Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə4/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   2   3   4   5   6   7   8   9   ...   65

varlıqlann  bir-birindən  hansı  millətlərdə  meydana  gəlməsinə 
mütənasibdir. 
İnsan  mahiyyətinin  təzahürlərinin  ətrafla,  təbiətlə  əlaqəsi 
ikitərəflidir. Qıcıqlar insan bədəninə təsir edib onda insana məxsus 
davranış  və  bioloji  reaksiyalar  törətdiyi  kimi,  insan  da  öz 
növbəsində, qıcıqlara təsir etmək qabiliyyətindədir. 
İnsanm 
mahiyyəti 
bütün 
fərdlərin 
göstərdiklərinin 
məcmusundan  ibarətdir,  insan  bədəni  bir  fiziki  şey  kimi 
mövcuddur  və  hər  bir  fiziki  mövcudluq  kimi  onun  da  fiziki 
mahiyyəti vardır. Fiziki mahiyyətin təzahürləri bioloji təzahürlərlə 
birgə meydana çıxır. 
Bioloji varhqlar, yəni canlılar qeyri-üzvi dünya ilə çox sərt və 
ciddi sərhədləri olan yeni bir sistemə daxildirlər. Onlar qeyri-üzvi 
maddələrdən fərqli olaraq bioloji qanunauyğunluqlara, qeyri-üzvi 
hərəkətindən  və  dəyişilmələrindən  fərqli  hərəkət  və  dəyişmələrə 
məruz  qalırlar.  Bioloji  varlıqlar,  həm  də  fiziki  şeylərə  məxsus 
mahiyyətə  malikdirlər.  Bioloji  mahiyyət  fiziki  mahiyyətdən 
təzatolərin sürəkliliyi ilə fərqlənir. Bunu zaman asılılığı müəyyən 
edir. 
tnsan  da  bioloji  varhq  kimi  özündə  bioloji  mahiyyətin 
xüsusiyyətlərini  daşıyır.  Hisslər  və  emosiyalar  bioloji  təbiətli 
olduğundan onlar həyat gücü ilə sıx əlaqədədir. 
Bioloji mahiyyətin əsas təzahür formalarından biri də odur ki, 
bioloji varhqlar bioloji enerjini ətraf mühit vasitəsi ilə alır və xarici 
təsirlərə fəal cavab verir. Bunu Qumilyev belə əsaslandırır. «Bütün 
canlı  sistemlər  məhv  olmaya  müqavimət  göstərirlər,  onlar 
antientropatikdirlər  və  mümkün  olan  dərəcədə  xarici  şərtlərə 
uyğunlaşırlar».  İnsanlar  da  yaşadıqları  şəraitə  uyğunlaşır. 
Uyğunlaşma  və  onun  qanunauyğunluqları  bioloji  mahiyyətlə 
bağlıdır və bu xassə bioloji mahiyyətin xarici təsirlərə cavabı kimi 
təzahür edir. Ən mühüm bioloji qanunlardan biri insamn da məruz 
qaldığı  təbii  seçmədir.  Lakin  heyvanlardan  fərqli  olaraq  insanda 
təbii  seçmənin  destruktiv  təsirini  irsiyyətli  və  ya  ənənəvi 
siqnalların sabitləşdirici rolu ilə bərabərləşdirən amil mövcuddur. 
Beləliklə, insanın mütləq bioloji varhq qanunlarına tabe olmaması 
onun mahiyyətinin 
14 


mürəkkəbliyi ilə sıx bağlılıq təşkil edir. 
İnsan  müxtəlif  yaş  dövrlərində  yeni  təzahürlərlə  özünü 
göstərir. Başqa sözlə desək, insan ömrü bioloji mahiyyətin zaman 
əlaqəsinin təzahürü kimi meydana çıxır. İnsamn biosfer ilə əlaqəsi 
də  onun  bioloji  mahiyyətinin  təzahüründə  özünü  göstərir. 
Qumilyev yazır ki, «təbiətdə etnik sahələr mövcuddur. Bu sahələr 
elektromaqnit  sahələrinə,  cazibə  sahələrinə  və  s.  bənzəyir,  eyni 
zamanda da fərqh xüsusiyyətlərə malikdir, kollektiv psixologiyanı 
aydınlaşdırır». 
Vernadskinin  fllaincə,  insan  biosferdə  ondan  ayrılmaz 
yaşayır. O, yalnız onu bilavasitə hiss orqanlan vasitəsilə tədqiq edə 
bilir, onu və onun obyektlərini duymağa qabil olur. Biosferdən o 
tərəfə  ağıl  vasitəsilə  nüfuz  edə  bilər.  Beləliklə,  insanın  bioloji 
mahiyyəti  onun  biosferdəki  mövcudluğunun  təzahürlərinin 
sərhədlərinə  uyğundur.  İnsanın  uyğunlaşması  bioloji  mahiyyətin 
təzahürü  kimi  antropoloji,  həm  də  məişət  və  mədəniyyət 
fərqlərində özünü göstərir. Bunlarm hər ikisi bioloji təbiətlidir. 
Bioloji varlıqlar inkişaf etdikləri yerə uyğun olaraq müxtəlif 
təzahürlər  göstərirlər.  Onların  inkişaf  və  çoxalma  prosesləri  bu 
əlaqələrlə  şərtlənmişdir.  İnsanın  ətraf  mühitə  təsiri  və  eyni 
zamanda, ətraf mühitdən asılı olaraq çoxalmasının xüsusiyyətləri 
də bu əlaqələrə yaxındır. 
Ətraf  mühitin  bioloji  varhqlarm  həm  kəmiyyətinə,  həm  də 
keyfiyyətinə  təsir  göstərməsi  şübhə  doğurmur.  Lambrozo  hesab 
edir ki, «ətraf mühitin dolayı yol ilə dahi adamların doğulmasma 
təsiri onun dəlilərin doğulmasma təsiri ilə analogiya təşkil edir». 
Bu həmçinin yaradıcıhğa da aiddir. 
Coğrafi mühit insanın digər qabiliyyətlərinə də təsir edir. F. 
De  Laroşfuko  qeyd  edir  ki,  «insan  ağlı  və  ürəyi,  həmçinin  onun 
nitqi,  xarakteri  doğulduqları  ölkənin  və  ya  ərazinin  nəqşəsidir». 
Manteqaçın  fikrinə  görə  fərdin  xüsusi  həssaslığı  və  ya  ətraf 
mühitin xüsusi şərtləri vəcdəgəlməni mümkün edir». 
Artıq qeyd olunduğu kimi insanın bir çox təzahürləri onun yaş 
dövrləri  ilə  bağhdu-.  Bu  məhz  bioloji  mahiyyətin  zaman 
asılıhğmdan doğur. Xabard yazırdı ki, «Yaşamaq dina 
15 


mikası orqanizmdə mövcuddur. O, bioloji növdən irsən alı- mb». 
Beləliklə, irsiyyət bioloji varlıqların zaman asılılığımn bir növdən 
başqa  növə  ötürülməsi  qanunauyğunluğudur.  Bioloji  mahiyyətin 
mövcudluq üsulu isə çoxalma kimi təzahür edir. İrsiyyətin qanunu 
kimi  çoxalma zamanı hüceyrə  eyniliyi  meydana çıxır. Hər hansı 
hüceyrə  yalnız  özünəməxsus  hüceyrə  törətmək  qabiliyyətinə 
malikdir.  Buna  görə  də  o,  bölünərkən  öz  keyfiyyətlərinə  uyğun 
hüceyrə yaradır. 
Cinsiyyətin  (kişi  və  qadın)  əmələ  gəlməsi  də  bioloji 
mahiyyətin  təzahür  formalanndan  biridir.  Bu  təzahür  forması 
bioloji mahiyyətin kateqoriyası kimi məlum olan hisslərlə bağlıdır. 
Belə  ki,  özlüyündə  hisslər  bir-birilə  məhəbbət  və  nifrət  kimi 
ziddiyyətdədir  (cinsiyyət  hisslərinin  ziddiyyətlərinin  elə  həlli 
mövcuddur  ki,  eyni  bir  varhqda,  eyni  vaxtda  mövcud  ola 
bilmirlər).  Deməli,  barışmaz  ziddiyyətli  hisslər  cinsiyyət 
fərqlərinin  yaranmasına  səbəb  olur  və  bu  hisslər  ayn-ayrı 
cinsiyyətlərin də aparıcı mövqeində olurlar. 
Orqanizmin 
fəaliyyət 
qabiliyyətlərində 
baş 
verən 
dəyişilmələr yalnız bioloji fəaliyyətlə bağlı olur. Bioloji varhqlann 
zamandan  asılılıq  qanunları  olduğu  kimi  insamn  fəaliyyət  və 
qabiliyyətlərində təzahür edir. İnsanların xarici mühitin təsirlərinə 
məruz  qalması  onda  uyğunlaşma  mexanizmini  yaradaraq 
antropoloji  fərqlər  meydana  çıxarmışdır.  Bioloji  varlıqların 
mövcudluq  üsulu  öz  nəsli  ilə  həyatı  davam  etdirməyin  təzahürü 
kimi  ailə,  tayfa,  xalq  kimi  sosial  qurumlar  yaratımş  və  bu 
münasibətlər bioloji mahiyyətin təzahürü kimi meydana çıxmışdır. 
Belə  bir  vəhdətin  meydana  çıxması  təbiətlə  cəmiyyətin  sıx 
əlaqəliliyindən  və  üzvi  sintezindən  irəli  gələrək  təbiət-  cəmiyyət 
münasibətlərinin  vəhdəti  kimi  təzahür  edir.  İnsan  isə  bir  təbiət 
övladı kimi onun rəngarəng qanunları altında formalaşaraq təbiəti 
özündə yaşatmağa nail olmaqla bərabər, özü də qanuni bir hal kimi 
onun müəyyən bir hissəsinə çevrilir, çünki təbiətin əşrəfi sayılan 
insan, həm də onun bir zərrəsidir. 
İnsamn mənşəyi və formalaşmasının açıq məkanı - landşaftı 
zəbt  edən  müxtəlif  bitki  və  heyvan  qruplannm  vahid  təkamül 
zəncirinin halqalarmdan biridir. İnsamn formalaşması 
16 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə