101
siyahısında arxeologiya sahəsinə aid edilmiĢ
74 elmi jurnal yer alır. Onların bəziləri
arxeologiyanın ümumi problemləri, digərlə-
ri isə müəyyən coğrafi regionlar və ya
istiqamətlər üzrə ixtisaslaĢan nəĢrlərdir.
Ümumi tematikanı əhatə edən dövri nəĢrlər
arasında yeni nəzəriyyələrə, kəĢflərə, qa-
zıntılara, metodlara həsr edilmiĢ iri həcmli
orijinal və ya icmal xatakterli məqalələr çap
edən “Journal of Archaeological Research” jurnalını, insan
birliklərinin və cəmiyyətlərinin yaranma, fəaliyyət və inkiĢaf
problemlərini əks etdirən “Journal of Anthropological
Archaeology” (1.121) dərgisini misal gətirmək olar. Tematika-
sını müəyyən coğrafi məntəqə (ölkə) ilə məhdudlaĢdıran
arxeologiya jurnallarından nümunə olaraq “Arabian Archa-
eology and Epigraphy” və “Iranica Antiqua” kimi nəĢrləri
qeyd etmək mümkündür. Nəhayət, arxeologiyanın müəyyən
istiqamətləri üzrə ixtisaslaĢan jurnallar da var ki, bunlar
dənizlərdə aparılan tədqiqatların bütün tərəfləri, qazıntılar
zamanı tapılmıĢ insan və heyvan sümüklərinin öyrənilməsi,
həmçinin arxeologiya sahəsində mühüm nəzəriyyələr, metodlar
haqda məqalələr çap edən dərgilərdir.
Ümumi məlumatdan sonra, iki jurnal üzərində daha ətraflı
təhlil aparaq. Onlardan birincisi “Elsevier” nəĢriyyatının təsir
əmsalı 1.779 olan “Journal of Archaeological Science” jur-
nalıdır ki, məqalələrində dünyanın bütün regionlarında ən
müasir metodlarla aparılmıĢ arxeoloji tədqiqatlar haqqında
məlumat verir. Deyilənlərə aydınlıq gətirmək məqsədilə jur-
nalın 2010-cu ilin yanvarında nəĢr olunacaq ilk nömrəsindəki
tədqiqatların mövzuları, onların coğrafi əhatə dairəsi və ən
baĢlıcası istifadə edilmiĢ metodlarla tanıĢ olaq. Məqalələrin
birində keçi və quzu sümüyünün birləĢdirici toxumasından
alınmıĢ kollagen (zülal) peptiddəki 33 amin turĢu qalığından
ibarət fraqmentin analiz üsulu təsvir edilir. Sübut olunur ki,
102
keçi və quzunun kollagen molekulunda bu fraqment bir-
birindən iki amin turĢusu ilə fərqlənir ki, bu da aĢkar edilmiĢ
sümüklərin hansı canlıya aid olduğu haqda dəqiq nəticə
çıxarmağa imkan verir. Məqalədə kollagen-peptid metodunun
digər biomolekulların, məsələn DNT molekulunun analizinə
əsaslanan üsullardan üstünlükləri də vurğulanır. Metod neolit
dövrünə aid edilən və Türkiyədəki Domuztepe adlı yerdən
tapılmıĢ 26 sümüyün analizində tətbiq olunur və müvafiq
nəticələr çıxarılır. BaĢqa bir məqalədə rentgen Ģüalarının xırda
kristallardan ibarət maddədən (“pudradan”) keçərkən yaratdıgı
difraksiya mənzərəsindən istifadə edilir. Bu üsul ABġ
ərazisindəki qədim insan məskəninin çöküntülərindəki gil
materialına tətbiq olunur və gilin tərkibindəki bəzi mineralların
nisbəti iqlimdən asılı olduğu üçün, həmin dövrün iqlimi haqda
(paleoiqlim haqda) məlumat əldə edilir. Digər iĢdə Norveçin
cənub-Ģərq və cənub-qərbində, dəniz sahilində yerləĢən və DaĢ
dövrünə aid edilən iki yaĢayıĢ məskənindən götürülmüĢ balıq
sümüklərindəki oksigenin izotop tərkibi analiz edilir.
Təhlillərin nəticəsi olaraq qədim insanların həmin məntəqələrdə
ilin hansı fəsillərində məskunlaĢdığı aydınlaĢdırılır.
Jurnalda arxeoloji tədqiqatlar zamanı istifadə edilən digər
müasir metodlar haqqında da ətraflı məlumat verilir. Bu
metodlar fizika, kimya, biologiya kimi təbiət elmlərinin ən son
nailiyyətlərinə əsaslanır, ona görə də universal xarakter daĢıyır.
TanıĢ olduğumuz məqalələr humanitar elmdən daha çox bio-
logiya, kimya və ya fizika sahəsində yazılmıĢ elmi tədqiqatları
xatırladır. Fundamental təbiət qanunlarına əsaslandığı üçün
onlardan istənilən arxeoloji qazıntıların öyrənilməsində istifadə
etmək mümkündür. Həqiqətən də, jurnalda müasir Türkiyə,
Ġran, Gürcüstan ərazilərində aparılan arxeoloji tədqiqatlara dair
xeyli məqaləyə rast gəlirik. Məsələn, Türkiyəyə həsr edilmiĢ 31
məqalə çap edilib ki, onların da əsas hissəsi 2003-2009-cu
illərdə iĢıq üzü görüb. Biz adında “Türkiyə” sözü olan
məqalələri nəzərə alırıq, əks təqdirdə onların sayını əhəmiyyətli
103
dərəcədə artırmalı olardıq. Jurnalda Gürcüstanın Dmanisi,
Axalkalaki bölgələrindəki arxeoloji qazıntılara həsr edilmiĢ 3
elmi məqalə də nəĢr edilib. Qeyd etdiyimiz iĢlərin həm-
müəllifləri arasında türk və gürcü alimləri olsa da, onların
əksəriyyətində Qərb tədqiqatçılarının aparıcı rol oynadıgı hiss
edilir.
Yüksək səviyyəsinə görə A&HCI siyahısına daxil edilmiĢ
arxeologiya jurnalları arasında Türkiyənin Aralıq Dənizi
Mədəniyyətlərinin AraĢdırma Ġnstitutu-
nun “Adalya” və Türkiyə Elmlər Aka-
demiyasının “TÜBA-AR” illik dərgi-
ləri də var. “TÜBA-AR” jurnalı türk,
ingilis, fransız və alman dillərində,
“Adalya” isə türkcə məqalələr, icmallar
çap edir. Deməli, elmi səviyyə yüksək
olduqda jurnalın türk və ya ingilis
dilində çap olunmasının həlledici rolu
yoxdur. Alimlərimiz Azərbaycanın ar-
xeologiyasına dair əsərlərini bu jurnal-
larda çap etdirərkən böyük problem-
lərlə üzləĢməməlidirlər.
Ġllik “Iranica Antiqua” jurnalı haqda məlumat da mütə-
xəssislərimiz üçün faydalı ola bilər. Jurnal qədim Ġran və ətraf
ərazilərdə aparılan qazıntıların ilkin nəticələri, bu yerlərin
tarixinin, dininin, epiqrafiyasının,
incəsənətinin,
numizmatika-
sının və ictimai quruluĢunun müxtəlif aspektlərinə dair tədqiqat
iĢləri nəĢr edir. Onun maraq dairəsi Cənubi Azərbaycan da
daxil olmaqla müasir Ġran ərazisi ilə məhdudlaĢaraq qalmır;
jurnal Suriya, Gürcustan, Özbəkistan, umimiyyətlə, Qafqazın
arxeologiyasını da əhatə edir. Bizə birbaĢa aidiyyəti olduğu
üçün jurnaldakı məqalələrin öyrənilməsi, daim diqqət mərkə-
zində saxlanılması vacibdir. Eyni zamanda, ərazimizdə aparılan
arxeoloji qazıntılar, digər sahələrdəki tədqiqatların da “Iranica
Antiqua” jurnalında çap etdirmək lazımdır.
Dostları ilə paylaş: |