Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə2/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   2   3   4   5   6   7   8   9   ...   31

4
 №2 İyun 2014
problemlərə baxışlardakı müxtəlifliklə bağlı idi. Şendrikovlar esdekləri müzakirələrə 
qapalı olan iyerarxik təşkilat qurmaqda və işçilərin iqtisadi mübarizəsinə kifayət qədər 
həssas  yanaşmamaqda  suçlayırdı.  Onlar  mübarizədə  “ekonomizm”  mövqeyində 
dayanır, “fəhlənin hər qəpiyi üçün mübarizə” təbliğ edir və siyasi çıxışların əleyhinə 
çıxırdılar. Sonunda qardaşlar təşkilatdan uzaqlaşdırılır. Ancaq sonrakı illərdə də onlar 
özlərini məhz sosial-demokrat kimi qələmə verirdilər.
Qardaşlar  arasında  İlya  böyük  natiqlik,  Lev  isə  təşkilatçılıq  qabiliyyətinə 
malikdi.  Bu  tandemin  hesabınadır  ki,  artıq  1904-cü  ilin  sonlarına  doğru  onların 
tərəfdarlarının sayı 4000 nəfərə çatırdı. Əksəriyyəti də İrandan gəlmiş və yerli azəri 
fəhlələr idi. Müqayisə üçün deyək ki, bolşevikli-menşevikli esdeklərin sayı həmin 
ərəfədə vur-tut 3000 nəfər idi.
Artıq 1904-cü ilin yayından fəhlə çıxışları yüksələn xətlə gedirdi. Bu, ötən ildəki 
etiraz  dalğasından  və  neft  mədənlərindəki  yanğınlardan  özlərinə  hələ  gəlməyən 
siyasi və maliyyə dairələrində narahatlıq doğurmaya bilməzdi. Məsələn, «Russkoe 
Slovo»  qəzeti  sentyabrın  12-də  yazırdı:  “Peterburqdakı  ingilis  səfiri  dünən  xarici 
işlər naziri Lamzdorfa nota göndərərək ondan Bakıda yaşayan və sayı 200-dən az 
olmayan ingilis təbəələrinin qorunması üçün tədbirlər qəbul etməsini xahiş edib”. 
1904-cü  ilin  noyabrında  Şendrikov  qardaşları  Bakı  mədənlərində  iqtisadi 
tələblərlə geniş tətillər başlatmaq qərarı verir. “Şendrikovçular” adlanan fəallar bütün 
zavod və balıq müəssisələrində təbliğata keçir. Tətillərin əleyhinə isə esdeklər çıxır. 
Həm  bolşeviklər,  həm  də  menşeviklər  formal  olaraq  havaların soyuqluğunu əsas 
gətirirdi. Əslində isə partiya iqtisadi tələblərlə mübarizənin perspektivinə inanmırdı, 
yalnız silahlı üsyan taktikasını qəbul edirdi, tətillərin uğurlu alınacağı təqdirdə isə 
prosesdən kənarda qalacağından narahatdı.
Sosialistlərin  köməyi  olmadan  da  “şendrikovçular”  işlərini  bacarırdılar.  Belə 
olanda, bolşeviklər, “Hümmət” təşkilatı və erməni sosial-demokratları da tətillərin 
təşkilinə qoşuldular. Tətil komitəsinə Alyoşa Caparidze, İvan Fioletov və A.Stopani də 
daxil oldu. Dekabrın 13-də Balaxanı və Bibiheybətdə yeni tətil başladı. Tətil 50 min 
fəhləni əhatə etdi. 1 ay davam edən aksiyalar sahibkarları qorxuya saldı. Fəhlələr 
sahibkarların güzəştə meylli olmadığını görəndə neft buruqlarını yandırmağa qalxdı. 


5
Dekabrın 25-dən 30-dək 225 neft buruğu oda verildi.
Belə  olanda  bolşeviklər  sahibkarlarla  danışığa  gedərək  fəhlələrin  şərtlərini 
qəbul etməyə çağırdı. Kapitalistlər razılaşdılar. Əksər şərtlər qəbul olundu. Ancaq 
“şendrikovçular” tətillərə davam etməyə çağıraraq esdekləri kapitalistlərlə sazişdə 
suçladı və bütün tələblərin qəbulunu aksiyalara son qoymağın şərti elan etdi. 1904-
cü ilin 30 dekabrında daha 40 neft buruğu yandırıldı.
Kapitalistlər yenə razılaşdı. Bununla da dekabrın 30-da sahibkarlarla fəhlələr 
arasında  ilk  dəfə  kollektiv  müqavilə  -  məşhur  “Mazut  Konstitusiyası”  imzalandı. 
İqtisadi tələblərlə mübarizə səmərə verdi.
1905-ci ilin 2 yanvarında “Novosti dnya” qəzeti yazırdı: “Bakıda yanvarın 1-də 
bütün  neft  mədənlərində,  zavodlarda  və  mexaniki  emalatxanalarda  asılan  yeni 
elanlarda neft sənayeçilərinin və kerosin istehsalçılarının adından bildirilir ki, 1905-
ci ilin 1 sentyabrından başlayaraq qazma işlərində tədricən üçnövbəli iş sisteminə 
keçiləcək. Tətilçilər tətil etdikləri günlərin maaşlarını da almaq şərtilə 3 gün ərzində 
işə çıxmağa dəvət edilir. Birjalarda məyusluqdur”.
Həmin kollektiv sənədin (“Mazut Konstitusiyası”) bəzi bəndlərinə baxaq:
9 saatlıq (gecə növbələri və qazma işlərində - 8 saatlıq) iş günü. Fəhlələr üçün 
pulsuz yataqxana, su və kerosin. Əmək qabiliyyəti müvəqqəti itirildiyi halda işçinin 
maaşının 50 faizinin daha 3 ay ərzində verilməsi. Maaşların artırılması. İrandan gələn 
fəhlələrin maaşının da yerli fəhlələrlə eyniləşdirilməsi. İşdə cərimələrin ləğvi...
Bu  cümlələri  müasir  leksikona  çevirin  -  görərsiniz  ki,  bugünkü  Azərbaycan 
işçisində həmin hüquqların heç biri yoxdur!
Bu da son deyil - “Şendrikovçular” sahibkarlardan zavod komitələri yaratmağı 
tələb etdi və buna da nail oldu. Bu isə o deməkdi ki, fəhlələrin arasından seçilən 
şəxslər zavod rəhbərliyi ilə bərabər işə götürmək və işdən çıxarmaq məsələlərində 
iştirak edə bilər. Bu, həmkarlar təşkilatlarının ilk forması idi.
Zavod  komitələrinə  üzvləri  Bakı  fəhlə  deputatları  Soveti  seçirdi.  Orada  da 
əsas mövqe “şendrikovçular”ın, qismən də menşeviklərin əlində idi.
Bakı proletariatı öz hüquqları uğrunda 1 ay mükəmməl təşkil olunmuş formada 
mübarizə aparmaqla 1905-ci il ərəfəsində indi də olmayan hüqulara nail oldu.


6
 №2 İyun 2014
1905-ci ildə Şendrikov qardaşları yenə tətillər təşkil etdi. Həmin vaxt onlar 
fəhlə  deputatları  Sovetinə  və  Sovetin  orqanı  olan  “İzvestiya”  qəzetinə  nəzarət 
edirdilər. Yeni tətil uğursuz alındı, həmin ilin dekabrında isə qardaşları ifşa edən 
dəlillər üzə çıxdı.
İnqilabçı Arşak Xaçiyev (1874-1935) özünün avtobioqrafik “Bakı fəaliyyətimin 
3  dövrü”  (1924)  məqaləsində  xatırlayır:  “Yığıncaqlardan  birində  tələbə  Gerasim 
Ter-Nersesov çıxış etdi və Lev Şendrikovun həmin vaxt canişinlikdə çalışan general 
Cunkovskiyə  məktubunu  açıqladı.  Məktubun  məzmunu  ondan  ibarətdi  ki,  əgər 
hökumət tərəfindən yardım olarsa, fəhlə hərəkatını onlar üçün arzuolunan məcraya 
yönəltmək mümkündür...”
Bundan sonra İlya əvvəlcə Peterburqa, sonra isə Cenevrəyə köçdü, Lev isə 
haradasa  Zubatovun  və  Qaponun  taleyini  təkrarlayaraq  hakimiyyətlə  müəyyən 
sazişlərə getdi. A.Xaçiyev özünün 1907-ci ildə Bakıya yenidən gəlişində Şendrikovlarla 
bağlı yeni sübutların da üzə çıxdığını yazır. Məsələn, məlum olur ki, Şendrikovlar 
hökumətdən 10.000 rubl pul alıblar.
Odur  ki,  1907-ci  ildə  Bakıda  Lev  Şendrikov  vəfat  edəndə  mətbuat  yazdı: 
“Sosial-demokrat  kimi  şərəflə  başlayıb  hakimiyyətə  yaxınlaşaraq  kədərlə  bitdi”. 
Bakıda qalan üçüncü qardaş - Dmitri (“Kasyan”) isə fəhlələr arasında artıq heç bir 
nüfuza malik deyildi.
“Mazut Konstitusiyası” isə şərəfli tarixi epizoda çevrildi...
1914-cü il. Bakı çalxalanır...
“Oqonyok” jurnalı 1914-cü ilin iyununda yazırdı: “Bakıda neft mədənlərinin 
işini  tamamilə  iflic  etmiş  kütləvi  tətillər  hökuməti  ciddi  şəkildə  həyəcanlandırıb. 
Peterburqdan gələn xüsusi komissiya məsələni dinc yolla həll etmək və fövqəladə 
vəziyyətin tətbiqinə yol verməmək üçün uzun-uzadı danışıqlar aparıb”.
Fakt isə ondadır ki, bu danışıqlar nəticə vermir - fəhlələr tələblərindən geri 
çəkilmirlər.  Və  yalnız  1-ci  Dünya  müharibəsinin  başlaması  Bakı  proletariatının 
qətiyyətli  mübarizəsini  yarıda  qoyur  (Oxşar  ssenarini  1905-ci  il  tətillərində  də 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə