Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   2   3   4   5   6   7   8   9   10   ...   161

 
17
sürətli addımlarla gedə-gedə fikrində imzasız məktubun mətnini yazırdı, amma biz 
az keçirdi və hər şey yenə də əvvəlki təkliyin, tənhalığın qüssəsinə bürünürdü.  
Düzdür, tələbə Murad İldırımlıya elə gəlirdi ki, öləndən sonra da nənəsinin 
səsini eşidəcək, amma öləndən sonra hər şey bitir; əlbəttə, bunun özü də şərti bir 
həqiqət idi, yəni diri insanların fikrinə görə belə idi, əslində, kim bilir, bəlkə əsl 
həqiqət öləndən sonra açılacaq? Axı, ola bilməzdi ki, hər şey beləcə oyun olsun... 
Hər halda, nə qədər ki, bu dünya var idi, nə qədər ki, indiki tələbə (bəs sabahkı kim: 
kənd müəllimi? rayon qəzetinin ədəbi işçisi? təzədən kənd kitabxanaçısı? ya kim?) 
Murad Idırımlı bu dünyada yaşayacaqdı, o qədər də nənəsinin o səsi onunla birgə 
olacaqdı. Məsələ yalnız bunda deyildi ki, tələbə Murad İldırımlı lap uşaq olan 
vaxtlar atası dünyanın yaddan çıxardığı o kənddəki yaşamaq qayğılarından, 
Xruşşovun hətta eşşək saxlamaq üçün də təyin etdiyi böyük vergilərin (həmin 
vergiyə görə dərə-təpə sahibsiz eşşəklərlə dolmuşdu!..) əlindən cana gəlib günlərin 
bir gözəl günündə cavan arvadını da, körpə oğlunu da atıb Rusiyaya getmişdi və o 
vaxtdan bəri də ondan bir xəbər yox idi; anası bir müddət ərini gözləmiş, axırda 
yaşaya bilmədikləri üçün, qonşu kənddə dul, eybəcər, amma iyirmi il kolxozda 
hesabdar işləyib varlanmış bir kişiyə ərə getmişdi və o vaxtdan da uşağı nənəsi 
saxlamışdı; əsl məsələ bunda idi ki (hər halda, bu cavan adam belə fikirləşirdi), 
nənəsinin səsi, onun üçün doğrudan da o dağların, o çayların, o meşələrin səsi idi, o 
yerlərin ki, orada tələbə Murad İldırımlının təkliyini həmin dağlardan, çaylardan, 
meşələrdən savayı heç kim görmürdü və bu, özünün varlığı ilə bağlı tələbənin 
keçirdiyi xəcalət hissini bir az yumşaldırdı; o dağlarda, çaylarda, meşələrdə, əlbəttə, 
doğmalıq da var idi, çünki tələbənin qayğılardan uzaq uşaqlığı o yerlərdə keçmişdi 
və bu, istər-istəməz, onun ürəyində hərarətli bir iz qoymuşdu.  
O dağların döşündə, bir də heç vaxt geri qayıtmayacaq o gözəl uşaqlıq 
çağlarında, o zamanlar ki, gələcək tələbənin fantaziyası zirvələri, ətəkləri yay-qış 
ağappaq qar içində olan Babadağın, çılpaq sıldırım qayaların, arasından şırhaşır dəli 
çaylar axan yarğanların qoynuna sığışmırdı, xəyal o balaca uşağı götürüb dünyanın 
ən möcüzəli məmləkətlərinə aparırdı, qaniçən şahlarla, igid və ədalətli şahzadələrlə, 
gözəl şahzadə qızlarla, divlərlə, cinlərlə danışan quşlarla, Süleyman peyğəmbərlə 
görüşdürürdü, onda Murad həmişə nənəsinin tumanının böyründə olurdu və nənəsi 
un tapıb təndirə çörək yapanda, sacda yuxa bişirəndə, samovara köz salanda, həyət-
bacadan pencər yığanda da o möcüzəli dünyanın əhvalatlarından elə hey danışırdı, 
danışırdı və tələbə kəndin kitabxanasında işlədiyi illərdə heç ağlına da gətirməzdi ki, 
həmin o danışıqlar beləcə beynində həkk olub qalıb, Bakı soyuqqanlığı içində, Bakı 
benzini, tüstüsü, asfaltı içində o söhbətlər birdən-birə yadına düşəcək; yadına 
düşəcək, amma daha möcüzəli məmləkətlərdən xəbər verməyəcək, gözəl şahzadə 
qızlar da, igid şahzadələr də o nağılların, məsəllərin danışıldığı vaxtda qalacaq.  
Nənəsi sübh tezdən yerindən qalxıb, xaşasını götürürdü, gələcək tələbə də 
nənəsinin böyrünə düşürdü, biçilib, dərzi daşınıb aparılmış kolxoz zəmisində başaq 
eləməyə gedirdilər və ta gün günorta yerinə qalxana qədər orda-burda yerə tökülmüş 
buğda sünbüllərini xaşaya yığırdılar, elə ki, gün qızırdı, yorğunluqlarından daha 
addım ata bilmirdilər, gedib biçilmiş o kolxoz zəmisinin ortasındakı tənha dağdağan 
ağacının kölgəsində otururdular, nənəsi lap ulu babalardan qalmış balaca cürdəkdə 
gətirdiyi və hərdənbir o dağdağanın altına gəlib yerini dəyişə-dəyişə bütün gün 
ərzində kölgədə saxladığı sudan töküb bir-iki ovuc üzünə vururdu, sərinləyirdi, 


 
18
nəvəsinin də əlinə bir az su tökürdü və gələcək tələbə də o qızmar gündə gözəl bir 
sərinlik hiss eləyirdi, sonra nənəsi özüylə gətirdiyi dağarcıqdan bir acıtmalı çörək, 
iki-üç göy soğan çıxarırdı və nəvəsiylə birlikdə yavaş-yavaş gəvələyirdilər, sonra da 
nənəsi arxasını dağdağan ağacının gövdəsinə söykəyib mürgüləyirdi. Qəribə idi, elə 
ki, nənəsi mürgüləməyə başlayırdı, sərin bir yel qalxırdı və o zamanlar o uşağa elə 
gəlirdi ki, o gözəl sərin yel nənəsinin danışdığı o uzaq (və yaxın) möcüzəli dünyadan 
əsir. Nənəsi yenə də durub başaq eləyirdi, amma gələcək tələbə eləcə o tənha 
dağdağanın kölgəsində otururdu və səhərdən bəri nənəsinin danışdığı o möcüzəli 
aləmə, o gözəl şahzadə qızların, o igid şahzadə oğlanların, quşların dilini bilən o ağ 
saçlı, ağ saqqallı Süleyman peyğəmbərin yanına gedirdi.  
Evə qayıdandan sonra nənəsi artırmada palaz açırdı, xaşadakı sünbülləri 
palazın üstünə töküb toxmaqla döyürdü, sonra xəlbirlə samanı yelə sovururdu, sonra 
da dəni ələyirdi və danışırdı, danışırdı... 
Bir kişiydi, on uşaqları varıydı, bir də bir arvadıydı. Bu qədər külfətin hamısı 
bir balaca daxmada yaşayırdı. Daxmada oturub-durmağa yer yoxuydu. Bir-birinin 
qarnına bitişib yatırdılar gecələr. Arvad da bir tərəfdən gecə-gündüz kişiyə aman 
vermirdi, elə hey deyinirdi... Deyinirdi ki, belə də yaşamaq olar? Belə də həyat olar? 
Axırda kişi tab gətirmədi, getdi çıxdı Qaf dağının təpəsinə. Qaf dağı bilirsən nətər 
dağdı? Bizim, bax, bu dağlar var e, Qaf dağının yanında heş nədi... Kişi çıxdı Qaf 
dağının təpəsinə, əllərini göyə qaldırıb: «– Ya Allah, – dedi. – O daxmada daha 
yaşaya bilmirik. Həyatımız cəhənnəm əzabıdı. Ya bizə bir genişlik ver, ya da məni 
öldür ki, canım qurtarsın...» Kişi bu sözləri deyəndən sonra göy guruldadı, ildırım 
çaxdı, tufan qopdu. Kişi başa düşdü ki, Allah onun sözlərini eşitdi. Geri qayıdanda 
gördü ki, arvad oturub daxmanın qabağında, dizlərinə döyür, saçlarını yolur. 
Soruşdu ki, nə olub? Arvad ağlaya-ağlaya cavab verdi ki, daxmada oturmuşduq, 
birdən göy guruldadı, ildırım çaxdı, tufan qopdu, dam yarıldı, həzrət Mikayıl bir 
uzunqulaqla birlikdə peyda oldu, dedi ki, Allah-taala belə buyurub ki, bu uzunqulaq 
da sizinlə bir yerdə bu daxmada yaşasın, indi odu, o eşşək də daxmadadı, bu da 
bizim ruzimiz... Bundan sonra o kişi də, o arvad da, onların o on uşağı da həmin 
daxmada həzrət Mikayılın gətirdiyi o eşşəklə bir yerdə yaşadılar, eşşəklə bir 
yatdılar, bir durdular. Bir müddət beləcə ömür sürdülər, anadan əmdikləri süd 
burunlarından gəldi. O, darısqallıq içində eşşək bir tərəfdən, arvadın da gecə-gündüz 
deyinməyi bir tərəfdən. Axırda kişi dözmədi, yenə yollandı getdi çıxdı Qaf dağının 
təpəsinə, yenə əllərini göyə tutub: «– Ya Allah. – dedi.– Ya bizi bu uzunqulaqdan 
xilas elə, ya da məni öldür ki, canım qurtarsın, çünki belə yaşamaq olmaz ki, mən 
yaşayıram...» Yenə göy guruldadı, yenə ildırım çaxdı, tufan qopdu və kişi yenə də 
başa düşdü ki, Allah onu eşitdi. Qayıdanda gördü ki, arvad da, uşaqlar da daxmanın 
qabağına yığışıb toy-bayram eləyirlər, elə sevinmək sevinirlər ki, gəl görəsən... Kişi 
soruşdu ki, nə olub? Arvad cavab verdi ki, oturmuşduq daxmada, birdən göy 
guruldadı, ildırım çaxdı, dam yarıldı, həzrət Mikayıl qurban olduğum gəlib eşşəyi 
geri apardı... Həmin gündən o kişi də, o arvad da, onların o on uşağı da həmin o 
daxmada ömürlərinin axırına qədər şad-xürrəm yaşadılar, talelərindən də çox razı 
qaldılar... 
Tələbənin yadına gəlir, o vaxt ki, nənəsi artırmada palazın qabağında bardaş 
qurub dən ələyə-ələyə bu əhvalatı danışmışdı, onda gələcək tələbə Murad İldırımlıya 
ən qəribə gələni bu olmuşdu ki, sən demə, dünyada elə dağlar var, hər tərəfdən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə