Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə6/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   2   3   4   5   6   7   8   9   ...   31

17
“kabus” indi istismarçı sinfin nümayəndələrinin yuxusuna zəhər qatırdı.
Lakin  istismar  Avropa  sərhədləri  daxilində  qalmadığından  “kabus”un  da 
tezliklə, Avropaya sığışmayacağı məlum idi.
XIX əsrdə sənayenin bütün sahələrində fəhlələrin vəziyyəti olduqca acınacaqlı 
idi. Gün doğumundan gün batımına kimi davam edən (bu da yay aylarında 18 saat 
demək idi) iş günü, acınacaqlı yaşayış şəraiti, qadın və uşaq əməyindən istifadənin 
bütün  hədləri  aşması  və  s.  Əksər  hallarda  onlar  heç  bir  siyasi  hüquqa  da  sahib 
deyildilər.
Lakin fəhlələr ilkin olaraq əmək haqlarının artırılması və iş gününün qısaldıl-
ması kimi sırf sosial tələblərlə çıxış edirdilər. Artıq XIX əsrin ortalarından etibarən 
bütün  inkişaf  etmiş  burjua  cəmiyyətlərində  işçilərin  yüksək  səslə  tələb  etməyə 
başladıqları  8  saatlıq  iş  günü  isə  ilk  dəfə  ingilis  utopik-sosialisti  Robert  Ouen 
tərəfindən irəli sürülmüşdü. R.Ouen fəhləyə “8 saat iş, 8 saat yuxu, 8 saat asudə 
vaxt” imkanının tanınmasını tələb edirdi. Ouen öz koloniyasında bu prinsipi tətbiq 
edirdi. Dünya proletariatı isə bu imtiyazları almaq üçün hələ xeyli çarpışmalı idi.
 Göründüyü kimi, 8 saatlıq iş günü uğrunda mübarizə Avropada başlamışdı. 
Lakin bu mübarizənin beynəlmiləl bir hərəkata çevrilməsi və davamlı ənənə halını 
alması Avropadan kənarda başlanan prosesin nəticəsi oldu.
Dünya tarixində 8 saatlıq iş günü tələbiylə təşkil olunmuş ilk kütləvi tətil də 
məhz  Avropadan  kənarda  –  Avstraliyada  baş  tutmuşdu.  1856-cı  il  aprelin  21-də 
Melburn fəhlələri 8 saatlıq iş günü tələbiylə kütləvi nümayiş keçirdilər. Nümayişlərdə 
əsas şüar R.Ouenin yuxarıdakı  formulu idi.
 
“8 saat iş, 8 saat yuxu, 8 saat asudə vaxt”
Minlərlə  insanın  iştirak  etdiyi  bu  tətilin  davamlı  olacağı  ilk  başda  planlara  daxil 
olmasa da, nümayişlər fəhlələrin əhval-ruhiyyəsinə o qədər yaxşı təsir etmişdi ki, 
təşkilatçılar analoji tətilləri hər il təşkil etmək qərarına gəldilər. Bu tətil beynəlmiləl 
fəhlə hərəkatı baxımından çox əhəmiyyətlidir. Bir sıra tarixçilər, o cümlədən Roza 
Luksemburq Bir May bayramının yaranma tarixi kimi məhz 1856-cı il Melburn tətilini 
qeyd edirlər.


18
 №2 İyun 2014
“Kabus” “Yeni Dünya”da... 
Bir  Mayın  yaranması  tarixində  Melburn  nümayişləri  əhəmiyyətli  olsa  da, 
burada amerikan proletariatının daha böyük xidmətlərinin olduğunu qeyd etmək 
lazımdır.
Amerikada 8 saatlıq iş günü uğrunda mübarizə hələ əsrin birinci yarısından 
başlamışdı. Fəhlə etirazları o həddə idi ki, 1829-cu ildə Nyu-York ştatının baş məclisi 
iş gününün qısaldılması haqqında qanun layihəsi hazırlamışdı. Əsrin ikinci yarısında 
isə  bu  mübarizə  daha  mütəşəkkil  xarakter  aldı.  60-cı  illərdə  əvvəlcə  Bostonda, 
ardından da sürətlə digərşəhərlərdə “8 saatlıq iş günü Cəmiyyəti” adlı təşkilatlar 
yaradılmağa başladı. 8 saatlıq iş günü tələbi amerikan fəhləsinin gündəlik həyatına 
o dərəcədə nüfuz etmişdi ki, Amerikada üzərində “8 saatlıq” nişanı olan siqaretlər 
satılırdı.
1866-cı ildə I İnternasional Cenevrə konqresində 8 saatlıq iş gününü bütün 
dünya proletariatının ortaq tələbi olaraq təsdiqlədi və onun uğrunda mübarizəyə 
səslədi.  Bu  qərardan  2  il  sonra  –  1868-ci  ildə  ABŞ  Federal  Hökuməti  dövlət 
müəssisələrinin  fəhlə  və  xidmətçiləri  üçün  8  saatlıq  iş  günü  haqqında  qanunu 
təsdiqlədi.  Lakin  ölkədəki  fəhlələrin  əksəriyyəti  qeyri-dövlət  müəssisələrində 
çalışdığından bu qərardan faydalana bilmədi.
80-ci illərdə Amerikada fəhlə hərəkatının önündə əsasən iki təşkilatı görmək 


19
olar. Bunlardan biri  ABŞ və Kanada Mütəşəkkil Peşələr və Əmək Birliyi Federasiyası 
(The Federation of Organized Trades and Labor Unions of the United States 
and Canada – FOTLU), digəri isə “Əmək Cəngavərləri” (Knights of Labor – K of 
L) təşkilatı idi. Qeyd edək ki, o dövrdə olduqca geniş təsir dairəsinə malik (təxminən 
700  min  üzv)  “Əmək  Cəngavərləri”  (“ƏC”)  orta  əsrlər  sex  təşkilatları  üslubunda 
təşkil olunmuşdu və onun strukturundakı bu köhnəlik sonradan onun fəaliyyətində 
də özünü göstərəcəkdi. 
1886, 1 May.
Materikin  bütün  fəhlə  təşkilatlarını  8  saatlıq  iş  günü  tələbi  ətrafında 
birləşdirməyə  çalışan  FOTLU  1884-cü  ilin  dekabrında  toplanaraq  bu  məqsədlə 
kampaniyaya başladığını elan etdi. Qəbul olunmuş qərara görə,  kampaniya 1886-
cı il mayın 1-inə qədər davam edəcəkdi. Həmin tarixdən etibarən bütün ABŞ ərazi-
sində 8 saatlıq iş gününə keçirilməyəcəyi təqdirdə tətil elan olunacaqdı. Tələblərin 
yerinə  yetirilməyəcəyi  əvvəlcədən  məlum  olduğundan  FOTLU  tətil  hazırlıqlarına 
başlamışdı və bu sahədə ƏC-lə də əməkdaşlıq etməyə çalışmışdı. Lakin “cəngavərlər” 
“yaxalarını kənara çəkdilər”. Təşkilatın sədri, Böyük Usta (Grand Master Workman) 
titullu T.V.Pouderli sonradan xatirələrində də yazdığı kimi, iş gününün 10 saatın altına 
salınmasını “zərərli” (!) addım hesab edirdi. Beləliklə, “Cəngavərlər”in 13 mart 1886-
cı ildə qəbul etdikləri qərara görə, onlar tətil və nümayişlərə qoşulmayacaqdılar. 
Buna baxmayaraq, 1 may 1886-cı il tarixinə təyin olunmuş tətil bütün ABŞ 
miqyasında baş tutdu. Bütün ölkə üzrə nümayişlərdə 610 minə qədər fəhlə iştirak 
etmişdi  ki,  bu  da  həmin  dövr  üçün  olduqca  böyük  rəqəm  sayılmalıdır.  Beləliklə, 
ABŞ-da 8 saatlıq iş günü uğrunda kütləvi may nümayişlərinin əsası qoyuldu. Amma 
o zaman hələ bu nümayişlərin davamlı olaraq hər il təşkil ediləcəyi barədə heç bir 
qərar yox idi.
 May nümayişindən sonra nüfuzu artan və sıraları genişlənən FOTLU 1886-
cı ilin sonlarına doğru adını Amerikan Əmək Federasiyası (American Federation of 
Labor – AFL) olaraq dəyişdi. May nümayişlərinin doğurduğu əks-sədadan və AFL-in 
durmadan artan nüfuzundan qorxuya düşən ABŞ hökuməti onlara qarşı təzyiqləri 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə