Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə6/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   2   3   4   5   6   7   8   9   ...   119

 ____________________________________________________________ On söz 

misal  olaraq,  qədim  Platon  və  platonçuları,  müasir  Qərb  filosoflarım, 

məsihiyyət  alimlərinin  irfanmı  göstərmək  olar.  Şərq  irfanma  da 

Platonun  "İşraq"  məktəbinin  davamçısı  Sührəver-  dminin  irfanmı, 

Aristotelin  "Məşşa"  məktəbinin  davamçıları  Farabi,  İbn  Sina, 

Nəsirəddin  Tusini,  bu  məktəblərin  hər  biri  əsl  İslam  irfanmdan  bir 

çeşmə  olsa  da,  nəhayət,  İslam  irfanım  ən  gözəl  tərənnüm  edən 

Sədrül-mütəəllihin 

Şirazinin 

(Molla 


Səd- 

ra) 


verdiyi 

"Hikmdti-Mütəaliyyə"  irfanmı  göstərmək  olar.  Hətta  kökü  qədim  Çin 

filosofu  Konfutsiyə  qayıdan,  müasir  Çm  döyüşünün  "Kunq-Fu" 

məktəbinin irfam da vardır. Məlumdur ki, İslam alimlərinin göstərdiyi 

yollar  Qərbin,  yaxud  məsihi  alimlərirıin  göstərdiyi  yollardan  daha 

dolğundur. Çünki hər bir məktəb hansısa bir əsasa söykənir. Məsələn: 

Dekartm,  Kan-  tm  öz  fəlsəfəsi,  irfam  olsa  da,  onlar  da  məsihiyyətə 

sığmdıqla-  rmı  etiraf  edirlər.  Təbiidir  ki,  İslam  fəlsəfəsi  və  irfam  da 

İslamdan qaynaqlanmışdır. Bir az da ümumiləşdirsək, deyə bilərik ki, 

dünyada iki fəlsəfə, iki irfan vardır; ilahi və materialist. Yəni, hətta hər 

bir  fəlsəfi  məktəb  öz  nəzəriyyəsini  ya  ilahiyyata,  ya  da  materializmə 

söykənərək  verir.  Əlbəttə,  bu  o  demək  deyil  ki,  fəlsəfə,  yaxud  irfan 

dinin  dediyini  deyir.  Xeyr,  əsla  belə  deyil.  Başqa  fəlsəfələri  deyə 

bilməsək də, İslam fəlsəfəsi haq- qmda tamamilə deyə büirik ki, İslam 

filosofları  İslam  dininin  həqiqətlərini  tamamüə  əqli,  məntiqi  formada 

verir. Yəni heç də İslam filosofları dinin dediyini sadə şəkildə götürüb 

qəbul etmirlər. Onlar, məsələn, İslam dininin əsas prinsiplərindən biri 

olan  “Mdad"  (ölümdən  somakı  həyat)  mövzusunu  tam  əqli  dəlillərlə 

isbat  edirlər,  yaxud  digərlərinin  də  istifadə  etdiyi  məntiq 

qanunlarmdan  istifadə  edərək  ruhun  mücərrədliyini  göstərə  bilirlər. 

Bu  da  dini,  imanla  qəbul  etməkdən  fərqlənir.  Bu  zaman  biz  dini 

həqiqətləri ağılla qəbul etmiş oluruq. 

Deməli, fəlsəfə və irfan müxtəlif məktəblərə bölünür. Bu məktəblərin 

hər biri də insam müəyyən mərtəbələrə çatdırır. 

19 



Məntiq ____________________________________________________________  

Əlbəttə,  bunlardan  bəziləri,  hətta  yalan  və  xəyalidir.  O  cümlədən, 

təbiidir  ki,  İslam  fəlsəfə  və  irfanlarmda  da  bir-birlərinə  nəzərən 

çatışmazirqlar vardrr. 

Bizim  isə  məqsədimiz  ən  kamil  İslam  fəlsəfəsi  və  irfamdır.  İslam 

irfanınr,  əsasən,  dörd  məktəbə  ayırırlar;  "Quran  (yaxud  Kdlam)", 



"İşraq",  "Mdşşa"  və  "Hikmdti-Mütdaliyyd".  Tarix  boyu  bu  məktəblər 

biri-biri  ilə  əqli  mübarizə  aparmışdır.  Nəhayət,  sonda,  1572-1640-cı 

illərdə  yaşayıb  yaratmış  İslamm  dünya  şöhrətli  dahi  filosofu 

Sədrül-mütəəllihm Şirazi (Molla Sədra) özünün "Hikməti-Mütəaliyyə" 

və digər fəlsəfi, irfani əsərlərində qədim filosof və ariflərin dediklərini 

əhatə  edən,  son  dərəcədə  dəqiq,  əqli  şəkildə  Quranla  birləşdirdi.  O, 

bütün  İslam  filosof  və  ariflərinin  çatdığı  həqiqətləri,  hətta  qədim 

Yunan  filo-  soflarmdan  Pifaqorun,  Platonun,  Aristotelin  dediklərini 

məntiqi,  fəlsəfi  qaydalara  əsaslanaraq  isbat  etdi.  Mtn  illərdən  bəri 

peyğəmbərlərdən (ə) qalmış hikmətlərin, filosoflarm əsərlərindəki tam, 

natamam  ifadələrini  özünə  məxsus  şəkildə  isbata  yetirdi.  Onun 

fəlsəfəsi,  irfam,  ilk  dəfə  onun  məktəbini  bir  az  da  geniş  şəkildə 

canlandıran  Hadi  Səbzivari,  daha  sonra  da  keçən  əsrin  möcüzəsi 

Əllamə  Təbatəbai  Təbrizi  (Qurarun  "əl-Mizan"  təfsirinin  müəUifi) 

vasitəsi ilə özünün kuliminasiya nöqtəsinə çatdı. 

Dediyimiz  kimi,  İslamda  da  fəlsəfə  və  irfan  məktəbləri  bir- 

birindən  fərqlənir.  Məsələn,  qədim  zamanlarda  ariflər  irfam  əməli 

proqramlarla da yaşayırdılar. Amma müasir zamanda, demək olar ki. 

Əllamə  Təbatəbai  vasitəsilə  tamamilə  əqli  formaya  düşdü.  Nəhayət, 

omm  bu  sahədə  kamil  mütəxəssis  olan  Həsənzadə  Amuli,  Cavadi 

Amuli, Misbah Yəzdi və s. kimi tələbələri, irfan üçün son proqramlar 

hazırladılar. Onlarm nəzərinə görə, əsasən də bu müasir zamanda son 

dərəcə  təhlükəli  olan  irfanla  məşğul  oLmaq  istəyənlər  aşağıdakı 

mərhələləri keçsələr, müəyyən nəticə ala bilərlər. 

20 



 ____________________________________________________________ On söz 

İrfan ümumi şəkildə iki hissəyə  bölünür:  əməli və nəzəri.^ Əməli 

irfan  praktiki  proqramlardan  ibarətdir.  Bu  da  əxlaq  elmindən  sonra 

icra  olunmalıdır.  Yəni  bir  nəfər  irfana  başlamazdan  öncə,  İslamm 

təqdim  etdiyi  əxlaq  proqramları  əsasmda  özünü  müəyyən  qədər 

hazırlamabdır,  bundan  sonra  da  ikinci  mərhələyə  keçməlidir.  Əxlaqı 

düzəlməmiş  bir  şəxsin  irfanla  məşğul  olması  xəyaldan  başqa  bir  şey 

deyil. Amma nəzəri irfana gəldikdə; nəzəri irfana da  əməli irfan küni 

mütləq,  müəyyən  elmlərdən  sonra  başlanmalıdır.  Əgər  irfana  bu 

elmlərdən  sonra  başlanmasa,  əməli  irfanda  olduğu  kimi,  burada  da 

nəticə  alınmayacaq.  Onlarm  nəzərincə,  əməli  irfan  insanm  qəlbini 

həqiqətlərə  açdığı  kimi,  nəzəri  irfan  da  insanm  ağbnı  əqli  həqiqətlərə 

tərəf  açır.  Yəni  qəlbin  öz  irfam,  əqlin  də  öz  irfam  var  və  hər  biri  də 

bir-birinə  kömək  edir.  Buna  görə  də  insan  əməli  irfana  keçib  kamil 

nəticə  abnaq  üçün,  nəzəri  irfam  öyrənsə,  daha  yaxşı  olar  və  nəzəri 

irfam da öyrənmək üçün mütləq aşağıdakı şəkildə hərəkət edilməlidir: 

əvvəlcə məntiq elmi, soma bəzi fəlsəfə kitabları, daha soma Nəsirəddin 

Tusi,  İbn  Sinamn  və  s.  əsərləri  oxunmalıdır.  Daha  sonra 

Sədrül-mütəəllihin  Şirazinin  fəlsəfəsi  və  nəhayət,  Mühyiddin  ibn 

Ərəbinin  (1265-  1240  miladi)  nəzəri  irfam  oxunmalıdır.  İbn  Ərəbi 

Əndəlusda  (İspaniyada)  doğulmuşdur.  O,  nəzəri  irfanm  banisidir. 

Əlbəttə, İbn Ərəbidən  əvvəl də nəzəri irfan var idi, amma irfan onun 

vasitəsi ilə özünün kamil həddinə çatdı. Belə ki, indi də dünyamn şərq 

və qərb filosofları tərəfindən öyrənilir. Bunlarla bərabər. Quran elmləri 

də  öyrənilməlidir,  çünki  dediyimiz  kimi,  irfan  ya  İslam,  ya  da 

qeyri-İslam  irfanıdır.  Buna  görə  də  həqiqi  kamala  yetişmək  üçün 

irfanla  məşğul  olmaq  istəyən  şəxs,  elə  Allahm  dediyi  yolla  hərəkət 

etməlidir. Bu yol da yalmz və yalnız Quramn göstərdiyi yoldur. 



^Bu haqda kitabın IV hissəsində nisbətən geniş məlumat verilmişdir. 

21 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə