Təsisçi:
Eternity film
Baş redaktor: Şahin Xəlil
Redaktor: Nuranə Axundzadə
Tərtibat: Bəhruz Qaraməmmədov
Dizayn: Tural Əlisoy
Jurnalda gedən yazılardan müəlliflərin icazəsi
olmadan istifadə etmək qəti qadağandır.
© Bütün hüquqlar qorunur.
3
22
25
31
15
28
12
19
7
Aleksey Balabanov
Tsai Min Liang
La Grande Bellezza
Kış Uykusu
La Pianiste
Hemşo
Colin Firth
Qəhrəmandan anti
qəhrəmana
Anri Kartye Bresson-
la müsahibə
-
Film Fiction, 17 -
3
ALEKSEY
BALABANOV
Son müsahibələrinin birində gözləri dolaraq dediyi fikir isə bəlkə
də onun ən böyük etirafı idi: – “Mən sadist, nasist deyiləm. Sadəcə
əzab çəkirəm”. Nəyin əzabını çəkdiyini təyin etmək üçün onun
filmlərinə baxmaq bəs edir...
A
leksey Okyabrinoviç Balabanov 25
fevral 1959-cu ildə Sverdlovskdə an-
adan olub. Xarici Dillər Universitetinin
tərcümə faüultəsində təhsil alıb. 1981-
83-cü illərdə Sovetlər Birliyində hərbi
qulluqçu (ikiillik zabit) olub. Bu illər ərzində bir
çox Afrika və Asiya ölkələrinə səyahət edib. Son-
radan bu təcrübə ona bir çox filmlərində kömək
oldu. Əfqanıstan müharibəsi iştirakçısı olub. Hərbi
qulluğunun bitməsinə az qalmış Hərbi Dəniz
Donanmasına keçirilir və həmin illərdən dənizçi
geyiminə xüsusi sevgisi yaranıb.
Sverdlovsk kinostudiyasında dörd il rejissor as-
sistenti işləmişdir. 1990-cı ildə “Ssenarist və rejissor-
lar üçün ali kurs” məzunu olmuşdur.
İlk filmini 26 yaşında 1985-ci ildə Uralda lentə aldı.
Bir gecəyə ssenarisini yazdığı, çox az büdcəyə
ərsəyə gələn, bir məkanda cərəyan edən film
Balabanovun rejissorluqda ilk addımı sayılır. De-
bütündan sonra sənət kinosuna meyl edən rejissor,
peşəkar aktyorlarla işləməkdən qaçmağa başlayır.
Filmində heç kimin tanımadığı sıravi insanlar çəkilir.
Tez bir zamanda filmlərində özünəməxsusluq
yaradır və bu da onun filmlərinin sevilməsinə təkan
verir.
1990-cı ildə Balabanov Sankt-Peterburqa köçür.
1992-ci ildə dostu Sergey Selyanovla bərabər
“STV” kino-kompaniyasını yaradır. Və rejissorun
bütün filmləri bu kompaniya vasitəsi ilə çəkilir. İlk
iki tammetraj filmində rejissor ədəbiyyata müraciət
edir. “Xoşbəxt günlər” Samuel Bekketin, “Qəsr” isə
Kafkanın təsiri ilə çəkilir.
Balabanovu məşhur edən film isə 1997-ci ildə
təqdim etdiyi
“Qardaş”
olur. Film Rusiya kino tar-
ixinin 90-cı illər üçün kultuna çevrilir. Növbəti il isə
“Eybəcərlər və insanlar haqqında”
filmi ilə Nika
mükafatına layiq görülür. 2000-ci ildə Balabanov
“Qardaş” filminin skvelini çəkir. Bu dəfə hadisələr
Nyu Yorkda cərəyan edir. Film yenə hadisəyə
çevrilir və sevilir. Rejissorun növbəti layihəsi
“Çay”
adlanır. Baş rol aktrisasının avtoqəzada faciəvi
şəkildə həlak olması çəkilişlərin dayanmasına
Şahin Xəlil
-
Film Fiction, 17 -
5
və layihənin yatmasına səbəb
olur. 2002-ci ildə 49 dəqiqəsi
çəkilmiş yarımçıq “Çay” filmi
montaj olunaraq təqdim olunur.
Təndiqçilər filmi, “Balabanovun
ən böyük əsəri yarımçıq qaldı”
kimi qiymətləndirirlər. “Çay” filmi
rejissorun dünya miqyasına usta
rejissor olduğunu sübut edəcək
gücdə bir film olması həqiqəti,
qəmli bir sonluq ucbatından
reallaşmır.
2000-ci illərdə
rejissor baxış bucağını dəyişmək
üçün yüngül filmlər çəkir.
2002-ci ildə rejissor birmənalı
qarşılanmayan
“Müharibə”
filmini
təqdim edir. Çeçenistan-Rusiya
müharibəsinə alternativ baxış
olan film rejissorun ustalığını bir
daha təsdiqləyir.
2003-cü ildə Balabanov
“Amerikalı”
filmini çəkməyə
başlayır. Filmdə baş rollara Maykl
Bin və Aleksey Çadov təsdiqlənir.
Bu film də tamamlanmır. Maykl
Bin çəkilişi yarımçıq saxlaya-
raq layihəni tərk edir. Başıbəlalı
layihənin batmaması üçün
Balabanov Binin ardınca Los
Angelesə qədər gedir, amma
filmi tamamlamaq mümkün
olmur. Öz müsahibələrində “Eyni
çaya iki dəfə girmək həvəsində
deyiləm” – deyən rejissor, 2013-
cü ildə layihəni Mayk Taysonla
davam etdirmək istəsə də, bu
dəfə ölümü buna imkan vermir...
2007-ci ildə rejissor özünün
ən qalmaqallı filmini çəkir –
“Yük 200”
. Filmdə baş vermiş
hadisələrin real olduğunu
bildirən Balabanovun bu şokedici
dramı onun haqqında yaranan
mənfi imicin əsasını qoymuş olur.
Yaxın dostu Bodrovun ölümü
rejissorun filmlərinə də təsirsiz
ötüşmür. Qəzəbli, acıqlı rejissor
sanki filmləri ilə insanlardan qisas
almağa çalışır. Film Rusiyanın bir
çox kinoteatrlarında nümayişdən
götürülür və bir çox ölkə və
şəhərlərdə qadağalarla üzləşir.
2008-ci ildə
“Mofiy”
filmi ilə
yenidən ədəbiyyata qayıdır və
sanki tamaşaçısına özünü yazar-
rəssam kimi də təqdim edir.
2010-cu ilə isə
“Sobaçı”
filmi ilə
mizantrop olması söz-söhbətləri
yaranır.
2012-ci ildə son filmini çəkir –
“Mən də istəyirəm”
adlanan
filmin son səhnələrinin birində
özü də ekranlarda görünür və
xoşbəxtlik istəyində olduğunu
deyir. Və ölür...
Xərçəngə tutulan rejissor 18 may
2013-cü ildə sanatoriyada 55
yaşında dünyasını dəyişir. Yazdığı
iki ssenariyə film çəkmək arzusu
var idi. Biri İosif Stalinin gənclik
illəri ilə bağlı bioqrafik film, digəri
isə Bodrova həsr edəcəyi “Mənim
qardaşım öldü” adlanacaq film.
Oğlu Fyodr ssenarisi yarımçıq
qalmış
“Mənim qardaşım öldü”
filmini çəkəcəyinə söz versə belə,
bir zamanlar haqqında “nasist,
militarist, sadist, mizantrop”
deyilən ustad rejissorun ruhu
artıq o filmlərdə hiss olunmaya-
caq.
Son müsahibələrinin birində
gözləri dolaraq dediyi fikir isə
bəlkə də onun ən böyük etirafı
idi: –
“Mən sadist, nasist deyiləm.
Sadəcə əzab çəkirəm”
. Nəyin
əzabını çəkdiyini təyin etmək
üçün onun filmlərinə baxmaq
bəs edir...