Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə1/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   129


Nazir Əhmədli

GABUD VƏ 

GABUDLULAR

Bakı-2016




Redaktor: İlyas Şahquliyev

Dizayner: Elçin Babayev

«Gabud  və  gabudlular»  tanınmış  jurnalist  Nazir  Əhməd­

linin  sayca  yeddinci  kitabıdır.  Tarixi  mənbələr  və  arxiv  ma­

terialları  əsasında  yazılmış  kitabda  Qərbi  Azərbaycanın 

Dərələyəz  mahalı,  Gabud  kəndi  və  onun  sakinlərinin  həyatı, 

məişəti, adət ənənələri qələmə alınmış, bu kəndin son 300 illik 

tarixinə işıq salınmışdır.

Müəllifin əldə etdiyi arxiv sənədlərinin əksəriyyəti ilk dəfə 

işıq üzü görür.

Nazir Əhmədli

“Gabud və Gabudlular” 

«ORXAN» NPŞ MMC, Bakı, 2016, 576 səh.

ISBN 978­9952­8284­7­4

©N. «Əhmədli, 2016


3

Nazir Əhmədli

Həyatda hər şey üçün özümü borclu bildiyim

 atamın müqəddəs ruhuna ithaf edirəm

PROLOQ

Gözümü dünyaya açandan, ağlım az-çox kəsəndən valideyn-

lərimdən,  ağsaqqallarımızdan  kəndimizin  keçmişi,  adamları, 

qədim tarixi haqqında çox eşitmişəm.  Adamlarımızda bu tarixə 

hə mişə böyük maraq olub və bir nəsildən digərinə ötürülərək ya-

şayıb. Amma təbii ki, zaman keçdikcə hadisələr unudulur, yaşlı 

adamlar dünyasını dəyişir və sinələrində daşıdıqları çox şeyləri 

özləri ilə aparırlar. İndi yaşayanlar eşitdikləri söhbətləri bəzən 

təhrif edərək öz bildikləri şəkildə şərh etməyə meyillənirlər. 

1988-ci ildə Dağlıq Qarabağ ətrafında baş verən hadisələr 

yaşadığımız Gabud kəndinin taleyindən də izsiz ötüb keçmədi, 

gabudlular  da  öz  doğma  evlərindən,  od-ocaqlarından  didərgin 

düşüb dünyaya səpələndilər və Gabud kəndinin azərbaycanlılarla 

bağlı  tarixi  beləcəsinə  başa  çatdı.  Gabudun  dağılmasından 

artıq  28  il  keçir,  indi  bizə  ancaq  bu  kəndlə  bağlı  acılı-şirinli 

xatirələrimiz, bəzi adamlardakı  fotoşəkillər qalır. 

1961-ci  il  yanvarın  27-də  Gabud  kəndində  atam  Surxay 

Əhməd  oğlu  Şahquliyevlə  anam  Tamara  Məhəddin  qızının 

ailəsində  dünyaya  göz  açan  mən,  iş  elə  gətirdi  ki,  uşaqlıqda 

arzu  lamağı  ağlıma  da  gətirmədiyim  bir  sənətlə-jurnalistlik  işi 

ilə  məşğul  oldum,    indi  artıq  xatirələrə  dönmüş  bu  tarixi  də 

qələmə alıb yaşatmağı öz borcum bildiyimə görə, 2015-ci ilin 

sentyabrında nəhayət ki, bu işə başladım. Uşaq vaxtı uca dağlar, 

yaşıl çəmənlər, sıldırım qayalarla əhatə olunan Gabud kəndini 




4

Gabud və gabudlular

bütün dünya sanır və elə bilirdim ki,  dünya gözümün gördüyü elə 

bu ərazidən ibarətdir. 1961-1967-ci illərdə  o vaxtkı Azərbaycan 

Dövlət  Universitetinin  filologiya  fakültəsində  qiyabi  təhsil 

alan  atam  ildə  iki  dəfə-qışda  və  yayda  getdiyi  sessiyalardan 

əlindəki taxta çamadanla geri qayıdanda uşaq fəhmimlə tədricən 

anlamağa  başladım  ki,  deyəsən,  axı  bütün  dünya  bu  kənddən 

ibarət deyil.

Öz doğulduğu yeri dünyanın ən gözəl, cənnət guşəsi say maq, 

yəqin çox insanlara məxsus olan hissdir və mən də bu baxımdan 

istisna  deyiləm,  amma  Gabud  kəndi  doğrudan  da  təbiətin  bir 

dilbər  guşəsi  idi.  Yaşamaq  üçün  buranı  seçən  əcdadlarımıza 

doğrudan da rəhmət düşür. Bu şəxs isə, ümumi qəbul olunmuş 

bilgilərə görə, Hürşan olub. Maraqlıdır ki, yazılı mənbələrdə adı 



Ruşan kimi qeyd olunsa da, törəmələri onun adını Hürşan kimi 

xatırlayırlar.

Kitab  üzərində  doqquz  ay  işlədim,  heç  özüm  də  göz-

ləmədiyim halda, əldə etdiyim yeni tarixi sənədlər onun məz-

mununa  elmi xarakter verdi. Bir çox qaranlıq məsələləri gün 

üzünə çıxara bildim.




5

Nazir Əhmədli

TARİXİ MƏLUMAT

Gabud kəndi inzibati-ərazi baxımından Ermənistan Sovet 

Sosialist Respublikasının Əzizbəyov rayonuna daxil idi, müxtə-

lif vaxtlarda gah Mikoyan, gah Paşalı, gah da bizim yaşadığımız 

vaxtlarda olduğu kimi 26 Bakı Komissarlarından biri olan Məşədi 

Əzizbəyovun adı ilə adlandırılan rayonu tarixi qaynaqlara görə, 

1931-ci  ildə  təşkil  etmişdilər.  Qonşu  Yeğeqnadzor  rayonu  ilə 

birlikdə oranı 



Dərələyəz mahalı sayırdılar, amma əslində tarixi 

Dərələyəz təkcə bu ərazilərdən ibarət deyil, onun təxminən üçdə 

bir  hissəsi  də 

Dərələyəz  dağ  silsiləsinin  cənub  ətəklərində, 

indiki 


Şərur  rayonunun  dağlıq  hissəsində  yerləşir  və  indi 

əslində əlimizdə qalan da məhz həmin üçdə bir hissədir. Tarixən, 

Dərələyəz  mahalı  həmişə  Naxçıvan  xanlığı  ilə  bağlı    olub, 

müxtəlif  dövrlərdə  oraları  işğal  edən  osmanlılar  da  ənənəni 

pozmayıb, inzibati ərazi vahidi kimi 

xanlıq əvəzinə “sancaq” 

terminindən  istifadə  etsələr  də,  Dərələyəz  mahalını-onların 

terminologiyası ilə nahiyəsini,- Naxşıvan sancağının tərkibində 

saxlamağı uyğun görüblər, bu isə heç də təsadüfi deyil, çünki 

Dərələyəz mahalı Naxçıvanla iqtisadi və tarixi bağlarla bir tamlıq 

təşkil  etdiyi  kimi,  mənəvi-etnik  və  etnoqrafik  bağlarla  da  bir 

bütövdür. Vahid adət-ənənənin, psixologiyanın daşıyıcılarıyıq.

Əvvəlcə  Dərələyəz  mahalı  haqqındakı  tarixi-coğrafi  bil-

gilərə müraciət edək.

Mahal şimalda Basarkeçər yaylası, şərqdə 



Zəngəzur dağ 

silsiləsi,  cənubda  Ələyəz  dağları,  qərbdə  isə  Səlimin  aşırımı 

yer ləşən  hündür  dağlarla  əhatə  olunmuşdur.  Ümumi  sahəsi 

2304 kv.km-dir. Dərələyəz-Ələyəz dərəsi toponimi orta əsrlər də 



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə