Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə2/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   2   3   4   5   6   7   8   9   ...   42

I FƏSİL
MƏN BİR MÜƏLLİMƏM


HƏYAT HEKAYƏM
P.S. Bu həyat hekayəmi “facebook”dakı müəllim qrup-
larından birində həmkarlarımızın təşkil etdiyi bir  rubrika 
üçün yazmışdım. 40 yaşı belə olmayan birinin xatirə yaz-
masını  o  qədər    xoş  qarşılamasam  da,  yazdıqlarımı  cırıb 
atmağı bacarmadığım kimi nə vaxtsa belə bir xatirə yaza-
cağıma əmin olduğum üçün bunun arxivlərdə yaşamasına 
qərar verdim.


Şəmil 
Sadiq
11
I HİSSƏ
Olsa əgər imkanım, lap dünyanı mən şad edərəm.
Qüssələri məhv edərək, qəlbləri abad edərəm.
Mən – Hüseynin nəvəsi, Kamilin oğlu Şəmil Sadıqo-
vam. 1978-ci ilin sentyabr ayında adına və ənənələrinə qi-
btə etdiyim Qədim Naxçıvanın Nehrəm kəndində dəmir-
yolçu  ailəsində  anadan  olmuşam.  Naxçıvanlı  olduğumla 
qürur duysam da, heç vaxt təkəbbürlü olmamışam. Sadə-
liyimi qoruyub saxlamağa çalışmışam.  Mənim üçün öncə 
insan amili qiymətlidir. Millət-türk,  Azərbaycan və Naxçı-
van amili isə ruhumun sevgi xronologiyasıdır.
Babamın ilk oğlan nəvəsiyəm. Məndən əvvəl əmimin 
3 qızı olmuşdu.
At  ilindən,  qız  bürcündənəm.  Günləri  sınağa  çəkib, 
mövhumata  inanmasam  da,  şənbə  günü  uğurlu  günüm 
hesab edilə bilər.
Atam-anam  evlənənə  qədər  heç  bir-birilərini  görmə-
yiblər,  ailə  sadəcə  böyüklərin  təklifi  və  gənclərin  sayğısı 
üzərində  qurulub.  Bir  də  “al,  sonra  sevərsən”  prinsipi. 
Əgər  bu  əhvalatı  bilməsə  idim,  atamla  anamın  bir-birini 
dəlicəsinə sevib evləndiklərini düşünərdim.
Deyilənə  görə,  babamın  sevimlisi  olmuşam.  Hətta 
rəhmətə  gedəndə  belə  (4  yaşım  olub)  onun  cənazəsinin 
yanına qaçıb qıdıqlamışam ki, “baba ölməyib ki, gözlərini 
yumub”.
Uşaqlıq xatirələrim daha çox nənəmgillə yaşadığımız 
illərlə bağlıdır. Ağlımın kəsdiyi dövrlər, hardasa 7-14 ya-
şıma qədərki dövrü uşaqlıq çağı kimi xatırlaya bilmirəm. 
Çünki  uşaqlıq  edə  bilməmişəm,  uşağın  necə  olduğunun 
belə fərqinə varmamışam. Atam 10 ildən çox yataq xəstə-
si olub. Fəqərə ağrısından əziyyət çəkirdi. Bu xəstəlikdən 
mən tələbə olanda qurtuldu. Buna görə də, güzaranımızın 
yaxşı olması üçün nənəmin buyruqları ilə uşaqlıqdan zəh-
mətə alışmışam.
Atamın səhhəti yaxşılaşanda  ticarətlə məşğul olmağa 
başladı. O dövrdə Naxçıvanda çoxlarının xırda alış-veriş-
dən  başı  çıxırdı.  Xəyalən  uşaqlıq  illərimə  qayıdanda  ya-


Şəmil 
Sadiq
12
dıma  düşənlər  yenidən  kövrəldir  məni:  satdığım  tumun 
torbasını məndən böyük uşaqların gizlincə oğurlaması və 
həmin gecəni evə pulsuz, əlim ətəyimdən uzun gəlməyim, 
Naxçıvanın  sərt  soyuğunda  Arazın  üstündəki  körpüdən 
ağır-ağır  çuvalları  daşımağım,  soyuqdan  barmaqlarımın 
olduğunu  belə  unutduğum,  böyüklərdən  geri  qalma-
yım deyə özümü guya kişi kimi aparmağım, “polka”mızı 
dəfələrlə  polislərin  dağıtdığı,  malları  müsadirə  etdiyi  və 
mənim  onları  qaytarmaq  üçün  atama  sığınmağını,  piş-
taxtanın  arxasında instituta hazırlaşdığım və daha nələr, 
nələr...
Bütün  bunlara  baxmayaraq,  atam  savadsız  olsa  da, 
həmişə  bizi  oxumağa  yönləndirirdi.  Dərslərimizə  xüsusi 
nəzarət  edirdi...  Həmişə  deyirdi  ki,  bala,  get  oxu,  evlən, 
qal  oralarda.  Sən  getsən,  ardı  gələcək,  nəsildə  dəyişik-
lik olacaq. Özü də bunu çox əminliklə deyirdi. Onun bu 
tövsiyələri indi də qulaqlarımdadır. Elə də oldu... Bakıya 
gəldim, oxudum, evləndim, elə burda da qaldım. Məndən 
sonra isə dalımca iki qardaşım və əmiqızım oxumaq üçün 
gəldilər...
İlk oxuduğum bədii kitab isə 15 yaşımda Nizaminin 
“Yeddi  gözəl”i  olub.  Onu  da  deyim  ki,  bu  kitaba  görə 
atamdan danlaq almışam. Səbəb kitabda “Qarageyimlinin 
hekayəti”nin  bir  neçə  yerində  erotik  məqamların  olması 
idi.
Kitabsız, amma kitaba dəyər verən bir ailəmiz olub.
Ailəmizdə  dörd  oğlan,  bir  qız  var.  Böyükləri  də 
mənəm.  Bu  böyüklüyün  çətinliyini  evin  böyüyü  olanlar 
daha  yaxşı  bilər. Anam  da  sadə  evdar  qadındır.  Sevgisi-
ni dillə yox, maral baxışları ilə ifadə edən həyalı bir kənd 
qızı. Üzüyola, mübahisəni sevməyən, tez razılaşan, oldu-
ğu kimi görünən, yalan danışmağı bacarmayan, ifallı (Nax-
çıvan ləhcəsində) bir ana... Kasıb ailə həyatımızda ən çox 
əziyyət  çəkən  o  olub.  Palçıqdan  yoğrulmuş  kərpic  kəsib 
satardıq. İncəliyinə baxmayaraq 20-25 kiloluq kərpic qəlibi 
qaldırardı. Hərdən qəlibin bir qulpundan mən də yapışar-
dım, amma gücüm çatmazdı.
Beləcə,  keşməkeşli  uşaqlıq  illərimdə  böyük  kimi  bö-
yüdüm.


Şəmil 
Sadiq
13
II HİSSƏ
Birinci il instituta ödənişli qəbul oldum, amma ailə du-
rumumuz imkan vermədiyi üçün ikinci il yenidən sənəd 
verməli  oldum.  Həmişə  qorxurdum  ki,  birdən  “Filologi-
ya”ya  qəbul  olaram.  Seçdiyim  15  fakültədən  sadəcə  “Fi-
lologiya”nın  kodunu  əzbərləmişdim  ki,  bura  düşməyim, 
qalan nə olur-olsun. Qəbul olmağımla bağlı şad xəbəri elə 
də  xoş  qarşılamamışdım. Atamdan  yeganə  xahişim  o  ol-
muşdu ki, imkan düşən kimi istədiyim universitetə köçür-
sün məni.  Lakin birinci kursun ortasında bu istəyimdən 
vaz keçdim. Sevgi öz işini görmüşdü: ömür-gün yoldaşım 
Zülfiyyə xanımı gördüm və aşiq oldum. Beləcə, Zülfiyyə 
xanımın  sayəsində  “Filologiya”ya  da  vuruldum.  Bəyən-
mədiyim “Filologiya” mənə həm hüquq olmuşdu, həm ta-
rix, həm də politologiya.
Ədəbiyyata gəlişim də belə oldu. Ara-sıra nəsə yazsam 
da, ustadım, əruzşünas alim, qayınatam Zülfəli Zülfəliyev 
mənə  əruzu  öyrətdi,  şeiriyyatı  sevdirdi.  Yazdığım  şeirlə-
ri soyuqqanlılıqla cırıb zibil qabına atdı və məni ədəbiy-
yata gətirdi. Müəllimliyi, şeir yazmağı öyrətdi. Hərtərəfli 
savadlı insan olduğu üçün bütün məsləhətləri ondan alır-
dım. Təəssüflər olsun ki, müdafiəmi görmədi. 2006-cı ildə 
vəfat etdi. Allah rəhmət eləsin.
Zülfəli müəllimin yoxluğu çox böyük itki idi mənim 
üçün. Həmişə məni tənqid edən ustad ölümündən bir gün 
əvvəl bizə gəldi.  «Ədəbiyyat» vəsaitimi vermişdim baxsın. 
Dedi ki, indiyə qədər yazdığın şeir kitablarına görə bir gün 
utanacaqsan. Bunu səbəbsiz demirdi, çünki onun iradəsinə 
zidd olaraq gəncliyimin çılğınlığına salıb şeirlərimi çap et-
dirmişdim.  Qəfildən  ayağa  qalxıb  alnımdan  öpdü.  Dedi, 
bu kitab sənə uğur gətirəcək, şeirdən əl çək, bu yolu davam 
etdir. Sonra da qızını çağırıb, məni ona tapşırdı. Dedi, kişi-
dən muğayat ol! Bir xeyli güldük, “kefi sazdır” deyib kişini 
yola verdik. Həmin gün birinci dəfə idi ki, bizdə qalırdı. 
Yatanda məni çağırdı ki, gecə gəlib mənə baxarsan. Gülüb 
sağollaşdım ustadımla. Səhər mən işə, o isə evlərinə get-
di... Sabahı gün ölüm xəbərini aldıq... Onun son gecə mənə 


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə