Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə8/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   4   5   6   7   8   9   10   11   ...   119

Məntiq ____________________________________________________________  

AristoteP  bu  ebulərdə  yanlış  nəticələr  əldə  edərək,  müdriklik  və 

kamillik  yolundan  kənara  çıxmamaq  üçün  məntiq  elmini  hazırlayır. 

Çünki məntiq elmi msana düzgün düşünmək üçün yol göstərir, onun 

hər  hansı  sahədə  əqli  və  mənəvi  inkişafı  üçün  yolıma  işıq  saçır. 

Beləliklə, digər elmlərlə yanaşı, məntiq eimi də öyrənilməlidir. 

Hər  bir  elmin  öyrənilməsində  müəyyən  ardıcıllıq  olduğu  kimi, 

məntiq elmini öyrənmək üçün də xüsusi ardıcıllıq təyin edilmişdir. 

İbn  Sina  fəlsəfə  sahəsində  qələmə  aldığı  "Şəfa"  kitabmda^ 

özünəməxsus  dəqiqliklə,  insan  ağlının  kamilliyd  doğru  inkişafının 

mərhələlərini aşağıdakı şəkildə müəyyənləşdirir: 

1.  Riyaziyyat;  2.  Məntiq;  3.  Təbiətşünaslıq  və  4.  İlahiyyat  Ötəri 

şəkildə də "irfan"^ vasitəsi üə ilahiyyatm, həqiqətin özü ilə birləşmək 

küni  mərhələyə  işarə  edir.  Bu  onun  "İşarat"®  kitabmda  daha  aydm 

görünür. İbn Sinarun fikrincə, bu elmlərin bir-biri ilə sıx əlaqəsi vardır. 

İkinci  fəslin  üçüncü  dərsində  məntiqlə  riyaziyyatm  bağlılığı  nisbətən 

geniş izah edilsə də. 

3  Şərqdə  Ərəstu,  qərbdə  isə  Aristotel  kimi  tanınan  yunan  filosofudur.  Məntiq  elminin 

banisi  və  bu  sahədə  yazılmış  ilk  kitabın  müəllifidir.  Ona  "birinci  müəllim"  ləqəbi 

verilmişdir. 

^  "Şəfa"  kitabı  ibn  Sinanm  çox  dərin  fəlsəfi  əsərlərindəndir.  Bu  əsər  dörd  mərhələdən 

ibarətdir. O özünü Aristotel fəlsəfi məktəbinin davamçısı bildiyindən, onun fəlsəfi əsərinə 

uyğun  olaraq,  "Şəfa"  kitabını  dörd  -  riyaziyyat,  məntiq,  təbiətşünaslıq  və  ilahiyyat 

mərhələlərinə bölmüşdür. 

İbn  Sina  bu  əsərin  başqa  bölmələrində  olduğu  kimi,  məntiq  bölməsində  də  ağılları 

heyran edəcək, dərin və çətin dərk olunan nəzəriyyələr dəryasında elə tufan yaratmışdır ki, 

bu  nəzəri)iyələrlə  tanış  olduqda  insanın  ağlı,  qəlbi  və  ruhu  onun  qarşısında  səmimi 

təvazökarlıq  göstərməyə  məcbur  olur,  onun  elmi  böyüklüyünü  anlayır.  Bu  zaman  insan, 

həmçinin  onu  böyük  müəllim  adlandıraraq  tələbəsi  olmaq  şərəfinə  nail  olmaq  istəyir. 

Ancaq, təəssüflər olsun ki, biz ondan zamanca çox-çox uzaqlardayıq. Bu böyüklüyünə görə 

də onun adını yenidən yaddaşlarda canlandırmaq üçün, qarşmız- dakı kitabı bu şəxsiyyətin 

ağlın  kamilliyi  üçün  verdiyi  mərhələlərə  uyğun  hazırlamışıq.  Amma  bu  kitab  tamamilə 

məntiq  elmindən  danışdığından,  digər  mərhələlərə  çox  qısa  şəkildə  kitabın  yalnız  son 

hissəsində işarə ediləcək. 

^ Bax; IV hissə 

^ Bu kitab da İbn Sinanm fəlsəfi əsərlərindən biridir. 

26 



Kitabın quruluşu haqqında 

burada qısa olaraq qeyd edək ki, məntiq elminin ilk müəllifi Aristotel 

və qədim İslam filosoflarmm nəzərincə, məntiqlə ri- yaziyyatm bir-biri 

ilə sıx əlaqəsi var, bu iki elm paralel şəkildə öyrənilməlidir. 

İbn  Sinarun  verdiyi  dörd  mərhələdən  ikisi-riyaziyyat  və 

təbiətşünaslıq haqqmda Azərbaycan dilində yazdmış kitablar çox olsa 

da,  məntiq  və  fəlsəfə  haqqmda  kifayət  qədər  kitab  yoxdur.  Biz  bu 

boşluğu  doldurmağm  zərurUiytni  nəzərə  alıb,  insanın  əqli  kamillhjinə 

xidmət  edən  məntiq  elmini  qələmə  aldıq.  Gələcəkdə  də  fəlsəfə  kitabı 

hazırlamağı nəzərdə tutmuşuq. 



Kitabın quruluşu 

Məntiq elminin öyrəniiməsində onun mövzularmm ardıcıl- lığma 

riayət olunmalıdır. Məntiqçilərin fikrincə, bu mövzular aşağıdakılardır: 

təfəkkür,  idrak,  bilik,  dəlalət,  söz,  məfhum,  tərif,  bölgü,  hökm, 

əqli nəticə, sübut (bürhan), topika^, ritorika®, şeir və sofizm’.

 

Biz  də  bu  mövzuları  nəzərə  alaraq,  kitabımızı  üç  hissədə  tərtib 



etdik: 1. Zehin və məntiq, 2. Formal məntiq və 3. Maddi məntiq. Xüsusi 

olaraq  "Xaric  oxu"  adı  altmda  dördüncü  hissəni  də  əlavə  etdik.  Bu 

hissədə isə dolayısı ilə məntiqlə bağlı bəzi məsələlərə toxunulmuşdur. 

Bölgülərin  belə  adlandırdmasmm  səbəbi  haqda  hər  hissənin 

əvvəlində  izah  verilsə  də,  burada  qısaca  olaraq  qeyd  edək:  Birinci 

hissənin  "Zehin  və  məntiq"  adlanmasmm  səbəbi  bu  hissənin 

ümumilikdə  zehin  və  məntiqlə  bağlı  müxtəlif  mövzulardan,  "zehni və 

məntiqi anlayışlar"dan bəhs etməsidir. İkinci 

7  Topika  -  mübahisə  nəzəriyyəsi;  Burada  məntiq  elminin  banisi  Aristotelin  işlətdiyi 

mənadadır (III hissə) 

® Ritorika - natiqlik nəzəriyyəsi (111 hissə) 

’  Sofizm  -  zahirdə  düzgün  görünə  bilən,  həqiqətdə  isə  düzgün  olmayıb,  qəsdən  adamı 

yanılda bilən hökm; səfsətə (III hissə) 

27 



Məntiq ____________________________________________________________  

hissədə  ümumi  şəkildə  təfəkkür  formalarmm  "xarici qruplaşdırmalar"! 

araşdırıldığmdan, bu hissə də forma mənasım verən "Formal məntiq" 

adlamr.  Üçüncü  hissə  isə  təfəkkür  formaları-  nm  “zahiri 



qruplaşdırmalar"mdan  başqa,  omm  keyfiyyətcə  hansı  müqəddimələr 

əsasmda  "məzmunlu"  təfəkkür  formalarm-  dan  damşdığma  görədir. 

Buna  görə  də  bu  hissə  "Maddi"  məntiq  (yaxud  "Məzmunlu"  məntiq) 

adlamr. 


Bundan başqa, dördüncü - xüsusi hissədə də, insan ağlının kamilliyə 

doğru  inkişafmm  mərhələlərinə,  bir  sıra  problemlərin  həllinin  məntiqi 

izahına  toxımulduğundan  bu  hissəni  də  "Xaric  oxu"  adlandırdıq. 

Admdan da göründüyü kimi, "xaric oxu" məntiq kitabma bir əlavədir. 

Beləliklə, kitabm quruluşu: 

Məntiq < 

1.

 

Zehin və məntiq 



2.

 

Formal məntiq 



3.

 

Maddi məntiq 



28 


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə