Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə8/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

23
Parisdə  keçirilən  nümayişlərdə  polislə  fəhlələr  arasında  toqquşmalar  olmuşdu  və 
yüzlərlə  fəhlə  həbs  olunmuşdu.  Fransanın  burjua  mətbuatı  isə,  baş  verənlərin 
və 8 saatlıq iş günü tələbinin Fransa iqtisadiyyatına zərər vermək üçün almanlar 
tərəfindən qəsdən ortaya atıldığını və bu hadisələrin başında “alman generaliteti ilə 
sıx əlaqələri olan prussiyalı Engels”in durduğunu yazırdı.
Amma Almaniyanın özündə də vəziyyət fərqli deyildi. Bir neçə ay əvvələ kimi 
sosialistlərə  qarşı  “müstəsna  qanun”un  qüvvədə  olmasına  baxmayaraq,  Alman 
solları  xeyli  güclü  idilər  və  reyxstaqa  keçirilmiş  son  seçkilərdə  19,7%  səs  (35 
deputat yeri) almışdılar. Lakin Bismarkın sosialistlərə qarşı təşkil etdiyi təqiblər hələ 
unudulmadığından, əhalini qorxutmamaq və polislə hər cür toqquşmadan qaçmaq 
üçün Almaniyada bir may nümayişləri fəhlələrin ailələri ilə birlikdə çıxdıqları “xalq 
gəzintiləri” formasında keçirildi. 
Bir may nümayişləri Avropanın demək olar ki, sənayenin az-çox inkişaf etdiyi 
bütün  şəhərlərini  əhatə  etdi.  İlk  May  nümayişlərini  qiymətləndirərkən,  F.Engels 
kontinentdə  birinciliyi  Vyanaya  verirdi.  Ümumiyyətlə  isə,  Engelsin  fikrincə,  ən 
mütəşəkkil  və  uğurlu  nümayiş  Londonda  təşkil  olunmuşdu.  Londonda  500  min 
fəhlə küçələrə axışmışdı. Engels özü də bu nümayişin iştirakçısı idi.
Beləliklə, 1890-cı ilin mayın ilk həftəsi boyunca Avropanı və Şimali Amerikanı 
fəhlə nümayişləri bürüdü.
Tələblər dəqiqləşir: Sülh və həmrəylik bayramı
Bir Mayın dünya proletariatının sülh və həmrəylik bayramına çevrilməsi prosesi 
II İnternasionalın Brüssel və Sürix konqreslərində başa çatdı. 
Brüssel  konqresi  (avqust,  1891)  iki  ildə  keçirilən  Bir  May  nümayişlərini 
müzakirə  etdi  və  yekunda  belə  qərara  gəldi  ki,  “hər  il  may  ayının  1-də  harada 
mümkünsə, orada iş dayandırılsın və nümayişlər təşkil edilsin”. 
Sürix  konqresi  (avqust,  1893)  isə  Bir  Mayın  xarakterinin  tam 
müəyyənləşdirilməsində mühüm rol oynadı. Konqresin qəbul etdiyi qətnamədə Bir 
Maya siyasi xarakter verilməsinin zəruriliyi qeyd edilirdi:
“Bir May bütün ölkələrin fəhlələrinin birgə bayramıdır. Həmin gün onlar öz 


24
 №2 İyun 2014
tələblərinin ümumiliyini və həmrəyliklərini nümayiş etdirməlidirlər. 8 saatlıq iş günü 
uğrunda Bir May nümayişləri eyni zamanda fəhlə sinfinin sosial inqilab yolu ilə sinfi 
fərqləri ləğv etmək uğrunda mübarizə əzmini də nümayiş etdirməlidir.” 
Göründüyü kimi, bu qərara görə, Bir May öz qarşısına sosial tələblərlə yanaşı 
siyasi tələblər də qoyurdu və bu qərarın nəticəsində may nümayişləri inqilabi xarakter 
alırdı. 1896-cı ildə keçirilmiş Bir May nümayişlərində isə, ilk dəfə olaraq müharibə 
təhlükəsi  əleyhinə,  sülh  uğrunda  mübarizə  ilə  bağlı  siyasi  şüarlar  səsləndirildi. 
Beləliklə, Bir Mayın sülh və həmrəylik bayramı kimi formalaşması başa çatdı.
   “Fəhlə üsyanı yatırıldı, yaşasın fəhlə üsyanı!” 
İlk Bir May nümayişləri Qərbi Avropa və Amerikada – inkişaf etmiş kapitalist 
ölkələrində daha təntənəli şəkildə təşkil olunsa da, nisbətən geridə qalmış ölkə-
lərdə də bu cür nümayişlərin təşkilinə cəhd edilmişdi. Məsələn, Fransanın Şimali 
Afrikadakı müstəmləkələrində, həmçinin Latın Amerikasında 1890-cı ilin mayında, 
kiçik miqyaslı da olsa nümayişlər baş tutmuşdu.
O zaman Azərbaycanın da tərkibinə daxil olduğu Rusiya İmperiyasında isə, 
ilk  Bir  May  qərb  sərhəddində  –  Rusiyanın  ən  inkişaf  etmiş  əyaləti  olan  Polşada 
baş  tutmuşdu.  Həmin  gün  Varşavada  10  mindən  çox  fəhlə  işi  dayandırmışdı. 
Paytaxt Peterburqda isə fəhlələr yalnız Bir May vərəqələri çap etdirib paylamaqla 
kifayətlənməli olmuşdular (Peterburqda ilk may nümayişi 1891-ci il mayın 5-də baş 
tutmuşdu. Bu zaman Peterburq yaxınlığındakı meşələrin birində 200-ə yaxın fəhlə 
toplanmışdı).
Sonrakı 10 il ərzində Rusiya imperiyasının müxtəlif şəhərlərində təşkil olunan 
“mayovka”lar  tədricən  keyfiyyət  dəyişikliyi  göstərməyə  başladı.  1900-cü  ildə 
Xarkovda keçirilən may nümayişi isə bu baxımdan əvvəlkilərdən xeyli fərqlənirdi. 
10 mindən çox fəhlənin iştirak etdiyi bu nümayişin əhəmiyyəti ondan ibarətdir ki, 
burada nəinki sosial tələblərlə yanaşı siyasi tələblər də səslənmişdi, hətta ilk dəfə 
olaraq fəhlələr küçələrə “Rədd olsun mütləqiyyət!” şüarı ilə çıxmışdılar.
 Rusiyada XX əsrin ilk Bir May nümayişləri olduqca səs-küylü keçmişdi. Bütün 
ölkəni tətillər və fəhlə nümayişləri bürüsə də, ən nəzərəçarpan hadisələr paytaxtda 


25
baş vermişdi. Həmin il Peterburqdakı Obuxov hərbi zavodunun 26 fəhləsi Bir May 
nümayişində iştirak etdiklərinə görə işdən azad edildilər ki, bu da zavodun digər 
fəhlələrinin etirazı ilə nəticələndi. Buna etiraz olaraq, mayın 7-də zavodun bütün 
fəhlələri işi dayandırdılar. Tarixə “Obuxov müdafiəsi” adı ilə düşən bu tətildə 3600 
fəhlə iştirak edirdi və tətilə sosial-demokratlar rəhbərlik edirdilər. Tətilçilər Bir Mayın 
proletar  bayramı  kimi  tanınmasını,  8  saatlıq  iş  gününün  tətbiq  edilməsini,  işdən 
qovulan  yoldaşlarının  işə  bərpa  olunmasını  tələb  edirdilər.  Hadisələrin  gedişində 
tətil  üsyana  çevrildi  və  Rusiya  tarixində  ilk  dəfə  olaraq  fəhlələrlə  polis  arasında 
açıq döyüş baş verdi. Lakin üsyan yatırıldı, iştirakçılarına isə amansız divan tutuldu. 
V.İ.Lenin “İskra” qəzetində “Obuxov müdafiəsi”nə həsr etdiyi məqaləsində yazırdı: 
“Fəhlə üsyanı yatırıldı, yaşasın fəhlə üsyanı!”
“Kabus” Bakıdadır...
Rusiya  İmperiyasında  baş  verən  hadisələr,  əlbəttə  ki,  imperiyanın  ən  vacib 
sənaye şəhərlərindən biri olan, müxtəlif millətlərdən olan və ən acınacaqlı şəraitdə 
yaşayan,  işləyən  proletariatın  toplandığı  Bakıdan  yan  keçə  bilməzdi.  Beləliklə, 
“kabus” nəhayət ki, gəlib Bakıya da çıxmışdı.
Bakıda  ilk  dəfə  Bir  May  1900-cu  ildə  qeyd  olunub.  Həmin  il  bir  qrup  fəhlə 
Bir  Mayı  qeyd  etmək  üçün  “Razin  dağı”nın  ətəyində  yığışmışdılar.  Bakıda  ilk 
aşkar  Bir  May  nümayişi  isə  1901-ci  ildə  olmuşdu.  Həmin  gün  Bakıda  iki  müxtəlif 
nümayiş keçirilmişdi ki, bu nümayişlərdə üst-üstə 250-ə qədər fəhlə iştirak etmişdi. 
1902-ci ildən etibarən isə Bakıdakı Bir May nümayişləri daha mütəşəkkil xarakter 
aldı.  Həmin  ilki  nümayiş  RSDFP-nin  Bakı  Komitəsi  tərəfindən  təşkil  olunmuşdu. 
Təşkilatçılar  fəhlələri  havaya  şar  buraxmaqla  nümayişin  başlandığından  xəbərdar 
etmişdilər.  5  min  fəhlənin  iştirak  etdiyi  bu  nümayişlərdə  fəhlələr  “Rədd  olsun 
mütləqiyyət!”, “Yaşasın azadlıq!” kimi şüarlar səsləndirirdilər (Oxucu bəhs etdiyimiz 
hadisədən  111  il  sonra  Bakıda  təşkil  olunmuş  mitinqlərdə  səsləndirilən  şüarları 
yuxarıdakı şüarlarla müqayisə etməklə 1902-ci ildə – Çar üsul-idarəsinin ən amansız 
illərində bu cür şüarlar səsləndirməyin nə demək olduğunu daha yaxşı anlaya bilər).
 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə