Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə4/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   2   3   4   5   6   7   8   9   ...   31

10
 №2 İyun 2014
Sonralar bu tələblərə daha biri əlavə olundu - fəhlə nümayəndələrinin orqanı olan 
vəkillər Şurasına sahibkarlarla kollektiv saziş bağlamaq hüqunun verilməsi.
 Mayın 30-da, tətillərin 3-cü günündə Bakı polismeysterinin (qalabəyi) müavini 
Qafqaz canişininə teleqram vurur: “Bütün mədənlər tətil edir. Tətilçi neft sənayesi 
fəhlələrinin sayı 26 minə çatır. Tətilçilərin zorakılığı da get-gedə artır...”
Tətildə  iştirak  edən  fəhlələrin  ümumi  sayı  50  min  nəfərə  çatır.  Polislə  baş 
verən toqquşmalarda ölən və yaralananlar olur, həbslər aparılır, ancaq repressiyalar 
etirazçıları sındıra bilmir. Neft sahibkarları böyük ziyana düşərək tətilçilərin iqtisadi 
tələblərinin  müəyyən  hissəsini  təmin  etməyə  razılaşsalar  da,  siyasi  tələblərin 
müzakirəsindən boyun qaçırırlar. Fəhlələr isə tələblərin hamısı qəbul edilməyincə 
işi  bərpa  etməyəcəklərini  bəyan  edirlər.  Tətil  dalğası  Nobel  qardaşları,  Adamov, 
Kokorev, Oyl, Musa Nağıyev, Qukasov, Şəmsi Əsədullayev, Rotşild və başqa şirkətləri, 
şəxsi mədən və zavodları əhatə edir.
Fəhlə çıxışlarını yatırmaq üçün çar hökuməti geniş səlahiyyətlər verərək Bakıya 
Daxili işlər nazirinin müavini general-mayor Cunkovskini göndərir. Bakıya gəldiyində, 
Cunkovski  fəhlələrə  rus,  azərbaycanlı  və  erməni  dillərində  çap  olunmuş  xüsusi 
tələblərlə müraciət edir ki, bu da 50 minlik tətilin qarşısında çar hökumətinin böyük 
narahatlığının  göstəricisi  sayıla  bilər.  Müraciətdə  deyilirdi:  “May  ayından  fəhlələr 
arasında başlayan çaxnaşmalar get-gedə daha kəskin forma almaqla sənayenin ən 
mühüm  sahələrindən  birinin  düzgün  fəaliyyət  göstərməsi  üçün  şübhəsiz  təhlükə 
yaradır”.
Bolşeviklərin  “Pravda”  qəzeti  Bakı  etirazlarını  alqışlayaraq,  digər  şəhərlərin 
fəhlələrini  də  mübarizəyə  çağırır.  Artıq  iyulun  ilk  günlərində  Peterburqun  20-dən 
çox  müəssisəsində  Bakı  fəhlələri  ilə  həmrəylik  mitinqləri  keçirilir.  Həftə  ərzində 
Peterburqda 570 min fəhlə etiraz aksiyalarına qoşulur. Həmrəylik tətilləri Kiyevdə, 
Xarkovda, Riqada, Varşavada, Lodzda da təşkil olunur. İyulun 6-da isə Moskvada 
ümumi tətil baş verir.  Habelə, Peterburqda və başqa şəhərlərdə Bakı tətilçilərinə 
yardım üçün fondlar yaradılır.
Bakı  proletariatı  öz  inadkar  mübarizəsini  yalnız  19  iyulda  (təzə  tarixlə  -  1 
avqust) dayandırmağa məcbur oldu. Buna da səbəb 1-ci Dünya müharibəsinin elan 


11
olunması idi... 
1916-cı il. Bakıda “Qadın qiyamı”
1917-ci  ilin  Fevral  inqilabını  “Evdar  qadınların  inqilabı”  da  adlandırırlar: 
Çörək növbələrindən və qiymətlərin bahalığından bezən Sankt-Peterburq qadınları 
küçələrə axışır, tezliklə onları əsgərlər və fəhlələr də müdafiə edir. Nəticədə 300 illik 
Romanovlar monarxiyası 3 gündə çökür.
Bu,  razvyazka  üçün  hansısa  təkanın,  alov  üçün  kiçicik  qığılcımın  yetərli 
olmasına bir misaldır. Necə ki, Qavrilo Prinsipin Sarayevoda atdığı güllələr Dünya 
müharibəsinə, yaxud 2010-cu ilin dekabrında Məhəmməd Buazizinin intiharı Tunisdə 
Ben Əli hakimiyyətinin devrilməsinə təkan oldu.
“Qadınların qiyamı” isə Rusiya imperiyası ərazisində ilk dəfə heç də 1917-ci 
ilin  fevralında  Sankt-Peterburqda  baş  verməyib.  İlk  qadın  qiyamının  Vətəni  Bakı 
olub. Fevral inqilabından düz 1 il əvvəl - 1916-cı ilin 14 fevralında Bakıda qadınların 
3 gün davam edən və qan içində boğulan kütləvi etirazları baş verib. Onu sadəcə 
elə belə də adlandırırlar - Bakıda “Qadın qiyamı” (“Babiy bunt”).
O hadisələr tariximizin az məlum və az yazılan səhifələrindəndir. Baxmayaraq 
ki, 96 il əvvəl Bakıda çıxan olaylar özünə bütün imperiyanın diqqətini çəkmişdi və o 
cümlədən paytaxtda, Dövlət Dumasında müzakirəyə çıxarılmışdı. 
“Naşe Slovo” qəzeti 1916-cı ilin 13 martında yazırdı: “Deputat Cəfərov xəbər 
verir  ki,  Bakıda  bahalaşma  əleyinə  tətillər  olub.  Hər  şey  bazarlardan  başlayıb. 
Qadınlar əvvəlcə xırda alverçilərlə hesablaşıblar, sonra iri alverçilərin dükanlarına 
hücum  çəkiblər,  bütün  ərzaq  məhsullarını  küçələrə  töküb  və  daşıyıb  aparıblar. 
Hadisələrin 2-ci günü tarmar mərkəzi küçələrdəki mağazalara keçib. 3-cü gün isə 
qadınlar dəyirmanları, un və şəkər anbarlarını qarət ediblər. Polisin baş verənlərə 
münasibəti biganəlik şəklindədir, onlar hətta qadınları tacirlərin əlindən alıb xilas 
edirlər. Yalnız 4-cü gün qarışıqlıqlar yatırılıb. Deputat Cəfərov hesab edir ki, Bakıda 
bahalıq fonundakı qarışıqlıqlarda bəzi polis rəhbərlərinin də iştirakı var”.
Elə həmin günlərdə jurnalist (və 1 il sonra İnqilabın liderlərindən biri) Lev 
Trotski “Tarixin ironik çırtması” adlı məqaləsini yazır və Bakı hadisələrini təhlil edir: 


12
 №2 İyun 2014
“Həqiqətən  də,  inqilabi  problem  -  yeni  “namuslu”  nazirlərin  seçimində 
yox,  hakimiyyətin  yeni  mahiyyətindədir.  Bakıdakı  hadisələr  göstərir  ki,  köhnə 
hakimiyyət hansı azğınlıqla öz mövqelərinin müdafiəsinə qalxacaq. Bu Bakı qiyamı 
öz mənalılığında Dumadakı bütün müzakirələrdən daha parlaq və aydındır!”
Həmin  günlər  Bakıda  baş  verən  hadisələr  barədə  yazılı  mənbələr  o  qədər 
də çox deyil. Bu mənbələr sırasına Aleksey Şepelevin “Səmada və Yerdə” kitabını 
(nəşr: 1974-cü il), İsaak Mintsin “Qafqazda Sovet hakimiyyətinin qələbəsi” kitabını 
(1971-ci  il)  aid  etmək  olar.  Ancaq  ən  əsas  mənbə  -  Azərbaycanın  20-ci  əsrinin 
ilk  20  ilinə  aid  mühüm  yazılı  mənbə  sayılan  Manaf  Süleymanovun  “Eşitdiklərim, 
oxuduqlarım,  gördüklərim”  kitabıdır.  Elə  bu  mənbələrə  əsaslanaraq  da  Bakıdakı 
“Qadın qiyamı”nın səbəb və mənzərəsini bərpa etməyə çalışaq.
Sovet  aviatoru  Aleksey  Şepelevin  kitabı  avtobioqrafiyadır.  Rostov-Donda 
doğulub  böyüyən  müəllif  erkən  yetim  qalır  və  Dünya  müharibəsinin  gətirdiyi 
aclıqdan qaçaraq Bakıda məskunlaşır. Onun xatirələrindən:
“Şəhər yaralılarla doludur. Hətta bir çox ictimai binalar da hospitala çevrilib... 
Şəhərdə ərzağın kəskin çatışmazlığı hiss olunur. Nə vaxtsa zəngin olan bazar da 
kasıblaşıb. Hər gün hər şeyin qiyməti artır. Tez-tez orduya səfərbərlik elan edilir. Evə 
çörək gətirən ərlərini itirmiş, ac uşaqlarla qalmış əsgər arvadlarının təpgisi böyüyür. 
Və - partlayış! Qadınların qiyamı başlayır.
Ümidsizliyə məcbur edilmiş qadınların ərzaq mağazalarını necə qarət etdiklərini, 
havada  uçuşan  “Çörək!”,  “Müharibə  rədd  olsun!”  qışqırıqlarını  yaxşı  xatırlayıram. 
Qəzəblənmiş  jandarmlar  və  polislər  bu  qiyamçıları  sakitləşdirməkdə  aciz  idilər. 
Nəhayət meydanlara atlı kazakları daxil etdilər, onlar da dərhal öz qırmaqlarını işə 
saldılar. Döyülən qadınların müdafiəsinə orduya yenicə çağırılan gənclər qalxdı. Əsl 
döyüş başladı”.
Şepelev  bu  vaxt  siyasilərin  və  fəhlələrin  də  seyrçi  qalmadığını  xatırladır: 
“Qadınların  kortəbii  etirazları  dərhal  Bakı  proletariatı  və  bolşeviklər  tərəfindən 
dəstəkləndi. Neft yataqlarının və neft emalı zavodlarının işçiləri tətilə çıxdılar”.
Şepelev onu da xatırlayır ki, aranı bir qədər sakitləşdirmək və “vətənpərvərlik 
hissləri”nə təsir etmək üçün Bakı rəbərliyi və neft maqnatları çarın əmisi Nikolay 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə