Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə18/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   14   15   16   17   18   19   20   21   ...   46

 
56 
rüfatının bəzi sahələri və baytarlıq üzrə aĢağıdakı sayda məqalə 
qeydə  alıb:  meĢəçilik-3,  baytarlıq-3,  ərzaq  sahəsi-8,  su  təsər-
rüfatı-10. 
Narahatlıq doğuran bir məqam da coğrafiya sahəsində elmi 
kadr hazırlığının vəziyyətidir. Coğrafiyanın  fiziki coğrafiya və 
biocoğrafiya,  torpaq  coğrafiyası  (1);  geomorfologiya  və  təka-
mül coğrafiyası (1); meteorologiya, iqlimĢünaslıq (2); iqtisadi-
sosial  və siyasi  coğrafiya (4);  coğrafi və  geoloji ekologiya (5) 
kimi  mühüm  ixtisasları  üzrə  çox  az  mütəxəssis  hazırlanır. 
Ölkənin  ekologiyasının,  iqlimindəki  dəyiĢikliklərin,  onların 
fəsadlarının öyrənilməsi baxımından bu ixtisasların nə dərəcədə 
əhəmiyyətli olduğu dərin təhlilsiz də hamıya aydındır.  
Nəhayət,  Azərbaycan  tarixinin  öyrənilməsində  əhəmiyyətli 
yeri  olan  arxeologiya  haqqında.  Respublikada  arxeologiyanın 
inkiĢafına  Prezident  səviyyəsində  diqqət  yetirilir.  Azərbaycan 
Respublikası  Prezidentinin  “Azərbaycan  Milli  Elmlər  Akade-
miyasının Arxeologiya və Etnoqrafiya Ġnstitutu tərəfindən 2008 
-2009-cu  illərdə  aparılması  nəzərdə  tutulan  arxeoloji  ekspe-
disiyaların  maliyyələĢdirilməsi  ilə  bağlı  əlavə  tədbirlər  haq-
qında”  sərəncamı,  tədqiqatlar  üçün  ayrılmıĢ  bir  milyon  manat 
vəsait deyilənlərin əyani sübutudur. Cənubi Qafqaz regionunda 
gedən geosiyasi proseslər fonunda arxeologiya sahəsində görü-
lən  iĢlər  təkcə  elmi  yox,  həm  də  siyasi  və  dövlətçilik 
kontekstində çox əhəmiyyətlidir. Aparılan tədqiqatların nəticə-
ləri  mütləq  beynəlxalq  jurnallarda  nəĢr  edilməli  və  dünya 
ictimaiyyətinin  nəzərinə  çatdırılmalıdır.  Arxeologiyada  kadr 
hazırlığının  bugünki  vəziyyəti  və  beynəlxalq  arenada  təmsil 
olunma  səviyyəmiz  ürəkaçan  deyil.  Belə  ki,    2004-2008-ci 
illərdə  arxeologiya  üzrə  cəmi  iki  namizədlik  dissertasiyası 
müdafiə edilmiĢdir. Beynəlxalq məlumat bazaları isə sahə üzrə 
elmi məqalə qeydə almayıb.  
Elmi  tədqiqatların  perspektivli  hesab  edilən  bəzi  sahələ-
rində  yaranmıĢ  vəziyyətə  nəzər  salaq.  Azərbaycanda  nanotex-
nologiyalar  sahəsi  yenicə  inkiĢaf  etməyə  baĢlayıb.  Hazırda 


 
57 
nanotexnologiyalar  üzrə  elmi  kadr  hazırlığı  AMEA-nın  Fizika 
Ġnstitutunda və BDU-nun “Nanomaterialların kimyəvi fizikası” 
kafedrasında aparılır. Yaxın gələcəkdə bu sahə üzrə 5-7 nami-
zədlik  dissertasiyasının  müdafiəsi  gözlənilir.  Nanotexnologi-
yalar  bir-neçə  elmin  kəsiĢməsində  yarandığından,  ixtisas  üzrə 
elmi dərəcələr də müxtəlif sahələri əhatə etməlidir. Hələlik isə, 
elmin  bu  istiqaməti  elektronika  ixtisasının  tərkibində  “Bərk 
cisim  elektronikası,  radioelektron  komponentlər,  mikro  və 
nanoelektronika”  adı  ilə  yer  alır.  Elektronika  ixtisası  üzrə  4 
dissertasiya müdafiə edilsə də, onların məhz nanoelektronikaya 
həsr edildiyinə əmin deyilik. 
MaterialĢünaslıqda  vəziyyət  qənaətbəxĢ  hesab  edilə  bilər. 
Belə ki, elektron, optik və maqnit materialĢünaslıq Azərbaycan 
elminin  10  məhsuldar  istiqamətləri  sirasındadır.  BaĢqa  istiqa-
mətlər üzrə çap olunmuĢ məqalə sayı da pis deyil: materialların 
kimyəvi  xassələri  -68,  metallar  və  xəlitələr  -44,  polimerlər  və 
plastik kütlələr-37. Təəssüf ki,  biomateriallar istiqamətində el-
mi əsər nəĢr edilməyib. Beynəlxalq səviyyədə materialĢünaslıq 
elmi  bizdə  olduğundan  daha  geniĢ  mənada  baĢa  düĢülür.  Belə 
ki, kimya, fizika, biologiyanın bəzi ixtisasları beynəlxalq prak-
tikada  materialĢünaslıq  elminə  aid  edilir.  Azərbaycanda  elmi 
ixtisasların  qüvvədə olan bölgüsündə materialĢünaslıq texnika 
elmlərinin  tərkibinə  daxildir.  Bu  ixtisas  üzrə  müdafiə  edilmiĢ 
dissertasiyaların sayı isə 10-dur.  
Dünya miqyasında perspektivli sayılan biotexnologiyalar və 
biomühəndislik üzrə elmi  əsərlər çap olunur, lakin əldə edilmiĢ 
səviyyəni  qiymətləndirmək  çətin  məsələdir.  Respublikada  na-
nobiotexnologiyalar  sahəsində  tədqiqatların  aparılması  haqda 
məlumatımız yoxdur. Ümumiyyətlə, ölkəmizdə hər bir perspek-
tivli elm sahəsinin inkiĢaf etdirilməsi mümkün deyil. Aydındır 
ki,  bunun üçün Azərbaycanın  nə maddi, nə də insan resursları 
yetərlidir. Perspektivli istiqamətlər arasında seçim edilərkən öl-
kə  elminin  kadr  potensialı,  iqtisadiyyatın  reallıqları  nəzərə 
alınmalıdır.  Fikrimizcə,  materialĢünaslıq,  nanotexnologiyalar, 


 
58 
biotexnologiyalar,  informasiya  texnologiyaları  perspektivli 
tədqiqat  sahələri  kimi  seçilə bilər. Göstərilən istiqamətlər üzrə 
elmi  kadr  hazırlığında  üstünlük  xarici  ölkələrin  universitet  və 
elmi mərkəzlərinə verilməlidir. Beləliklə, yeni elmi məktəblərin 
yaranmasına, ənənəvi məktəblərin isə müasirləĢməsinə və güc-
lənməsinə  nail  olmaq  lazımdır.  Xaricdə  təhsil  almıĢ  mütə-
xəssislərin  qayıdaraq  tədqiqatlarını  Azərbaycanda  davam  et-
dirməsi,  bilik  və  bacarıqlarını  burada  tətbiq  etmələri  üçün  la-
zımı Ģərait formalaĢmalıdır. Milli Strategiya çərçivəsində həya-
ta  keçirilməsi  vacib  olan  məsələlərdən  biri  də  yeni,  müasir 
avadanlıqlarla təchiz olunmuĢ laboratoriyaların  yaradılmasıdır. 
Ġstedadlı  mütəxəssisləri  Azərbaycana  yalnız  yüksək  maddi 
təminat, dünya standartlarının tələblərinə cavab verən iĢ  yerlə-
rilə cəlb etmək mümkündür. 
Məlumdur ki, elmi kadr hazırlığında Ali Attestasiya Komis-
siyası (AAK) müstəsna yer tutur. Doğrudan da, AAK müdafiə 
edilmiĢ  dissertasiyaların  məlum  tələblərə  uyğunluğunu  yox-
layır,  iĢləri  ekspertizaya  göndərir,  elmi  dərəcə  və  adlar  verir. 
Doktorluq dissertasiyalarının müdafiəsində bu nəzarət iki dəfə - 
dissertasiyaların müdafiəyə buraxılmasına icazə və müdafiədən 
sonra  təsdiqləmə  formalarında  həyata  keçirilir.  Gətirdiyimiz 
faktlar  sübut  edir  ki,  komissiyanın  iĢinin  təkmilləĢdirilməsinə 
ehtiyac  var.  Ġlk  növbədə,  dissertasiya  iĢlərinin  keyfiyyətinə 
qoyulan  tələblər  beynəlxalq  standartlara  yaxınlaĢdırılmalıdır. 
Hazırda müdafiə üçün dissertasiyadakı nəticələrin bir hissəsinin 
mötəbər  elmi  jurnallarda  çap  olunması  tələb  olunur.  Bu 
nəĢrlərin  siyahısı  AAK  tərəfindən  təsdiq  edilir.  Təhlillərimiz 
nümayiĢ  etdirir  ki,  praktikada  bu  jurnallar  heç  də  həmiĢə 
yüksək  səviyyəli  olmur.  Fikrimizcə,  “mötəbər  elmi  jurnallar” 
anlayıĢı  mütləq  dəqiqləĢdirilməli  və  o,  “Tomson  Röyters 
Agentliyi  tərəfindən  indekslənən  jurnallarda”  ifadəsi  ilə  əvəz-
lənməlidir.  Xüsusi  olaraq  qeyd  edək  ki,  bu  tələb  istisnasız 
olaraq  bütün  elm  sahələrinə  Ģamil  edilməlidir.  Təklif  olunan 
düzəliĢ  redaktə  xarakteri  daĢımır:  onun  tətbiqi  keyfiyyətsiz 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə