Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə3/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   2   3   4   5   6   7   8   9   ...   65

adlı əsəri təbii  və texnogen mühitin  birgə  inkişafımn  ənənələrini 
özündə  əks  etdirir.  Əsərdə  texnogenezin  qlobal  ekoloji  böhranı 
meydana  çıxardığı  və  onun  qarşısımn  ahnması  məqsədi  ilə 
ölkəmizdə  «ekoloji  ekspertiza»mn  həyata  keçirdiyi  qeyd  olunur. 
Ekoloji problemlərin qlobal xarakteri və beynəlxalq ekoloji hüquq 
normalan  təqdim  olunmuş  dərslikdə  ətraflı  şərh  edilir.  Qeyd 
olunanları  nəzərə  alaraq,  D.E.Yusifovun  qələmə  aldığı  «tnsan: 
təbiət  və  cəmiyyət»  adlı  əsərinin  universitetlərin  müvafiq 
fakültələrində,  təhsil  ocaqlarında  dərs  vəsaiti  kimi  istifadə 
edilməsini və onun nəşr olunmasını məqsədəuyğun hesab edirəm. 
Milli Elmhr Akademiyasının 
Müxbir üzvü ƏliXudu oğlu Nuriyev 
10 


B i r i n c i   f ə s i l  
1. İNSAN EKOLOGİYASI PROBLEMİ VƏ 
ONUN SOSİAL-COĞRAFİ ASPEKTLƏRİ 
XX əsrin başlanğıcı fəlsəfənin nəzər diqqətinin məhz insana 
yönəlməsi  ilə  ətraf  mühiti  cəlb  edir.  Antropoloji  problemlər 
cərgəsində  fəaliyyət  göstərən  fəlsəfi  konsepsiyalar  birləşdi.  Şərti 
olaraq iki qrupa bölünən bu konsepsiyalar subyektiv antropoloji və 
obyektiv-antoloji  qruplar  adı  altında  tammrlar.  Hər  iki  qrupun 
tədqiqat  obyektinin  nəticəsi  olan  insan  əxlaqi,  idraki,  dini  və  s. 
dəyərlərin məcmusu kimi dünyanı yaradır, çünki bu mövqe onun 
həyatının əsas məğzi və mənasıdır. Fəlsəfi antropologiya əsasən üç 
istiqamətdə formalaşmışdır. Bu baxımdan sosiobioloqlar insanı və 
onun  davra-  mşını  bioloji  qanunlarla  əlaqələndirirlər  (K.Lorens, 
Uilson, R.Qrivers, R.Aleksander). 
Fəlsəfi 
antropologiyada 
müəyyən 
mövqeyi 
olan 
tədqiqatçılardan biri kimi  M.Şeler  «İnsanm kosmosda vəziyyəti» 
(1828)  və  Q.Plesner  «Ülviliyin  pillələri  və  insan»  (1928)  adlı 
əsərlərində insamn mahiyyətinin konkret elmi və praktik cəhətdən 
bütün üzvi aləmlə qarşılıqlı şəkildə öyrənilməsini irəli sürürlər. 
David  Yum  «İnsan  təbiəti  haqqında  traktat»  adlı  əsərinin 
girişində  yazır:  «Dünyaya  fəlsəfədə  və  elmdə  yenilik  gətirməyə 
iddia edən adam üçün sələflərinin təklif etdikləri bütün sistemləri 
qınamaqla  özününküləri  öyrənmək  üçün  mühit  hazırlamaq  qədər 
ali və təbii olan heç bir şey yoxdur». 
Əslində biz insanı öyrənərkən dünyanı, dünyam  öyrənərkən 
insan  təbiətini  öyrənmiş  oluruq.  İnsan  biososioloji  varlıq  kimi 
dünyamn özündə, dünyanın mahiyyəti isə insanm mahiyyətindədir. 
Bu  əlaqəni  Berdyayev  belə  ifadə  etmişdir:  «İnsanın  varlığı 
anlaması insanın özündə gizlənmişdir. 
İnsanm,  həyatın  və  dünyanın  həqiqətləri  bir  bilgi  yumağı 
kimidir. İnsanın bu yumağı açmasının ip ucu onun öz mahiyyətidir. 
Allaha çatmağın yolu belə insandan başlayır. İnsanm öyrənilməsi, 
onun fəlsəfi mənada dərk olunma 
11 


zərurətini yaradır. İnsan özü dərk etməyə başladığı andan etibarən 
əbədi  həyat  istəyi  onu  fəth  etmişdir.  Bu  istəyin  mahiyyəti  çox 
yaşamaq  ehtirasmdan  deyil,  həqiqəti  sonadək  olduğu  kimi  dərk 
etmək  arzusundan  yaranmışdır.  Çünki  əbədi  olan  mütləq 
həqiqətdən ibarətdir. 
İnsan  varlığın  ali  pilləsi,  inkişafın  son  məhsulu  və 
təkmilləşmiş  varlıqdır.  Onu  özündən  əvvəlki  fiziki  və  bioloji 
varlıqlardan fərqləndirən əsas keyfiyyət ağıla malik olmasıdır. 
İnsamn  mahiyyəti onun  əmələgəlmə prosesi  ilə sıx bağlıdır. 
Müasir elmi təsəvvürlərə görə insan digər canlılarla birlikdə eyni 
mənşədən inkişaf edərək dəyişilmələr nəticəsində bugünkü halına 
çatmışdır.  Cismin  xarici  təzyiqlərə  cavabı  qüvvələr  nisbətindən 
asılı  olaraq  ya  dəyişir,  yaxud  da  dağılır.  Bu  cisimlərin  fiziki  və 
kimyəvi xassələri kimi təzahür edir. 
Bioloji  varlıqlar  fiziki  cisimlərdən  fərqli  olaraq,  xarici 
təzyiqlərə fəal cavab verirlər. Bioloji varhq bu üsulla mövcudluq 
imkanını xeyli artırmış olur. İnsan xarici təsirlərə həm fiziki, həm 
də bioloji varlıqların üsullan ilə, onlardan fərqli üsulla cavab verir. 
Aydındır  ki,  insan  ağh  təhlükəni  xarici  təzyiqlərə  qarşı  başqa 
varlıqları  qoymaqla  dəf  edir.  Bu  da  onun  sosial  fəaliyyətinin 
kompleksi  kimi  təzahür edir  və  onun  mövcud  olmaq  imkanlarını 
başqa varlıqlara nisbətən artırır. Mahiyyətinə görə bütün varlıqları 
fiziki, bioloji və sosial mahiyyətli varlıqlar kimi üç ümumi qrupa 
bölmək olar. 
Uzun  sürən  təkamül  prosesinin  məhsulu  olan  insan  özünün 
tarixi  inkişafının  bütün  mərhələlərində  insan  olaraq  qalmışdır. 
Ontogenez  və  filogenezində  digər  varhqlarla  hansı  oxşarlıqların 
olmasından asdı olmayaraq insan insana doğru inkişaf edən xüsusi 
bir  varlıqdan  əmələ  gəlmişdir.  İnsanın  mürəkkəb  mahiyyəti  də 
onun fiziki varhğının ən ibtidai halında da mövcud olmuşdur. 
Freyd  qeyd  edirdi  ki,  «Hər  bir  ayrıca  fərddə  ibtidai  insan 
faktiki  olaraq  saxlanılır  və  istənilən  insan  kütləsindən  yenidən 
ibtidai sürü meydana gələ bilər». Lakin bu fikir özünü doğrultmur, 
çünld «ibtidai insan» anlayışı insanlığın ən qədim tarixinə aid edilir 
və bu tarixi dövr hir çox məqamlarda 
12 


insanla  əlaqələndirilmir.  Əgər  insamn  özünə  hərtərəfli  qiymət 
vermək istənilirsə, onda Nitsşenin fikrini əsas götürərək «insanın 
başlanğıcından  ehtimal  olunan  gələcəyinə  qədər  tarixi  dövr 
sərhədlərində göstərmiş olduğu və göstərəcəyi təzahürlərindən asıh 
olmayaraq, küll halında qəbul edilməlidir. Fiziki cisimlərdən fərqli 
olaraq  insan  inkişafda  olan  bir  prosesdən  ibarətdir.  İnsanda 
dəyişilmə  həm  kəmiyyət,  həm  də  keyfiyyət  istiqamətindədir. 
Bütün  bu  dəyişilmələr  heç  də  insanın  mahiyyətinin  dəyişilməsi 
kimi yox, yalnız onun mahiyyətinin növbələşmiş təzahürləri kimi 
meydana çıxır. Beləliklə, insanı mövcud edən onun mahiyyətidir 
və bu mahiyyət dəyişilməzdir. İnsamn tarixi və təbii dəyişilmələri 
onun sabit, dəyişilməz mahiyyətinin təzahürləridir. 
İnsanın  konkret  mahiyyəti  nədən  ibarətdir?  Sualına  cavab 
olaraq demək olar ki, ən qədim və geniş yayılmış təsəvvürlərə görə 
insan cismani, mənəvi və ruhi varlıqdır. Ocümlənn insan bədəndən 
və  bu  bədəndə  mövcud  olan  ruhdan  ibarətdir.  İnsan  bunların 
birliyindən  təşkil  olunur.  Ruh  bədəni  tərk  etdikdən  sonra  insan 
ölür.  Amma  o,  yaşamaqda  davam  edir.  Beləliklə,  ruhla  bədənin 
qarşılıqh  münasibəti,  varlıqla  mahiyyətin  münasibəti  kimi  təsvir 
olunur. Feyerbax göstərir ki, «ruh şüurdan fərqli bir şeydir, iradə və 
şüur ruhun zəruri xüsusiyyəti deyil». Deməli, ruhla bədənin varlığı 
bir-birindən asılı  ola bilməz. Bu isə məntiqə görə o deməkdir ki, 
ruh bədənsiz, bədən ruhsuz yaşaya bilər. 
İnsamn  üçlü  mahiyyətdə  olması  onun  hər  hansı  bir 
təzahürünün  üçlü  səbəbdən  yaranmasına  və  ya  eyni  şərtlər 
daxilində üçlü təzahür etməsinə səbəb olur. İnsan qəlbin və cismin 
sintezindən ibarətdirsə və bu ikisi hansısa üçüncüdə birləşməmişsə, 
belə sintez mənasızdır, üçüncü ruhdur. 
T.Hobbsa  görə,  «İnsan  təbiəti  onun  qidalanma,  hərəkət, 
çoxalma  hissi  və  əqli,  təbii  qabiliyyətlərinin  cəmidir».  Bu 
qabiliyyətlərdə hərəkət fiziki, qidalanma və çoxalma bioloji, ağıl 
yə qabiliyyət isə sosial təbiətlidir. 
İnsamn  fiziki  mahiyyəti  ilə  bioloji  mahiyyəti  arasında  və 
bioloji mahiyyəti ilə sosial mahiyyəti arasındakı nisbət 
13 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə