Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə4/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   2   3   4   5   6   7   8   9   ...   42

Şəmil 
Sadiq
16
III HİSSƏ
2003-cü ildə oğlum Nicat, 2005-ci ildə isə qızım Selcan 
dünyaya gəldi. Nicatın adını ənənəmizə görə böyüklər – 
atam  qoydu.  Selcan  anadan  olanda,  yersiz  ənənəyə  görə 
yenə biz ad qoya bilməzdik. Bacıma dedim ki, qızın adını 
sən qoy. Elə bil ürəyindən xəbər verdim, elə sevindi ki...  
Amma bu sevinc çox az çəkdi, çünki ona mən sənə bir ad 
deyəcəm, bu adı sən qoyurmuş kimi edəcəksən” – dedim. 
O da razılaşdı. Açığı, bu, qorxu deyildi. Sadəcə, həya idi. 
Və beləcə, həmişə əleyhinə olduğum ərəb adlarının birin-
dən qurtuldum.
2006-cı ildə ilk vəsaitim olan “Ədəbiyyat” kitabını yaz-
dım. Buna qədər iki şeirlər kitabım çıxmışdı. Xeyirsiz oldu-
ğu üçün heç kimdən maddi dəstək ala bilmədim. Nədənsə 
o kitaba çox inanırdım. Hətta hər gecə o kitabı həyatımın 
dəyişəcəyi ümidilə yazırdım. Borc-xərclə kitab çap etdir-
dim, bəhrəsini gördüm. Sözsüz ki, dostum, çox dəyərli zi-
yalı Ağababa İbrahimovun tövsiyələri burada çox böyük 
rol oynadı.
Ağsaqqalım, 20 nömrəli məktəbin direktoru, bu gün 
də rəhmətlə andığım Talıb Şərifov məni Təhsil Nazirliyinə 
təqdim etdi. Dərsliklərə rəy yazdım, Qiymətləndirmə üzrə 
milli  məsləhətçi  oldum,  “İlin  ən  yaxşı  müəllimi”  müsa-
biqəsinin qalibi seçildim.
Bundan  həvəslənib  yoldaşımla  birgə  “Azərbaycan 
dili”  test  bankını  yazdıq.  Bu  kitabıma  da  çox  böyük  bir 
rəqəm verib aldılar. Həmin sarı üzlü test bankı idi ki, nəş-
riyyata düzəliş etdiyim son variant yox, ilkin variant get-
mişdi. Xeyli problemləri vardı kitabın, amma usanmadım, 
qısa zamanda yeni variantı çapa verdik, satış istədiyimiz 
kimi oldu. Və beləcə, həyatım uğura doğru dəyişməyə baş-
ladı.
Bir gün Elxan Nəcəfovla kitabları sarı salafanlarda da-
şımaqdan  əllərimiz  qabar  olmuş,  yorulmuşduq.  28  may-
da, köhnə “Görüş” kafesinin yerində dərdləşirdik. Elxana 
dedim, kurs açmaq istəyirəm. Ad haqqında düşünürdük. 
Kitabımın üstündə özümün düzəltiyim bir “hədəf” işarəsi 
vardı, ona baxa-baxa qərara gəldik ki, bəlkə “Hədəf” olsun, 


Şəmil 
Sadiq
17
loqosu da hazırdı. Beləcə, “Hədəf Kursları”nı yaratdım.
O  zaman  artıq  Elxan  müəllimin  həm  kitabdan,  həm 
də işlədiyi məktəbdən müəyyən gəlirləri vardı. İki işsizi – 
Emin Sadıqovu (Hədəf Kurslarının icraçı direktoru), Fik-
rət  Hüseynovu  yanıma  alaraq  qollarımızı  çırmalayıb,  işə 
başladıq. Hazırlaşdırdığım uşaqlara da kursa gəlmələrini 
tövsiyə etdim. Həmin il – 2008-ci ildə  xeyli uşaq itirdim. 
Amma  usanmadıq,  uzun  vaxt  və  ağır  zəhmət  hesabına 
bir-bir uşaq topladıq. Hətta o zaman kitabıma görə tanın-
dığım üçün o iki dostumu yanıma alıb məktəb siniflərinə 
girir, yeni açılmış kursun müəllimi Şəmil Sadiq olduğumu 
özüm deyirdim. Dostlarım təhsildən uzaq insanlar olduğu 
üçün belə edirdim. Bir dəfə məktəb direktorlarından birinə 
dedim ki, bəs kursumuzun rəhbəri Şəmil Sadiqdir. O da – 
hə onu tanıyıram, yaxşı kitabı var, – deyib, – çoxlu kitab 
düzülmüş rəfdən kitabımı çıxardı. Bəxtimiz gətirdi ki, ki-
tabın arxasındakı  müəllifin şəklinə baxmadı, bizə siniflərə 
keçməyə icazə verdi.
Beləcə, “Hədəf Kursları” və Hədəf Şirkətlər qrupu ya-
randı. Fədakar yoldaşların, sadiq dostların, peşəkar müəl-
limlərin sayəsində bu günə gəlib çatdıq. İlk şüarım belə idi: 
“Məqsədimiz,  əxlaqi  dəyərlərə  söykənərək  gəncliyimizi 
müasir tələblərlə ayaqlaşdırmaqdır”.
Sonra “Hədəf nəşrləri”ni təsis etdik, vəsaitlər çap et-
dik, Müşfiq XAN kimi gənc qələm dostumuz sıralarımıza 
gəldi. Onun və müəllimlərimizin sayəsində şagirdlərimiz 
üçün xeyli kitablar təsis etdik və Hədəfçilərə pulsuz pay-
ladıq.
2008-ci  ildə  professor  Asəf  Zamanov  məni  Bakı  Pe-
daqoji  Kadrların  İxtisasartırma  və  Yenidənhazırlanma 
İnstitutuna dəvət etdi. Bu isə mənim xəyallarım idi. Düz 
yeddi  il  həmin  institutda  müəllimlərin  təkmilləşməsi  ilə 
məşğul oldum və beləcə, elmi fəaliyyətim də təkmilləşdi.
2010-cu ildə qızım İnci dünyaya gəldi. Əslində oğlan 
arzusunda idik ki, adını Alpər qoyaq, amma alınmadı. O 
ad da qaldı nəvələrə, nəsib olsa...
2012-ci ildə isə mənəvi atam və dostum hesab etdiyim 
xalq yazıçısı, rəhmətlik İsa Muğanna ilə tanış oldum. Yara-
dıcılığına çoxdan bələd olsam da, şəxsi tanışlıq sayəsində 


Şəmil 
Sadiq
18
bu şəxsiyyətin kamilliyi mənə çox böyük təsir etdi. Demək 
olar  ki,  ayda  bir  neçə  dəfə  görüşürdük.  Sanki  Zülfəli 
müəllimin  yerini  tutmuşdu  mənim  üçün.  İsa  Muğanna-
nın bütün əsərlərini yenidən nəşr etdirdik. Bu fəaliyyətim 
“OdƏrlər” romanımın ərsəyə gəlməsinə kömək oldu. Bir 
sözlə Muğanna dünyasında özümə yeni bir dünya qurma-
ğa çalışdım.
2014-cü ildə Akademik İsa Həbibbəyli ilə tanış oldum. 
Üçüncü  görüşümüzdə  bu  böyük  alim  və  dəyərli  insan 
mənə Ədəbiyyat İnstitutunda direktor müavini vəzifəsini 
təklif etdi. Təklif elə bir insandan gəlmişdi ki, düşünmək 
imkanım olmadı, amma cəmi 7-8 ay çalışdım bu vəzifədə. 
“Hədəf şirkətlər qrupu”dakı işlərimi, bədii yaradıcılığımla 
ayaqlaşdıra bilmədim. Rəhbərlikdən ərizəmin üstünü yaz-
masını xahiş etdim. Beləcə, mənə doktorant kimi Ədəbiy-
yat İnstitutu ilə bağlantılarım və İsa müəllimlə  dostluğum 
qaldı.


Şəmil 
Sadiq
19
IV HİSSƏ
HƏYAT FƏLSƏFƏM
Ümidvaram ki, özüm barədə qısa tarixi gəzişmə ilə sizi 
yormadım. İnanın ki, bu yazını hazırlayanda mənəvi zövq 
aldım. Çünki xatirə kimi keçmişimə bir daha səyahət et-
dim, istər-istəməz ötən illərin unudulmaz səhifələri bir-bi-
rinin  ardınca  vərəqləndi.  Bununla  ruhi  bir  rahatlıq  tap-
dım. Əslində, uğurlarımın bir səbəbi də keçmişimə bağlı 
olmağımdır.  Edilən  kiçicik  bir  yaxşılıq  üçün  belə  özümü 
həmişə  borclu  sanıram.  Təbii  ki,  bu  da  təvazökarlığımın 
bir nişanəsidir.
Bugünkü  uğurlarımın  bir  memarı  da  ömür-gün  yol-
daşım  Zülfiyyə  xanımdır.  20  ildir  ömür  yollarını  birgə 
addımlayırıq. Böyük sevgi üstündə qurulmuş, yaşayıb-ya-
radan,  həm  də  yaşadan  bir  ailəmiz  var.  Sağlam,  tamah-
dan,  şan-şöhrətdən  uzaq  bir  ailə.  Atamdan,  anamdan, 
qohum-əqrəbadan  o  qədər  arxayınam  ki,  gözüm  arxada 
qalmır. Bilirəm ki, Zülfiyyə xanım hamının nazını çəkib, 
qulluqlarında layiqincə duracaq. Ona görə də heç  birin-
dən nigaran deyiləm.
Həyatda  özüməməxsus  prinsiplərim  var:  insana  hə-
mişə güvənməyi bacarmaq, bir hadisəyə müxtəlif aspekt-
dən baxmaq, özümü hər kəsin yerinə qoya bilmək, yaxşılı-
ğa qarşılıq vermək, sevib-sevilməyi bacarmaq...
Heç nədən və heç kimdən qorxum yoxdu bu dünya-
da... Cənnətlə cəhənnəmin varlığına da inanmıram. O biri 
dünyanı insanların yalnız təsəvvürlərində yaratdığını dü-
şünürəm. Təsəvvür və xəyal aləmi heç vaxt gerçək ola bil-
məz. Hərdən də düşünürəm ki, bəlkə də, vaxtilə biz başqa 
bir dünyada  yaşamış, cənnət və cəhənnəmi orda qazanmış 
və indi bu dünyada yaşayırıq. Kimimiz cənnətdə, kimimiz 
cəhənnəmdə... Əgər belədirsə, deməli, mən cənnəti qazan-
mışam özüm üçün və bu gün də yaşayıram. Mənim üçün 
cəhənnəm əzabına bərabər olan yeganə şey vicdan əzabı-
dır. Sanki mənim tanrım vicdandır. İmam Əli demişkən, 
bir yaxşılıq edib qürrələnməkdənsə, bilmədən pislik edib, 


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə