Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə2/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   2   3   4   5   6   7   8   9   ...   37

 

yox,  üstünlüyüdür;  ikincisi,  təsvir  olunan  olaylara  münasibətdə  hər  cür  prokuror 



sanksiyası, hakim ədasından uzaq müəllif obyektivliyi mövqeyində durmaq cəhdi! 

Obyektivlik  haqq-hesabında  bəzən  müəyyən  güzəştlərə  də  gedir,  məsələn, 

qaçqınlara və ümumən qaçqınlığa münasibətdə nəinki dünya, hətta Azərbaycan da 

yox,  Laçın  vətəndaşı  kimi  çıxış  edirsən  və  bu,  təbiidir.  Çünki  sən,  doğrudan  da, 

laçınlısan  və  bununla  ancaq  fəxr  eləmək  olar.  Dünya  nəsrində  müəllif 

obyektivliyinin  örnəkləri  sayılan  Stendal,  Flober,  Dostoyevski  də  yox,  eləcə 

Şərifsən  və  bundan  da  əndişələnməyə  dəyməz  -  onlar  da  Şərif  deyillər.  Ən  realist 

və  ya  postmodernistik  təhkiyən  belə  bəzən  Russo  qələminə  layiq  “gözlənilməz” 

sentimental  akkordlarla  bitir  və  bu  da  məntiqidir.  İnsan  ağrısı  və  bundan  doğan 

duyğusallıq  hər  cür  “izm”dən  ötədir.  Sənin  ən  “şən”  hekayənin  altında  da  hansısa 

ağrı  qıvrılır.  Və  bu  ağrının  ən  küt  oxucunu  belə  çaldığı  məqamlar  olur. 

Ədəbiyyatımızda bir yandan ağrısızlıq, arsızlıq sindromunun baş alıb getdiyi, digər 

tərəfdən isə bayağı, şablon kədərin tüğyan elədiyi bir vaxtda sənin hekayələrindəki 

təbii ağrılar daha qabarıq duyulur. 

Bəzən  “önəmsiz”  məsələlər  barədə  cümləni  cümləyə  qoşur,  səni  ən  çox  ağrıdan 

fakta  dair  isə  kiçik  bir  işarə,  hətta  sükutla  kifayətlənib  qalan  məsələləri  oxucuya 

etibar edirsən. Məncə, haqlısan, işarələr daha ciddidir, sükutun dili daha mənalıdır. 

Səssiz söhbət etibardır və bu etibarına görə sağ ol! Allah da bizimlə səssiz danışır, 

onun da səsini qulağımızda yox, ürəyimizdə eşidirik. 

Şərif!  Mən  bu  yazını  ön  söz  yox,  məktub  kimi  yazdım,  oxucu  yox,  müəllifə 

ünvanladım!  Çünki  mənə  bu  haqqı  verən  sən  oldun  və  sözümü  ancaq  sənə  deyə 

bilərəm. Amma  fikirlərim oxucular  üçün də  maraqlı olsa, bundan yalnız və  yalnız 

məmnunluq duyar və deyərdim: Şərif Ağayarı oxuyun. Onun timsalında yeni əsrin 

nasiri yetişir. 

 

Dərin ehtiramla, 



Əsəd Cahangir 

 

 

Laçınsız ilk gün 

 

 

İşğaldan bir gün əvvəl 

 

Kənd  arvadlarının  gördüyü  qara-qura  yuxular  Kəndxudanın  kürkünə  birə 



salmışdı. 

Kəndxuda özü də son vaxtlar qəribə yuxular görürdü; bir başından möhür, o biri 

başından cəza  vasitəsi kimi  istifadə etdiyi  simli qamçısı  ilana çevrilib onun boğazına 

sarılırdı.  Qəribəsi  o  idi  ki,  ilan  dil  açıb  danışır,  gördüyü  bütün  bivec  işləri  bir-bir 

Kəndxudanın  yadına  salırdı;  dostunun  arvadını  ərindən  qalma  mirasa  görə  zorla 

almasını,  bu  izdivac  üçün  kəndin  ən  yoxsul  kişisinin  atını  satıb  şəhər  qazisinə  rüşvət 

verməsini,  öz  arvadının  bu  hoqqalara  dözməyib  vərəmləməsini,  dostunun  oğlu, 



 

həmişə  “qardaşoğlu”  dediyi  Səlimi  qızı  ilə  nişanlayıb,  dostu  öləndən  sonra  bu  əhdi 



pozmasını… 

Kəndxuda  vaxtı  ilə  fəxrlə  “məni  kresloda  saxlayan  budur,  olmasa,  bir  gün  də 

camaatın  öhdəsindən  gələ  bilmərəm”  deyib  göydə  şaqqıldatdığı  qamçını  indi  hər 

görəndə əti çimçəşir, boğazında acı bir şey düyünlənirdi. 

O, incə hörgüləri gerçəkdən ilan qabığına bənzəyən simli qamçısını bir müddət 

əlinə  ala  bilmədi.  Günlərin  birində  isə  qamçını  kötüyün  üstünə  qoyub  balta  ilə 

doğradı, yuxusuna girməsin deyə uşağına murdarlatdı. 

Bu dəfə qamçı yaralanmış ilan kimi girdi Kəndxudanın yuxusuna. Yaralarından 

qan  sızan  ilan  fışıldayır,  dilinin  ucundan  qətran  kimi  süzülən  zəhər  Kəndxudanın 

ağzına  tökülürdü.  Kəndxuda  boğuldu,  çeçədi.  Səhər  duranda  boğazını  zəhər  kəsirdi. 

Güzgüdə dilinə baxdı, zəfəran kimi sapsarı idi. 

Divardakı təqvim… O, çoxdan  unudulmuşdu,  xeyli  vaxt  idi ki, köhnə  vərəqlər 

cırılmırdı. Kəndxuda günlərin keçməsini  istəmirdi elə bil. Qopub düşən hər səhifənin 

onu  hələ  dərk  edə  billmədiyi  dəhşətli  bir  günə  daha  da  yaxınlaşdırdığını  duyurdu 

sanki. 

Amma  nədənsə  bu  gün  tamam  başqa  ovqatda  idi  Kəndxuda.  Elə  bil 



narahatlıqlar  sona  çatmış,  qorxunc  xəyallar  ona  rahatlıq  vermişdi.  İndi  hər  şeyin  lap 

əvvəllki kimi oilmasını istəyirdi. Bunun üçün saat vaxtında işləməli, təqvim günbəgün 

cırılmalı idi. 

Kabinetində  azca  gəzinəndən  sonra  irəli  durdu,  təqvimi  təzələmək  üçün 

varaqları  bir-bir,  iki-bir  qoparmağa  başladı.  Qəfil  onu  ildırım  vurdu  elə  bil:  təqvimin 

sabahkı səhifəsindən qan damırdı. 

 

*** 


Başını  əlləri  arasında  möhkəm  sıxan  Kəndxudanı  xəyallar  aləmindən,  daha 

dəqiqi, xəyallar əzabından Çoban Səlimin tütəyinin yanıqlı səsi ayırdı. 

Atasını vaxtsız itirən, nişanlısından ayrılan, anası zorla kəndxudaya ərə verilən, 

atadan  qalma  bütün  var-dövləti,  torpaqları  əlindən  çıxan  Səlimin  başına  hava 

gəlmişdi.  İndi  qəpik-quruşa  kənd  camaatının  qoyun  sürüsünü  otaran  Səlim  qorxudan 

yox, şüursuzluqdan Kəndxudaya “dədə” deyirdi. 

Səlim  kəndin  sakit  və  aydın  sabahlarında  sürünü  dağın  döşünə  yayıb  tütək 

çalırdı.  Bu  tütəyin  yanıqlı  səsi  hər  evdə,  hər  ocağın  başında  eşidilirdi.  Eşidilirdi  və 

arvadları  ağladır,  kişiləri  kədərləndirirdi.  Ancaq  əlindən  bir  iş  gəlməyən,  gəlsə  də, 

ağrımaz  başına  dəsmal  bağlamaq  istəməyən  kənd  adamları  göz  yaşı  axıtmaq,  köks 

ötürməklə kifayətlənirdilər. 

Kəndxuda  həmişə  Çoban  Səlimin  tütəyinin  səsini  eşidəndə  cin  vururdu 

təpəsinə.  Ona  görə  yox  ki,  vicdan  əzabı  çəkirdi.  Ona  görə  ki,  bu  səs  Kəndxudanın 

dostunun  ailəsinə  elədiklərini  camaatın  yadına  salır,  onun  üstünə  nifrət  yağışları 

yağdırırdı.  Bəlkə buna  görə dərkolunmaz  bir  gücün, qara  bir qüvvənin boğanağından 

çıxa  bilmirdi.  Vaxtı  ilə  işdən  qovmaq  istədiyi  sağıcılardan  birinin  –  kənd  ağsaqqalı 

İsfəndiyar  kişinin  qızının  dediyi  sözləri  yəqin,  qəbr  evinədək  unuda  bilməyəcəkdi: 

“Dədəm  Səlimin  anasını  almağına  razı  olmadı,  indi  məndən  qisas  alırsan!  Qisas 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə