Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə9/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   5   6   7   8   9   10   11   12   ...   119

 



Hissə



 

ZEHİN VƏ MƏNTİQ 




Bu hissənin "Zehin və Məntiq" 

adlanmasının səbəbi 

Mdntiq,  zehinb  hağlı  elm  olduğundan,  məntiq  alimləri  tərəfindən  sırf 

məntiqi  bəhslərə  başlamazdan  öncə  müqəddimə  xarakterli  biliklərin 

öyrənilməsi,  insanın  zehinlə  tanış  olması,  onun  xüsusiyyətlərini  və  əlaqəli 

mövzuları müəyyən dərəcədə mənimsəməsi məsləhət görülür ki, onun özünün, 

ağıl  və  zehninin  məntiqə  ehtiyacını  hiss  edə  bilsin.  Zehinlə  bağlı  mövzulara 

misal olaraq, təfəkkür, idrak, cəhalət, söz, təsəvvür, məfhum, həmçinin onların 

növ və xüsusiyyətlərini, o cümlədən zehnin başqa qabiliyyətlərini göstərmək 

olar. Bundan başqa, məntiqin tarixi, mövzusu, predmeti, əhəmiyyəti və tərifi 

ilə də öncədən tanışlıq onun yaxşı anlaşılmasında mühüm rol oynayır. Buna 

görə  də  bu  hissəni  müqəddimə  olaraq  "zehni  surətlər  və  məntiqi  anlayışlar 

"dan danışan "Zehin və məntiq" adlandırdıq. 

30 



IC 

 



1-

 

CI DƏRS 



TƏFƏKKÜR

 

Qurani-kərimdə təfəkkürlə bağlı buyurulur: 



-

 

"Biz  bu  misalları  insanlar  üçün  çəkirik  ki,  bəlkə,  düşünə- 

lər".ıo

 

-

 

"Məgər onlar öz-özlüklərində Allalnn göyləri, yeri və onların 

arastndakılan  ancaq  haqq-ədalətlə  və  müəyyən  bir  müddət  üçün 

yaratdığını düşünmürlərmi?"^^ 

-

 

"De: "Kor görənlə bir olarını?Məgər düşünmürsünüz?"^^ 

-

 

"Yeri  (insanların  və  başqa  canlıların  yaşaya  bilməsi  üçün) 

döşəyən (uzadıb genəldən), orada möhkəm dağlar, çaylar yaradan, 

bütün meyvələrdən (erkək-dişi, yaxud şirin-acı, turş- meyxoş və s. 

olmaqla) cüt-cüt yetişdirən,  gecəni gündüzlə  (gündüzü  də  gecə  ilə) 

örtüb  bürüyən  Odur.  Şübhəsiz  ki,  bunda  (bütün  bu  deyilənlərdə) 

düşünən  insanlar  üçün  (Allahın  qüdrətini və  təkliyini  sübut  edən) 

neçə-neçə dəlillər vardır! 

-

 

"O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da 

Allahı  xatırlar,  göylərin  və  yerin  yaradılması  haqqında  dü- 

şünər".^^ 

1» əl-Həşr, 21 “ 

ər-Rum, 8 

^

 

əl-Ənam, 50 13 

ər-Rəd, 3 11 

Ali-İmran, 191 

33 



Məntiq. 

İndi isə təfəkkürlə bağlı hədislərə nəzər yetirək: 

-

 

"Təfəkkür, qəlbin bəsirət gözünə həyat verir" d® 



-

 

"Bir saat təfəkkür yetmiş il ibadətdən xeyirlidir".ı^ 



-

 

"Allahm nemətləri barədə edüən təfəkkür ən gözəl təfək- 



kürdür".^^ 

-

 



"Allahm nemətləri barədə təfəkkür edin, çünki heç vaxt 

Onun zatınm əzəmətini dərk edə bilməzsiniz". 

-

 

"Allahm keyfiyyəti, necəliyi haqqmda fikirləşən yolunu 



azar və məhv olar".ı^ 

-

 



"Allahm zatı haqqmda təfəkkürdən çəkinin, çünki bu, in- 

san üçün yalnız sapqınlıq gətirər" 

20 

Təfəkkürün əhəmiyyəti 

Qurani-kərimdən təfəkkürlə bağlı seçdiyimiz yuxarıdakı ayə və 

hədislərə  birlikdə  nəzər  saldıq.  Allah-taala  Quranda  təfəkkürlə 

bağlı mövzulara dəfələrlə toxunmuşdur. O, insanları bəzi yerlərdə, 

yuxarıdakı  ayələrdə  də  göründü}^  kimi,  bəzən  məzəmmət,  bəzən 

da  təşviq  etməklə  təfəkkürə,  düşüncəyə  və  təhlil  etməyə 

səsləmişdir.  Eyni  zamanda,  hədis  kitablarımızda  təfəkkürlə  bağlı 

saysız-hesabsız  hədislər  var.  Həmçinin  İslam  alimləri  əxlaqi 

mövzularda  təfəkkür  bölümünə  xüsusi  yer  ayırmış,  onunla  bağlı 

dərin məzmunlu araşdırmalar aparmışlar. Bütün bunlardan aydm 

olur ki, AUah dərgahmda və İslam 

Ğürərül-hikəm, səh. 57 

Gürərül-hikəm, səh. 56 - Bu hədisdən 

"Eh isə elmlə məşğul olan insana ibadət lazım deyil" -

 kimi 

nəticə  almaq  tamamilə  yanlışdır.  Çünki  elm  və  ibadətlə  bağlı  yüzlərlə  ayə  və  hədis 

mövcuddur.  Bunların  hər  birini  nəzərə  aldıqda  belə  nəticə  çıxır  ki,  bu  hədisin  mənası 

insanlara  elmin  müqəddəsliyini,  ucalığını  və  əzəmətini  göstərməkdir.  Çoxsaylı  ayə  və 

hədislər bizə elmlə məşğul olarkən ibadəti unutmamağı, ibadətlə məşğul olduqda isə elmi 

unutmamağı tövsiyə edir və insanın bu ikisinin əhatəsində kamilləşə biləcəyini bildirir. 

Müstədrəkül-vəsail, c. 11, səh. 185 

Biharul-ənvar, c. 68, səh. 322 

Üsuli-kafi, c. 1, səh. 93; Biharul-ənvar, c. 3, səh. 264 

2“ Tövhid, Səduq, səh. 457 

34 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə