Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə5/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   2   3   4   5   6   7   8   9   ...   31

13
Nikolayeviçi (Rus ordusunun keçmiş və uğursuz Baş komandanı) Bakıya dəvət etmək 
qərarına  gəlirlər.  Bunun  üçün  Nikolayevski  küçəsində  tələm-tələsik  Zəfər  arkası 
qurulur, yollara fənərlər və bayraqlar düzülür, ancaq əmi gəlib çıxmır. 1 il sonra isə 
Bakı qadınlarının taktikasını Sankt-Peterburq qadınları təkrarlayır və çarizm çökür.
 “Qadın qiyamı”na dair ən dolğun məlumat və təsvirlər Manaf Süleymanovun 
“Eşitdiklərim,  oxuduqlarım,  gördüklərim”  kitabında  özünə  yer  alıb.  Həmin  kitaba 
müraciət edək...
Hadisələrin başlanması ərəfəsində Bakıda bahalaşma, kütləvi yoxsullaşma və 
möhtəkirlik baş alıb gedirdi. Ən vacib ərzaqlar bahalaşmış və satışı monopoliyaya 
alınmışdı. Məsələn, bütün ət bazarı 6 möhtəkirin əlində cəmləşmişdi. Tacirlər malları 
gizlədir, “qara bazar”da qiymətlərə yaxın düşmək olmurdu.
Belə  bir  şəraitdə  də  “Qadın  qiyamı”  başladı.  Manaf  Süleymanov  qiyamda 
müsəlman  qadınların  iştirak  etmədiyini  qeyd  edir:  çadralı  və  tam  hüquqsuz 
müsəlman qadınlara evdən çıxmaq qadağandı.
“Eşitdiklərim,  oxuduqlarım,  gördüklərim”  kitabında  müəllif  qiyamın 
başlanmasını  bu  cür  təsvir  edir:  “Bir  qadın  Aleksandro-Nevski  bazarında  kartof 
alarkən qiymət üstündə dükançı ilə höcət edir, qəzəblənib dolu torbanı yerə çırpıb, 
günəbaxan  tumu  olan  qutunu  da  vurub  dağıdır  və  başlayır  tumu  tapdalamağa. 
Elə buna bənd imiş kimi qonşuluqdakı Bazar küçəsindəki yüzlərlə arvad başlayırlar 
qarışıqlıq salmağa, hücum edib meyvə, tərəvəz, baqqal, bəzzaz, çörəkçi, qəssab 
dükanlarını  talan  etməyə.  Qarışıqlıq  Quba  meydanında  və  Balaxanı  küçəsindəki 
dükanlara  da  sirayət  edir.  Səbzə  bazardakı  taxta  budkaları  dağıdıb  yandırırlar. 
Arvadlar, yeniyetmələr bazar-dükanı dağıdırlar”.
Polisləri daşa basan qadınlar iki dəstəyə bölünüb Bakının zəngin mağazalarına 
hücum  çəkirlər.  Minlərlə  qadın  “Metropol”  mehmanxanası  (Nizami  muzeyi) 
yaxınlığında  polis  və  kazakların  gözü  qabağında  zəngin  mağazaların  şüşə  və 
qapılarını sındırır. Qiyam gecənin yarısına qədər davam edir.
Səhərisi gün - fevralın 15-də hər şey yenidən təkrarlanır. İri un, düyü, qənd 
mağazaları,  çolaq  Ağabalanın  və  Qlazovun  dəyirmanları,  un  anbarları,  gəmiçilik 
şirkətlərinin müxtəlif mal anbarları tarmar edilir. Həmin gün qadınlar Bakıda 116 


14
 №2 İyun 2014
ərzaq, 70 parça və geyim mağazasına basqın edərək talayırlar.
Proseslər öz kulminasiya nöqtəsinə qiyamın 3-cü günü - fevralın 16-da çatır. 
Manaf Süleymanov kitabında qeyd edir ki, “Ayın 16-da olan qarışıqlığı təsvir etmək 
mümkün deyil. İki gün əvvəl olub-keçənlər, bütün bunlarla müqayisədə heç nə idi. 
Çay təki axan, dəniz kimi dalğalanan arvadlar əllərinə keçənləri gecə yarıya qədər 
daşıyıb aparır, polisə və atlı kazaklara daş yağdırırdılar”.
Ancaq hakimiyyət artıq özünə gəlmiş, qiyamı yatırmaq üçün Tiflis, Mahaçqala 
(Petrovsk), Yelizavetpol (Gəncə) və Dərbənddən yüzlərlə polis və atlı kazakı Bakıya 
çağırmışdı. Əlahiddə Qafqaz ordusundan da güclü qoşun və toplar gətirilir. Fevralın 
17-də  artıq  qiyamın  yatırılması  üçün  hər  şey  hazırdı.  Həmin  gün  şəhər  küçə 
döyüşlərinə meydan olur.
Qadınlara qarşı atlı kazaklar və polis odlu silah tətbiq edir. Rəsmi məlumatlara 
görə,  Qadın  qiyamı  yatırılarkən  9  nəfər  öldürülür,  57  nəfər  isə  yaralanır.  Manaf 
Süleymanov  bu  rəqəmləri  kiçildilmiş,  təhrif  olunmuş  sayır.  Onun  sözlərinə  görə, 
əslində ölən və yaralananlar xeyli çox idi, o cümlədən, polislər və əsgərlər arasında 
da ölənlər vardı. Bakı qalabəyisi Martınovun raportunda qadınların qiyamı ərzində 
şəhərə 2 milyon 957 min manat həcmində ziyan dəydiyi qeyd olunur.
Bakıdakı  bu  eksseslər  tezliklə  bütün  Qafqaza  səs  salır  və  oxşar  qiyamlar 
başqa şəhərlərdə də təkrarlanır. Digər maraqlı və çox simptomatik detal isə Bakı 
qadınlarının tacirlərə və sahibkarlara bəyanatla müraciət etməsində, daha doğrusu, 
bu  müraciətin  mətnindədir.  Mətn  ultimativ  xarakter  daşımaqla  bərabər,  həm  də 
sanki  əvvəlcədən  tarixi  inkişafın  hansı  istiqamətdə  gedəcəyini  proqnozlaşdırır  və 
öncəgörməyə bənzəyir.
Bəyanatda deyilirdi: “Siz ey rəhmsiz qan içənlər! Yaddan çıxarmayın ki, belə 
“qadın tufanı” bir daha qopa bilər. O, daha dəhşətli, daha amansız və qəzəbli olacaq. 
Heç bir qüvvə qabağımızı kəsə bilməyəcək. Bütün dükanlar və mağazalar, anbar və 
dəyirmanlar dağılıb yerlə yeksan olacaq. Qan içənlərin hamısı məhv olacaq”.
Yazıldığı  kimi  də  oldu.  1  il  keçdi  və  növbəti  “qadın  tufanı”    Peterburqda 
monarxiyanı süpürüb atdı...  


15
İstifadə olunan mənbələr:
1. İradə Bağırova. “XX əsrin əvvəlində Azərbaycanın siyasi partiya və təşki-  
    latları”.
2. İosif Stalin. “Riyakarlıq edən zubatovçular” (Şendrikovlar haqqında)
3. Yorq Baberovski. “Sivilizator missiyası və Qafqazda millətçilik” (2004)
4. Arşak Xaçiyev “Bakı fəaliyyətimin 3 dövrü”
5. A.Quliyev. “Bakı proletariatı inqilabi yüksəliş illərində” (rus.). 1963.
6. Q.Dallakyan. “Bakı proletariatının sinfi mübarizə tarixindən” (rus.). 1956.
7. Qılman İlkin. “Bakı və bakılılar”
8. Aleksey Şepelev “Səmada və Yerdə” (rus.)
9. İsaak Mints “Qafqazda Sovet hakimiyyətinin qələbəsi” (rus.)
10. Lev Trotski. “Tarixin ironik çırtması” (rus.)


16
 №2 İyun 2014
Araz Bağırov
 “Sülh və həmrəyliy”in tarixindən
“İndiyə  qədər  mövcud  olan  bütün 
cəmiyyətlərin  tarixi  siniflər  mübarizəsi  tarixi 
olmuşdur”. Ancaq bu sadə (hətta bəsit) həqiqətin 
gün üzünə çıxdığı heç iki əsr deyil. Əzilən siniflər 
bu  həqiqətlə  bərabər  onu  da  anladılar  ki,  “başqa 
bir dünya mümkündür” və o dünyanı qurmaq üçün 
“bütün  ölkələrin  proletarlarının  birləşməsi”ndən  başqa  çıxış  yolu  yoxdur.  Bundan 
sonrakı bütün inqilabi və mütərəqqi tələblər və mübarizələr tarixin yuxarıda qeyd 
olunmuş xarakterini dəyişmək uğrunda olmuşdur. Cek Londonun təbirincə desək, 
“İnsanların Qardaşlığı Erası”na keçmək uğrunda.
Dünya zəhmətkeşlərinin sülh və həmrəylik bayramı – Bir May da bu mübarizənin 
gedişində əldə edilmişdi, özü də heç də asan olmamışdı onu əldə etmək.
Avropada bir kabus dolaşır!
Burjua  münasibətlərinin  formalaşması  və  burjua  istismarının  şiddətlənməsi 
ilə bərabər, bu zülmün altında əzilən proletariatın da etirazları eşidilməyə başlayır. 
Əlbəttə,  ilk  dövrlərdə  bu  etirazlar  kortəbii  xarakter  daşıyırdı.    Bütün  inqilabi 
hərəkatların önündə proletariat getsə də, əldə olunan uğurlardan ona pay düşmürdü, 
əksinə, hakimiyyətdəki yerini möhkəmlədən burjuaziya fəhlənin boynundakı zənciri 
getdikcə daha çox sıxırdı. Lakin proletariatın inqilabi nəzəriyyəsinin – marksizmin 
yaradılmasından  sonra  vəziyyət  kökündən  dəyişməyə  başladı.  Bunun  ardınca 
proletariatın daha ciddi şəkildə təşkilatlanmağa başlaması da tarixin sonrakı gedişini 
müəyyənləşdirən amillərdən oldu. Beləliklə, indiyə qədər çoxunun fərqinə varmadığı 
TARİX


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə