Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

 

17 


«Ürəyini sıxma, inşallah yaxşı olar». 

Sonuncu  söz  kişinin  dodaqlarından  üzülməmiş  işıqlar  yandı.  Kişinin  gözləri 

parıldadı:  

«Gördünüz, Allah var, irəhimi var. Oğlundu? 

...Söhbət  xeyli  uzandı.  Sonra  kişi  durub  televizoru  işə  saldı.  Televizor 

göstərmədi. 

«Andırı dünən düzəltdirmişdim» – deyib də televizorun  «təpəsinə» bir  yumruq 

ilişdirdi.  Bu  an  Bəxtiyar  Vahabzadə  göründü  ekranda.  O,  vətənpərvərlik  və  Qarabağ 

mövzusunda  danışırdı.  Şeir  də  oxudu.  Biz  şairə  qulaq  asa-asa  Yasəmənin  gətirdiyi 

qatıq  doğramasından  yedik.  Qablar  bir  az  çirkli  olduğundan  mən  güc-bəla  ilə  yedim. 

Bir yandan da Yasəmənin hərəkəti yer eləmişdi mənə. O, hər dəfə stola yaxınlaşanda 

yenə  səssiz  gülüşlə  içində  uğunub  gedir,  başını  və  göyçək  çöhrəsini  hamıdan 

gizlətməyə  çalışırdı.  Dədəmin  vecinə  deyildi  heç  nə.  İki-üç  qaşığa  boşqab  par-par 

parıldadı. 

Bir  azdan,  dədəm  demiş,  havamızı  dəyişməyə  çıxdıq.  Qayıdanda  gördük 

Yasəmən  iki  nəfər  üçün  yer  hazırlayıb.  Yəqin  yenə  gülə-gülə.  Döşəmədəki  nazik 

döşəklərdən  birinin  üstünə  uzandım.  Dədəmgil  üz-üzə  oturub  təzədən  söhbətə 

başladılar. Bayaqkı veriliş də qurtarmamışdı hələ.      

 

 

 



 

Mənə elə gəldi ki, gülməli əhvalat danışır 

 

Bir  həmyerlimiz  Bakıda  pullu  tualetlərdən  birinə  gedir.  Beş  yüz  manat  alırlar 



ondan. Tualetdən bir-iki addım uzaqlaşan kimi üzünü təxminən qoyub gəldiyi dağlara 

tərəf tutur: 

«Can ay dağlar, bu hesapnan sizə nəxərtə borşdu qaldım». 

Məncə yanılır o kişi! Əksinə, biz bütün borclarımızı bu yolla qaytardıq o torpağa. 

Bəli, məhz bu yolla! Bir qara qəpik belə verəcəyimiz qalmadı. 

Əvvəllər  Daşburundan  Beyləqana  gələn  yolun  çala-çuxurunda  bir  mistika 

axtarırdımsa, indi  belə işlərə soyuq başla  yanaşıram. O  vaxt  hesab edirdim ki, torpaq 

bu  çala-çuxurla  maşınların  sürətini  azaldır  ki,  mümkün  qədər  gec  getsin,  onu  qoyub 

qaçmasın.  

Dədəmlə  Cəbrayılın  Dağtumasından  mindiyimiz  «Qaz  53»  maşının  «kuza»sında 

Ağcabədiyə  gəlirdik  və  Daşburun-Beyləqan  arası  həmin  çala-çuxurların  təsirindən 

poetik  xülyalara  dalmışdım.  Dədəmin  nə  düşündüyü  bəlli  deyildi.  Çünki  o,  heç  nə 

danışmırdı. Eləcə gözlərini maşının sinəsinin altından sürətlə axıb keçən asfalta dikib 

susurdu. 

***          

Taxtakörpü.  Ağcabədi  rayon  mərkəzinin  11  kilometrliyi.  Bura  sonralar  Laçın 

rayonunun    mərkəzinə  çevriləcək,  ağ  şirmayi  evlərdən  böyük  bir  qəsəbə  salınacaq, 

icra hakimiyyti üçün dəbdəbəli saray tikiləcək, çardağına üçrəngli bayraq taxılacaqdı. 

İcra  binasından  azacıq  aşağı  rayonun  polis  şöbəsinə  miskin  bir  bina  tikəcəkdilər, 



 

18 


böyründə də təcridxanası…  Ən əsası, təcridxananın əlli  metrliyindən keçən və bütün 

Laçın yataqlarını dolanıb İmişliyə – Şirin Quma qədər uzanan xır yolunun üstünə bir-

birinin  ucuna  bağlanmış  və  arxasına  ağır  KAMAZ  diski  keçirilmiş  payalardan 

əzəmətli şlaqbaum qoyulacaqdı və təzə Laçın bu şlaqbaumdan başlayacaqdı. 

İndi  demək  olar  ki,  heç  nə  yox  idi  bu  düzəngahda.  Beton  divarlardan  ibarət 

hasara alınmış sahə, bir-iki balaca köşk, təkər təmiri sexi, vaqon və s. Heç bir maneəsi 

olmayan  xır  yolu  ilə  «evimizə»  gedirdik.  Xalamgilin  Baş  yataqda  daxalı  var  idi  və 

bütün qohum-övlad (ana tərəfdən) bu daxala yığışmışdı.  

Görüşəndə ilk dəfə biri-birimizə «necəsən» söyləmədik.  

O gecədən ən çox yadımda qalan anamın giley-güzarı oldu: 

«Nə qədər yalvardım qohumlarınız bir gəbə də götürmədilər».  

Anam qonşu kənddən  idi. Həmişə dədəmin qohumlarının bizə olan  məhəbbətinə 

şübhə  toxumu  səpmək  istəyir,  əvəzində  öz  qardaş-bacısının  daha  yanımcıl  olduğunu 

beynimizə  yeridirdi.  İndi,  ilin-günün  bu  vədəsi  arvadın  əlinə  əməlli-başlı  fürsət 

düşmüşdü.  

Sonralar  soruşub  öyrəndim  ki,  qaçhaqaç  vaxtı  maşın  olmadığından  tək  anamdan 

yox,  heç  kəsdən  yorğan-döşək,  gəbə-filan  götürməyiblər.  Hər  beş  uşağa  bir  kisə  un, 

vəssalam! Aran onsuz da istidi, bircə, ac qalmayasan.  

«Cələkəsən köppəyuşağı! Elə bildilər girov qalacayıq. Allah mənimkilərin canını 

sağ eləsin». 

Evimizi  xalam  oğlu  göndərdiyi  maşınla  çıxarmışdılar  deyin  anamın  qarşısında 

duruş gətirmək çətin idi. Odu ki, dədəm dinmirdi.  

*** 

Məni səhər ertədən qaldırdılar. Füzulinin Alxanlısına – qohumlara əmanət qoyub 



gəldiyim mal-qaranın yanına qayıtmalı idim. Ayağa duran kimi açıq qapıdan daxalın o 

biri  otaqçasında  sərələnib  mış-mış  yatan  qohumlarıma  baxdım.  Xocalı  meyidlərini 

xatırladırdılar -üstlərindən tank keçmişdi elə bil. 

*** 


…Əmim  iri  əli  ilə  boynumun  arxasını  sığallaya-sığallaya  dedi  ki,  əgər  dədən  o 

tüfəngi  məndən  almasaydı,  Kəlbəcər  oğrularına  heyvan  verməzdim,  qorxmazdım 

onlardan.  Sonra  güldü,  heç  qorxana  oxşamırdı  və  birdən  mənə  elə  gəldi  ki,  gülməli 

əhvalat danışır və mən də güldüm… 

Oyatdılar  məni.  Əl-üzümü  yuyub  yüngülvari  çay  içdim  və  inəkləri  holadım. 

Alxanlının  bahar  havasını  ciyərlərimə  çəkə-çəkə  fitlə  bir  iki  saz  havası  da  çaldım. 

Haramı  düzəngahının  kəndə  yaxın  ütülü  təpələrinin  birinin  başına  qalxmışdım  ki, 

yaxınlığımızdakı taxıl zəmisinin qoruqçusu şalvarı qılçalarında  hövlank ayağa durdu. 

Kök  olduğundan  şalvarını  dalından  keçirib  ortasını  bağlamağa  macal  tapmadı. 

Şalvarını  düzəldə-düzəldə  arxasına  baxmadan  uzaqlaşan  taxıl  qoruqçusunun  nəcisi 

göy otların arasında buğlanırdı.  

*** 


Axşama  yaxın  uzaqdan  bir  qaraltı  göründü.  Gəlhagəl,  gəlhagəl…  gəlib  çıxdı  ki, 

məndən kiçik qardaşımdı. Yanıma çatar-çatmaz dedi: 

«Əmim itkin düşüb». 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə