Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə14/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   10   11   12   13   14   15   16   17   ...   37

 

29 


Dədəm bir də boğazını arıtladı. Az keçməmiş bir də daha dərindən arıtladı, boynu 

ilə yanaşı sinəsini də irəli verib səsinin tonunu dəyişdi: 

«Özümüzə daxal tikmək istəyirik». 

Sovet sədri gözlərini məndən çəkib dədəmə zillədi: 

«Tikin də!» 

«Bir az ağac-uğac lazımdı, biz olan kənddə ərər ağacları böyümür, torpağın bir-iki 

metrliyində…» 

«Tikin  də,  qoymuruq  bəyəm»  -  sədr  dədəmin  sözünü  kəsdi  və  əslində  onun 

yenidən mövzudan sapmağına imkan vermədi. 

«Ağacımız  yoxdu  də…  Dedim  bəlkə  idarənizin  həyətindəki  bu  ağaclardan 

birini…» - dədəm həmsöhbətinin tündləşən sifətinə baxıb sözünü yarımçıq kəsdi. Sovet 

sədri elə bil dədəmin qoltuğundakı baltanı indi gördü. Üz-gözünü turşutdu, səsi dəyişdi: 

«Bilirsiniz,  bu  ağaclar  kalxozundu.  Əslində  heç  kalxozun  da  deyil,  təbiəti 

mühafizənindi. » 

«Bəlkə kolxoz sədriylə  görüşdürəsiniz bizi» - Bu dəfə  işin düzəlməyəcəyini  yəqin 

edən dədəm onun sözünü kəsdi. 

«Kalxoz  sədri  indi  burda  yoxdu,  abeddən  sonra  gələcək.  İdarəsini  tanıyırsınız?»  - 

cavab  gözləmədən  sağ  tərəfinə  qoyulmuş  kiçik  stolun  tinindəki  düyməni  basdı,  içəri 

cavan bir oğlan girdi. 

«Apar bu kişiyə kalxozun idarəsini göstər. »  

*** 

Nahar  vaxtı  kalxozun  həyətində  xeyli  hərləndik.  Dədəm  ərər  ağclarına  diqqətlə 



baxır,  orta  barmağı  ilə  gövdəsini  ehmalca  çırtmalayır,  elə  bil  tikili  üçün  nə  dərəcə 

dözümlü olduğunu  yoxlayırdı. Arada  gözünün birini  yumub başını ağaca  yaxınlaşdırır, 

altdan  yuxarı  tüfəng  lüləsi  kimi  dümdüz  uzanmasına  baxıb  heyrətlə  deyirdi: 

«Pahatonnan!  Bizdə  belə  ağac  hardan  idi?  Deyəndə  ki,  Laçın  yaşayış  yeri  deyil,  mənə 

gülürdülər. İmkanın ola, elə buralarda ölüb qalasan». 

Kalxoz idarəsinin həyətində nəhəng bir xan çinarı vardı. Dədəm bu ağaca da xeyli 

tamaşa elədi. Uzun  müşahidədən sonra bağı özü salıbmış kimi fəxrlə dedi: «On-on beş 

evin materialı var bu çinarda. Qol-qanadını da bir qış uzunu yandırmaq olar». 

Sonra  cibindən  qatlanmış  dəmir  metrəni  çıxarıb  ağacın  yoğunluğunu  ölçdü. 

Metrəni  gözünə  lap  yaxınlaşdırıb  dırnağının  altında  sıxdığı  rəqəmə  diqqətlə  baxdı  və 

heyrətlə  başını  qaldırdı:  «Poohooo!!!  Altı  metir  qırx  iki  santı…  Desən  heç  kim 

inanmaz». 

 

*** 


Kalxoz  sədrinin  yanına  tək  girdi  dədəm.  Bu  dəfə  baltanı  da,  kepqasını  da  mənə 

verdi.  İçəridən  çıxanda  qaşları  yerindəcə  biri-birinə  düyünlənmişdi.  Dinməz-söyləməz 

kepqasını  da,  baltanı  da  məndən  alıb  kalxoz  idarəsinin  həyətindən  çıxdı.  Darvazadan 

təxminən  on  addım  aralanandan  sonra  dərindən  köks  ötürüb  dedi:  «Gəl  gedək,  Allah 

bunnarın da evini yıxsın». 

*** 


Sənəm  arvad  bizə  gəlmişdi.  Dədəmə  kənddəki  yükləyici  traktorla  danışıb  saman-

palçıq  yoğurtdurmağı  məsləhət  gördü.  Nə  qədər  havalar  istidi  palçıq  qıcqırsın,  kərpic 




 

30 


kəsilsin,  sonra  puluyla  da  olsa  ağac-uğac  tapmaq  olar.  Günortadan  sonra  dədəm 

yükləyici  dalınca  getdi,  mən  balaca  qardaşımı  qarşılamağa  çıxdım.  O,  pambıq 

sahələrinin yanındakı balaca təpəciklərdə qoyunlarımızı otarırdı. 

Örüşə  tərəf  çıxar-çıxmaz  tanımadığım  bir  oğlan  mənə  yaxınlaşıb  dedi  ki, 

qoyunlarınızı  tutdular.  Harda?  Pambıqda.  Addımlarımı  yeyinlətdim.  Həqiqətən  də 

kalxozun pambıq tarlasının yanında, «Mal yeri» deyilən sahədə xeyli adam toplaşmışdı. 

İki  “Jiquli”  maşın  vardı.  Qaçdım.  Kolxoz  sədri,  sahə  müvəkkili,  pambığın  qoruqçusu, 

yaxında-uzaqda  pambıq  yığan,  su-suvaran  adamlar…  hamısı  burda  idi.  Qoruqçu 

qardaşımı  tutmuşdu.  Qardaşım  ağlaya-ağlaya,  qışqıra-qışqıra  nə  qədər  dartınırdısa  da, 

onun  əlindən  çıxa  bilmirdi.  Məni  görüb  daha  bərkdən  hönkürdü.  Nə  baş  verdiyini 

anlamadan qoruqçunun üstünə cumdum: «Uşağı burax!!!» 

Qoruqçu:  «Pambığı  otarmağınız  bəs  deyil,  hələ  bir  üstümə  gəlirsən.  Sən  öl  səni 

dədənnən  bel-belə  sarıtdıracam.  Budu  e,  bütün  hökumət  burdadı.  Qoyunlarınızın 

hamısını aktlaşdırıb ətə göndrəcəm». 

«Uşağı  burax,  əclaf!»  -  qoruqçu  ilə  yaxalaşdım.  Məni  tutdular.  Bu  heynidə 

qoruqçunun  oğlu  üstümə  qaçdı,  sifətimə  möhkəm  bir  yumruq  ilişdirdi.  Əvvəlcə  sol 

gözümdə  yaşıl  işıq  parıldadı,  sonra  bütün  aləm  qaraldı.  Qollarımdan  yapışmasaydılar 

yıxılacaqdım.  Başıma,  gözümə  qapaz-yumruqlar  dəyir,  ancaq  o  qədər  təsir  eləmirdi. 

Ara-sıra tanımadığım səslər eşidirdim: «Kərim, vurma!», «Kərim! Kərim!», «Ə, biriniz 

onu tutun!», «Buraxın məni, onun anasını ….!» 

Gözümün  altına  soyuq  suda  islanmış  əski  qoydular.  Qardaşım  vurulduğumu 

görəndən  sonra  səsini  kəsdi.  Amma  gözümü  açanda  onun  xısın-xısın,  səssiz  ağladığını 

gördüm. Sahə müvəkkili yaxınlaşıb məni vurana, yəqin Kərim bu idi, bir sillə ilişdirdi: 

«Əclaf, sən kimsən vətəndaşa əl qaldırırsan!». 

Kərimin atası polisin qarşısına çıxdı: «Pox yeyib mən dədəsiynən!» 

Sahə  müvəkkili:  «Pox  yemiyəndə,  kanfet  tükanı  açmışam!  Sən  öl  səni  soxacam 

qoduqluğa». 

«Düz  elədim,  qudurublar  bunnar!  Babalarının  qəbrinə  erməni  işiyir,  gəlib  bizim 

yerimizi-yurdumuzu basdırırlar» - bunu Kərim dedi. 

«Kəs,  küçük!»  -  Kərimin  atası  oğlunun  ağzının  üstünə  bir  qapaz  vurdu.  Sonra 

mənə yanaşdı: «Bala, qələt eləyib. Cavansız, birini sən ona vurdun, birini də o sənə. Sən 

də gərək mənə əl qaldırmayaydın, yaşlı kişiyəm». 

Sahə  müvəkkili  maşına  minməzdən  əvvəl  əlini  açıq  qapıya  söykəyib  üzünü 

camaata  tutdu:  «Qoyunları  aparın  kalxozun  tövləsinə,  aktlaşdırın,  nə  qədər  ziyan 

dəyibsə ödəsinlər, mən icazə verməyincə heyvanları buraxmayın». 

*** 


Bir  azdan  dədəm  gəlib  çıxdı.  Əvvəlcə  bizi  danladı,  kalxozun  yerini  basdırdığına 

görə  balaca  qardaşıma  bir  sillə  vurdu.  Qardaşım  ağlaya-ağlaya:  «Ay  dədə,  vallah, 

qoyunları saxlaya bilmədim, qaçıb doluşdular pambığa…» - dedi. 

Heyvanlarımızı burxmadılar, dedilər «uçaskov» gəlməsə olmayacaq. 

Dədəm piyada düşdü  yolun ağına – Səməd Vurğuna tərəf. Biz olan kəndlə Səməd 

Vurğun kalxozu eyni sovetlik idi. 

Sonralar  bildik  ki,  dədəm  gecə  gedib  sovet  sədrini  tapıb,  vəziyyəti  danışıb.  xahiş 

edib  ki,  heyvanlarımızı  buraxsınlar,  bir  də  belə  qələt  eləmərik.  O  da  zəng  eləyib  sahə 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə