  ordusu  yaradır.  Bu  ziddiyyət 
öz  pik  nöqtəsinə  “düşmənlər”in  üz-üzə  dayandığı,  bir  sinfin  əzən  –  o  biri  sinfin 
əzilən olduğu cəmiyyətdə çatır. Bu isə geriyə dönməyin mümkün olmadığı nöqtədir. 
Daha əvvəlki istehsal münasibətlərində müəyyən (ideologiya kimi) dini, əxlaqi və 
s. dəyərlərin hakim olduğu cəmiyyətlərdə, bu dəyərlər prinsip kimi qəbul olunduğu 
üçün,  mülkiyyətin  bölünməsi  bu  ziddiyyəti  yumşaldırdısa,  həmin  dəyərlər  yeri 
gəldikdə  mülkiyyətin  önünə  keçirdisə  də,  məhsuldarlığın  maksimuma  çatdığı, 
tək  imperativi  “daha  çox  pul!”  olan  kapitalizm  cəmiyyətində    bu  mümkün  deyil.  
Sinfi  ziddiyyət  məhz  dəyər  kimi  qəbul  olunan  bu  imperativin  ucbatından  ən 
gərgin  həddə  çatır.  Bu  həm  də  öz  dialektik  inkarları  ilə  üz-üzə  duran  əzilənlərin 
öz  sinfi  mənsubiyyətlərini  mütləq  formada  dərk  etmələri  deməkdir.  Və  yalnız  bu 
həddə əzilənlər  qurtuluşlarının, “allah”, “dövlət”, “konstitusiya” və  s. kimi içi boş 
məfhumları devirməkdən yox, həmin məfhumların qiyafəsində onları əzən, istismar 
edən  sinfi  devirməkdən  keçdiyini  dərk  edəcək.  Tarixin  ancaq  bu  şəkildə  düzgün 
qavranılacağını lazım bilən proletariatın inqilabçı praktikası – kommunizm da məhz 
17
S.Ə. s. 45
18
http://mlam.tkp.org.tr/kavramlar/sinif-bilinci-nedir - 24.03.2014 
19
“XI Tezis”, № 1, s.42


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə