Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə8/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   ...   4   5   6   7   8   9   10   11   ...   65

canlı  varbqlarm  fəaliyyəti  ilə  bağlı  olan  maddələr  dövranı  və 
enerjinin  dəqiq  istiqamətli  axınları  təmin  edilir.  Biosferdə  əsas 
enerji  mənbəyi  Günəşdir.  Maddələrin  biogen  dövranı  Yer 
planetində  həyatın  kəsilməyinə  yol  vermir.  Biosferdəki  canlı 
varlıqlar  havanın,  suyun,  torpağın  kimyəvi  tərkibini  dəyişdirmiş, 
onların  müasir  tərkibini  yaratmış,  mineral  və  süxurların.  Yer 
relyefinin formalaşmasına təsir göstərmişlər. 
Ekosistem tamlıq xassəsinə malikdir, belə ki, hər bir növ onun 
ekoloji  yuvasını  müəyyən  edən  əlverişli  və  əlverişsiz  amillərin 
təsiri  altındadır.  Onun  mövcudluğu  yalnız  ekoloji  yuvanın 
sərhədləri daxilində mümkündür. 
Ekosistem  fəaliyyət  prosesində  öz  bütövlüyünü  saxlayır  və 
özünütənzimləməni  təmin  edir  Bütün  biosfer  kimi  eksosistem  də 
çox nadir xassəyə, tullantıları yenidən qidalanma əlaqələrinə daxil 
etməklə  özünütənzimləmə  xassəsinə  malikdir.  Antropogen 
çirklənmə zamanı ekosistemin özünütənzimləmə həddi formalaşır. 
Bu,  orqanizmlərin  çirkləndirici  maddələrə  qarşı  dözümlülük 
dərəcəsindən aşihdır. 
İnkişaf ekosistemin mühüm xassəsidir. Ekoloji suksesiya sadə 
birliyin  zəngin  bioloji  müxtəlifliyə  malik  daha  mürəkkəb  qrupla 
əvəz  edilməsidir,  həm  də  məkan  və  troflk  strukturların 
mürəkkəbləşməsi  olub,  eksosistemi  daha  da  dayanıqlı  edir. 
Eksosistem  suksesiya  çevrilmələri  prinsipinə  uyğun  inkişaf  edir; 
birlikdə inkişaf dəyişiklikləri bir birliyin başqa hakim növlərindən 
təşkil olunmuş digəri ilə əvəz olunmamasına gətirib çıxarır. 
İnsanın  ekosistemlərin  ehtiyatlarından  onlann  müqaviməti 
nəzərə  alınmadan  istifadə  etməsi  növ  strukturunun  ka- 
sıblaşmasına,  dayanıqhlığımn  pozulmasına,  ekosistemlərin 
məhsuldarlığının  və  biokimyəvi  fəalhğının  düşməsinə,  biosferin 
regionlarının  boşalmasına  səbəb  olur.  Hər  bir  insan  özünün 
rifahının eksosistemin davamlığınm saxlanmasmdan asıh olduğunu 
dərk etməlidir. Ekosistemlər insanların həyatında müxtəlif qida və 
qeyri-qida  funksiyaları  yerinə  yetirir.  Belə  bir  antropogen  amil 
insandan  onun  təbii  mühitin  mühafizəsində  şüurlu  təsirini  tələb 
edir. İnsanlann kütləvi istirahətinin ekosi 
26 


stemin müqaviməti həddini aşması onun bütün komponentlərində 
əlverişsiz  dəyişikliklərə  səbəb  olur:  Ərazinin  cığırlara  ayrılaraq 
parçalanması,  torpağın  kipləşməsi,  pöhrələrin  məhv  edilməsi, 
işıqsevən otların peyda olması, ağac gövdələrinin quruması və eyni 
zamanda, ekosistemin bərpası mümkün olmayan tərzdə dağılması 
buna  misal  ola  bilər.  Landşaftdan  rekreasiya  məqsədləri  üçün 
istifadə edilməsi iqtisadiyyatın xüsusi sahəsinin mövcud olmasını 
tələb edir. 
Maddələrin qlobal biogen dövranı elementar ekosistemlərdə 
gedən dövranların toplusudur. Daim narahatlıq  yaradan təsirlərin 
davam  etməsinin  təhlükəli  cəhəti  ondadır  ki,  ekosistemin  ona 
reaksiyası hələ yaxşı öyrənilməmişdir. Ətraf mühitin çirklənməsi 
öz  tempinə  görə  insanın  təbii  ekosistemlərə  olan  digər 
müdaxilələrini  üstələyə  bilmişdir.  Ən  ciddi  təhlükəni  isə 
ekosistemin  strukturunu  və  funksiyasını  dəyişə  biləcək 
çirkləndiricilər  törədir.  Bunu  ekosistemlərin  turş  yağışlara 
reaksiyası sübut edir. Ona görə də insan ekosistemin dayanıqlığını, 
müqavimət və uyğunlaşmasım saxlamaq yollarım axtarıb tapmalı 
və  onların  sərvətlərindən  istifadənin  optimal  texnologiyasım 
hazırlamahdır. 
Populyasiya  vəhdət  halında  fəaliyyət  göstərən  ekosistemin 
komponentlərindən  biridir.  Hələ  bu  günə  kimi  insan  populya- 
siyasmın həyat şəraitini özünə tabe etdirdiyini qətiyyən təsdiq edə 
bilməz.  Populyasiya  həm  özünə,  həm  də  onu  təşkil  edən 
orqanizmlərə  xas  olan  xüsusiyyətlərə  malik  olmaqla  bir  sıra 
xarakterik 
funksiyalarla 
səciyyələnir. 
Populyasiyamn 
dinamikasında  ekosistemin  mürəkkəblik  dərəcəsinin  rolu 
böyükdür.  Real  şəraitdə  populyasiyamn  sayı  ekoloji  amillərdən 
daha  mürəkkəb  asılılıqdadır.  İnsan  saym  tənzimlənməsi 
strategiyasını  onu  maraqlanduran  növlərin  populyasiyalanmn 
sıxhğm-  dan  asılı  olan  təbii  tənzimləyicilər  əsasında  qurmağa 
çahşır.  Növlərin  sayının  tənzimlənməsi  çox  vacib  ekoloji 
problemdir.  Bu  problemi  bəşəriyyət  fəaliyyət  strategiyasını 
dəyişmək əsasında təbii saya nəzarət prinsiplərinə arxalaımuş sayı 
tənzimləmənin inteqral metodlarına riayət etməklə həll etməlidir. 
27 


i k i n c i   f ə s i l  
2.
 
İNSAN EKOLOGİYASI 
MƏZMUNU 
İnsan  ekologiyası.  Bioloji  növ  kimi  insamn  biosfer  ayrıl- 
mazbğı, insanın mühit amillərinin təsirinə reaksiyasının norma və 
təsnifatı. 
Adaptasiya  (uyğunlaşma).  Stress,  distress,  sağlamhq, 
antropogen  çirklənməsi  təsnifatı.  Ekoloji  patologiya.  Ekoloji  qa- 
nşıqlar. 
Sosial ekologiya. İnsan biososial növdür. Ətraf mühitə sosial 
adaptasiya.  Mühitin  antropatoloji  amili  kimi  insamn  fəaliyyəti. 
Ekologiya,  iqtisadiyyat,  siyasi  sosial  mühit  ekoloji  mədəniyyətin 
formalaşmasından asılıdır. Ekoloji mədəniyyət. 
Təbii  və  texnogen  mühitin  birgə  inkişaf  ənənələri  «Bume- 
ranq effekti». Davamlı inkişaf konsepsiyası. 
Ekologiya  sahəsində  beynəlxalq  hüquq.  Ekoloji  problemin 
qlobal xarakteri. 
2.1.
 
Kurs tapşınqları 
1.
 
Yunita  materiallarına  dair  biliklər  bazasının  məntiqi 
sxemini və terminologiya lüğətini tərtib edin. 
2.
 
İmtahanlara hazırlıq  üçün suallar.  Biosfer  haqqında  təlimin 
mahiyyəti nədədir? Hansı əsərdə bu öz əksini tapmışdır? Son 2000 
ildə  Yer  kürəsi  əhalisinin  artım  xarakteri  necədir  və  o,  nə  ilə 
şərtlənmişdir?  Qida  halqasında  toksiki  maddələrin  asılılığı 
necədir? 
Avtomagistral  yanında  bitkilərdə  qurğuşunun  toplanma 
asılılığı  necədir?  Bitkilərin  mühafizə  vasitələri  (herbisidlər,  in- 
sektisidlər) ətraf mühitə nə kimi zərər verə bilər? 
Biot  həyatında  adaptasiyanın  rolu  necədir?  Ətraf  mühitin 
deqradasiyası (tədricən geri çəkilmə) nə deməkdir və bu nə zaman 
baş verir? 
Təbiətin  mühafizəsinə  dair  həyata  keçirilən  tədbirlər  ayrı- 
ayrı insanların və cəmiyyətin həyatmda hansı rolu oynayır? 
Meydana çıxan hansı orqanizmlər dünyada heyvanlann 
28 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə