Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   2   3   4   5   6   7   8   9   ...   161

 
13
Düzdü, Əbdül Qafarzadənin o itdən üzü dönmüşdü, amma onu qovmaq barədə 
heç bir xüsusi tapşırıq verməmişdi və Gicbəsər də həmin vaxtdan Tülkü Gəldi 
Qəbiristanlığında sülənirdi.  
O vaxtlardan altı-yeddi il keçmişdi...  
Və Gicbəsər indi, həmin bu aprel gecəsi Tülkü Gəldi Qəbiristanlığında 
qarovulçu Əflatunun köşkünün damından Bakının o gecə mənzərəsinə baxırdı və 
Tülkü Gəldi Qəbiristanlığından kənardakı o naməlum aləmin işıqları artıq bir-bir 
sönürdü, amma Gicbəsər yerindən tərpənmirdi, elə-beləcə baxırdı.  
Bayaq, yəni bir neçə saat bundan əvvəl Gicbəsər damdan düşüb getmədi, 
damın üstündə çöməlib gecəni gözlədi və Tülkü Gəldi Qəbiristanlığının gecə 
həyatına – tez-tez taksilərin gəlib-getməsinə, qarovulçu Əflatunun yüyürə-yüyürə 
müştəriləri qarşılamasına və yola salmasına, Qəbiristanlıq Idarəsinin həyətinə girib-
çıxan gecə qonaqlarına, ayrı-ayrı keflənmiş adamların hay-küyünə, yıxılıb-
durmağına, Mirzəibinin, Ağakərimin, Vasilinin adamları bir-bir çağırmağına, 
cürbəcür tapşırıqlar verməyinə, yəni bu üç nəfərin Tülkü Gəldi Qəbiristanlığındakı 
bu gecə həyatının təşkilati işləri ilə məşğul olmaqlarına – heç nəyə fikir vermədən 
bütün gecəni Bakının o mənzərəsinə tamaşa etdi...  
Bakının işıqları yavaş-yavaş tamam sönürdü... 
Tülkü Gəldi Qəbiristanlığından kənardakı o aləm başdan-başa sirlərlə dolu 
idi... 
... Sonra səhər açılmağa başladı... 
Tülkü Gəldi Qəbiristanlığındakı idarənin həyətinə bir sakitlik çökdü, amma 
bu, müvəqqəti bir sakitlik idi və Gicbəsər burasını çox gözəl bilirdi; bir azdan işçilər 
gələcəkdi, səhər ötüb, günorta keçəcəkdi, dəfn mərasimləri sona yetəcəkdi, mollalar, 
qəbirqazan alkaqoliklər, dilənçilər qəbiristanlıqdan çıxıb gedəcəkdi, axşamüstü 
idarənin də işi qurtaracaqdı və gecə həyatına hazırlıq başlayacaqdı. Gicbəsər gözünü 
açıb Tülkü Gəldi Qəbiristanlığını, yəni bütün bu illər boyunca içində yaşadığı öz 
dünyasını beləcə görmüşdü, amma bu dünyadan kənarda sirlərlə dolu naməlum bir 
dünya da var idi və bu son günlər ərzində o naməlum dünya Gicbəsəri özünə çəkirdi.  
Gicbəsər Tülkü Gəldi Qəbiristanlığında yaşamaq istəmirdi.  
Gicbəsər daha Tülkü Gəldi Qəbiristanlığında yaşaya bilmirdi.  
Bu it indiyə qədər heç vaxt Tülkü Gəldi Qəbiristanlığının geniş ərazisini tərk 
etməmişdi, təsadüfən buralara gəlib çıxan itlərlə görüşmüşdü, qancıqlarla 
şırvanmışdı (bu qancıqlar özləri gəlib Gicbəsəri tapırdılar), amma heç vaxt 
buralardan kənara çıxmamışdı və Tülkü Gəldi Qəbiristanlığında tək ömür sürmüşdü, 
çünkü başqa itləri buradan qovurdular; Gicbəsərə isə burada adət etmişdilər və bu iti 
söyürdülər, yeri düşəndə təpikləyirdilər, daşa basırdılar, amma Tülkü Gəldi 
Qəbiristanlığından qovmurdular.  
Gicbəsərin burada həmişə bir qarın yeməyi var idi: gecə məclislərindən qalan 
artıqlar Gicbəsərə gen-bol bəs eləyirdi.  
Amma Gicbəsər daha burada qalmaq istəmirdi.  
O naməlum, o sirli aləm Gicbəsəri özünə çəkirdi.  
Və Gicbəsər o aprel günü sübh tezdən damdan aşağı düşdü, qarovulçu 
Əflatunun köşkünün yanında ayaq saxlayıb sol qılçını qaldırdı və sidiyini köşkün 
daş divarına boşaltdı, bununla da elə bil ki, təkcə qarovulçu Əflatuna yox, bütün 
Tülkü Gəldi Qəbiristanlığına «əlvida» dedi və qulaqlarını qısıb özünün yeni 


 
14
həyatına, yeni dünyasına – naməlum bir gələcəyə doğru qaça-qaça Qəbiristanlıq 
Idarəsinin darvazasından çıxdı.  
 
2  
«ƏZIZIMIN CƏFASI» ROMANI 
 
Elə ki, həmin aprel səhəri açıldı, elə ki, sübh tezdən məhəllənin qapıları 
cırıldadı, çayniklər su ilə doldurulub qazın üstünə qoyuldu, camaat həyətlərdəki 
ayaqyoluna girib-çıxmağa başladı, həyət adamları bir-birilə salamlaşdı, uşaqlar 
çörək dalınca Ağabalanın dükanına qaçdılar, o saat da bütün məhəlləyə xəbər 
yayıldı: gecə Xədicə arvad rəhmətə gedib və həmişə belə bəd xəbərli vaxtlarda 
olduğu kimi, arvadlar qara kəlağayılarını tələm-tələsik başlarına salıb Xədicə 
arvadın evinə getdilər, kişilər də yazıq Xədicə arvadın birmərtəbəli, üçotaqlı evinin 
qabağındakı balaca həyətə yığışmağa başladılar.  
Adamlar bir-bir o balaca həyətə doluşduqca Azərbaycan Dövlət 
Universitetinin filologiya fakültəsinin dördüncü kursunda təhsil alan tələbə Murad 
İldırımlı sentyabrın 1-dən bu tərəfə səkkiz ay yaşadığı bu məhəllənin gözə 
görünməyən teleqram sisteminə məəttəl qalırdı – elə bil ki, məhəllədəki dalanların, 
evlərin divarları, qapıları, pəncərələri, küçəyə düzülmüş qənbərlər bir-birinə xəbər 
verirdi və nə olurdusa, bütün bu ətrafda nə hadisə baş verirdisə, gecə, ya gündüz, 
fərqi yox idi, bircə anın içində bütün məhəlləyə yayılırdı. Tələbə Murad İldırımlı sağ 
əlinin baş barmağının dırnağını çeynəyə-çeynəyə, həyətə toplaşmış məhəllə 
kişilərinə baxırdı, sonra birdən yadına düşürdü ki, dırnağını çeynəyir, tez əlini 
ağzından çəkirdi.  
Arvadlar ağlaya-ağlaya evə girib-çıxırdı, o balaca üç otağı (o cümlədən, tələbə 
Murad İldırımlının və Xosrov müəllimin kirayədə qaldıqları otaqları), artırmanı 
silib-süpürüb sahmana salırdı, kimisi öz evindən un gətirirdi, kimisi yağ gətirirdi, 
şəkər gətirirdi, tas, qazan, qab-qacaq gətirirdi, halva çalmaq, yuxa bişirmək üçün 
tədarük görürdü, kişilər yavaş səslə iki-bir, üş-bir söhbət eləyə-eləyə cənazəni 
məscidə aparıb yumaq, ölüm kağızını almaq, qəbiristanda yer tapmaq, yazıq Xədicə 
arvadı bu gün saat neçədə qaldırmaq, başsağlığına gəlib-gedənləri yola salmaq üçün 
bazardan çay, qənd, limon almaq, mərhumun fərsiz oğlu Siçan Balaniyaza xəbər 
vermək və sairə bu sayaq məsələləri müzakirə edirdi.  
O balaca həyətin yuxarı başında, ayaqyolunun yanında altı daşla hörülmüş bir 
krant var idi və tələbə Murad İldırımlı indi həmin krantın yanında dayanıb bilmirdi 
ki, nə eləsin; bu cavan adamın, ümumiyyətlə, tünlüklə, qələbəliklə arası yox idi, 
adamlar çox olan yerdə özünü naqolay hiss edirdi və həmişə də tələbəyə elə gəlirdi 
ki, çoxluq içində qısa boyu, kobud sifəti, bir balaca donqar beli, darağa yatmayan 
pırpızaqlı qara və cod saçları camaatın diqqətini daha artıq cəlb edir; belə anlarda 
tələbə Murad İldırımlının ürəyi sıxılırdı, həyəcanlanırdı, bir bəhanə ilə uzaqlaşıb 
çıxıb getmək istəyirdi və sonra elə ki, gecə yerinə girirdi, səhər, günorta ya axşam 
bir-biri ilə canı-dildən söhbət edən, həmişə özlərini tamam sərbəst bilən o adamların 
– şəhərdə yaşayan tələbə oğlanların (xüsusən də aralarında qız olanda), yaxud 
redaksiyalarda, Yazıçılar Ittifaqındakı cürbəcür görüşlərdə, ədəbi müzakirələrdə 
toplaşmış cavan yazıçıların (xüsusən də həmişə odlu-alovlu danışan, millət dərdi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə