Redaktor: Nuranə Axundzadə



Yüklə 225,89 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix18.06.2018
ölçüsü225,89 Kb.
#49688
növüYazı
1   2   3   4   5   6   7

-

 Film Fiction, 17 -

6



-

 Film Fiction, 17 -

77

HEATH ANDEW



LEDGER

Qəhrəmandan antiqəhrəmana...

A

vstraliyanın 



“Kazanova”sı 

Heathcliff Adrew 

(Heath) Ledger 4 

aprel 1979-cu ildə 

Pert şəhərində, fransız dili 

müəlliməsi olan Sally Ledger və 

dağ mühəndisi, həmçinin yarış 

sürücüsü Kim Ledgerin ailəsində 

doğulub. Bəli, aktyorun əsl adı 

Heathcliff-dir. Bu da təsadüfi 

deyil, Heath-ın və bacısının adları 

anaları Emily Brontenin “Uğultulu 

təpələr” (“Wuthering Heights”) 

romanının böyük pərəstişkarı 

olması səbəbiylə bu romanın 

qəhrəmanlarının adlarından 

götürülmüşdür. Hələ oğlanlar 

üçün Guildford qrammatik 

məktəbində oxuyan zaman 

teatral studiyada oynayan aktyor, 

artıq 15 yaşından məktəb üçün 

aktyor komandasının kapitanı 

idi. O vaxtlar o, eyni zamanda 

həm də xokkeylə məşğul olduğu 

üçün bu iki hobbisi arasında 

aktyorluğun xeyrinə öz seçimini 

etməli olur.

17 yaşında özünün “arzuların 

yerinə yetdiyi şəhər” adlandırdığı 

Sidneyə köçür və orada bir 

neçə ötəri lentə çəkilir. 1997-

ci ildə “Blackrock” (“Qara 

qaya”) yeniyetmə-dramındakı 

baş rolundan sonra Heath öz 

ölkəsində xeyli məşhurlaşır 

və ABŞ-a Fox kompaniyasının 

çəkdiyi “Roar” (“Nərə”) serialına 

çəkilməyə dəvət alır. Aktyor 1999-

cu ildə özünə agent tutur və 

Hollivudu fəth etməyə başlayır.

1999-cu ildə Şekspirin məşhur 

“The taming of the shrew” 

pyesinin əsasında çəkilmiş 

yeniyetmə dramı – 

“10 things I 

hate you”

-nun qəhrəmanlarından 

biri Patrick – aktyorun ilk ciddi 

rolu hesab olunur. Məhz bu 

romantik komediya-dramla 

Heath-ın, necə deyərlər, ulduzu 

parladı və o, milyonlarla gəncin 

kumirinə çevrildi. Hərçənd 

filmdə aktyorla birgə baş rolu 

ifa edən Julia Stiles bu roluna 

görə kinotənqidçilərdən “ilin 

büdrəməsi” mükafatını alsa da, 

Heath-ə bu film uğur və çox 

yaxşı təkliflər gətirdi.

Onun növbəti filmi Mel Gibsonun 

baş rolunda çəkildiyi 

“The 


Patriot”

 filmi (2000) oldu. Mərkəzi 

rollardan birini ifa etdiyi bu film 

isə Heath-a dünya şöhrəti gətirdi.

Rəna Əliyeva 



-

 Film Fiction, 17 -

8

2001-ci ildə lenta alınan 



“A 

Knight’s tale”

 filmi isə əvvəlcədən 

yüksək pillələrə namizəd olmasa 

da, ekrana çıxmasıyla prokatlarda 

xeyli uğur gətirdi və Heath-ın 

igid cəngavər obrazı yaddaşlarda 

qaldı.


Ang Leenin qalmaqallı 

“Brokeback Mountain”

 filmindəki 

Ennis rolu isə mənə görə Heath-

ın əsas iki rolundan biridir. 2005-

ci il istehsalı olan bu film kino 

tarixində ilk gey-western hesab 

olunur. Saysız tənqidlərə və 

gətirdiyi səs-küyə rəğmən film 

Oscar, Golden Globe, BAFTA 

kimi ən nüfuzlu mükafatlara 

bir neçə nominasiyada 

namizəd olur. Heath-ın da 

əməyi qiymətləndirilmir; o ən 

yaxşı aktyor nominasiyasında 

“Oscar”-a, “Golden Globe”-a, 

“BAFTA”-ya namizəd göstərilsə 

də, heç birində laureat ola 

bilmir.

Ledger həm də 



çoxsaylı sevgi 

macəraları 

ilə 

məşhurdur və məhz 



“Brokeback 

Mountain”

-nin çəkilişləri zamanı 

sonradan 3 il birgə evlilik həyatı 

yaşayacağı Michelle Williams-

la tanış olur. Michelle bu filmdə 

Heath-ın həyat yoldaşını 

oynayaraq, 4 mərkəzi roldan 

birini ifa edir. Cütlüyün 2005-ci 

ildə Matilda adlı qızı dünyaya 

gəlir. Ledger və Williams 2007-

ci ildə münasibətlərinə son 

qoyurlar. Matilda Heath-ın 

yeganə övladıdır.

2007-ci ildə Heath müstəqil 

rejissor Todd Haynes-in Bob 

Dylan-ın həyatından bəhs edən 

“I’m not there”

 bioqrafik dramına 

çəkilir. Cristian Bale, Richard 

Gere, Cate Blanchett-in də rol 

aldığı filmdə Heath, Bob Dylan-ı 

müxtəlif yönlərdən xarakterizə 

edən 6 surətdən biri kimi çıxış 

edir. Lakin aktyor bu filmdəki 

rolundan razı qalmır. “New 

York Times”-a müsahibəsində 

Ledger, Bob Dylan roluyla 

qürurlanmadığını dilə gətirir: 

“Mənə elə gəlir ki, mən daim 

eyni işlə məşğulam. Nəsə başqa 

bir şeylə məşğul olacağım günü 

yaxşı gün adlandıracağam”

.

Ledgerin sonrakı filmi 



“The Dark 

Knight”


 (2008) olur. Bəli, Joker 

rolu. Aktyorun bu filmi və roluna 

bir az geniş yer verəcəyik. Çünki 

Joker roluyla şəxsən mən ilk 

dəfə bir filmdə qəhrəmanı deyil, 

anti-qəhrəmanı sevmişdim. 

Və məncə, bu çoxunda belə 

olub. “Российская газета”-nın 

aktyorun bu rolu necə ərsəyə 

gətirdiyi barədə aşkar etdiyi 

faktları sizə təqdim edirik:

“QƏHRƏMANDAN ANTİ-

QƏHRƏMANA”

Əslində Christopher Nolan 

Ledger-ə öz “Batman Begins” 

filmində baş rolu təklif etmişdi. 

Amma avstraliyalı aktyor 

superqəhrəmanların onu 

maraqlandırmadığını səbəb 

gətirərək bunu rədd etmişdi. 

Lakin Nolan vaz keçmir və 

aktyora növbəti filmi “The Dark 

Knight”-ın  ssenarisini göndərir. 

Heath bu təklifi qəbul edir, yalnız 

bir şərtlə – onun oynayacağı 

obraz 1989-cu ildə Jack 

Nicholson-un təkrarsız yaratdığı 

Joker-dən fərqlənməliydi. Belə 

də olur, bu iki personaj tamamilə 

fərqlidirlər. Əgər Nicholson-un 

Joker-i adi təlxəkdirsə, Ledger-in 

Joker-i dəlidir, aktyorun özünü 

belə qorxudan ağılsız psixopatdır. 

Chris Nolan deyirdi ki, o məhz bu 

səbəbdən bu rola Ledgeri seçib; 

çünki Heath qorxusuzdur.

“OBRAZIN YARADILMASI”

Joker obrazının yaradılması 

üçün Ledger uzun müddət 

Londonda otel otağında, heç 

kimlə görüşməyərək, əlaqə 

saxlamayaraq təkbaşına qalır, 




Yüklə 225,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə