Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə26/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   22   23   24   25   26   27   28   29   ...   37

 

55 


*** 

Qaçqınçılıqdan altı ay sonra qohumlarımızdan biri Kəlbəcər üzdən aşıb getmişdi 

kəndimizə.  Onun  gətirdiyi  xəbəri  bütün  ailə  üzvlərimiz  söz-söz  cümlə-cümlə  əzbər 

bilirik.  Bu  cümlələri  təhrif  edən  olsa,  daxmamızda  əməlli-başlı  mərəkə  qopar: 

"...Qıfılı  sındırmışdılar.  Hər  yeri  qırıb-töküb  axtarmışdılar.  Salamat  pəncərə  yox  idi. 

Pilləkəndə  bir  qarış  ot  bitmişdi.  Həyətinizdə  cəngəl  əlindən  yerimək  olmurdu. 

Məhəllədəki evlərin və ot tayalarının heç birini yandırmamışdılar." 

*** 


Evimizi son dəfə  fotoşəkildə  gördüyümdü. Uzaqdan çəkilmiş pozuq, bulanıq bir 

fotoşəkildə... Onu da bizə  vermədilər. Kənd bütöv düşmüşdü deyin  üstündə dava  idi. 

Üzünü çıxarmaq isə heç cür mümkün deyildi. 

 

 



Anaxanım 

 

Dədəmin birinci arvadı olub Anaxanım. Həm də yaxın qohumudu. Bir yerdə on ilə 



yaxın ömür sürüblər, övladları olmayıb. Tale gülməyib üzlərinə. Səbəbi özündə biləndə 

«gəl  üzüsulu  ayrılaq»  deyib  dədəmə.  Dədəm  də  razılaşıb,  yaxın-uzaqda  yaşayan 

qohum-əqrəba da... «Elin adəti var, doğmayan arvadı saxlamazlar!» 

Balaca daxmalarında nə varsa, tən bölüblər. Bir daxma qalıb, bir də bir inək. İnəyi 

ona  bağışlayıb  dədəm,  daxmanı  özü  götürüb.  Deyilənə  görə,  heç  inəyi  də  aparmaq 

istəmirmiş: «Nəyimə gərəkdi, saxlayanım yox, otaranım yox. » 

Zənbilini  qoltuğuna  vurub,  inəyini  qabağına  qatıb  getmək  istəyəndə,  «Dayan» 

deyib dədəm:  

«İlk oğlumu sənə verəcəm... Qoy qocalanda yiyə dursun sənə».  

Dinməyib Anaxanım, başını aşağı salıb. 

Miladın  1976-cı  ilinin  ilk  günü  mən  gəlmişəm  dünyaya.  Dədəmin  ilk  oğlu, 

babamın  ilk  oğul  nəvəsi...  Daha  doğrusu,  yanvarın  ortalarında  doğulmuşam,  sənəddə 

birinə yazıblar. Uşaqlığımı dumanlı xatırlayıram. Amma ağlım kəsəndən ta bu günəcən 

özümə  qarşı  hədsiz  sevgi  duymuşam  Anaxanımdan.  Yalan  olmasın,  əllərində  anamın 

əllərindən  artıq  bir  hərarət  hiss  etmişəm.  Böyüdükcə  bu  gerçəkliyi  mistik  vahimələrlə 

qavramışam.  İllah  da  eşidəndə  ki,  dədəmlə  Anaxanımın  arasındakı  söhbəti  başqa  heç 

kəs bilmir. Hətta doğma anam belə... 

Sonradan  mənə  məlum  olmayan  səbəbdən  dədəmlə  Anaxanımın  sevdası  baş 

tutmayıb. 

İndi Bakıdayam... Darısqal bir yataqxana otağında. Ailəmlə, övladlarımla... 

Anaxanım  isə  Ağcabədinin  Taxtakörpü  qəsəbəsindən  İmişli  sərhədlərinə  qədər 

uzanan  kəndsiz-kəsəksiz,  ağacsız  və  susuz  düzəngahın  ortasında...  Kəndimizin  qış 

yatağında.  Yatağın  lap  kənarındadı  yaşadığı  yeraltı  dam.  Olmuşam  bu  damda.  Adam 

məzar  kimi  enir  bu  qəribə  olacağın  içinə.  Ətrafını  təxminən  bir  metr  qazıblar.  Damın 

ortasına  basdırılan  dirəklərin  üstünə  mil  qoyublar.  Milə  perpendikulyar  yerləşdirilən 

qabırğaların  o  biri  ucu  xəndəyin  tinindədir.  «Tavan»ın  sağ  küncündə  açılmış  kiçik 

bacadan  bir  ovuc  göyüzündən  başqa  heç  nə  görünmür.  Xəndəyin  evin  içinə  düşən 

hissəsindən  mebel  kimi  istifadə  edir  Anaxanım.  Üstünə  qab-qacaq  yığır,  fanar,  çıraq 




 

56 


qoyur, toyuqlarını kükə salır. Torpağın üzünə gözəl tikmələr çəkib. Gecələr fanarı evin 

orta dirəyindən asır. Fanar öləziyən şöləsiylə qaranlıq daxmaya daha da hüznlü görkəm 

verir. Gecələr bu tərəflərdən keçəndə səsini qıssan, Anaxanımın  gizli-gizli ağladığının, 

ya  da  öz-özünə  nəsə  danışdığının  şahidi  olarsan,  için  tökülər.  Bu  dünyada  torpağı 

Anaxanım  qədər  ürəkdən  sevən,  ona  Anaxanım  qədər  yaxın  olan  ikinci  bir  adam  çətin 

ki  tapılsın.  Zəlzələ  olanda  da  ilk  dəfə  o  hiss  edib  və  qalxıb  bütün  yatağa  hay  salıb. 

Torpağı sevdiyindəndir ki, camaatın yığışıb ona daxal tikməyinə razı olmadı. Çox vaxt 

pay-püşkünü  də  qəbul  eləmir  qohumların.  Səbəbini  özündən  başqa  kimsə  bilməz. 

Yalnız ehtimallar  yürütmək olar:  «İnciyib», «Özünə sığışdırmır»,  «Ehtiyacı  yoxdu»  və 

s. 


Yaxşı  toyuqları  var.  Xoruzlu,  fərəli,  beçəli  bir  sürüdü.  Yeyəndə  tək  yemir 

çolpaları.  Yumurta  hədiyyə  etməyi  lap  çox  xoşlayır.  Xüsusən,  uşaqlara...  Novruz 

bayramında.  Gecələr  bir  az  qayğılı  yatır  toyuqlarından.  Ətraf  boş  səhralıqdı.  Tülküsü 

var,  çaqqalı  var,  oğrusu-əyrisi  var.  Xüsusən,  yay  vaxtı  hamı  çıxıb  gedir  yaylağa, 

yataqda üç-dörd ev qalır, onlar da yatağın o biri başında... 

Nə  qədər  çalışırlar  yaylağa  getmir  Anaxanım.  Bu  onun  həyatının  sirli 

harmoniyasını pozacaq sanki. 

Yay uzunu işi-gücü örüşdən qurumuş təzək və şax-şəvəl toplamaqdı. Ta o qədər ki, 

qışın üç ayı sərasər yandırmağa çatsın. 

İldə  iki  dəfə  sevinir  Anaxanım.  Bir  Novruz  bayramında,  bir  də  camaat  yaylaqdan 

yataqlara  köçəndə.  Hiss  eləyirsən  ki,  hamı  üçün  darıxıb  arvad.  Gedib  bir-bir  toxunur 

qohumlara,  hal-əhval  tutur,  dağdan  yanaqları  turp  kimi  qızarıb  gələn  toppuş  uşaqları 

öpür, dişləyir, ağladır. Birdən döyür guya... Gözündə yoxdu Anaxanımın. Hamı uşağını 

etibar  eləyir  ona.  Elə  baxır,  doğma  anasından  da  yaxşı.  Hətta  bəzən  qəribə  bir  ərklə 

uşaqları doğma analarına tapşırır: 

“Qaşını-gözünü az tumarla! Uşağa bax!” 

Köçənə macal bu ərk yalvarışla əvəz olunur: 

“Sən  Allah,  uşaqdan  muğayat  ol,  çox  geridi.  Deyillər,  dağ  bu  il  yaman  nəmişlik 

olacaq, soyuqdan gözlə, yeməyinə fikir ver.” 

Sonra da hədə-qorxu: 

“Payız gələndə belə sınığ olsa, vay halına!” 

Anaxanımın  xoşbəxtliyi  yaz  başı  sonuncu  köç  maşını  yataqdan  çıxıb  gedənəcən 

çəkir. Həm tənhalığın, həm gələcək istilərin kədəri bir az da qocaldır Anaxanımı, bir az 

da  torpağa  oxşadır.  Yayı  əyri-üyrü  dirəklərin  üstə  qurulmuş  iki  metrlik  çardağında 

keçirir. Qəribədir, aranın isti yay gecələrində bircə metr hündürlüyə qalxdınmı, havanın 

nisbətən dəyişdiyini açıqca hiss eləyirsən. 

 

***     


O  günü  yatağa  getmişdim.  Gördüm  Anaxanımı.  Qohumların  dediyinə  görə, 

xəstələndiyimi eşidib, xeyli narahat olub. Özümə bildirmədi amma: 

“Balaların nə təhərdi?” 

...Çevrilib  düzənliyin  ortasındakı  balaca  təpəcikdən  –  Anaxanımın  yeraltı 

damından korun-korun qalxan təzək tüstüsünə baxdım. Ağappaq idi... Bulud kimi... 

 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə