Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə7/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   2   3   4   5   6   7   8   9   10   ...   31

20
 №2 İyun 2014
artırdı.  Lakin  fəhlə  hərəkatını  boğmaq  mümkün  olmadı.  8  saatlıq  iş  günü  tələbi 
ilə təşkil olunacaq növbəti nümayiş yenə də eyni tarixə - bu dəfə 1890-cı il mayın 
1-nə təyin olundu. Bu barədə qərarı isə AFL-in 1888-ci ilin dekabrında Sent-Luisdə 
keçirilən  qurultayında  qəbul  etmişdilər.  Bu  qərar  isə,  sonradan  Bir  Mayın  bütün 
dünya zəhmətkeşlərinin bayramı olması üçün əsas olacaqdı.
Haymarket hadisələri və Bir May
Bir  Mayın  tarixini  araşdıran  oxucu  tapacağı  əksər  ədəbiyyatlarda  bayramın 
köklərinin “Haymarket hadisələri” ilə bağlanıldığını görəcəkdir. Bu baxımdan Sovet 
tarixşünaslığı da istisna deyil. Lakin “Haymarket hadisələri” fəhlə hərəkatı tarixinin 
çox mühüm epizodu olsa da, Bir Mayla birbaşa əlaqəli deyil. İndiyə qədər doğru 
olaraq qəbul edilimiş bu səhvin haradan qaynaqlandığını izah etməyə çalışaq. 
Çikaqoda  “McCormick  Harvesting  Machine  Company”yə  aid  “McCormick 
Reaper  Works”  fabrikində  1886-cı  ilin  fevral  ayından  may  ayına  qədər  tətil  elan 
edilmişdi. Tətilin təşkilatçıları sendikalist anarxistlər Albert Parsons, Semyuel Filden, 
Mixail Şvab, Adolf Fişer, Georq Engel və b. idilər. 3 aya yaxın davam edən tətilə 
mayın 3-də ştreykbreyxerçilər və  polis müdaxilə edir. Tətilçilər müqavimət göstərir 
və toqquşma zamanı 4 (və ya 6) fəhlə həlak olur.
Buna görə də Çikaqodakı anarxist və sosialist qüvvələr mayın 4-də Haymarket 
meydanında kütləvi etiraz mitinqi üçün çağırış etdilər. Mitinq uğurla keçirildi, lakin 
sonlarına doğru naməlum şəxslər polislərə tərəf əl bombası atdılar. Bunun ardınca 
baş vermiş toqquşmalarda 7-si polis olmaqla 11 nəfər həlak oldu.
  Bu  hadisədən  sonra  Çikaqoda  fəhlə  hərəkatının  iştirakçılarına  qarşı 
repressiyalar  gücləndirildi.  “McCormick  Reaper  Works”  fabrikindəki  tətilə  başçılıq 
etmiş 8 nəfər – Albert Parsons, Semyuel Filden, Mixail Şvab, Adolf Fişer, Georq 
Engel, Avqust Şpis, Lui Linq  Oskar Nebe məhkəmə qarşısına çıxarıldı. Məlum 
idi  ki,  müttəhimlər  Haymarket  hadisələrinə  görə  yox,  məhz  ona  qədərki  inqilabi 
fəaliyyətlərinə görə ittiham olunurlar. 
1887-ci il avqustun 20-də məhkəmə qərarını verdi. Oskar Nebe 15 illik həbs 
cəzasına,  digər  7  müttəhim  isə  edama  məhkum  olundu.  Avropa  və  Amerikanın 


21
intellektual-humanist  dairələrinin  çoxsaylı  müraciətlərindən  sonra  S.Filden  və 
M.Şvabın ölüm hökmləri də ömürlük həbslə əvəz olundu. Edam hökmləri isə 1887-
cı  il  noyabrın  11-də  yerinə  yetirildi.  Lui  Linq  hökmün  icrasından  bir  gün  əvvəl 
həbsxanada intihar etmişdi, digər 4 inqilabçı isə edam kürsüsündə can verdilər.
Haymarket hadisələri və bu hadisənin qurbanları ümumdünya fəhlə hərəkatı 
tarixində çox önəmli yer tutur. Amma bu hadisənin Bir Mayın yaranması ilə birbaşa 
əlaqəli olduğunu təsdiqləyəcək heç bir dəlil yoxdur. Tarixi ədəbiyyatdakı yanlışlıq 
yalnız  1886-cı  il  Ümumamerika  may  nümayişləri  ilə  “McCormick  Reaper  Works” 
fabrikindəki  tətil  və  Haymarket  mitinqinin  üst-üstə  düşməsindən  qaynaqlanır. 
Halbuki, həmin tətil, yuxarıda da qeyd edildiyi kimi, hələ fevral ayından başlamışdı 
və FOTLU-nun elan etdiyi 1 may tətili ilə qətiyyən əlaqəli deyildi. Haymarketdəki 
hadisələr də bu tətilin zor gücünə boğulmasının nəticəsi idi.
İddiamızı sübut edən digər bir fakt isə ondan ibarətdir ki, nə AFL-in Sent-
Luis konqresinin, nə də II İnternasionalın Paris konqresinin qərarında Haymarket 
hadisələri barədə heç bir söz işlədilmir və Bir May nümayişinin təşkil olunmasının 
bu hadisəylə hər hansı bağlılığı qeyd edilmir. Üstəlik, Bir Mayın tarixini yazan ilk 
müəlliflər  də  bu  hadisəyə  toxunmurlar.  Məsələn,  Roza  Luksemburq  1894-cü  ildə 
yazdığı “Bir Mayın kökəni nədir?” adlı məqaləsində Haymarket hadisələrindən bir 
cümləylə belə olsa bəhs etməyib.
Buna  baxmayaraq,  Haymarket  hadisələrinin  tarixdəki  rolunu  inkar  etmək 
olmaz.
Bir Mayın “milad”ı
1899-cu  il  iyulun  14-də  -  Bastiliyanın  alınmasının  100-cü  ildönümündə, 
Parisdə II İnternasionalın təsis konqresi öz işinə başladı. Ayın 20-də - konqresin 
son  günündə  müzakirəyə  çıxarılan  qətnamələrdən  biri  də  beynəlxalq  miqyasda 
fəhlə  nümayişlərinin  təşkili  haqqında  idi.  Bu  qətnamənin  müzakirəsi  zamanı  fikir 
ayrılıqları yarandı: nümayişlərin təşkili məsələsində bütün nümayəndələr həmfikir 
idilər. Lakin nə vaxt?
Bu  zaman  AFL-in,  məxsusən  bu  məsələ  ilə  bağlı  Parisə  ezam  olunmuş 


22
 №2 İyun 2014
nümayəndəsi  H.Mak  Qreqorun  irəli  sürdüyü  təklifi  hamı  tərəfindən  dəstəkləndi: 
H.Mak  Qreqor  bu  məsələdə  AFL-in  Sent-Luis  konqresinin  qərarını  nəzərə  almağı 
tövsiyə edirdi. Beləliklə, nümayişlər 1890-cı il mayın 1-də təşkil olunacaqdı.
20 ölkədən 390-a qədər nümayəndənin iştirak etdiyi II İnternasionalın Paris 
konqresi yekdilliklə, 1890-cı ilin may ayının 1-də bütün dünya zəhmətkeşlərini 8 
saatlıq iş günü uğrunda tətil və nümayişlərə səsləmək haqqında qətnamə qəbul 
etdi.
Qətnamədə deyilirdi:
“Bütün  ölkələrdə  və  şəhərlərdə,  razılaşdırılmış  gündə  iş  gününün  qanuni 
şəkildə 8 saata endirilməsi, fəhlələrin burjua dövləti qarşısında öz gücünü göstərməsi 
və  Beynəlxalq  Paris  Konqresinin  digər  qərarlarına  əməl  edilməsi  üçün  böyük, 
beynəlxalq miqyaslı nümayiş təşkil ediləcəkdir. Amerikan Əmək Federasiyasının 
daha  əvvəl,  1888-ci  ilin  dekabrında  Sent-Luisdə  təşkil  olunmuş  konqresində  bu 
cür bir nümayiş üçün 1 may 1890-cı il tarixini seçildiyindən, beynəlxalq miqyaslı 
nümayişlər üçün də eyni tarix qəbul edilir.
Bütün ölkələrin proletariatı öz ölkələrindəki vəziyyəti və şərtləri nəzərə alaraq 
bu nümayişi gerçəkləşdirəcəklər.”
Göründüyü kimi, konqresin qərarında Bir Mayın hər il təşkil olunacaq ənənəvi 
bayram nümayişləri olmasından qətiyyən söz getmirdi, bu qərar yalnız 1890-cı ilin 
bir mayı üçün keçərli idi. Lakin faktiki olaraq bu qətnamə Bir Mayın bayram edilməsi 
ənənəsinin əsasını qoydu. İnternasionalın sözügedən qətnaməsi Bir Mayın “doğum 
haqqında şəhadətnamə”si idi.
Bütün ölkələrin proletarları birləşir
Nəhayət, 1890-cı ilin may ayının 1-də dünya tarixində ilk dəfə olaraq beynəlxalq 
miqyaslı fəhlə nümayişləri başladı. “Kabus” Avropa və Amerikada açıq-aşkar tüğyan 
edirdi.
 Həmin il, ABŞ-ın 114 şəhərində fəhlə nümayişləri olmuşdu ki, bunlardan 132-
də iş gününün qısaldılması tələbi qəbul olundu.
Fransa  miqyasında  Bir  May  nümayişinə  1  milyondan  çox  adam  çıxmışdı. 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə