Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə31/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   ...   23   24   25   26   27   28   29   30   31

94
 №2 İyun 2014
və  ssenaristdir.  Roma  şəhərinin  işçilər  məhəlləsində,  işçi  ailəsində  böyüyən  Elio 
həmin  şəraitin  çətinliklərini  irəliləyən  illərdə  çəkəcəyi  filmlərdə  uğurla  nümayiş 
etdirə bilmişdi. Siyasi səbəblərə görə oxuduğu məktəbdən qovulan rejissor dövrün 
İtaliya Kommunist Partiyasının gənclər təşkilatında mədəni fəaliyyətlər ilə məşğul 
olmuşdur.  Roma  Universitetinin  ədəbiyyat  fakültəsində  təhsilini  başa  vurduqdan 
sonra isə əsası 1924-cü ildə Antonio Qramşi tərəfindən qoyulmuş “Birlik” (“L’Unita”) 
qəzetində yazılar dərc etdirmişdir. Jurnalistikadan əlavə kino ilə də maraqlanan Elio 
1956-cı il Macarıstan hadisələrindən sonra partiya sıralarını tərk edir. Əvvəlcə bir 
neçə sənədli film çəkən rejissorun ilk uğuru 1969-cu ildə Berlin kino festivalında 
“Gümüş  ayı”ya  layiq  görülən  “Qərb  cəbhəsində  yenilik  yoxdur”  filmi  olur.  Təsvir 
etdiyi obrazlara yanaşmada yenilikçi addımlar atan Elio Petri istifadə etdiyi sosial-
siyasi  və  psixoanalitik  metodlarla  qərb  cəmiyyətindəki  böhranı  göstərməyə 
çalışmışdır: “Bir vətəndaşın şübhədən kənar istintaqı” (1970) polisin subyekt olaraq 
dramatik analizini, adını fransız anarxist Pyer Jozef Prudonun sitatından ilhamlandığı 
“Mülkiyyət  artıq  oğurluq  deyil”  (1973)  pulun  cəmiyyətdə  və  insan  üzərindəki 
gücünü,  “Todo  modo”  (1976)  isə  Xristian  Demokratlar  arasındakı  əsas  şəxslərin 
– güc strukturlarının fəaliyyətini əks etdirir. Fərdin problemləri timsalında ictimai 
boşluğa eyham vuran Elio Petri, yaradıcılığında hər zaman siyasət, mədəniyyət və 
sosial  həyatdakı  konformizmi  ciddi  şəkildə  tənqid  etmiş,  alternativ  kimi  sistemi, 
əsasən  də  iqtisadi  fundament  hesab  edilən  istehsalı  kökündən  dəyişməyi  hədəf 
olaraq  tamaşaçılara  təqdim  etmişdir.  Və  onun  1971-ci  ildə  lentə  aldığı  “İşçi  sinfi 
cənnətə gedir” filmi də ideya olaraq bir işçinin fabrikə qarşı mübarizəsindən ehtiva 
edir...
Tarixdə baş verənlər
Dövrün İtaliyasında işçilərin siyasi vəziyyətinin qısa xronikası 
60-cı illərin əvvəllərini İtaliya işçi hərəkatı üçün yeni bir nəfəs kimi qeyd etmək 
lazımdır. Ölkənin şimalındakı Turin şəhərində baş vermiş fabrik işçilərinin etirazları 
62-ci ildə özünün zirvəsinə çatır. Tətil etmiş işçilərin əsas tələbləri qeyri-iş günləri 
üçün də əmək haqlarının hesablanması və qısa müddətli əmək müqavilələrinə son 


95
vermək idi. Yerli əhalinin də dəstəyini alan işçilər üçün bir neçə həftəlik qarşıdurma 
uğurla  nəticələnir.  Eyni  vaxtda  baş  tutan  “Michelin”  zavodundakı  etirazlar  isə 
istənilən effekti vermir və fabrik qarşısındakı dəhşətli səhnələr 90 günün sonunda 
bitir.
1959-cu ildə baş tutan 11 müxtəlif işçi çıxışlarının heç birində nailiyyət əldə etməyən 
“FIAT” işçiləri milli tətil günü elan edilən vaxt (iyun, 1962) metal zavodu işçilərinin 
dəstəyilə  sahibkarlara  qarşı  yenidən  mübarizəyə  atılır  və  9  günün  sonunda 
dəstəkçilərin sayı 7000-dən 60000-ə qədər çoxalır. 60-cı illərin ortalarında texnoloji 
yeniliklərin tətbiqi fabrik və zavodların sürətlə mexanikiləşdirilməsinə gətirib çıxardı. 
Bu  cür  dəyişikliklərin  təsir  arealında  əsas  yeri  təcrübəsiz  gənc  işçilər  tuturdular. 
Bundan əlavə, məhsul sayına görə adambaşına istehsalın qüvvəyə minməsilə usta-
şagird  əlaqələri  tamamilə  zəiflədi.  Vəziyyətin  mürəkkəbləşməsinə  baxmayaraq, 
həmkarlar ittifaqı nümayəndələri gənc işçilərin şikayətlərini əsassız sayır və fabrik 
rəhbərlikləri ilə hər hansı konfliktdən uzaq qalmağa çalışırdı. Belə bir halın yaranması 
işçilərdə, öz müqəddəratlarının yalnız onların özlərindən asılı olduğu fikrini yaradırdı. 
Universitet  təhsilindən  bəhrələnmiş  mavi  yaxalıqlı  tələbələrin  digər  işçilərə  təsiri 


96
 №2 İyun 2014
mövcud sistemə radikal müqavimət nəzəriyyəsini aşılamaqdan ibarət oldu ki, tezliklə 
praktikada bunun şahidi olundu. 
1968-ci  ilin  əvvəllərində  şimal  fabriklərində  tətillər  yenidən  alovlandı.  İlkin 
periferik ərazilər və fabriklərlə məhdudlaşan çıxışlar sonradan şəhərlərə yayılmağa 
başladı.  Artıq  işçilərin  yeni  mübarizə  forması  üçün  zavodlarda  xüsusi  inqilabi 
qruplaşmalar fəaliyyət göstərirdi. Burada Fransadakı təcrübədən istifadə edilməyə 
başlanılmışdı. Belə ki, demokratik strukturlara, yəni həmkarlar ittifaqlarına - əslində 
onlar bürokratikləşmiş kapitalist məngənə idilər – bel bağlamağın mənasız olduğunu 
görən işçilər tələbə hərəkatından faydalanmağa başladılar. Yaradılmış “tələbə-işçi” 
cəbhəsi siyasi liderin yoxluğunda hər bir inqilabi fərdin mümkün qədər məsələyə 
müdaxiləsinə şərait yaradırdı. Yeni idarə üsulu və xüsusi qruplaşmaların fəaliyyəti 
bəzi  fabriklərdə  həmkarların  tamamilə  ləğvi  ilə  nəticələndi,  yerində  isə  “İşçilərin 
gücü” (“Potere Operaio”) və ya “İşçilərin avanqardı” (“Avanguardia Operaia”) adlı 
birliklər yaradıldı. Radikallıq dərəcəsinin artması ilə artıq işçilər həmkarlar ittifaqı 
kimi bir qurumu tanımır, onlarla müzakirələr aparmır və yalnız öz potensiallarına 
güvənməli olduqlarını bilirdilər ki, bunun da ən bariz nümunəsi Milan şəhərindəki 
“Pirelli  Bicocca”  adlı  fabrikdə  görüldü.  Daha  yüksək  əmək  haqqı  üçün  tələb  irəli 
sürən  işçilər  həmkarlar  və  menecment  arasındakı  3  həftəlik  görüşlərin  səmərə 
verməyəcəyini  duyur  və  yaratdıqları  müstəqil  komitənin  müəyyən  qərarları  (işi 
müvəqqəti saxlama) vasitəsilə öz istəklərinə nail olurlar. 
Tətil nümayişlərində səsləndirilən tələblərə yeniləri əlavə olunurdu. Əvvəllər 
yalnız aşağı əmək haqqını nəzərdə tutan fikirlər bildirilirdisə, sonralar iş şəraitinin 
yaxşılaşdırılması  və  şimal-cənub  arasındakı  maaş  fərqlərinin  aradan  qaldırılması 
kimi  mövzulara  da  toxunulurdu  ki,  sonuncusu  hərəkatların  milli  xarakter  aldığını 
göstərirdi. 
Bu cür yeni tələblərin elan edildiyi ilk mütəşəkkil tətil kimi “FIAT” işçilərinin 
nümayişlərini qeyd etmək olar. Mirafiori zavodunda olan etirazların şüarı çox sadə 
idi: “Biz nə istəyirik? Hər şeyi.” Həmkarlar ittifaqı rəsmilərinin də əllərində bannerlə 
müdafiə etdiyi yürüyüşə polis müdaxilə etsə də, həmin il ‘tətil’ sözü ‘FIAT’ın ayrılmaz 
simvoluna çevrilmişdi. 


97
69-cu  ildəki  çıxışlar  payızda  pik  nöqtəyə  çatmışdı.  Ölkəyə  yayılmış  metal 
işçilərinin ortaq tələblərini ifadə edən “İsti payız”müqaviləsi ilə başa çatan etirazlar 
milyon yarım insanın istəklərini ehtiva edirdi. İş yerindəki “avtoritarlığı”nın bərpası 
üçün həmkarlar ittifaqının strategiya dəyişikliyinə getdiyi qeyd olunmalıdır. İşçilərin 
inamlarını geri qazanmaq və onları öz cəbhələrinə çəkmə istəyən həmkarlar, onların 
ehtiyaclarını  artıq  rəsmi  xətlə  yuxarılara  çatdırır  və  öz  yerlərini  möhkəmlətməyə 
macal  tapırdılar.  Avtonom  hərəkatların  uğursuzluğunu  “pələngi  idarə  et”  (yəni 
işçi  qüvvəsi)  taktikası  ilə  minimuma  endirməyə  çalışır  və  keçən  il  ‘ekstremist’ 
adlandırdıqları iddiaların həqiqətən də reallığı əks etdirdiyini dərk edirdilər. 
1969-cu  ilin  dekabrında  “Milli  müqavilə”nin  imzalanması  zamanı  işçilərə 
dəstək olmuş həmkarlar ittifaqları artıq yeni bir yol seçdiklərini göstərirdilər: siyasi 
partiyalardan  asılılığın  azaldılması.  İtaliya  Ümumi  İşçi  Konfederasiyası  və  yerli 
kommunist  partiya  arasındakı  əlaqələrin  zəifləməsi  də  məhz  bununla  bağlı  idi. 
İmzalanmış müqavilənin şərtlərinə isə həftədə 40 saatlıq iş, əmək haqqının bərabər 
şəkildə  artımı,  iş  günündə  sərbəst  toplaşmaq  hüququ  və  yeni  gələn  köməkçilər 
üçün ödəniş sisteminin tətbiqi daxil edilmişdi.
70-ci  illərdə  də  davam  edən  tətillər  kimya  və  tikinti  sənayesi  ilə  yanaşı, 


98
 №2 İyun 2014
xəstəxana,  bar,  otel  işçiləri  və  poçtalyonlar  arasında  da  yayılmışdı.  İş  verən 
sahibkarların etirazlarına baxmayaraq, nümayəndələrinin işçilər tərəfindən seçildiyi 
“iş  yeri  konsulları”  fəaliyyət  göstərməyə  başlamışdı.  Məqsəd  kimi  ‘iş  yerində 
demokratiyanın artırılması’ və ‘həmkarlar ittifaqının strategiyasının dəqiqləşdirilməsi’ 
nəzərdə tutulsa da, inqilabi dəstələrin ləğvi səhv addım kimi qeyd olunmalıdır. 73-
cü ildə baş tutan və 69-dan bəri görülmüş ən böyük nümayiş – 6 milyon işçisinin 
dəstəyilə – sanki işçi hərəkatının yeni bir dövrünü açırdı...
Ümumiyyətlə 60-70-ci illərdəki əzmkar mübarizə italyan işçi sinifi üçün böyük 
təcrübə yığımı olmuşdu. Yeni etiraz formalarının görülməsi və kollektiv qərarvermə 
böyük  səmərə  vermiş  və  bir  çox  işçiyə  öz  gücündən  xəbərdar  olmağa  kömək 
etmişdi. Ən böyük radikal addım isə həmkarlar ittifaqının siyasətini heçə sayaraq, 
özfəaliyyətin genişləndirilməsi olmuşdu. İş yerlərindəki xüsusi komitələrin bilavasitə 
təşkil  etdiyi  tətillər  reformizmə  real  inqilabi  alternativ  olmuş  və  həmkarların 
ortodoksal və konformist qaydalarına tənqid xarakteri daşımışdı. Və belə bir sual 
yaranır: “İşçi sinfinin ənənəvi bir nümayəndəsi olmaq məhz həmkarlar ittifaqının 
qeyri-səmərəliliyinin  məhsuludur  yoxsa  bizlər  reallığı  görməyəcək  qədər  kor 
olmuşuq?!”
***
Qəhrəmanımız Massa işlədiyi fabrikdə özünə müəyyən bir persona yaratmışdır. 
Əslində “persona yaratmaq” fərdin bacarıqları çərçivəsini aşır, burada ətraf faktorunu 
nəzərə almaq mütləqdir. Massa işini əzmkarlıqla yerinə yetirən və tabeçilikdə olduğu 
strukturun tam da axtardığı obyektdir. Bəli, obyekt. XIX əsrdən güclənən işçi-kapital 
münasibətləri əsasında sinfi mübarizənin mərkəzində “subyektivləşdirmə” vasitəsilə 
sosial  seperatizm  dayanırdısa,  müasir  dövrdə  “obyektivləşdirmə”  ilə  lümpençilik 
siyasətinin pik nöqtəsinə çatmışıq ki, bunu da rejissor filmdə açıq şəkildə göstərir. 
Massa işini sevir, hər kölə öz zəncirlərinə aşiq olduğu kimi. Hələ ki bunu dərk etmir, 
çünki apolotikdir, sinfi mübarizənin fiquru işçi mübarizəsinin reaksionar obrazıdır. 
Hər şey onun üçün avtomatlaşmış haldadır; insan orqanizminin yeməyi həzm və 
ifrazını  fabrikin  iş  rejiminə  bənzətməsi  də  məhz  bundan  qaynaqlanır:  “...fabrikin 


99
istehsal etdiyi nədir ki? Məhsul yox, “pox”.”
Film göstəriləni konkretləşdirir, izləyici “görmə”ni aşmalıdır. Ekrandan bizə adi 
bir  fabrikdə,  adi  bir  iş  prosesinin  proyeksiyası  göstərilir:  ilk  olaraq  əl  görürsən, 
kadr davam edir və artıq əl yoxa çıxır, nəticə: Qarşınızda istehsal vasitəsinin bir 
hissəsi – “dəyişən kapital”dır. Sistemə qarşı dirənən Massa - işçi, həm də özü ilə 
mübarizədədir; çünki “itirəcəyi heç nəyi olmayan”dan “sahib olduqlarını da hər an 
itirə biləcək” birinə çevrilmişdir. Mental gərginliyin gündəlik dəyişməz resept olması, 
onu yadlaşmanın ən bariz nümunəsinə çevirir. 
Massanın, “həyat bir finiş dirəyidir, hər kəs yolun sonundakı bayrağı əldə etmək 
üçün qaçır” sözləri, onun yaşadığı mühiti təhrif olunmuş formada qavramasından 
irəli gəlir. Lulu XIX əsrdən etibarən elmi məqalələrin dəyişməz ifadələrindən olan 
və imperialistlərin bacarıqla istifadə etdiyi, elmi dəlillərə əsaslanan “təbii seçmə” ilə 
heç bir orqanik bağı olmayan “sosial darvinizm” üçün sistem tərəfindən yetişdirilmiş 
tutarlı  bir  nümunədir.  Darvinizmin  cəmiyyətə  uyğun  sosial  transformasiyası  kimi 
göstərilən,  halbuki  liberal  iqtisadiyyatın  təməllərini  daha  da  möhkəmləndirməsi 
və müstəmləkəçilik siyasətinin genişləndirilməsinə hesablanmış sosial darvinizmin 
simptomlarının  baş  qəhrəmanımızla  iş  yoldaşları  arasındakı  münasibətlərdən  də 
görə  bilirik.  Massaya  görə  formul  sadədir:  “Həyat  rəqabətdən  ibarətdir”;  ayağı 
büdrəyən arxada qalmağa məhkumdur; daha çox istehsal edən, daha çox əmək 
haqqına layiqdir kimi. 
Dəlixanada olan köhnə dostu ilə söhbətləri də onun üçün mümkün sonluğun 
göstəricisidir:  “Bura  da  fabrik  kimidir,  tək  fərqi  axşam  çıxmağa  icazə  vermirlər”. 
Deməli,  fabriklər  məhsul  istehsalından  başqa,  işçilər  timsalında  həm  də  sosial 
sindromlu,  izolyasiya  olunmuş  fərdlər  yetişdirir.  Massa  kimi  digər  bir  çox  işçiləri 
də eyni aqibət gözləyir. Barmağını itirdikdən sonra rəisin ona olan münasibəti çox 
şeyi  izah  etməsə  də,  müasir  sistemin  işçilərə  olan  qeyri-insani  münasibətini  əks 
etdirir: “Bu bədbəxt hadisədən sonra istehsalımız 7% aşağı düşüb...”. Kantın əxlaq 
nəzəriyyəsinə də müraciət etsək, “insan vasitə deyil, məqsəd olmalıdır” fikrini görə 
bilərik ki, bu da müasir kapitalizmin vəhşiliyinə səsini çıxarmayan idealist-əxlaqçılar 
üçün yol göstərici ola bilər. 


100
 №2 İyun 2014
Massa ailəsi ilə birlikdə neo-proletariat üçün nümunədir. Rejissorun təkidlə 
bir neçə dəfə “çərçivəyə saldığı” müqəddəs ailə tablosu yeni nəsil atom ailəsinin 
konformist  görkəmindən  xəbər  verir.  Ağır  iş  günündən  sonra  televizorun  mavi 
işığı qarşısına yığışan üzvlər üçün TV-də təqdim olunanlar gerçəkliklər toplusudur, 
hansı  ki  yadlaşma  obyektlərinin  ən  başlıcasıdır  və  bir  nöqtədən  sonra  ideoloji 
vasitəyə çevrilir. İqtisadi və sosial ehtiyacların dayanılmazlığından başqa, seksual 
istəklərin də cavabsız qaldığı şəxsi həyat Massanı ideal lümpen profilinə bürüyür. 
O, yalnız işləmək üçün yaşayır; gecələri baş qaldıran yorğunluğun acığını, səhərlər 
libidosunun  oyanması  ilə  fabrikdəki  “vəhşi”  simasını  işə  salaraq  çıxır.  Rahatlıqla 
deyə bilərik ki, müasir zamanda təbii istəklər potensial istehsal karkasına salınmış 
və ona uyğunlaşdırılmışdır.
“Reformlar ya İnqilab?”
Filmin  ana  xəttini  təşkil  edən  əsas  qayə  siyasi  arenada  müəyyən  qədər 
diskussiya olunmuş “reformizm ya inqilab” mövzusudur. Müzakirə olunan obyekt 
adını 1900-cü ildə Roza Lüksemburq tərəfindən pamflet şəklində yazılmış “Sosial 
reformlar ya inqilab” başlıqlı fikirlər toplusundan götürür. Həmin dövrün marksistləri 
2 əsas cəbhədə yığışmışdılar: bir tərəf sosializmin işçi sinfinin mütləq şəkildə azad 
edilməsi və siyasi idarəçiliyə sahib olması ilə mümkün olacağını dediyi halda, digər 
tərəf nümayəndələri – reformistlər və ya revizionistlər – fikirləşirdilər ki, kapitalizmin 
mövcud halı islahatlar vasitəsilə daha demokratik və sosial yönümlü proqram izləyə 
və tədricən sosializmə transformasiya edə bilər. İkincilərin sırasına aid olan Konrad 
Şmidt sonradan sosial-demokrat yolu tutmuş Eduard Bernştaynın məsələ ilə bağlı 
fikirlərini  bu  cür  ifadə  edir:  “Saatlar  və  əmək  haqları  üçün  həmkarlar  ittifaqının 
apardığı mübarizə və reformlar üçün olan siyasi mübarizə istehsal münasibətləri 
üzərində getdikcə artan bir avtoritarlığa sahib olacaq və kapitalist mülk sahibinin 
haqları  qanunlarla  məhdudlaşdırıldığında,  tədricən  primitiv  idarəçilik  formasına 
geriləyəcək.  Kapitalist  mülkünün  özü  üçün  gündən-günə  dəyərdən  düşdüyünü 
görəcək və kollektiv istismar və onun idarəsi əlindən alınacaqdır. Buna görə də, işçi 
sindikatları,  sosial  reformlar  və  dövlətin  siyasi  demokratikləşdirilməsi  sosializmin 


101
pilləli reallaşdırılmasının vasitələridir.”
Filmdəki  etirazlara  çağırış  səhnələri  işçilərin  seçimlərini  formalaşdıracaq 
yolları  göstərir.  Tələbələrin  təklif  etdikləri  dixotomiya  yuxarı  yazılan  dilemmanın 
əvəzedicisi rolunda çıxış edə bilər: “Ya sahibkarlar və sindikat rəhbərləri arasında 
olan  ittifaq,  ya  da  tələbələrlə  işçilər  arasında  qurulmalı  olan  inqilabçı  ittifaq”.  İş 
prosesində  barmağını  itirən  Massanı  artıq  radikal  düşərgəyə  aid  etmək  yanlış 
olmazdı
1
.  Doğrudur,  o,  filmin  əvvəllərində  yetəri  qədər  konformist  hərəkət  edir, 
çünki ən yaxşı işçi odur, ən çox əmək haqqını o alır və kiçik burjuaziyaya can atır. 
Lakin bu hal potensial partlayış üçün zəmin hazırlayır. Kulminasiyaya kimi yığılan, 
basdırılmış hisslər özünü emosional boşalma – teatrdan fərqləndirərək bunu “sosial 
katarsis” də adlandırmaq olar – halında göstərir. Yığıncaq vaxtı işçilər qarşısında 
çıxış edərkən hər kəsi işi tam buraxmağa çağırması və həmkarlar ittifaqı əleyhinə 
gətirdiyi  tənqidlər  gözardı  ediləcək  söhbətlər  deyil,  əksinə,  sindikatların  qeyri-
səmərəli işinin və işçilərin ağır vəziyyətinin tutarlı təsviri kimi qiymətləndirilməlidir.
İlk baxışdan əla perspektiv kimi görünən reformizmin vasitələrinin tənqidi ilə 
bağlı Roza Lüksemburq yazır: “Həmkarlar ittifaqları vasitəsilə işçilər bir yerə toplaşır 
və  eyni  bir  sinfə  mənsub  olduqlarını  anlayır,  reformlar  uğrunda  mübarizələrdə 
proletariatın  gücünü  dərk  edirlər.  Həmçinin  onlar  islahatların  məhdudiyyət 
xarakterinə  sahib  olduğunu  və  siyasi  gücün  ələ  keçirilməsinin  mütləqliyini  də 
başa  düşürlər”.  Lüksemburq  sindikatların  mübarizələrini  mifik  qəhrəman  ‘Sizif’in 
taleyinə  bənzədir.  Onun  fikrincə,  sindikatlar  kapitalist  ödəmə  qanunlarını  aradan 
qaldırmır,  əksinə,  istismarı  zamanın  “normal”  sərhədlərinə  yayır.  Həmkarlar 
ittifaqları  işçi  sinfinin  bazarın  tələblərinə  uyğun  olaraq  istifadəsinə  şərait  yaratsa 
da, istehsalın vəziyyətinə görə təyin edilən işçi tələbi, cəmiyyətin orta təbəqəsinin 
proletariatlaşdırılması  ilə  yaradılan  iş  qüvvəsi  və  işçi  sinfinin  yenidən  istehsalı, 
nəhayət,  işçilərin  məhsuldarlığının  müvəqqəti  xarakter  daşıması  kimi  amillərə 
nəzarət edə bilmir. Məsələn, həmkarlar istehsalın texniki vəziyyətinə müdaxilə edə 
1
Massa üçün radikallaşma simvoluna çevrilən “itirilmiş barmaq”, onun eitrazlarına baxmayaraq, psixoloqla 
söhbətində qısırlaşdırma kimi qiymətləndirilir. Əslində burada mövcud sistemin insanı qısırlaşdırması nəzərdə 
tutulur.


102
 №2 İyun 2014
bilərmi? İstehsal texnikasında kapitalist iqtisadiyyatın inkişafı və irəliləməsinin bir 
yerə  qədər  kapitalistin mənfəəti  ilə uyğun olduğu şübhəsizdir; onu innovasiyaya 
sövq  edən,  mənfəətdir.  Ancaq  işçi  üçün  vəziyyət  fərqlidir;  texniki  yeniliklər  iş 
qüvvəsinin  dəyərini  aşağı  salmaqla  yanaşı,  işi  daha  monoton  hala  salır  (eynilə 
filmdəki  kimi).  Həmkarların  məsələyə  potensial  müdaxiləsi  yalnız  ortodoksallıq 
xüsusiyyəti daşıyacaqdır.
  Filmdə  də  tələbələrin  təklif  etdikləri  alternativ  işçilərin  istismarçılarla 
mübarizədəki radikal mövqeyi kimi götürülə bilər. “İşçilər içəri girmədikcə fabriklərin 
mənası yoxdur” kimi kəskin şüarlar səsləndirən gənc aktivistlərdə solun anarxist 
baxışlarını  sezmək  olar.  Məsələn,  onlar  əmək  haqqı  tələblərinin  səsləndirilməsini 
tənqid edirlər: əmək haqqı problemi ilə məşğul olmamalısınız, çünki siz pullu əməyi 
ortadan  qaldırmaq  istəyirsiniz;  kapitalistlərə  qarşı  bu  cür  mübarizə  pullu  əməyi 
tanımaq deməkdir. Halbuki hər bir sinfi hərəkətin həm də siyasi bir hərəkət olduğu 
nəzərdən qaçırılır ki, bu da effektiv mübarizəyə imkan vermir. 
İşçi  sinfinin  siyasi  hərəkatının  son  məqsədi,  təbii  olaraq,  siyasi  iqtidarı  ələ 
keçirməkdir. Buna görə, şübhəsiz, işçi sinfinin əvvəlcədən təşkilatlanması (xüsusilə 
də iqtisadi tələblərdən yaranan təşkilatlanma) mütləqdir. Ancaq hakim sinfə qarşı 
bu tip təzyiqlər həm də siyasidir. Məsələn, tətillər yolu ilə hər hansı bir fabrikdə iş 


103
gününün qısaldılmasına cəhd konkret iqtisadi bir hərəkatdır, buna qarşılıq olaraq, 
səkkiz saatlıq iş günü kimi bir qanun yayınlanmasını hədəfləyən hərəkat siyasidir. 
Və bu şəkildə işçilərin bir-birindən ayrı iqtisadi tələbləri siyasi bir mübarizə yaradır 
və  ictimai  sinfi  hərəkata  təkan  verirlər.  Bu  tələblərin  dilə  gətirilməsi  mümkün 
təşkilatlanmaya  ehtiyac  duysa  da,  özləri  də,  bir  o  qədər,  təşkilatlanmanı  inkişaf 
etdirən vasitələr olaraq qalır. 
***
“İşçilər! İşçilər! Saat səhər 8-dir. Siz çıxanda hava çoxdan qaralmış olacaq. 
Bu  gün  sizlər  üçün  günəş  parlamayacaq.  8  saat  işləyəcəksiniz.  Keçinəcək 
pulu  qazandığınıza  inandırılacaqsınız.  Amma  əslində  yağmalanacaqsınız.  Bəli, 
yağmalanmış! 8 saat! Bu sizin daha çox qazanmaq üçün məhsul başına işləməyinizlə 
əlaqədar deyil. İşçi olmağınızla əlaqəlidir... Onlar daha çox qazanırlar. 100 işçinin 
qazandığını əldə edirlər... İşçilər! Həbsxanaya gedirsiniz!.. Daha çox əmək haqqı, 
daha az iş!..”
Tələbələrin işçilərə olan bu səslənişi fransız naturalizminin banisi Emil Zolyanın 
“Jerminal”ını  xatırladır.  Şaxta  işçilərinin  ağrılı  vəziyyətini  və  bu  vəziyyətdən  çıxış 
yolunda göstərdikləri fəaliyyətləri səlis şəkildə təsvir edən Zolya əsərində anarxizm 
və  sosializm  arasında  get-gələ  düşsə  də,  ikinciyə  daha  çox  ağırlıq  vermişdi. 
Yazılmasından 100 ildən çox vaxt keçməsinə baxmayaraq, dövrümüzün siyasi-sosial 
arenasında eyni hadisələrin təşəkkülünü görmək məqsədin mümkünsüz olduğuna 
inandırır.  Ancaq  dəyişikliyə  can  atan  hər  bir  fərd  Kamyunun  qələminin  yaratdığı 
təslim olmayan və daima mübarizə aparan obrazlara çevrilməyi unutmamalıdır.
Mənfəətmərkəzli  kapitalizm  bu  gün  cəmiyyətimizdəki  problemlərin  başlıca 
səbəbidir:  artan  qeyri-bərabərlik,  yoxsulluq,  yadlaşma,  cinayətkarlıq,  ətraf 
mühitin  deqradasiyası  və  s.  –  siyahı  uzadıla  bilər.  Əgər  belədirsə,  bəşəriyyətin 
üfüqündə  dağıdıcı  absurd  kapitalist  barbarlıq  vəziyyəti  ilə,  kommunist  cəmiyyət 
perspektivindən savayı 3-cü bir alternativ görünmür. Birinci olaraq, kapitalizmdən 
çıxmaq artıq seçim məsələsi problemi deyil, bir məcburiyyət halına çevrilib; ikincisi, 


104
 №2 İyun 2014
bəşəriyyəti kommunizmə götürəcək olan “uzun yol”un adı sosializmdir...
Bunları demək bir illüziya effekti yaratmamalıdır, məfhumu utopik adlandırmaq 
da  düzgün  deyil.  Utopiya  da  məhz  indi  olmayan,  ancaq  gələcəkdə  baş  verən 
deyilmi?! 
Yazını  uruqvaylı  sol  yazar  Eduardo  Qaleanonun  utopiyaya  dair  dedikləri  ilə 
bitirək: “Mən iki addım irəliləyirəm, o iki addım uzaqlaşır. Mən on addım irəliləyirəm, 
o  on  addım  uzaqlaşır.  Daima  irəliləyə  bilərəm,  ancaq  əsla  ona  çata  bilmərəm. 
Utopiya nəyə yarıyar? Tam da buna: Yol qət etməyə!..”.

Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə