Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   2   3   4   5   6   7   8   9   10   ...   37

 

15 


«Uşaqlarım  qaldı!  Atam  qaldı!  Ailəm  qaldı!  Balalarım  qaldı!  Qardaşımın 

yetimləri qaldı!» 

Tanklar hərəkətə gəldi. Adamlar yoldan çəkildilər və camaatı düşmən umuduna 

qoyub  nərildəyə-nərildəyə  aradan  çıxan  bu  cansız  əjdahalara  nifrinlər  yağdırmağa 

başladılar.  Bircə  Əliqulu  yoldan  çıxmadı.  Qabaqdakı  tank  məcbur  olub  dayandı, 

içindən çantaraq bir əsgər düşüb Əliquluya yaxınlaşdı: 

«Dayı, çıx yoldan». 

«Bala,  bizi  qoyub  hara  gedirsiniz?  Barı  silahlarınızı  verin,  gedib  arvad-

uşağımızı xilas edək də...» 

«Çıx yoldan! Mane olma, biz əmrə tabeyik ». 

Əliqulu üzüqoylu asfaltın ortasına uzandı: 

«Onda mənim üstümdən keçəcəksiniz». 

Tankdan  daha  bir  əsgər  başını  çıxarıb  zabitəli  səslə  rus  dilində  nəsə  dedi. 

Görünür  komandir  idi.  Cantaraq  əsgər  onu  dinləyəndən  sonra  tələsik  Əliqulu  kişiyə 

yaxınlaşdı  və  avtomatın  qundağı  ilə  boynunun  arxasına  möhkəm  bir  zərbə  endirdi. 

Əliqulu  kişinin  sifəti  asfalta  dəyincə  hüşunu  itirdi.  Əsgər  yaxasından  yapışıb  onu 

yolun  kənarına  sürüdü.  Asfalta  tökülmüş  qanın  içində  Əliqulunun  qızıl  dişləri 

parıldayırdı. 

 

***    


Qaş qaralmışdı artıq. Qələbəliyin  içində  hamı biri-birindən kimisə  xəbər alırdı. 

Biz  də  təsadüfən  bir  qohumumuzu  gördük.  O,  dedi  ki,  dayım  maşın  tutub  heyvanları 

Ağcabədiyə  aparıb.  Day  elə  bir  işimiz  qalmamışdı.  Elə  həmin  maşının  üstündəcə 

Cəbrayılın Dastumas kəndinə gəldik. 

Tanımadığımız  tinlərin  birində  düşdük.  Kənddə  işıq  yanmırdı,  küçələr  zülmət 

içində idi. Dədəm qalın şüşəli eynəyini taxıb sağa-sola boylandı: 

«Bu kənddə olmamışam, heç yanı tanımıram». 

Boş  küçə  ilə  kəndin  içinə  tərəf  addımladıq.  Acından  ürəyim  gedirdi.  Hündür 

darvazalı evlərin birindən bişmiş çolpa ətinin qoxusu gəlirdi. 

«Bax, bir kasıb evi tap, a bala, gözüm yaxşı seçmir». 

«Kasıb niyə?» 

«Kasıblar dargöz olmur». 

Qəribədir, dədəm kəndimizin ən varlı adamlarından idi. 

Sınıq-salxaq  bir  darvazanın  qarşısında  dayandıq.  Həyət  divarla  deyil,  dağılıb-

yırtılmış  köhnə  çəpərlə  əhatələnmişdi.  Dədəm  darvazanı  taqqıldatdı,  cavab  gəlmədi. 

Bir  də...  Bir  də...  Yerdən  daş  götürüb,  təkrar  taqqıldatdı.  Yenə  cavab  gəlmədi. 

Darvazanı  qorxa-qorxa  itələdi.  Açıq  idi,  amma  eybəcər  cırıltısı  vardı.  Bir  qarış 

açmışdı ki saxladı, kepqasını götürüb başını içəri uzatdı: 

«Ay ev yiyəsi!» 

Mən çəpərin yırtığından həyətdəki tövlənin dəhlizini aydınca görürdüm. Əyninə 

plaş  geyinmiş  uzun  bir  kişi  əlində  fənər,  o  biri  əlində  ağac  üzü  tövləyə  dayanmışdı. 

Qarşısında  bir  camış  vardı.  Camışın  altında  çömbəltmə  oturan  qadının  çılpaq  dizi 

fənər işığında ağappaq ağarırdı.  

«Ay ev yiyəsi!» 




 

16 


Qadın cəld donunun ətəyini dartıb açıq dizini örtdü və camışın qarnının altından 

darvazaya  tərəf  baxdı.  Kişi  də  arxaya  boylandı.  Hətta  camış  belə  gövşəyə-gövşəyə 

üzünü  bizə  sarı  çevirdi.  Kişi  ayaqlarını  sürüyə-sürüyə  azca  aralanmış  darvazaya 

yaxınlaşdı.  Dədəm  kepqasını  başına  qoyub  qəddini  düzəltdi.  Ayna  qarşısındaymış 

kimi paltarını səliqəyə saldı. 

«Dığğğğğ...»  -  darvaza  ağır-ağır  açıldı,  kişi  dədəmlə  üzbəüz  dayandı.  Fənəri 

onun  sifəti  bərabərinə  qaldırıb  saxladı,  diqqətlə  baxdı.  Hannan-hana  yorğun  səsi 

eşidildi: 

«Kimsən?» 

«Allah qonağıyıq, ağsaqqal!» 

«Allaha da qurban, qonağına da...» 

Kişi  üzünü  çevirib  evə  tərəf  getdi.  Dədəm  də  arxasınca…  Bir  azdan  kişinin 

xırıltılı səsi gəldi: 

«Ay qız, Yasəmən, gəl qonaqların əlinə su tök». 

Əlində  vedrə  tutmuş  gözəl-göyçək  bir  qız  evin  dəhlizinə  tərəf  yaxınlaşdı. 

Vedrəni bizdən iki-üç addım aralı, pilləkənin üstünə qoyub içəri keçdi. Əlində aftafa, 

qolunun üstündə ağ dəsmal geri qayıtdı. Kişi sakitcə dayanıb baxırdı. 

Əvvəlcə dədəm ovuclarını tutdu. Əllərini biri-birinin üstündə təzəcə hərləmişdi 

ki, qız qəflətən qeyri-adi bir səslə qışqırdı: 

«A pişik!!!» 

Hamımız diksindik. Qız özü də qorxdu və əlini ağzına aparıb susdu. Sonra cəld 

aftafanı  yerə  qoyub  pilləkəndəki  vedrəyə  tərəf  yüyürdü.  Vedrəyə  qara  bir  pişik 

sırmanmışdı.  Qızın  gəlişini  görən  heyvancığaz  evin  dəhlizi  ilə  qaranlıq  küncə  tərəf 

götürüldü.  Qız  pilləkəndəki  palçıqlı  qaloşlardan  birini  götürüb  pişiyin  arxasınca 

tolazladı. Qaloş da, pişik də qaranlıqda  görünməz oldu.  Artıq  mən qızın əlindən  yerə 

düşüb  suyu  laqqaluqla  boşalan  aftafanı  qaldırıb  dədəmin  əllərinə  su  tökürdüm.  Qız 

utandığından  baş  barmağının  dırnağını  qabaq  dişlərinin  arasına  sürtə-sürtə  bizə 

yaxınlaşdı və birdən pıqqıldayıb gülməyə başladı. Nə qədər başını gizlədib özünü ələ 

almağa çalışdısa da, heç nə alınmadı. Kişi dözmədi: 

«Noolub, bala?» 

Qız əlindəki dəsmalı kişiyə verib qaça-qaça bizdən uzaqlaşdı. 

Yuyunub,  qurulanandan  sonra  evə  keçdik.  Bura  yəqin  ki,  qonaq  otağı  idi.  Bir 

stol,  dörd  stul,  bir  «Rekord»  markalı  köhnə  televizor  və  bir  çarpayı  vardı.  Stolun 

üstünə  çıraq  qoyulmuşdu.  Əyləşdik.  Kişi  görünüşünə  bab  gələn  usandırıcı  bir 

ağırlıqda söhbətə başladı: 

«Uzaq yerdən gələnə oxşuyursuz». 

«Hə, Laçınnanıx» – dədəm cavab verdi. 

«Laçını da verdilər?» 

«Verdilər». 

«Köpəyuşağı...  Yoxdu  da  bu  millətin  yiyəsi.  Nə  təhər  çıxdınız?  Ölüm-itim 

olmadı ki?» 

Dədəmin səsi boğuldu: 

«Hələ bilmirik». 

Kişi dədəmin qəhərləndiyini görüb, təsəlli vermək istədi: 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə