Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   2   3   4   5   6   7   8   9   ...   37

 

Bütün  kənd  Gərəhməzin  qapısına  yığışmışdı.  Arvadlar  ağlaşır,  kişilər  boğaz 



çəkib  yalvarırdılar.  Gərəhməz  evdən  bayıra  çıxmırdı.  Sanki  çöldə  bir  yığın  sərçə 

cükküldəşirdi. 

Çox  çək-çevirdən  sonra  Gərəhməzin  evinə  Çoban  Səlimi  yollamaq  qərarına 

gəldilər. Çünki burada olmayan yeganə kənd sakini Səlim idi. 

Kəndxuda  onun  dalınca  adam  göndərdi.  Səlim  gələn  kimi  İsfəndiyar  kişinin 

yanına qaçdı: 

“…Q….q….qorxuram….” –dodaqları titrədi. 

İsfəndiyar kişi: 

“Qorxma,  oğlum.  Bax,  indi  get,  gördüklərini  Gərəhməz  xalana  denən.  Denən 

gəlib bizə kömək eləsin”. 

Çoban  Səlim  adamların  sifətinə  baxa-baxa  Gərəhməzin  evinə  tərəf  addımladı. 

Qapını  açıb  içəri  keçdi.  Adamlar  yalnız  bundan  sonra  Gərəhməzin  qapısındakı 

qarağacın budaqlarının çürüdüyünü gördülər. 

 

*** 



Gərəhməz  Çoban  Səlimin  əlindən  tutub  bayıra  çıxanda,  camaatın  arasında 

dolaşan uğultu kəsildi. 

Rəngi meyiti xatırladan, dişləri tökülmüş, burnu donqarlamış qarını əvvəlcə heç 

kim tanımadı. Saçlarını cin hörmüşdü elə bil. Saman, ot, tikan parçaları da qarışmış bu 

düyünlər  yəqin,  heç  qiyamət  günündə  də  açılmayacaqdı.  Əynindəki  köhnə  libasın 

rəngini  ayırd  etmək  mümkün  deyildi.  Evindən  və  bədənindən  gələn  ifunət,  rütubət 

qoxusunu isə bircə yaxınında dayanan Səlim hiss edirdi. 

Səsi də tamam dəyişmişdi Gərəhməzin: 

“Nə istəyirsiz məndən!?”. 

Duruxdu,  gözlərini qıyıb diqqətlə camaata baxdı. Deyəsən, heç kimi tanımırdı. 

Ya da çoxdan bəri gün üzü görmədiyindən gözləri qamaşırdı. 

Xırıltılı səslə: 

“Dağılacaq bu kənd! Yernən yeksan olacaq!” 

Camaat ölü bir sükut içində “cin dəyişəyinin” nitqinə qulaq asırdı. 

“Baxın,  a  kor  olmuşlar”  –əlini  çürüyüb  tökülməkdə  olan  qarağaca  uzatdı  – 

“Görün çırağımı necə söndürdünüz. Sizin aranızda ala qarğa bala çıxarmaz!” 

Dodaqları əsdi, çoban Səlimin başını tumarlaya-tumarlaya əlavə etdi: 

“Bu  bədbəxtin  meyitini  kəndin  girəcəyindəki  tut  ağacından  asılı  gördüm. 

Qarğalar  gözlərini  dimdikləyirdi.  Məni  evimlə  birlikdə  yandırdılar.  Səni….  hı…. 

ədalətli kəndxudanı, tikə-tikə doğradılar”. 

Kəndxuda gözlərini avamcasına qırpdı. Gərəhməzin kefi lap kökəldi: 

“İsfəndiyar kişinin qızıl qanı ağ saqqalına yaman yaraşırdı…” – səsini yüksəltdi 

–  “Qadınlar,  hamınız  əsirsiniz!  Uşaqlar,  ölüsünüz!  Körpələr,  sizi  süngülərdə 

oynatdılar!” 

“Biz səni başa düşmürük, Gərəhməz! Bizə kömək elə…” – kimsə dilləndi. 

“Nəyi başa düşmürsüz, ay avamlar! Yaş çökəkdən gələn səsləri eşitmədiniz?” 

Adamlar təəccüblə biri-birinə baxdılar. 

Gərəhməz çürümüş budağa bənzəyən əlini havaya qaldırıb işarə verdi: 




 

10 


“Arxamca gəlin!” Və sürətlə getməyə başladı. Adamlar ha qaçsalar da ona çata 

bilmirdilər.  Birdən onun addım atmadığını, eləcə göylə  uçduğunu  gördülər.  Az sonra 

kənd adamları da Gərəhməzlə birlikdə havada uçurdular. 

 

*** 



Yaş  çökəyə  necə  çatdıqlarını  bilmədilər.  Gərəhməz  gələn  kimi  yerin  altından 

eşidilən  qarışıq  səslər  kəsildi.  O,  Yaş  çökəkdə  xeyli  hərlənəndən  sonra  böyük  bir 

çevrə cızdı, addımları ilə ölçüb çevrənin ortasını tapdı. Dodağının altında nəsə oxuya-

oxuya  dabanı  ilə  nəm  torpağı  eşib  balaca  bir  oyuq  açdı,  həmin  oyuqdan  nəsə 

çıxarırmış kimi əllərini altdan yuxarı hərəkət etdirməyə başladı. Əllərinin hər ikisi göy 

üzünə doğru açılıb dayananda Gərəhməz üzünü camaaata tutdu: 

“Ölüləriniz narahatdır, sizinlə görüşmək istəyirlər, kimi çağırım əvvəlcə?”. 

Adamlar çaşıb qaldılar, bir şey söyləyə bilmədilər. 

“Bəlkə  Səlimin  atasını  çağırım”  –  Gərəhməz  eyhamla  Kəndxudaya  baxdı, 

Kəndxuda yerində qurcuxdu. 

Gərəhməz bir də soruşdu: 

“Kimin ölüsünü çağırım? İrəli durun!”. 

Camaatın  arasında  narahat  bir  uğultu  gəzdi,  amma  heç  kim  yerindən 

tərpənmədi. 

“Nə gərnəşirsiz?! Hamının öləndən sonra yurdunu kor qoyduğu bir-iki qohumu 

var.  Maşallah,  bu  barədə  səxavətiniz  əskik  olmayıb.  Amma  kefinizi  pozmayın,  onlar 

bu ağır gündə belə üzünüzə baxmaq istəmirlər”. 

Hamı  İsfəndiyar  kişiyə  tərəf  çevrildi.  İsfəndiyar  kişi  boğazını  arıtlayıb  irəli 

durdu: 

“Rəhmətlik  Şükür  kişini  çağır.  O,  böyük  ağsaqqal  olub,  gör  bizə  nə  məsləhət 



verir”. 

“Bilirəm” – Gərəhməz dilləndi – “Kəndin ən hündür damının üstünə çıxıb, filan 

qızı  filan  oğlana  verdim  söylərdi.  Valideynlər  heç  nə  deməzdilər.  Çünki  Şükür  kişi 

heç  vaxt  layiq  olmayanları  evləndirməzdi.  Həmin  ailələr  ən  möhkəm  ailələr  olurdu. 

Amma bu ailələrdən siz doğuldunuz!” 

Gərəhməz qəflətən əllərini kənara açıb dal-dala qaşa-qaça qışqırdı: 

“Haddın! Haddın! Haddın! Brrəvın! Brəvvın! Brrəvın!” 

Bayaqkı  oyuqdan  uğultuyla  torpaq  püskürməyə  başladı.  Torpaq  havada  tüstü 

kimi  görünür,  yerə  qayıdınca,  heykəllərin  üstünə  tökülürmüş  kimi  adam  şəkli  alırdı. 

Sanki əvvəldən kəndin ən dərin dərəsi olan Yaş çökək gözəgörünməz adamlarla dolu 

imiş. Gərəhməz onların üstünə torpaq tökən kimi görünməyə başladılar. 

Bu adamlar hamısı çılpaq idi. Üz-gözlərini, ayıb yerlərini torpaq örtsə də, kənd 

adamları  öz  ölülərini  tanıdılar.  Onlar  yerin  altında  olduğu  kimi  qarışıq  səslər  çıxarır, 

narahatlıqla  ora-bura  qaçışırdılar.  Ölülər  ağzını  açdıqca  onların  dilinin  yerində  bir 

ovuc  çürüntü  görünürdü.  Odur  ki,  danışa  bilmir,  dəhşətli  bir  hadisənin  şahidi 

olduqlarını hərəkətləri ilə dirilərə anlatmağa çalışırdılar. Deyəsən, heç qohumlarını da 

tanımırdı  bu  adamlar.  Ruhları,  yaddaşları  yox  idi  bəlkə  də…  Tanrıdan  beş-on 

dəqiqəlik möhlət istəmişdilər, tanrı da sadəcə can vermişdi onlara. Ona görə daha çox 

heyvan  sürüsünə  bənzəyirdilər.  Cürbəcür  dəhşətli  səslər  çıxarıb  sağa-sola  qaçışan, 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə