Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   2   3   4   5   6   7   8   9   ...   161

 
9
ondan xəbər verirdi ki, Tülkü Gəldi Qəbiristanlığındakı bu küçüyü gələcəkdə 
dünyanın ən xoşbəxt itinin taleyi gözləyir. Düz üç aydan artıq beləcə davam etdi, 
sonra şıdırğı payız yağışı yağan bir dekabr günü – altı il bundan əvvəl – müdirin 
cavan və sağlam idmançı oğlu birdən-birə rəhmətə getdi.  
O dəfn mərasimini, o dəfn mərasimində Əbdül Qafarzadənin dediyi sözləri 
yadına salanda həmişə az qalırdı ki, qarovulçu Əflatunun tükləri biz-biz olsun. 
Həmin dəfn mərasimində Əbdül Qafarzadə camaatın arasında (elə bil ki, 
rəhbərlərdən kimsə ölmüşdü, böyük bir matəm nümayişi idi) dayanmış qarovulçu 
Əflatunu gördü və qəflətən qışqırdı: «– Alə, Əflatun, get car çək e!.. De ki, 
düşmənlərin dediyi başıma gəldi!..» Və özünün hiss-həyəcanları təbiətən çox aşıb-
daşan olmasa da, dünyada çox iztirabların, işgəncələrin şahidi olmuş, xırda yaşıl 
gözləriylə məhkum taleləri yola salmış, birdən-birə qırılmış həyat yollarını çox 
görmüş (və özü də evlər yıxmış) qarovulçu Əflatun o vaxta qədər o sifətdə, o 
baxışda adam görməmişdi (və yəqin ki, ömrünün axırına kimi də görməyəcəkdi!), 
elə bil ki, çeşməyinin arxasından boz gözləri ilə qarovulçu Əflatuna baxan, o sözləri 
deyən insan deyildi, dərdin, ələmin, dəhşətin özü idi... 
Həmin fəlakətdən sonra, Əbdül Qafarzadə bir müddət işə gəlmədi və nəhayət, 
oğlunun ölümündən keçən neçənci günsə avtobusdan düşüb ilk dəfə Tülkü Gəldi 
Qəbiristanlığının darvazasının bala qapısından içəri girdi. Qarovulçu Əflatun yenə 
də küçüyü qucağına alıb tələsik köşkün qabağına çıxdı, amma bu dəfə Əbdül 
Qafarzadə küçüyə baxmadı, boz gözləri ilə çeşməyinin ardından qarovulçu 
Əflatunun gözlərinin içinə baxdı və o baxışların altında kürəyinin arasını soyuq tər 
basan qarovulçu Əflatun başa düşdü ki, səhv eləyib, küçüyü daha beləcə pişvaza 
çıxarmaq lazım deyilmiş.  
Bundan sonra çox naməlum və qarovulçu Əflatunu o naməlumluq içində 
çaşbaş salan bir vəziyyət əmələ gəlmişdi: qarovulçu Əflatun bilmirdi ki, nə eləsin, 
bu it küçüyünü əvvəlki tək bəsləsin, yoxsa qovsun, yoxsa necə olsun? Əlbəttə, bunu 
gedib Əbdül Qafarzadənin özündən soruşmaq olmazdı... Qarovulçu Əflatun bu 
barədə Mirzəibidən, Vasilidən, Ağakərimdən məsləhət almaq istədi, amma Mirzəibi 
də, Vasili də, Ağakərim də çiynini çəkdi və heç biri bu işə qarışmadı, çünki Əbdül 
Qafarzadə ilə bağlı o işdə ki, naməlumluq var idi, yaxşısı bu idi ki, həmin işə 
qarışmayasan.  
Səhərlər Əbdül Qafarzadə işə gələndə qarovulçu Əflatun daha küçüyü 
qucağına alıb pişvaza çıxmırdı və Əbdül Qafarzadə də daha o küçüklə 
maraqlanmırdı. Hətta bir-iki dəfə küçük özü Əbdül Qafarzadəni həyətdə görüb 
kişinin dalınca düşmüşdü, amma müdir küçüyə fikir verməmişdi. O cavan, o sağlam 
idmançı oğlunun qəfil ölümüylə Əbdül Qafarzadəyə elə bir zərbə dəymişdi ki, kim 
olsaydı bu zərbəyə dözə bilməzdi və bu gözəl insan ki, indi özünü ələ alıb hər gün 
işə çıxırdı, bunun özü igidlik idi və qarovulçu Əflatun da bunu belə qiymətləndirirdi.  
Günlər də beləcə keçirdi... 
Düzdü, qarovulçu Əflatun daha küçüyün südünə, kolbasasına, sosiskasına 
əvvəlki kimi fikir vermirdi, öz artıqlarını itin qabağına atırdı, hərdən acığı tutanda 
ayağı ilə itələyirdi, qulağını çəkib zingildədirdi, soyuqda, yağışda-qarda da boynuna 
ip salıb həyətin aşağı başındakı akasiya ağacına bağlayırdı və qarnını boşaltmayınca 
köşkə gətirmirdi, amma, hər halda, küçük hələ köşkdə yaşayırdı və yeməyi, içməyi, 
isti yeri var idi. Küçüyün ərköyün çağları keçmişdə qalmışdı. Qəbiristanlıq 


 
10
Idarəsinin işçiləri də Əbdül Qafarzadənin daha bu küçüyə fikir vermədiyini bilirdilər 
(buranın sabit bir ənənəsi var idi: müdirin xarici aləmə münasibətindəki kiçicik 
təfərrüat da gözdən yayınmırdı) və əvvəlki kimi küçüyə dondurma, marmelad, 
peçenye verən yox idi.  
Sonra elə bir gün gəldi ki, qarovulçu Əflatun özünü heç cürə saxlaya bilmədi 
və böyrünə bir təpik ilişdirib o küçüyü köşkdən qovdu.  
Onda küləkli bir gün idi və axşam təzəcə düşmüşdü. Tülkü Gəldi 
Qəbiristanlığındakı ölüm mərasimləri qurtarmışdı. Qəbiristanlıq Idarəsinin işçiləri 
getmişdi və buranın gecə həyatı da hələ başlamamışdı. Həyət-bacada heç kim yox 
idi. Külək elə güclü əsirdi, elə qıy vururdu ki, köşkün balaca pəncərəsindən həyətə 
baxan qarovulçu Əflatun fikirləşirdi ki, külək beləcə davam eləsə, bu gecə müştəri 
az olacaq (yağış müştəriyə təsir eləmirdi, əksinə, daha da artırırdı, amma külək təsir 
edirdi, azaldırdı), müştəri az olanda da qazanc az olacaq, qazanc az olanda da qayğı 
artacaq... Qarovulçu Əflatunun oğlu Kolxoz, atasının boyun olduğu «Jiquli» 
maşınını səbrsizliklə gözləyirdi.  
Həyətə baxa-baxa küləyin qarasınca deyinən qarovulçu Əflatun Qəbiristanlıq 
Idarəsindən çıxan süpürgəçi Nastyanı gördü. Süpürgəçi Nastya idarədən həmişə 
sonuncu çıxırdı.  
Hər dəfə qış gələndə əyninə geydiyi göy paltosunun bütün düymələrini 
bağlamış, qalın yun şalını başına, boynuna dolamış bu kök (kök idi, amma lırt 
deyildi) arvadın yaşı əllini keçmişdi, amma canı hələ sulu idi; alkaqolik əri ölmüş, 
qızı bir azərbaycanlı gülsatana ərə gedib Moskvaya köçmüşdü, oğlunu əsgər 
aparmışdılar və indi Əfqanıstanda «düşmənlərə» qarşı vuruşurdu və bütün bu 
təfsilatı qarovulçu Əflatun yaxşı bilirdi. O vaxtlar ki, belə küləkli-yağışlı, qarlı-
boranlı qış gecələrində Tülkü Gəldi Qəbiristanlığının müştəriləri az olurdu və 
qarovulçu Əflatun hələ müharibə vaxtından qalmış kürkünə bürünüb köşkə güclə 
sığışmış dəmir çarpayıda uzanırdı, onda birdən-birə süpürgəçi Nastya gəlib bu 
cüssəsiz, arıq adamın yadına düşürdü, arvadın hətta qalın qış paltosunu da arxadan 
qabardan, yeridikcə hər tərəfi ayrı-ayrılıqda oynayan iri dalı, Qəbiristanlıq 
Idarəsində əyilib döşəməni süpürəndə, yuyanda paltarının yaxasından dərin arası 
görünən iri döşləri qarovulçu Əflatunun gözlərinin qabağına gəlirdi və həmin 
məqamlarda Tülkü Gəldi Qəbiristanlığında qazandığı pullara, Əbdül Qafarzadə kimi 
bir adamın ona xüsusi mərhəmət göstərməsinə, lap az bir müddətdən sonra Kolxoza 
maşın ala biləcəyinə baxmayaraq, kişinin ürəyindən bir qüssə keçirdi... Əlbəttə, qoca 
çağlarında da olsa, tale üzünə gülmüşdü, onu gətirib Əbdül Qafarzadə kimi bir 
nəhəngə ürcah eləmişdi, özünə güzəran qazanmışdı, amma, hər halda, həyat onu 
barmağında fırladıb, fırladıb axırda gətirib adicə qarovulçu etmişdi (halbuki maarif 
müdiri ola bilərdi, hətta raykom katibi də ola bilərdi!..), balaca adam eləmişdi və 
indi qarovulçu Əflatunun heç olmasa, süpürgəçi Nastyaya da əmr etmək imkanı yox 
idi... 
Həmin küləkli axşam qarovulçu Əflatun köşkün kiçik pəncərəsindən üzü 
küləyə tərəf gələn süpürgəçi Nastyanın göy paltosunun üstündən belə açıq-aşkar hiss 
olunan yoğun baldırlarına baxa-baxa udqundu, köşkdən çıxıb darvazanın qabağında 
dayandı və süpürgəçi Nastya gəlib yanından ötmək istəyəndə rusca:  
– Damoy idyoş? – soruşdu.  
Süpürgəçi Nastya küləkdən üzünü yanpörtü tutub:  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə