Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   2   3   4   5   6   7   8   9   ...   161

 
7
Qarovulçu Əflatun dünyada ən çox sevdiyi bir varlıq kimi, o küçüyü o saat 
ehmalca qucağına aldı və müdirin qabağına yüyürdü. Qəhvəyi-qara tükləri bədəninə 
yapışmış o küçük hardan gəlib Tülkü Gəldi Qəbiristanlığına çıxmışdı? 
Qəbiristanlığın ərazisində it yox idi və ümumiyyətlə, Əbdül Qafarzadə bu fikirdə idi 
ki, qəbiristanlıqda gərək it-pişik olmasın və Mirzəibi də, Vasili də, Ağakərim də 
bunu bildikləri üçün, Tülkü Gəldi Qəbiristanlığını itdən, pişikdən mühafizə edirdilər.  
O küçük, qarovulçu Əflatunun qucağından boylanıb Əbdül Qafarzadəyə 
baxırdı və həmin küçük baxışlarında bir etibar, ümid var idi, çünki yenicə gəldiyi 
dünyanın işlərindən xəbərsiz idi, qarovulçu Əflatunun o təpiyi də, yəqin ki, 
həyatında aldığı ilk təpik idi. Bu küçük dünyaya beləcə bir etibarla, ümidlə gəlmişdi, 
amma o etibar da, o ümid də dünyanın vecinə deyildi və Əbdül Qafarzadə o dəm 
küçüyə baxa-baxa fikirləşirdi ki, bu balaca varlığı irəlidə nələr gözləyir? Nə qədər 
təpik yeyəcək? Bir azdan gözlərindəki o, etibardan, o ümiddən əsər-əlamət də 
qalmayacaq (Əbdül Qafarzadə buna əmin idi) və nə üçün belə olmalıydı? Bir halda 
ki, bu küçük dünyanın beləcə vecinə deyildi, təbiət niyə onu yaradırdı? Təpikləri 
yesin, sonra da acından ölsün? Nə olsun axı? Nə olsun ki, nəslini davam etdirir? 
Davam edən bu nəslin nə mənası var?  
Əbdül Qafarzadənin hərdən belə bir fəlsəfəyə qapılması var idi. 
Küçük, qarovulçu Əflatunun qucağından çıxıb Əbdül Qafarzadənin qucağına 
gəlmək istəyirdi, elə bil, başa düşmüşdü ki, Tülkü Gəldi Qəbiristanlığında və 
ümumiyyətlə, bu dünyada kim, kimdir. Əbdül Qafarzadə qara paltosunun cibindən 
dəsmal çıxarıb çeşməyinin şüşələrini sildi, diqqətlə küçüyə baxdı, sonra küçüyü 
qarovulçu Əflatundan aldı, iri əlləri ilə yaş tüklərini tumarladı, bu adam ömründə ilk 
dəfə idi ki, qucağına it alırdı, ilk dəfə idi ki, it tumarlayırdı və küçük də o sazaq 
payız səhəri bir neçə günlük həyatında ilk dəfə insan əlinin (iri əllərin) hərarətini 
hiss etdi və bu – Əbdül Qafarzadənin hər şeyi görən boz gözlərindən yayınmadı, 
küçüyü qarovulçu Əflatuna qaytarıb: 
– Bunu özünlə bir yerdə saxla!.. – dedi və iri sümüklü uzun barmağı ilə 
qarovulçu köşkünü göstərdi. 
– Baş üstə!  
– Yaxşı bax buna!.. – Əbdül Qafarzadə yenə küçüyün başını tumarladı, 
gülümsədi və Qəbiristanlıq Idarəsinin ikimərtəbəli binasına tərəf getdi. 
Qarovulçu Əflatun sidq-ürəkdən heyfsilənə-heyfsilənə fikirləşdi ki, bu dəfə 
Əbdül Qafarzadənin kefi köklüyündən qazanan o olmadı, bu it balası küçük oldu, 
hətta Əbdül Qafarzadə idarənin binasına girəndən sonra, qarovulçu Əflatun 
hirsindən küçüyü asfaltın üstünə çırpmaq istədi, amma, əlbəttə, o saat da özünü ələ 
aldı: o boyda kişi bu küçüyü ona tapşırmışdı və qarovulçu Əflatunun da borcu idi ki, 
cani-dildən bu küçüyə qulluq eləsin – Əbdül Qafaqzadə verdiyi tapşırığı yadından 
çıxaran adam deyildi və qarovulçu Əflatun da bunu yaxşı bilirdi.  
Həmin çiskinli payız səhərindən sonra, o küçük Tülkü Gəldi Qəbiristanlığında, 
qarovulçu Əflatunun köşkündə bu adamla birlikdə yaşamağa başladı. Qarovulçu 
Əflatun hər gün küçük üçün bir qutu süd alıb gətirirdi, kolbasa, sosiska alırdı, hətta 
bəzən pirojna alıb gətirirdi və Qəbiristanlıq Idarəsinin işçilərinin yanında küçüyə 
yedizdirirdi, bir sözlə, küçüyə o yeməkləri verirdi və o cür qulluq edirdi ki, işdi, 
Əbdül Qafaqzadə görsə, eşitsə, o kişinin tapşırığına layiq olsun.  


 
8
Qarovulçu Əflatun hər səhər küçüyü qucağına alıb köşkün yanında dayanırdı 
və Əbdül Qafarzadənin avtobusdan düşüb Tülkü Gəldi Qəbiristanlığına gəlməyini 
gözləyirdi. Əbdül Qafarzadə hər səhər də o küçüyə gülümsəyirdi, hərdənbir 
darvazanın yanında ayaq saxlayırdı və o zaman qarovulçu Əflatun küçük qucağında, 
tələsik müdirin qabağına yüyürürdü, Əbdül Qafarzadə də iri əli ilə küçüyün başını, 
belini sığallayıb: 
– Malades! – deyirdi. 
Qarovulçu Əflatun küçüyə deyilən bu «Malades» sözünü, az qala, öz ünvanına 
qəbul edirdi və həmin anlarda dünyanın ən xoşbəxt adamı olurdu, daha doğrusu, 
çalışırdı ki, Əbdül Qafarzadənin gözlərinə dünyanın ən xoşbəxt adamı kimi 
görünsün. Məsələ burasında idi ki, o darısqal köşkdə itlə birlikdə yaşamaq, itə 
qulluq etmək, hər gün səhər tezdən o iti qucağına alıb müdirin yolunu gözləmək 
qarovulçu Əflatunu o qədər bıkdırmışdı ki, ürəyində küçüklə düşmən idi, amma tək 
olanda da, lap gecənin yarısı da hirslənəndə küçüyü vurmağa, incitməyə cəsarət 
etmirdi: Tülkü Gəldi Qəbiristanlığında hasarın da, darvazanın da, asfaltın da qulağı 
var idi və hər hansı bir xəbər o saat gəlib Əbdül Qafarzadənin qulağına çata bilərdi. 
Küçük boyuna, balacalığına görə deyildi... Qarovulçu Əflatun hər gün səhər 
də, gecə də küçüyü həyətə gəzdirməyə çıxarırdı və bu it balası it, həyətdə heç nə 
eləmirdi, qarovulçu Əflatun nə qədər əlləşirdisə də, nə qədər şirin sözlər deyib 
heyvanı tovlamaq istəyirdisə də, bir şey çıxmırdı, elə ki, köşkə qayıdırdılar, küçük 
başlayırdı mədəsini boşaltmağa, ya da sidiyini axıtmağa və həmin anlarda qarovulçu 
Əflatun köşkün döşəməsindən, hətta bəzən çarpayının üstündə o it nəcisini, it 
sidiyini təmizləyə-təmizləyə fikirləşirdi ki, bu dünyada Əbdül Qafarzadənin xoş 
münasibət göstərdiyi küçük olmaq Əflatun olmaqdan yaxşıdı... Ürəyində küçüyü ən 
pis küçə söyüşləri ilə söyə-söyə köşkü silib süpürürdü, balaca qapısını açıq qoyurdu 
ki, havası dəyişsin, iy çəkilsin, amma o iy gündən-günə artırdı və qarovulçu 
Əflatunun köşkünə girəndə, elə bil ki, it ayaqyolusuna girirdin.  
Hər gecə taksilər gəlib Tülkü Gəldi Qəbiristanlığının darvazası ağzında 
dayandıqca, qarovulçu Əflatun qaça-qaça araq dalınca gedib-gəlirdi, qumarbazları 
qarşılayırdı, yola salırdı və köşkə girib qazandığı manatlıqları, üçlükləri, beşlikləri 
cibindən çıxarıb səliqə-sahmana salanda, ümumi pulları (onluqları, iyirmibeşlikləri, 
əllilikləri, hətta yüzlükləri!..) paylara ayıranda, küçüyün, elə bil ki, cini qalxırdı, 
dəlisi tuturdu, hürməyə başlayırdı və qarovulçu Əflatunun gecə həyatının beləcə 
şıdırğı və məsuliyyətli çağlarında bu küçük hürüşünə adət eləmək mümkün deyildi; 
hər dəfə qarovulçu Əflatunun ürəyi döyünürdü, narahat hisslər keçirirdi, nigaran 
qalırdı: məsələ burasında deyildi ki, qarovulçu Əflatun nədənsə, kimdənsə 
qorxurdu– yox (və başqa cür də ola bilməzdi: Tülkü Gəldi Qəbiristanlığının Əbdül 
Qafarzadə kimi bir sahibi var idi və hələ yoxlamaq lazım idi ki, bu dünyada kim 
güclü adam idi – Brejnev, yoxsa Əbdül Qafarzadə?), məsələ onda idi ki, bütün bu 
köşk əməliyyatları bir təklik, şahidsizlik tələb edirdi, bu gecə haqq-hesabları yalnız 
qarovulçu Əflatuna aid idi, yəni yalnız bu adamın həyatının bir parçası idi, həm də 
gözəl parçası idi və qarovulçu Əflatun illərdən bəri buna öyrəşmişdi, odur ki, belə 
çağlarda bu küçüyün hürməyə başlaması tamam bir dilxorçuluq gətirirdi.  
Küçük süd içə-içə, kolbasa, sosiska, pirojna yeyə-yeyə gözgörəti böyüyürdü 
və bu küçüyün yüksək qəyyumundan xəbərdar olan Qəbiristanlıq Idarəsinin işçiləri 
hərdənbir ona dondurma, marmelad, xarici peçenye də verirdilər və bütün bu gedişat 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə