Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   2   3   4   5   6   7   8   9   ...   37

 

11 


amma  Gərəhməzin  çəkdiyi  çevrədən  kənara  çıxa  bilməyən  bu  adamlar  kəndin 

ölülərinin  hamısı  deyildi.  Bunu  yerində  donub  qalmış  dirilərin  arasından  yeganə  fərq 

edən İsfəndiyar kişi oldu. 

 

*** 



“Bəsdir gözünüzü döydünüz” – Gərəhməz idi – “Haydı, ardımca gəlin, Ata yeri 

qayasının başına çıxmalıyıq”. 

Adamlar  yuxudan  ayıldılar  elə  bil.  Yaş  çökəkdə  nə  çevrə  vardı,  nə  də  onun 

içində vurnuxan ölülər. 

İsfəndiyar kişi təəcüblə soruşdu: 

“Şükür kişini görmədik axı!” 

Gərəhməz ona çəpəki bir nəzər saldı: 

“Şükür kişini işıqlı dünyadan çağıracağıq”. 

 

*** 


Ata  yeri  qayasının  üstündən  kəndin  bütün  torpaqları  görünürdü.  Yamyaşıl 

yamaclar sozalmış, dağlar balacalaşmış, bulaqlar azalmış, çaylar bulanmışdı. Göydəki 

buludların hamısı tünd qara rəngdə idi. Göy qaş-qabağını sallamışdı. 

İsfəndiyar kişi Ata yeri qayasının üstündən kəndin geniş, bərəkətli torpaqlarına 

həsrətlə baxıb dərindən köks ötürdü: 

“Babalarımız  vaxtı  ilə  burda  dayanıb  kənd  torpaqlarını  adamlar  arasında 

bölüşdürmüşdülər, bir nəfər belə narazı qalmamışdı. Onların ruhu indi bizimlədir, bizə 

kömək edəcəklər”. 

Gərəhməz  Ata  yeri  qayasını  başındakı  balaca  düzəngahda  saatlarla  sağa-sola 

qaçdı,  qəribə  hərəkətlər  edə-edə  əcaib  dillərdə  nəsə  oxudu,  ancaq  heç  nə  alınmadı. 

Hamı getdikcə daha böyük maraqla işıqlı dünyadan gələcək adamı gözləyirdi. 

Artıq  qüruba  əyilən  günəş  Ata  yeri  qayasının  başına  toplaşan  insanların  üzünə 

son  dəfə  işıq  salırdı.  Sanki  onları  bir-bir  bağrına  basır,  əlacsız-köməksiz  qoyub 

getmək istəmirdi. 

Gərəhməz  qan-tər  içində  düzəngahın  kənarındakı  ağ  mamırlı  daşın  üstündə 

oturdu.  Camaatdan  tütün  istədi,  tüsdülədə-tüsdülədə  gözlərini  qıyıb  çox  uzaqlara 

baxdı. Onun rəngi daha da saralmış, ovurdları çuxura düşmüşdü. 

Lal-dinməz xeyli oturandan sonra əlini Çoban Səlimə uzatdı: 

“Yaxın gəl, bala”. 

Çoban Səlim qorxa-qorxa Gərəhməzə yaxınlaşdı. 

“Çıxar  tütəyini.  Bu  tütək  kəndimizin  İsrafil  suru  olacaq.  Çal.  Çal  görək 

harayımıza kim gəlir”. 

Çoban  Səlim  tütəyi  çalmağa  başladı.  Tütək  çaldıqca  dəliklərindən  qan  axır, 

Səlimin  nazik  barmaqları  qana  bulaşırdı.  Səlim  gözlərini  yumduğundan  heç  nəyin 

fərqində deyildi. 

Az  keçməmiş  göydən  qayanın  tilinə  solğun  bir  işıq  düşdü.  Sonra  uzun,  ağ  əba 

geyinmiş  nurani  bir  adam  pilləkənmiş  kimi  işığın  üstü  ilə  aşağı  endi.  Adamlar  onun 

nurlu sifətinə diqqətlə baxdılar. Gələn Şükür kişi idi. 




 

12 


Şükür  kişi  danışmır,  camaata  baxıb  səssizcə  ağlayırdı.  Kənd  sakinləri  bir 

müddət    çaşqınlıq  içində  ona  tamaşa  etdilər.  Sonra  körpələrin  ağlaşma  səsi  gəldi. 

Ardınca  qadınların,  daha  sonra  kişilərin…  Bir-bir  Şükür  kişinin  yanında  zühur  edən 

rəhmətə  getmiş  kənd  sakinləri  də  səssiz  göz  yaşları  axıdırdılar.  Bu  adamların  içində 

Səlimin  atası  da  vardı,  Gərəhməzin  əri  də…  Ancaq  onlar  başlarını  qaldırıb  dirilər 

tərəfə baxmırdılar. Dirilər də ölülərin sifətinə baxa bilmirdilər. 

Qəflətən  dirilər  Şükür  kişinin  qarşısında  diz  çökdülər.  Kiminsə  boğuq  səsi 

eşidildi: 

“Sənə qurban olum, Şükür kişi, bizə yol göstər”. 

Şükür kişidən səs-səmir gəlmədi. 

“Yol göstər bizə! Yol göstər bizə!” – yerbəyerdən həyəcanlı qışqırıqlar eşidildi. 

Şükür  kişi  başını  bulaya-bulaya  ağlamağına  davam  etdi.  Göz  yaşı  axıda-axıda 

gəldiyi  işıq-pilləkənlə  yuxarı  qalxdı  və  gözdən  itdi.  Onunla  gələnlər  də  eyni  ilə 

arxasınca getdilər. İşıq şüasının üstündə bir nəfər güləş çöhrəli uşaq qaldı. O, ağlamır, 

hüznlə gülümsəyirdi. 

“Tanıdınızmı?” – Gərəhməz uşağa işarə edib soruşdu. 

Adamlar təəccüblə udqundular. 

Gərəhməz üzünü İsfəndiyar kişiyə tutdu: 

“Həə… hörmətli ağsaqqal, bax görək tanıyırsanmı?” 

İsfəndiyar kişi gözlərini qıyıb xeyli tamaşa edəndən sonra qışqırdı: 

“Kərəm!” 

Uşaq bir az da gülümsədi. 

“İndi Kərəmin kim olduğunu denən, hamı bilsin”. 

İsfəndiyar kişi çaşqınlıq içində sözə başladı: 

“Müharibənin  pis  vaxtları  idi.  Camaat  ağac  qabığı  yeyirdi.  Kərəmin  də  onda 

olardı  8-9  yaşı…  Məndən  bir-iki  yaş  böyük  idi.  Anası  ölmüşdü,  atasını  cəbhəyə 

aparmışdılar.  Bir  ayağı  şikəst  olan  əmisinin  yanında  qalmışdı  üç  uşaq  –  Kərəm,  5-6 

yaşında  bir  bacısı,  4-5  yaşında  bir  qardaşı…  Əmisinin  ac  uşaqlara  verməyə  heç  nəyi 

yox idi. Üstünə diləyə getməyə də adam qalmamışdı, hərə öz başının hayındaydı. Ona 

görə  Kərəmin  əmisi  gecələrin  birində  uşaqları  yuxuda  qoyub  arvadı  ilə  bahəm  qaçıb 

getdilər  kənddən.  Səhər  açılar-açılmaz  uşaqlar  əl-ələ  verib  ağlaşa-titrəşə  qapımıza 

gəldilər,  “Əmimiz  hanı”  –  deyib  haray  saldılar.  Dədəm  əlindəki  ağacla  bax  o  haça 

qayanı göstərib dedi, əminiz, arvadı ilə birlikdə ordan aşıb getdilər” –  İsfəndiyar kişi 

əlini kənd torpaqlarının uzaq qurtaracağındakı haça qayaya uzatdı – “Uşaqların üçü də 

əl-ələ verib həmin haça qayaya tərəf yola düşdülər. 

O  gündən  bəri  bu  uşaqları  “gördüm”  deyən  olmadı…”  –  İsfəndiyar  kişi 

duruxdu, birdən Kərəmin qarşısında diz çöküb başını yerə döyə-döyə qışqırdı: 

“Sizə  bir  loxma  çörək  verən  tapılmadı,  Kərəm!  Hansı  qurda,  hansı  quşa  yem 

oldunuz,  hansı  qayadan  uçdunuz,  hansı  canavar  parçaladı  sizi,  hansı  sel  apardı  bilən 

olmadı,  maraqlanan  olmadı…  İndi  özümüz  o  günə  düşdük!  Bütün  kənd,  bütün 

insanlar…” 

İsfəndiyar  kişi  hönkürdü.  Sonra  başını  zorla  qaldırıb  Kərəmin  zühur  etdiyi 

tərəfə baxdı. Havadan bir damcı göz yaşı asılmışdı. 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə