57
nanotexnologiyalar üzrə elmi kadr hazırlığı AMEA-nın Fizika
Ġnstitutunda və BDU-nun “Nanomaterialların kimyəvi fizikası”
kafedrasında aparılır. Yaxın gələcəkdə bu sahə üzrə 5-7 nami-
zədlik dissertasiyasının müdafiəsi gözlənilir. Nanotexnologi-
yalar bir-neçə elmin kəsiĢməsində yarandığından, ixtisas üzrə
elmi dərəcələr də müxtəlif sahələri əhatə etməlidir. Hələlik isə,
elmin bu istiqaməti elektronika ixtisasının tərkibində “Bərk
cisim elektronikası, radioelektron komponentlər, mikro və
nanoelektronika” adı ilə yer alır. Elektronika ixtisası üzrə 4
dissertasiya müdafiə edilsə də, onların məhz nanoelektronikaya
həsr edildiyinə əmin deyilik.
MaterialĢünaslıqda vəziyyət qənaətbəxĢ hesab edilə bilər.
Belə ki, elektron, optik və maqnit materialĢünaslıq Azərbaycan
elminin 10 məhsuldar istiqamətləri sirasındadır. BaĢqa istiqa-
mətlər üzrə çap olunmuĢ məqalə sayı da pis deyil: materialların
kimyəvi xassələri -68, metallar və xəlitələr -44, polimerlər və
plastik kütlələr-37. Təəssüf ki, biomateriallar istiqamətində el-
mi əsər nəĢr edilməyib. Beynəlxalq səviyyədə materialĢünaslıq
elmi bizdə olduğundan daha geniĢ mənada baĢa düĢülür. Belə
ki, kimya, fizika, biologiyanın bəzi ixtisasları beynəlxalq prak-
tikada materialĢünaslıq elminə aid edilir. Azərbaycanda elmi
ixtisasların qüvvədə olan bölgüsündə materialĢünaslıq texnika
elmlərinin tərkibinə daxildir. Bu ixtisas üzrə müdafiə edilmiĢ
dissertasiyaların sayı isə 10-dur.
Dünya miqyasında perspektivli sayılan biotexnologiyalar və
biomühəndislik üzrə elmi əsərlər çap olunur, lakin əldə edilmiĢ
səviyyəni qiymətləndirmək çətin məsələdir. Respublikada na-
nobiotexnologiyalar sahəsində tədqiqatların aparılması haqda
məlumatımız yoxdur.
Ümumiyyətlə, ölkəmizdə hər
bir perspek-
tivli elm sahəsinin inkiĢaf etdirilməsi mümkün deyil. Aydındır
ki, bunun üçün Azərbaycanın nə maddi, nə də insan resursları
yetərlidir. Perspektivli istiqamətlər arasında seçim edilərkən öl-
kə elminin kadr potensialı, iqtisadiyyatın reallıqları nəzərə
alınmalıdır. Fikrimizcə, materialĢünaslıq, nanotexnologiyalar,