Redaktor: Nuranə Axundzadə



Yüklə 225,89 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix18.06.2018
ölçüsü225,89 Kb.
#49688
növüYazı
1   2   3   4   5   6   7

-

 Film Fiction, 17 -

9

məşqlər edir. Bütün ay ərzində aktyor filmin 



ssenarisinin əsaslandığı komiksləri öyrənir, 

obrazının əsas cəhətlərini qeyd etdiyi gündəlik 

tutur. O, panika yaradan gülüş fikirləşir. Aktyorun öz 

dediyinə görə, rolu “böyük əzab-əziyyətlə” ərsəyə 

gətirib. Nəticədə isə çox parlaq obraz yaranır; 

mərhəmət və qorxu bilməyən manyak-qatil. 

Joker üçün sərhəd yox idi, o istədiyi hər şeyi edə 

bilərdi. Müsahibələrində Heath deyirdi; 

“Pislik hər 

insanda var. Özünü buna hazırlamaq adi şeylərə 

fokuslanmaq kimidir, məsələn çiy əti necə yediyini 

və onu  sənin ağzınla, gözlərinlə nə etdiyini 

fikirləşmək kimi. Bunlar adi, kiçik obrazlardır, amma 

səni bir anda dəli edərək pisliyi hiss etdirə bilərlər”

.

“SOSİOPAT VƏ MUSİQİÇİ”



Nolan, Ledger-ə hərəkətlərində tam azadlıq 

verdi, o, Joker obrazını istədiyi kimi başdan qura, 

hətta lazım gəldiyində ssenariyə də dəyişiklik 

edə bilərdi. Və yanılmadı da. Çox cəlbedici 

obraz alındı. Səs intonasiyalarını Heath yenə də 

Nicholson-dan götürdü. Joker-in davranışlarını 

isə iki qəhrəmandan aldı; kino obrazı – Malcolm 

Mcdowell-in “A clockwork orange” filmində 

mükəmməl yaratdığı sosiapat-qatil Alex-dən və 

real obraz – “Sex pristols” qrupunun pank-rokeri, 21 

yaşında artıq dozada narkotik qəbulundan ölmüş 

Sid Vicious-dan. Bütün bu hərəkətlərə Ledger 

yeriyərkən səntirləməyi və bəzi xüsusi jestləri 

əlavə etdi. Nəticədə onun Joker-i 2009-cu ildə 

“Empire” jurnalının versiyasına görə, “100 ən böyük 

kinoqəhrəman” siyahısında 3-cü yeri tutdu.

“KLOUN DƏHŞƏTİ”

Yeni Jokerin xarici görünüşünü məşhur hollivud 

qrim ustası John Caglione Jr. yaratdı. Aktyorun 

çənəsinə və yanaqlarına qorxunc çapıqları 

yamsılayan taxma silikonlar qoyurlar. Dodaq boyası 

və başqa vasitələrin köməyilə silikonlara qrim 

çəkilir və bu da dartılmış ağız effektini verir. Belə 

acı gülüşü klounun ağardılmış üzü daha da önə 

çəkir. Heath-ın üzünə ağ, gözlərinin altına isə qara 

boya çəkilir. Son ştrix olaraq da boyanmış üzə su 

çilənirdi, qrimin, boyaların axması, yayılması üçün. 

Və psixopat obrazı hazır idi. Jokerin kostyumu, 

yəni çirkli, bənövşəyi pencək və geyimin tonunda 

parçadan əlcəklər, öz əsərlərində varlığın faciəsini 

təsvir edən ekspressionist-rəssam Francis Bacon-un 

əsərlərindən təsirlənərək yaradılmışdı.

Filmdə rol almış məşhur britaniyalı aktyor Michael 

Ceine isə Ledgerin yaratdığı Joker haqda belə 

deyirdi: 

“Jack Nickolson ən yaxşı Joker idi və nə 

vaxtsa kiminsə onu ötüb keçəcəyi kimin ağlına 

gələ bilərdi ki? Və budur, Heath bunu etdi, o, 

fövqəladə bir şey yaratdı. O, Jack-dan tamamilə 

fərqli istiqamətdə getdi. Jack daha çox kloun idi

o, gülməli idi, sizi güldürə bilərdi. Heath isə real 

təhlükəli psixopat idi. Bizim onunla bir səhnəmiz 

vardı, o, liftlə gəlməli və basqın etməli idi. Mən 

onu məşqlərdə görməmişdim və o, liftdə peydə 

olanda elə inanılmaz idi ki, mən mətnimin sözlərini 

unutdum. Məni ölümcül qorxutdu”

.

“SON SÖZ”



Heath o qədər obrazın içinə hopur ki, 

filmin təqdimatından sonra aktyorda psixi 

pozğunluqların yaranması barədə xəbərlər 

yayılır. Öz müsahibəsində çəkilişlərdən sonra 

sutkada cəmi 2 saat yata bildiyini deməsiylə 

Heath özü bu şayiələri gücləndirir. Məhz buna 

görə də aktyorun pərəstişkarları 2008-ci ilin 22 

yanvarında onunla baş verənləri birbaşa Joker 

roluyla əlaqələndirirlər. Lakin çəkiliş meydançasında 



-

 Film Fiction, 17 -

10

Let’s put a smile 



on that face!


-

 Film Fiction, 17 -

11

aktyorla birgə işləyənlər bunun 



əksini deyirdilər. Məsələn, 

Ledgerin “The Imaginarium of 

Doctor Parnassus” filmindəki 

partnyoru Christopher Plummer 

onun çəkilişlər zamanı daim 

şən, söhbətcil olduğunu, onlarla 

sevimli serialını və qızı Matildanı 

müzakirə etdiyini deyirdi. Eynilə 

Christopher Nolan da Ledgerin 

çəkilişlərdə skate sürdüyünü 

və hər şeyin normal olduğunu 

deyirdi və bunları “The Dark 

Knight”ın Batman-ı Christian Bale 

də təsdiqləyərək bildirmişdi ki, 

Ledgerin ölümünə onun Jokeri 

oynamasının təsiri olduğu fikrini 

“absurd və axmaq” sayır.

Nə olursa olsun, Joker Heath 

Ledgerin sonuncu bitmiş işi 

olaraq qalır, üstündən 1 il və 

1 ay keçəndən sonra aktyora 

“ən yaxşı ikinci plan aktyoru” 

nominasiyasında Oscar 

qazandırır. 

YARIMÇIQ QALAN “THE 

IMAGINARIUM OF DOCTOR 

PARNASSUS” ...

Ledgerin sonuncu rolu da 

eynilə öz yerini arxivlərdə 

möhkəmlədə bilərdi; aktyorun 

ölümünə qədər rejissor Terry 

Gilliam onun iştirakıyla materialın 

sadəcə yarısını çəkə bilmişdi. 

Bu kadrlar filmin tam montajı 

üçün kifayət etmirdi, lakin çəkiliş 

qrupu çıxış yolunu tapır. Belə ki, 

süjetə edilən dəyişikliyə görə, 

Heath-ın qəhrəmanı Tony, 

Doctor Parnassus-un sehirli 

güzgüsündən keçərək xarici 

görkəmini tamamilə dəyişir. 

Nəticədə Heath-ın əvəzinə bu 

rolu Johnny Depp, Colin Farrell 

və Jude Law oynamışlar.

22 yanvar 2008-ci ildə aktyorun 

cəsədini onun xadiməsi aşkarlayır. 

Ledgeri öz yataq otağında, 

çarpayının yanında, heç bir həyat 

əlaməti olmadan aşkar etmişdilər, 

çarpayıya bitişik kiçik masada 

isə müxtəlif preparatlar vardı. 

İstintaqı aparanlar o dəqiqə 

işgəncə ilə öldürmə versiyasını 

rədd edirlər; otaqda savaş, 

mübarizə izi olmur. İntihar ilə 

bağlı versiyalar da öz təsdiqini 

tapmır. Mənzildə tapılan bütün 

preparatlar həkim reseptilə 

aktyorun istifadə etdikləri 

dərmanlar idi. İşin sonunda 

ekspertlər Ledgerin ölümünün 

bədbəxt hadisə olması qənaətinə 

gəlirlər. Heath Ledgerin ölüm 

səbəbi istifadə etdiyi ağrıkəsici 

maddələrin, yuxu həblərinin 

və antidepressantların istifadə 

dozasının aşırı olması olur.

Heath Ledger öz doğma şəhəri 

olan Pertdə dəfn olunur. Dəfn 

mərasimi 9 fevral 2008-ci ildə 

keçirilir.



Yüklə 225,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə